Orqan hədiyyəsi və nəqli
“Övrət yerlərinizi örtün! Yalnız ikən də Allahu təaladan həya edin!” [Tirmizi]
Önlük qarnını necə işləmək olar
Xaricdə yüksək maaşlı və rahat iş çoxlarının arzusudur. Bəziləri buna ümumiyyətlə ölkədən köçüb xaricdə yaşamağın bir yolu kimi baxır. Bəs xaricdə iş tapmaq asandırmı, orada hansı peşələrə tələbat var, ölkədən kənarda, tanış olmayan mühitdə iş axtaranda hansı məsələlərə diqqət yetirmək lazımdır? FED.az Seyyah.az turizm və miqrasiya portalına istinadən belələri üçün faydalı olacaq 5 vacib məsləhəti təqdim edir.
1-ci məsləhət: ÖZ VƏRDİŞ VƏ BACARIQLARINIZI DÜZ QİYMƏTLƏNDİRİN
Ölkələrin əksəriyyətində, tələbat olan peşələrin siyahısı oxşardır.
• Yüksək səviyyəli mütəxəssislər. Maliyyəçilər, həkimlər, mühəndislər, memarlar, müəllimlər, peşəkar tərcüməçilər, IT-mütəxəssislər, energetiklər, marketoloqlar.
• Konkret istiqamətli mütəxəssislər. İlk növbədə tikini-texniki peşəli insanlara tələbat var. Bunlar bənna, frezerçi, elektrik, santexnik, montajçı, dülgər, suvaqçı və sairdir. Eləcə də demək olar ki, hər yerdə sürücülərə, aşpazlara, satıcılara, satış və alış menecerlərinə, tibb bacılarına, təcrübəli sosial sahə işçilərinə (dayə, uşağa və ya xəstəyə baxan) tələbat var.
• Xüsusi bilik və bacarığı olmayan işçilər. Ümumi hallarda məhsul yığımı, fəhlə, xidməti personal, salon administratorları, və satıcılar tələb olunur. Kurort ərazilərində isə turizm və otel biznesi üçün mövsümi işçilər tələb olunur. Ölkədə çoxsaylı fabrik-zavod varsa, (Çexiya və Almaniyada olduğu kimi), dəzgah və texnika oeratorlarına, qablaşdırıcılara və başqa peşələrə tələbat daimi olacaq.
İlk baxışdan siyahı böyükdür və xaricdə iş tapmaq o qədər də çətin olmayacaq, amma bir neçə nüans var.
1. Rəqabət. Peşə nə qədər defisitdirsə – rəqabət də aşağı olacaq. Məsələn, Finlandiya və Çexiyada həkimi əlli-ayaqlı aparacaqlar. Çünki bu sahədə mütəxəssis çatışmır: mövcud olan həkimlər qocalır, gənclər isə daha yüksək maaş olan ölkələrə üz tuturlar.
Son illər Avropanın demək olar ki, bütün ölkələrində tikinti və istehsalat sahələrinin inkişafı ilə əlaqədar olaraq texniki peşələrin bumu davam edir. İstənilən halda, əgər siz yaxşı və təcrübəli mütəxəssissinizsə, səviyyəniz yüksək, sahəniz isə dar sahədirsə, iş tapmaq çətin olmayacaq. Mövsümi işə düzələndə isə nəzərə alın ki, sizin yerinizə başqa ölkələrdən gəlmək istəyənlər olduqca çoxdur. Yerlilər sizinlə rəqabət aparmayacaqlar, çunki sizin işiniz onlara maraqlı deyil, yerlilər daha üyüksək maaş və iş şəraiti olan iş axtarırlar.
2. Maaş. Yüksək səviyyəli işçilərin maaşları xüsusi biliyi olmayanlarla müqayisədə 2-5 dəfə yüksəkdir. Orta texniki təhsili olan, amma təcrübəli işçilər də yüksək maaş alır.
3. Viza. Yüksək səviyyəli mütəxəssislərin çox mühüm üstünlüyü var – onlar Avropa İttifaqının əksər ölkələrində işçi viza əvəzinə Blue Card almaq imkanına malikdirlər (İrlandiya, Danimarka və Böyük Britaniyadan başqa. Mavi kart işə düzəlmə və sonradan vətəndaşlıq alınması prosesini xeyli sadələşdirir, ailəni tezliklə özünlə gətirməyə imkan verir və təkcə bir ölkədə deyil, bir neçə ölkədə işləməyə imkan yaradır. Böyük Britaniyada «Mavi kart»ın analoqu Tier 1 adlanır. Bu viza yüksək səviyyəli mütəxəssislərə ölkəyə sadələşdirilmiş variantla köçməyə şərait yaradır.
Yüksək səviyyəli işçilərə yad ölkədə iş tapmaq daha asandır, onlara daha yaxşı iş şəraiti təklif edirlər. Amma bir məqam var – bəzi ixtisaslar (mühəndis, həkim, hüquqşünas, müəllim və sair) üzrə diplomun təsdiqlənməsinə ehtiyac var. Belə tələb demək olar ki, bütün ölkələrdə mövcuddur.
Məsələn, Almaniyaya həkimlər çox lazımdır, amma işə düzəlməzdən əvvəl xarici mütəxəssislər öz diplomlarını təsdiqlətməlidirlər.
Bir qayda olaraq diplom təsdiqi proseduru – çox pilləli və uzundur, burada bütün sənədlərin tərcüməsi, bəzən ixtisaslaşmış imtahanların verilməsini və attestasiyadan keçməyi tələb edir.
Yeri gəlmişkən, bəzi ölkələr gələn qonağın köçmək qəbul edilib edilməyəcəyi şansını əvvəlcədən öyrənməyə imkan yaradır. Məsələn, Kanadanın hökumət portalında testdən keçmək olar. Bu test müəyyən edir ki, sizin köçmək şansınız varmı və köçmək üçün hansı immiqrasiya proqramını seçmək daha yaxşıdır.
2-ci məsləhət: XARİCİ DİLİ ÖYRƏNİN
Bir ölkədə sizə bilik az lazım olar, başqa bir ölkədə daha çox lazım olar, hər şey ölkədən və vəzifədən asılıdır. Amma hara getməyinizdən asılı olmayaraq heç olmasa ingilis dilini öyrənmək lazım gələcək. Ən yaxşı variant yerli dili öyrənməkdir
1. Yerli dili öyrənmək sizin üçün çox vacibdir – əgər siz öz peşənizə görə yerli sakinlərlə çox kontaktda olacaqsınızsa (həkim, satıcı, sosial işçi, mühəndis və sair..). Dilin baza biliklərini bilmək kifayət etmir, bu yalnız mövsümi işlərdə kömək ola bilər.
2. İngilis dili o vaxt kömək edər ki, siz beynəlxalq şirkətdə işləyəsiniz. Bu daha çox IT-mütəxəssislər, logistiklər, yük avtomobilləri sürücülərinə aiddir.
3. Bundan başqa, bəzi dövlətlər ölkəyə köçənləri yerli dil imtahanına cəlb edirlər.
• Bolqarıstanda bu yüksək səviyyəli işçilərə aiddir.
• Britaniyada isə vəzifədən asılı olmayaraq rəsmi işə düzəlmək üçün ingilis dili biliyi üzrə sertifikat almaq lazımdır. Burada ingilis dilini V1 səviyyəsindən aşağı olmayaraq bilmək tələb olunur Ən yaxşısı isə əlavə xarici dil də bilməkdir.
• Almaniyada hətta eksperimental proqram tətbiq edilib. Proqrama əsasən, alman dilindən 100 bal yığanlar Baden-Vürtemberqdə işləmək icazəsi alır. Bunun üçün alman dilini V2 səviyyəsində bilmək kifayətdir.
Xarici dilləri bilmək sizin imkanlarınızı genişləndirir. Məsələn hətta qardaş Türkiyəyə mövsümi işə gələndə də, ingilis dilini yaxşı bilirsinizsə, sizi daha prestijli və xarici qonaqlı otelə dəvət edəcəklər, yəni gəliriniz daha yüksək olacaq. Kanadada yerli sakinlər sizin ingiliscə öyrənəcəyinizi gözləməyəcəklər, onlar sizinlə eyni dildə danışa bilməsələr, sadəcə sizin təklif etdiyiniz xidmətlərdən imtmna edəcəklər.
Xarici dili yaxşı bilmək təkcə çox qazanmağa deyil, kolleqalarla da yaxşı münasibət qurmağa imkan verəcək.
3-cü məsləhət: TƏŞƏBBÜSKAR OLUN
Əksər hallarda sizin yerli və xarici iş saytlarını, sosial şəbəkələri axtarmanız kifayət etmir. Özünüz də təşəbbüskarlıq göstərməlisiniz.
• Turist olun. Gedəcəyiniz ölkəyə əvvəlcə turist kimi səfər edin, yerli elanları öyrənin, məşğulluq mərkəzlərinə və vakansiya yarmarkalarına gedin. Yerli iş bazarını daxildən araşdırın və öyrənin ki, sizə tələbat nə qədərdir və iş tapa bilməniz realdırmı.
• İşəgötürəni özünüz tapın. Tez-tez vakasiyaları açılan iri yerli şirkətləri axtarıb tapın. Bunlar şəbəkə restoranları, IT-şirkətlər, istehsal sahələri, otel şəbəkələri və sair ola bilər. Yerli saytları diqqətlə axtarın. Bəzi təşkilatlar hətta boş iş yeri olmayanda da iş axtaranlardan SV istəyirlər. Bu imkandan istifadə edin: ingilis və yerli dildə səliqəli SV hazırlayın və onu maraqlandığınız bütün şirkətlərə göstərin.
• Rəsmi mənbələrə müraciət edin. Hər ölkədə dövlət portalları və məşğulluq xidmətləri var. Burada təkcə vakansiyalar göstərəlməyib, həm də SV yükləmək, eləcə də, işlə bağlı aktual informasiya və sənədlər haqqında məlumat almaq olar. Britaniyada bu Dlə GOV.UK, İtaliyada – Cambio Lavoro, Almaniya üçün – JobBorse, Kanada üçün JobBank, İspaniya üçün SEPE, Finlandiya üçün TE-palvelut, İsveçrə üçün Job-Room-dur.
• Öyrənməkdə və oxumaqda davam edin. Əgər sizdə hələ oxumaq həvəsi bitməyibsə, unutmayın ki, yerli ali məktəbə daxil olmaq və tələbə vizası ilə ölkəyə gəlmək olar, paralel olaraq əerli əmək bazarını araşdırmaq və işə düzəlib qazanmaq olar. Məsələn, Çexiyada hətta xaricilər yerli universitetlərdə pulsuz oxuya bilərlər, əgər bütün imtahanları çex dilində verə bilsələr (dil öyrənmək üçün daha bir səbəb). Eləcə də dil kurslarına yazılıb, uzunmüddətli viza almaq olar.
• Köçəcəyiniz ölkədə stajor kimi işləyin. Stajçı kimi işləmək təkcə tələbələr üçün deyil, artıq işləyənlər üçün də var. Baxmayaraq ki, bir-iki ilə yüksək maaş almayacaqsınız, əvəzində dil biliklərinizi təkmilləşdirmək, yerli əmək bazarına uyğunlaşmaq, yerli sakinlərin mentaliteti ilə tanış olmaq, yerli həyatı öyrənmək imkanı qazanacaqsınız. Və dəqiqləşdirəcəksiniz ki, bu ölkəyə gəlməyinə dəyər ya yox.
• İxtisaslaşdırılmış proqramlar axtarın. Məsələn, Fransada beynəlxalq Au Pair proqramı var. Bu proqram əsasında 18-30 yaşlı gənclər bir müddət yerli ailələrdə (yəni fransız ailələrində) işləmək imkanı qazanırlar. Məsələn, xarici tələbə həftədə 30 saatdan artıq olmamaq şərtilə evdə müəyyən işləri yerinə yetirir. Onun istirahət günü və məzuniyyəti olur. Əvəzində pulsuz yaşayış, qidalanma və cib xərcliyi əldə edir. Belə proqramlar 6-18 aylıq olur, bir şərtlə ki, işçi həm də fransız dili kurslarına getməlidir.
• Sosial şəbəkələrdən yaxşı istifadə edin. Ən yaxşı variant LinkedIn-də profil yaradıb inkişaf etdirməkdir. Əvvəla, bu halda özünüzə aid olan bütün məlumatı ingiliscəyə tərcümə etmiş olursunuz. İkincisi, vaxınızı təcrübənizin, vərdişlərinizin və təhsilinizin təsvirinə həsr edin. Üçüncüsü bir az hiyləgərlik edin, sosial şəbəkədə öz yerinizi dəyişib, getmək istədiyiniz ölkəni göstərin ki, işçi axtaranlar sizi daha tez tapsınlar.
• Perspektiv yerləri öyrənin. Əksər hallarda ölkənin fərqli ərazilərində iş tapmaq imkanı və maaş səviyyəsi fərqli olur. Məsələn, Böyük Britaniyaya köçmək istəyənlər Londona və ölkənin cənub-şərqinə üz tutmalıdırlar, İsraildə yaşayanlar isə Yerusəlim, Təl-Əviv, Hayfa və Aşdod şəhərlərinə diqqət yetirsinlər. İtaliyada isə ölkənin şimal regionları sərfəlidir: cənubda həm maaşlar aşağıdır, həm də vakansiyalar daha çox mövsümi işlərə aid olur.
Paytaxtlarda vakansifyalar daha çox olur, amma burada rəqabət də yüksəkdir.
4-cü məsləhət: İŞ İCAZƏSİ ALMAĞI DA YADDAN ÇIXARMAYIN
Dünyanın bütün ölkələrində iş icazəsi almaq prosesi bir-birinə oxşayır.
1. Yaxşı iş təklifi tapın, söhbətə gedin, işəgötürənlə şərtləri müzakirə edin.
2. Bundan sonra işəgötürən yerli məşğulluq xidmətini inandırmalıdır ki, sizin vəzifənizə yerli mütəxəssis və ya Avropa İttifaqından olan birini tapa bilmir. Bunun üçün həmin şirkət (yəni işəgötürən, işçi axtaran) ölkənin bununla bağlı rəsmi portalında vakansiya elan edir. Müəyyən müddətdən (1-3 ay çəkir) sonra, müraciət edən olmadıqda, həmin şirkət məşğulluq xidmətinə müraciət edərək sizin namizədliyinizin təsdiqlənməsi üçün ərizə verir. Ərizədə bütün şərtlər göstərilməlidir.
3. Hər şey qaydasında olsa, sizinlə əmək müqaviləsi bağlayacaqlar, iş icazəsi verəcəklər və siz işçi vizası alacaqsınız. Ölkəyə gəldikdən sonra siz müvəqqəti yaşayış izni almaq üçün yerli polis şöbəsində qeydiyyata düşməlisiniz.
Bu sxem yalnız üç halda işləmir: əgər siz qısa müddətdə və mövsümi işlərdə çalışırsınızsa (bu halda başqa viza verilir), əgər siz Blue Card almağa namizədsizinsə, və nəhayət sizin peşəniz hansısa ölkədə defisit peşələr sırasındadırsa.
Yəni, məsələn, Polşada iş icazəsi almaq 6 aya qədər vaxt aparırsa, vizanın açılması üçün işəgötürənin dəvəti – urzędzie pracy – kifayət edir. Böyük Britaniya da isə məsələ daha mürəkkəbdir. Burada işəgötürənlə razılaşdıqdan sonra və vakansiyanın mətbuatda elan edilməsindən sonra, sponsor sertifikatı da tələb olunur. Bu sertifikatı almaq üçün işəgötürənin müvafiq lisenziyası olmalıdır.
5-ci məsləhət: ARZULARINIZI REALLIQLARLA TUTUŞDURUN
Söhbət köçmək istədiyiniz ölkədəki maaşlardan və qiymətlərdən gedir. Hara köçmənizdən asılı olmayaraq ümumi qaydalar eynidir.
• Ən yüksək maaşlar yüksək səviyyəli əməyə görə ödənilir. Ən böyük maaşlar həkimlərə, IT-mütəxəssislərə, mühəndislərə, memarlara, maliyyəçilərə, top-menecerlərə və təcrübəli müəllimlərə ödənilir.
• Dar profilli sahələrin mütəxəssislərinə də yüksək tələbat var və böyük maaş ödənilir. Yəni tikinti mütəxəssisləri, uzaq məsafələrə sürən sürücülər, texniklər.
• Mövsümi işçilər, eləcə də, xüsusi biliyi və vərdişi olmayan insanlar çox işləməlidirlər və az maaş alırlar.
Ayrı-ayrı ölkələrdə maaşlar və tələbat
Almaniyaya baxaq. Burada orta maaş 2225 avrodur. Həkimlər və mühəndislər müvafiq olaraq 5000 min avro və 3500–4000 avro alırlar. Ofisiantlar isə cəmi 1000-1200 avro maaş alırlar. Mətbəxdəki köməkçilər, xadimələr, baxıcılar və təcrübəsiz dayələr də təqribən o qədər qazanırlar. Halbuki, bu ölkədə komfortlu yaşamaq üçün, icarəyə götürülmüş evdə yaşayanların, hərdən bir evdən kənarda qidalanıb əylənməsin də nəzərə alanda, ayda azı 1300-1500 avro gəliri olmalıdır
Çexiyada vəziyyət bi qədər fərqlidir. Vergilər çıxılmamışdan burada orta maaş 1000 avrodur. Xadimələr, mühafizəçilər, ofisiantlar, otel işçiləri orta hesabla 420-460 avro qazanırlar. Həkim və mühəndislər 1400 avro, tikinti mütəxəssisləri 700 avro qazanırlar. Çexiyada kirayədə yaşayıb dolanmaq üçün isə minimum 500-750 avro tələb olunur.
Daha bir misal – Polşa. Burada orta maaş vergilərin çıxılmasından sonra 780 avrodur. Xadimələr, bərbərlər, dərzilər və satıcılar orta hesabla 500 avro qazanırlar. Frezerçilərdə maaş yüksəkdir – 700–1 000 avro. Həkimlər 1500 avro, IT-mütəxəssislər isə orta hesabla 2 000 avro qazanırlar. Bununla yanaşı, bu ölkədə kirayədə qalıb normal yaşamaq üçün ayda azı 500-600 avro tələb olunur.
Orqan hədiyyəsi və nəqli
Sual: İnsanların orqanlarını, qanını satmaq və ya istifadə etmək haramdır. Üstəlik, “Haramda şəfa yoxdur” hədisi ilə haramla müalicə də caiz olmadığına görə, orqan nəqli necə caiz olar? Bir də Müsəlman birinin orqanı kafirə köçürülsə, axirətdə o orqan necə cavab verəcəkdir?
CAVAB
İnsan orqanları mülk olmadığı üçün satıla bilməz, bağışlana bilməz, lakin, zərurət halında istifadə edilməsi üçün icazə verilər. İcazə veriləndə, orqanı pulla və ya pulsuz almaq, zərurət halında istifadə etmək caiz olar.
Müsəlman mütəxəssis həkim bir xəstə üçün, “Orqan nəqlindən başqa çarə yoxdur” deyərsə, ölü və ya diridən orqan nəqli caiz olar. Din ayrılığına baxılmaz. (Əl-Hədyül-İslami)
Cahil biri, “Orqan nəqli haramdır. Yaşayan kimsə əməliyyat ediləndə də əziyyət çəkər. Əziyyət isə haramdır. Bu halda əməliyyat haramdır. Peyğəmbər, “Ölünün sümüyünü qırmaq, onu diri ikən qırmaq kimidir” buyurduğu üçün ölünün qarnını kəsmək, dirinin qarnını kəsmək kimi haramdır. Əməliyyat edilənə və orqanı alınan ölüyə belə əziyyət ediləndə də, “Müsəlmana əziyyət edən, mənə əziyyət etmiş olar. Mənə əziyyət edən də Allaha əza etmiş olar” hədisinə görə Allaha əziyyət edilmiş olar” deyir. Halbuki dinimiz, “Bir orqanı xilas etmək, həyatı xilas etmək kimi zəruridir” buyurur.
Zərurət olanda bir çox qadağalar mübah olar. Ölünün də, dirinin də bir yerini kəsmək haramdır, ona əziyyətdir, lakin zərurət olanda, bu haramlıq qalxar. Çünki dinimizdə, “Zərurətlər, qadağan olan şeyləri mübah edər” qaydası vardır. (Məcəllə)
İnsanın parçalarını, məsələn saçını, böyrəyini, südünü zərurətsiz istifadə etmək haramdır, ancaq zərurət olanda, bu parçalardan istifadə etmək, yəni orqan nəqli caiz olar. (İ.Əxlaqı)
Uşağın yaşayacağı ümid edildiyi zaman, uşağı anasının qarnından çıxarmaq üçün, ölmüş olan anasının qarnını yarıb əməliyyatla çıxarmaq caizdir. İmamı Əzəm həzrətləri ölmüş bir qadının qarnının yarılıb uşağın çıxarılmasını əmr etmiş, qurtarılan uşaq uzun illər yaşamışdır. (Əşbah s.123) “Ölüyə əziyyət olar deyə, ananın qarnı yarılmaqdan imtina edilməmişdir. Cahillər, İmamı Əzəm həzrətlərinə, ölüyə əziyyət etdi deyə çox hirslənsə də, o ana balam xilas oldu deyə nə qədər çox sevinmişdir.”
İmamı Əzəm həzrətlərinin bu tətbiqi, əməliyyat edərək xəstənin və ya ölünün bir yerini kəsmənin, yəni ölünün qarnının yarılıb böyrək və ya başqa bir orqanının alınmasının, yəni orqan nəqlinin caiz olduğunu göstərir.
Ölünün bir orqanını kəsmək də ona əziyyətdir. Ancaq kəsilən orqan, bir Müsəlmana veriləcəksə ölü bundan zövq alar. Bir kimsə, birinə yaxşılıq etmək üçün çox yorulsa, yorulmasından şikayət etməz, əksinə “Xidmət etdim, yaxşılıq etdim” deyə zövq alar. Pulunu itirən kimsə, kədərlənər, ancaq pulunu istəyərək bir möhtaca verən isə buna sevinər. Ona görə də bunlar kimi, qurbanlıq qoyun da bir Müsəlmana faydam oldu deyə sevinər. O acı, ona zövq verər. Halbuki heyvana da əziyyət etmək haramdır. Həm də insana əziyyət etməkdən daha böyük günahdır. Deməli, dinimizə uyğun hərəkət ediləndə, əziyyət edilmiş olmaz, əksinə faydalı iş görülmüş olur.
“Müsəlman birinin orqanı kafirə köçürülsə, axirətdə o orqan necə cavab verəcək? Müsəlmanın orqanı Cəhənnəmdə necə yanar?” deyilir. Haşa Allahu təala aciz deyildir.
Hər insan, eyni boy və şəkildə, ancaq başqa zərrələrdən yaradılmış bir bədən ilə məzardan qalxacaqdır. Əvvəlki bədən çürüyüb torpaq olacaqdır. (Kimyəyi-Səadət)
Cavab verəcək olan çürümüş orqan deyil, başqa orqandır. Nəql edilən orqan belə olsa, “Mən Müsəlmanda ikən bu yaxşılıqları edirdim, kafirə taxılanda bu pislikləri etdim” diyə bilməz? Allahu təalanın hesab görməsində heç acizlik, səhvlik olar? Orqanların danışacaqları Qurani-Kərimdə bildirilmişdir. (Nur -24, Yasin-65)
Bir insan yanmaqla yox olmaz. Yalnız alətləri əlindən alınmış olar. Axirətdə ona verilən yeni alətlərlə Mömindirsə Cənnətə, kafirdirsə Cəhənnəmə gedər.
Ruh, özünə verilən bədən sayəsində, ya nemətə qovuşar və ya əzaba məruz qalar. Ruhun mahiyyətini bilməyən və ya Allahu təalanın qüdrətindən şübhə edən kimsə, insanın yanınca yox olduğunu, qəbir sualı və qəbir əzabının olmadığını zənn edər. Halbuki, hədisi-şərifdə, “Qəbir əzabı haqdır” buyuruldu. (Buxari)
Zərurət olanda haram bir şey dərman olaraq istifadə edilir və şəfa hasil ola bilir. Zərurət olanda haram mübah hala gəlir. Mübahdan şəfa hasil olur. Haram olaraq deyil, mübah hala gəldiyi üçün şəfa hasil olur. Haram olan şərab sirkə olunca istifadə edilməsi mübah olar. Böyrəyi olmayana, birinin böyrəyi nəql edilincə şəfa hasil olur, böyrək işləyər. Bu iş mübah olmasaydı, “Haramda şəfa yoxdur” hədisi-şərifi, haşa səhv olardı. Bu işdə şəfa görüldüyünə görə haram mübah hala gəlmiş olur. Bu incəliyi anlamayan kəslər haramda şəfa olmaz deyərək orqan və qan nəqlinə haram deməklə cahillik edirlər. İbni Abidin həzrətləri buyurur ki:
Nihayə, Haniyyə və Təzhib kitablarında, “Müsəlman mütəxəssis həkim şəfa verəcəyini və başqa dərman olmadığını söyləyəndə, xəstənin sidik, qan içməsi, leş yeməsi caiz olar. Şərab da belədir deyildi. Ölümdən xilas olmaq məqsədiylə olanda söz birliyi ilə halal olar” yazılıdır. Fəth-ul-qədir kitabında, “Müsəlman mütəxəssis həkim, qadın südünün mütləq yaxşı gələcəyini və başqa dərmanın olmadığını söyləyərsə, xəstənin qadın südü içməsi və satın alması caiz olar” yazılıdır. (Rədd-ül-muxtar c.5 s.249, c.4 s.215)
Açıqca görülür ki, içilməsi haram olan qadın südünün, qanın və ya sidiyin xəstəyə yaxşı təsir edəcəyi bilinirsə, içilməsi mübah olur və mübah olduğu üçün də, “Haramda şəfa yoxdur” hədisi-şərifinin əhatəsinə girmir. Qan içmək və ya qan alıb vermək haram olduğu halda, bu şərtlərdə mübah olur. Orqan nəqli də bunun kimi caiz olur.
Böyrək nəqli
Sual: “Böyrək nəqli ediləndə, böyrəyi alınanın xüsusiyyətləri böyrək nəql edilənə keçər, məsələn böyrək sahibi xəsisdirsə o adam xəsis olar, dinsizdirsə dinsiz olar” deyilir. Belə bir şey var?
CAVAB
Bu qətiyyən doğru deyildir. İnsan, ruh deməkdir. Eşidən və qənaət sahibi olan, ruhdur. Çalışmaqla bədən yorulsa da, ruh yorulmaz. Ruhda azalma çoxalma olmaz. Məsələn, qolu kəsilənin ruhundan kəsilmə olmaz. Başqasının ürəyi ilə yaşayan kimsənin ruhunda dəyişiklik olmadığı üçün, əxlaqsız kimsənin ürəyinin, bu adama heç təsiri olmaz. Qəlb ilə ürək eyni şey deyildir. Ürək deyilən ət parçası, heyvanda da olar. İnsana məxsus olan qəlbə könül deyilir. Könül görünməz, lakin təsirləriylə aydın olar. Qəlb elektrik cərəyanı, ürək də lampa kimidir. Lampadakı elektriki lampa işıq verdiyi vaxt anlayırıq. Elektrik kimi qəlb də maddə deyildir, bir yeri əhatə etməz. Ürəkdə əsəri görüldüyü üçün, qəlbin yeri ürəkdir deyilir. Ürək dəyişdirmək, sanki lampa dəyişdirməyə bənzəyər. Lampanın dəyişməsiylə şəhər cərəyanında azalıb çoxalma olmadığı kimi, ürəyin dəyişməsiylə qəlb qüvvətinin təsiri dəyişməz. Yəni köçürülən ürək daha yaxşı işləyər. Məsələn qırılmış və ya 40 vatlıq bir lampanı çıxarıb yerinə 100 vatlıq bir lampa taxılarsa verdiyi işıq çoxalar, ancaq şəhər cərəyanında bir dəyişiklik olmaz. Yanmaqda olan lampa çıxarıldıqda, yəni cərəyanla olan əlaqəsi kəsiləndə, cərəyanın bir miqdarı kəsilmiş olmaz. Başqa bir lampa taxılarsa onun da işıq saçmasına səbəb olar. Yaxşı insanın ürəyi fasiq və ya kafirə köçürülərsə o kimsənin qəlbi yenə həmişə günah işləmək istəyər, pis düşünər. Tərsinə, fasiqin ürəyi yaxşı kimsəyə köçürülərsə, o kimsənin qəlbi yenə günah işləmək istəməz, həmişə yaxşı düşünər. Ürəyin mənəvi bir funksiyası yoxdur. Öldükdən sonra çürüyüb gedər. Yansa da fərq etməz, çünki insan ruh deməkdir. Bədən dəyişər, ruh dəyişməz.
İnsan, ruhu sayəsində yaşayar. Ağılı, düşüncəsi, ruhu sayəsində vardır. Bədənin orqanları, dülgərin alətləri kimidir. İnsan ölüncə, alətləri çalışmadığı üçün, ruh bu alətlər ilə iş görə bilməz; ancaq ruh ölü olmadığı üçün insanları tanıyar. Hətta ölmüş övliyanın ruhları insanlara kömək edər. Bu köməyi bədənindəki alətlərlə deyildir. Allahu təala ruhlara alətsiz də iş görmək xüsusiyyətini vermişdir. Vəfat edən Xıdır əleyhissalamın ruhu çox kimsəyə müxtəlif köməklər etməkdədir.
Bir möminə bir kafirin bütün orqanları köçürülsə, o insanın ağılında, düşüncəsində dəyişiklik olmaz. Dülgərin köhnə alətləri yerinə, yeni alətləri gəlmiş deməkdir. Alət dəyişməklə, dülgərdəki bilgi, qabiliyyət dəyişməz. Kəsməyən bir mişar yerinə, yaxşı kəsən bir mişar gələrsə, daha asan iş görər. Görməyən gözün yerinə möhkəm göz taxılarsa görər. Qanı, qəlbi, beyni də dəyişsə, yenə düşüncəyə təsir etməz. Sağlam orqan taxılmışsa, daha asan iş görər. İş gördürən ruhdur. Bir insan ölməklə və ya yanmaqla ruh yox olmaz. Sadəcə alətləri (bədəni) əlindən alınmış olar. Axirətdə ona yeni alətlər, yəni yeni bir bədən yaradılır.
Zərurət varsa
Sual: Zərurət olanda, böyrək nəqli caizdir?
CAVAB
Bəli. Həmçinin, əməliyyatlar müvəffəqiyyətli olduğu üçün caizdir.
Ürək nəqli
Sual: Müğənni bir qadın bütün orqanlarını bağışlayır, lakin ürəyini bağışlamır. Səbəb olaraq da, “Allah, bütün orqanları sənin əmrinə verdim, istədiyin kimi istifadə et, ancaq ürək mənə aid dediyi üçün ürəyimi bağışlamıram” dedi. Belə bir şey var?
CAVAB
Xalq arasındakı bu sözün əsli yoxdur. Orqan nəqli baxımından ürək ilə böyrəyin fərqi yoxdur. Bütün orqanlarımız Allahu təalanın bir əmanətidir. Heç birini günah işləməkdə istifadə etməməlidir! Günahda istifadə etmək əmanətə xəyanət olar.
Qan satıb almaq
Sual: Qan satmaq günah olduğu kimi, ehtiyac halında qan satın almaq da günahdır?
CAVAB
Qan və insanın bütün orqanları dinən mal olmadığı üçün alınıb satılmaz. Ehtiyac olarsa, istifadə edilmək üçün qan verilə bilər. Qan və orqan satana günah olsa da zərurət varsa alana günah olmaz.
Orqan nəqli edərkən
Sual: İnternetdə oxudum. Ölmüş zənn edilən birinin böyrəyini alıb başqa birinə köçürmüşlər. Öldü zənn edilən kimsənin, daha sonra nəfəs aldığı görülmüş. Bundan ötəri, “Ölüdən orqan nəqli etmək caiz deyil” deyirlər. Bu xüsus, etibarlı bir səbəb ola bilər?
CAVAB
Xeyr, etibarlı deyildir. Belə səhvlər hər yerdə, hər zaman ola bilər. Həkim əməliyyat edərkən, əməliyyat bıçağını və ya qayçısını içəridə unuda bilər. Belə bir səhv oldu deyə, “Əməliyyat olmaq caiz olmaz” deyilir?
Kimisi də əməliyyat masasında ölər. “Əməliyyatda ölən olur” deyə əməliyyat olmağa günah deyilər? Səhvən xəstəyə çox narkoz verilərsə xəstə ölər. “Narkozla xəstə öldü” deyə narkoz vermək günah olar? Sürücünün biri yol qəzasında beş-on adamın ölümünə səbəb ola bilər. “Yol qəzasında insanlar ölür” deyə, sürücülük etmək günah olmaz. Çürük dişi çəkərkən, səhvən möhkəm diş çəkilə bilər. Belə hər mövzuda səhvlər ola bilər. Səhvlik harada olursa, ona mane olmaq lazımdır. Yoxsa əməliyyatın və ya orqan nəqlinin dinə zidd olduğunu söyləmək çox səhv olar.
Orqan bağışlamaq
Sual: Dinimizə görə, ölən birinin orqanlarının, başqa birinə nəqli üçün, yaxınlarının icazə verməsi lazımdır? İnsan sağlamlığında, “Mən öləndə orqanlarımı bağışladım” deyə bilər?
CAVAB
Dinimizdə, insanın heç bir orqanı mal deyildir. Alınıb satılmaz, bağışlanmaz. Nə özünün, nə də yaxınlarının satmağa, bağışlamağa səlahiyyəti yoxdur. Bir adam öləndə, həkim lüzum görərsə, ölüdən xəstəyə nəql edilə bilər, dinən heç kimdən icazə almaq lazım deyildir.
Qanuni bir məcburiyyət varsa, həyatdaykən, “Mən öldükdə orqanlarımın alınıb ehtiyacı olan bir xəstəyə verilməsinə icazə verirəm” deyə bir kağız yazıb qoya bilər. Elə bir kağız qoymasa da, ehtiyac olanda ölüdən orqan alına bilər.
Gözü haramdan çəkindirmək
Sual: Dənizdə, hamamda, sanatoriyada “Hamımız kişiyik və ya hamımız qadınıq” deyərək, kişi kişilərin yanında, qadın qadınların yanında çılpaq qalırlar. Bu günah deyildirmi?
Nur surəsinin “Ey Rəsulum, möminlərə söylə harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar” məalındakı 31-ci ayətində bildirilən övrət yerləri haralardır?
CAVAB
Baxılması haram olan yerə övrət yeri deyilir. Hənəfi və Şafidə kişinin övrət yeri göbək ilə diz arasıdır. Maliki və Hənbəlidə isə yalnız sevəteyn, yəni sadəcə ön və arxa qismidir. Qadınların bir-birilərinə övrət yeri kişinin kişiyə övrət yeri kimidir. Müsəlman qadının qeyri müsəlman və fasiq qadınlar ilə, dinsiz əmi və dayının yanında örtünməsi üç məzhəbdə fərz, Hənbəli məzhəbində caizdir. Hənbəli məzhəbinin fərqli tərəfi belədir:
Kişinin kişiyə övrət yeri diz ilə göbək arası deyil, sadəcə sevəteyn, yəni iki qaba övrət məhəllidir. Qadının qadına övrət yeri digər məzhəblər kimi diz ilə göbək arasıdır. Ancaq digər məzhəblərdən fərqli olaraq, qeyri-müsəlman qadınlara da göbək ilə diz arası xaric digər yerlərini göstərməsi caizdir. Digər üç məzhəbdə caiz deyildir. Zərurət olanda Hənbəli məzhəbi təqlid edilərək bağlı qadın açıq qadınların yanında başını, qollarını aça bilər.
Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq böyük günahdır. Hamama, sanatoriyaya, dənizə gedənin diz ilə göbək arasını və dizlərini də örtməsi fərzdir. Hədisi şəriflərdə buyuruldu ki:
“Kişinin göbək ilə dizi arası övrətdir.” [Əbu Davud]
“Yerlərin ən pisi hamamdır. Orada səslər yüksəlir, övrətlər açılır. Müalicə və ya kirdən təmizlənmək üçün girən örtülü girsin.” [Tabərani]
“Allahu təalaya və axirətə inanan hamama önlük ilə örtülü girsin!”[Nəsai]
“Kişi kişinin, qadın qadının övrət yerinə baxması halal olmaz.” [Müslim]
“Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət etsin!”[Beyhəqı]
“Din qardaşının övrət yerinə qəsdən baxanın qırx gecəlik namazı qəbul olmaz.” [İ. Asakir]
Evdə kimsə yox ikən də çılpaq olmaq günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yalnız olarkən də övrət yerinizi açmayın! Zira yanınızdan heç ayrılmayanlar [hafaza mələkləri] vardır. Onlardan utanın və onlara hörmətli olun.” [Əşiatül-ləməat]
“Övrət yerlərinizi örtün! Yalnız ikən də Allahu təaladan həya edin!” [Tirmizi]
“Allahu təala həyanı və örtünməyi sevər. Elə isə yuyunarkən övrət yerinizi örtün.” [Əbu Davud]
“Gecə qüsul alarkən övrət yerini açmaqdan ehtiyat edin. Əgər ehtiyat etməyən çıxarsa onda dəlilik əlaməti görülərsə özündən başqasını günahlandırmasın.”[Hakim]
Örtülü də olsa qadına şəhvətlə baxmaq günahdır. Qadının kişiyə baxması da günahdır. Ümmi-Sələmə validəmiz buyurur: Rəsulullahın yanındaykən iki gözü də görməyən İbni Ümmi Məktum izn istəyib içəri girdi. Rəsulullah bizə “İçəri girin”buyurdu. “ O, kor deyilmi, bizi görməz” dedim. “O, sizi görmürsə siz onu görmürsünüzmü?” buyurdu. [Tirmizi, Əbu Davud]
Sual: Qadınlar öz aralarında olarkən təsəttürə və sətri övrətə diqqət etmirlər. Kimisi bunun günah olmadığını zənn edir. Bunlar günah deyilmi? Bir qadın başqa qadının harasına baxa bilməz?
CAVAB
İmam Rəbbani həzrətləri salehə bir xanıma yazdığı məktubda buyurur ki:
“Qəlb gözə tabedir. Gözlər haramdan qorunmazsa qəlbi qorumaq çətin olar. O halda imanı olanların haram işləməməsi lazımdır. Kişilərin homoseksual olması haram olduğu kimi, qadınların da olması haramdır. Qadının da hər hansı bir qadına şəhvət ilə toxunması və baxması haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qadının qadına yaxınlaşması [lizbiyanlıq, safizm] zinadır.” [ Tabərani]
“Kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır.” [Beyhəqı]
“Axır zamanda eyni cinslər üç qismə ayrılar: Bir qismi danışmaq və baxmaq, digəri qucaqlaşmaqla kifayətlənər. Bir qismi də bu işi tək özü edər. Allah bunlara lənət etsin! Tövbə edənin tövbəsini Allahu təala qəbul edər.” [Deyləmi]
Qadın qadına şəhvət ilə baxa və toxuna bilməz. Ərindən başqasına, kişi və qadın kim olursa olsun yad adam üçün bəzənə bilməz. Hədisi-şərifdə buyuruldu ki:
“Bir qadın vurduğu ətri bildirmək üçün insanların yanından keçərsə, o da, baxan da [bir növ] zina işləmiş olar.” [Nəsai]
Kişi ilə qadın başqa cinsdən olduqları üçün bir yerdə olması nisbətən çətindir. Qadının qadına yaxınlaşması isə daha asandır. Bunun üçün qadının qadına baxması və toxunması, kişinin qadına və qadının kişiyə baxmasından daha pis ola bilər. Kişinin kişi üçün və qadının qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Bir qadın başqa bir qadının göbək ilə diz arasına baxa bilməz. Zərurətsiz baxarsa haram işləmiş olar. Qadının yad kişi üçün övrət yeri əl və üzündən başqa bütün bədənidir. Başqasının övrət yerinə ehtiyac yox ikən şəhvətsiz də baxmaq haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Kişi kişinin, qadın qadının övrət yerinə baxa bilməz, halal deyildir.”[Abdurrəzzaq]
“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.” [Tabərani]
Comments are closed, but trackbacks and pingbacks are open.