Kinçi bəbirə necə dərs verdi
Pişik cavab verdi:
Çöpçülərin sirrləri: həqiqət ya yalan?
Zaman bizi müasirləşməyə doğru aparsa da, bu gün hələ də çözə bilmədiyimiz bir çox məqamlar var.
Xalq arasında, çöpçü, nəzərçi, çıldaqçı fəaliyyətləri ilə məşğul olan insanları hamınız tanıyırsınız. Bir faktı da hamı təsdiq edir ki, adını sadaladığım bu peşə sahiblərinin işini elm hələ də öyrənə bilməyib.
Milli.Az bu gün sizə çöpçülər barəsində danışacaq, bu mövzuda müxtəlif insanların fikirlərini sizlə bölüşəcək.
“Mən Bakı kəndlərindən birində yaşayıram. Kiçik, sakit bir ailəm, iki övladım var. Özüm BDU-nu bitirmişəm. Ailə qurandan sonra ixtisasım üzrə işləyə bilmədim. Bunları deməkdə məqsədim odur ki, cahil insan deyiləm. 2003-cü ildə ailə qurmuşam. 22 yaşında ilk övladım Xəyyam dünyaya gəlib.
Mən şəhərdə böyümüşəm. Uşaq vaxtı bir balaca xəstələnən kimi, anam bizi həkimə aparardı. Amma gəlin gəldiyim ailənin qayda-qanunları başqa idi. Oğlum Xəyyam 3 aylığında möhkəm xəstələndi. Uşağın hərarəti enmir, qusur və öskürürdü. Anam, bacılarım hamısı bir-birinə qarışmışdı. Uşağı gəzdirmədiyimiz həkim qalmamışdı. Həkimlər uşağın dərdinə bir əlac edə bilmirdilər. Artıq körpəni xəstəxanadan evə qaytarmışdılar.
Gündən-günə arıqlayan uşağa baxıb, hər an onu itirmək qorxusuyla ağlayırdım. Bir gün günorta qaynanam uşağı “çöpçü”yə aparmağı məsləhət gördü. Dedi ki, “qızım, gəl bir uşağı “çöpçü”yə aparaq. Sonra Allah eləməsin bir şey olsa, ürəyimizdə qalmasın ki, niyə aparmadıq. Razılaşdım, uşağı götürüb, Maştağa qəsəbəsində yaşayan “çöpçü”yə getdik. Çöpçü qadın ilk öncə uşağın əllərindən tutub qaldırdı, sonra çox zəif olduğunu bildirdi. Bu aydın məsələ idi. Mən səbrsizliklə nəticəni gözləyirdim. Qadın 2-3 dəfə nə isə pıçıldayaraq, oğlumun burnuna üfürdü. Uşağın ağzından sap, alma qabığı və kağız qırıntsı düşdü.
Daha sonra çöpçü bir neçə gün keçəndən sonra yenə gəlməyi məsləhət gördü. Dedi ki, uşağın udlağında qalan bu qırıntılar boğazını yaralayıb” deyən Gülnarə Mahmudova uşağın çöpçüdən qayıtdıqdan sonra sağaldığını bildirir. O, deyir ki, çöpçüdən qayıtdıqdan sonra uşağın hərarəti enir və qusma dayanır. “Çox məətəl qalmışdım. Sanki möcüzə baş vermişdi, mənə bu yaxşılığı etdiyi üçün qaynanamı qucaqlayıb, öpürdüm”.
Müsahibim, həqiqətən çöpçülərə inandığını və ikinci övladını da xəstələnəndə ilk öncə çöpçüyə apardığını bildirir.
Mehriban adlı digər bir xanım isə uzun illər yanına övladını apardığı çöpçünün vərəm xəstəliyi ilə dünyasını dəyişdiyini dilə gətirdi. “Qızımın 1 yaşı var idi, uşağın əhvalı iki günün içində dəyişdi. Qaynanam qızımı çöpçüyə apardı. Həqiqətən uşağın vəziyyəti düzəlmişdi. Bu, məndə də çöpçülərə inamı artırdı. Belə ki, ikinci övladım olandan sonra da həmin qadının yanına gedirdim. Sarışın, arıq qadın idi. Uşağın burnuna üfürməsi heç xoşuma gəlməsə də, məcbur idim. Sanki hansısa bir qüvvə məni o qapıya çəkirdi. Axırıncı dəfə övladımı çöpçüyə aparanda qadın xəstə olduğunu bildirdi. Dedi ki, bir müddət olmayacaq, hansısa xarici ölkəyə müalicəyə gedir. Aradan 1 ay keçdi xəbər yayıldı ki, çöpçü dünyasını dəyişib”.
Mehriban xanım sonralar çöpçünün vərəm xəstəliyindən dünyasını dəyişdiyini öyrənir. Bu xəbəri alan müsahibim uşaqlarını həkim müayinəsindən də keçirir. Hal-hazırda heç bir övladında bu xəstəliyin çöpləri tapılmadığı üçün sevinən ana, bütün valideynlərə “çöpçü”lərdən uzaq durmağı məsləhət görür. O, deyir ki, valideynlər hər zaman yalnız həkimlərə etibar etməlidir. Çünki həkimlər ali təhsilli olmaqla yanaşı, öz sağlamlıqlarının da qayğısına qalırlar.
Çöpçü Nargilə isə deyilənlərlə razılaşmır. O, bildirir ki, çöpçünün bacardığını heç bir həkim bacara bilməz. “Bu sənətin öz sirləri var. Bu, bir ilahi vergidir. Mən bunun sirrlərini aça bilmərəm. Amma həqiqət olmasaydı, bu qədər uşaq sağalmazdı”.
Çöpçülərin əl haqqı o qədər də çox deyil. Belə ki, çöpçülər 2-5 manata xidmət göstərirlər.
Onun sözlərinə görə, gündə ən azı, 7-8 belə xəstə bu qapıya gəlir. “Uzun illərdir, bu işlə məşğul oluram. Bu illər ərzində bir dəfə də olmayıb ki, xəstə sağalmasın. Əlimi uşağın boğazına vuran kimi bilirəm ki, çöpü var, yoxsa yox”.
Çöpçü mənimlə danışmamaq üçün bəhanə gəzirdi ki, qapı açıldı. Qucağında 6-7 aylıq uşağı olan bir ana içəri girib həyəcanla “Uşaq iki gündür heç nə yemir, nə verirəmsə, qusur” deyə ağlayaraq, yardım istədi. Çöpçü əllərini yuyub, uşağı qucağına aldı və boğazını bir qədər ovduqdan sonra, arxa-arxaya 3-4 dəfə uşağın burnuna üfürdü. Uşağın ağzından meyvə çəyirdəyi və konfet kağızı düşdü. Çöpçü haqqını alıb, onları yola saldı və mənə də getməyi məsləhət gördü. Dedi ki, nə lazımdırsa gördün, get yaz.
Qapıdan çıxanda mənə kiçik bir sirrini də açdı. Dedi ki, əgər uşağın ağzından çıxan ilk çöpünü sellofana büküb onun üzərinə tikərlərsə, uşaq bir daha çöp götürməz. Amma çöpçülərin ilk çıxan çöpü çox zaman valideynlərə vermədiyini də bildirdi çöpçü.
Qulaq-burun-boğaz həkimi Elnur Niftəliyev bu mövzunun bu gün aktual problemlərdən biri olduğunu dilə gətirdi. Həkimin sözlərinə görə, çöpçülərin sirri tibb aləminə açılmaz olaraq qalır. “Bütün dərdlərin əlacını tapan tibb aləmi, çox qəribədir ki, bu çöpçülərin sirrini aça bilmir. Yadıma gəlir, elə bir hadisə olub ki, xəstə gətiriblər ağır vəziyyətdə, onun boğazına müxtəlif cihazlarla baxmışıq, heç nə tapa bilməmişik. Amma onu çöpçüyə aparıblar sağalıb” deyən həkim “çöpçü”lərin sirrinin bəli olmadığıını bildirdi. “Amma bir tək onu deyə bilərəm ki, valideynlər daha çox həkimlərə üstünlük verməlidirlər. Çünki “çöpçü”də olan hər hansı bir xəstəlik, uşağın bütün həyatını məhv edə bilər”.
Terapevt Məlahət Abbasovanın fikrincə, infeksion xəstəliklərin demək olar ki, hamısı damcı-hava yolu ilə yoluxur. Bu da o deməkdir ki, əgər çöpçü xəstə olmuş olarsa, uşağın yoluxma ehtimalıı artır. “Çöpçü üfürdüyü zaman nəfəs və ağız suyu uşağın ağzına düşür. Əgər çöpçüdə hər hansı bir xəstəlik varsa, bu da uşağa ötürülür. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır” deyən həkim, onu da bildirdi ki, çöpçülər əgər bu fəaliyyətlə məşğul olmaq istəyirlərsə, mütləq həkim müayinəsindən keçməlidirlər.
Əkinçi bəbirə necə dərs verdi
Bir kəndin sakinləri meşənin kənarındakı tarlanı şumlayırdılar. Torpaq münbit idi, buradan onlar bol məhsul toplayırdılar. Budur, həmin yerdə bir bəbir peyda oldu. O, meşədən çıxaraq burada işləyən əkinçini və onun öküzlərini parçaladı. Belə hadisələr bir neçə dəfə təkrarlandı. Kənddə hamı vahimə içində idi. Igid cavanlar bəbiri öldürməyə yollandılar. Lakin onlar da heç nə edə bilmədilər.
– Deyəsən biz bu bəbirdən yaxa qurtara bilməyəcəyik, – deyə ovçular dilləndilər.
Əkinçilər tarlanı tərk etdilər. Axı kim vəhşi heyvanın caynağına keçmək istəyər? Onlar “ölməkdənsə, ac qalmaq yaxşıdır”, – dedilər. Yalnız bir kəndli qorxmadı.
– Dayanın, – deyə o, dilləndi. – Mən bu bəbirə dərs verərəm!
O,iki öküzünü cütə qoşdu, pişiyini səsləyib, tarlaya yollandı.
Qonşular işi belə görüb, onun hərəkətinə təəccübləndilər və bir-birinə dedilər:
– Görünür, qonşumuz dəli olub, həyatı onun üçün əziz deyil.
Əkinçi isə tarlaya gələrək öküzləri cütdən açdı ki, şumlamadan qabaq bir az dincəlsinlər. Elə təzəcə bir öküzü açmışdı ki, bu anda bəbir meşədən çıxdı, başını qaldırıb fısıldadı, bığlarını tərpətdi. Onu görən öküz qorxaraq qaçdı.
Bu zaman o, pişiyi gördü. Bəbir onu nəzərdən keçirib təəccüblə soruşdu:
Pişik cavab verdi:
– Mən sənin bacın oğlunam. Sən mənim dayımsan.
Bəbir pişiyə baxıb dedi:
– Düzdür, sən bizim nəsildənsən, gözlərin, qulaqların, pəncələrin, bığların, quyruğun bəbirlərdə olduğu kimidir. Ancaq de görək, sən niyə bu qədər balacasan?
– Bu ona görədir ki, məni o insan ələ keçirib. Onun əlinə keçsən, sən də mənim kimi kiçilərsən, – deyə pişik cavab verdi.
– Deyirsən yəni o, çox güclüdür? – deyə bəbir fınxırdı.
– Ondan qorxmuram! Indi mən onun öküzlərini və özünü yeyəcəyəm!
– Get, gücünü sına!
Bəbir əkinçinin üstünə atıldı və nərildədi:
– Ey insan! Sən mənim bacım oğlunun başına nə oyun açmısan? Buna görə mən səni parçalayıb yeyəcəyəm!
– Qüdrətli bəbir! – deyə əkinçi sakit tərzdə cavab verdi.
– Görürəm ki, mən səni qəzəbləndirmişəm, məni bağışla. Istəyirəm ki, sənin şikarın çox olsun.
– Bu, necə ola bilər? – deyə o, soruşdu.
– Mənim iki öküzüm var. Biri səni görüb, qorxudan qaçdı. Sən bu öküzü saxla, mən gedib o biri öküzü tapıb gətirim. Onda sən bizim hamımızı yeyərsən.
– Mən onu necə saxlaya bilərəm? – deyə bəbir soruşdu.
– Gəl səni taxta boyunduruğa bağlayım, – deyə kəndli cavab verdi.
– Yaxşı, – deyə bəbir razılaşdı və özü başını boyunduruğa keçirdi.
Onun başı boyunduruğa girən kimi əkinçi qayışları möhkəm bərkitdi və bəbirin belinə qamçı çəkməyə başladı. O, qamçını çəkdikçə qışqırırdı:
– Tez ol, torpağı şumla!
Bəbir yerindən sıçradı, özünü ora-bura atdı, buradan yaxasını qurtarmağa çalışdı. Ancaq əkinçi qamçını möhkəm endirirdi. Öküz qorxub irəliyə atılır, bəbir isə onunla boyunduruğu dartmalı olurdu. Əkinçi elə hey qışqırırdı:
– Tez ol, tez ol! Şırımdan çıxma!
Beləliklə, onlar tarlanın yarısını şumladılar. Pişik isə bəbirin yanınca gedir, ona baxırdı. Bəbir ehtiyatla pişikdən soruşdu:
– Qulaq as, bacı oğlu! Sənin sahibin məni tezmi buraxacaq?
– O səni yəqin ki, mənim kimi balacalaşandan sonra buraxacaq, – deyə pişik cavab verdi.
– Mən onsuz da iki dəfə kiçilmişəm, – deyə o dilləndi.
– Əgər əkinçi axşama kimi yeri şumlasa, mən səndən də kiçilə bilərəm.
O, başını aşağı saldı və boyunduruğu irəli çəkdi. Nəhayət, axşam oldu. Əkinçi bəbiri biyunduruqdan xilas edib dedi:
– Indi cəhənnəm ol buradan və bir də mənim gözümə görünmə! Yoxsa səni boyunduruğa qoşub üç gün, üç gecə torpağı şumladaram.
Bəbir meşəyə qaçdı. O, ayaqlarını güclə sürüyürdü. Əldən düşmüş bəbir bir ağacın altında uzandı, dili bayıra çıxdı.
Qarğalar elə bildilər ki, bəbir ölüb.
Onlar bəbirin üstünə enib onu dimdikləməyə başladılar. Yaxşı ki, bəbirin gücü quyruğunu yelləməyə çatdı və onunla qarğaları qova bildi.
Bundan sonra bəbir heç vaxt tarlaya yaxın düşmədi. Başqa vəhşi heyvanlara o, həmişə deyərdi:
– Insandan uzaqlaşın! O, çox güclü olmasa da, ağıllıdır. Insana bizim heç vaxt gücümüz çatmaz.
Mənbə [ redaktə ]
- Dağıstan xalqlarının nağılları, Bakı, 2013
- Dünya xalqlarının nağılları
- Ləzgi xalq nağılları
Menu
Ana səhifə / Xəbərlər / VIN kodu ilə avtomobil haqqında nə öyrənə bilərsiniz, nə üçündür və onu necə düzgün yoxlamaq olar?
VIN kodu ilə avtomobil haqqında nə öyrənə bilərsiniz, nə üçündür və onu necə düzgün yoxlamaq olar?
839 05 04 2022
Hər bir avtomobilin hərf və rəqəmlərdən ibarət öz müəyyən edilmiş nömrəsi var. Bu rəqəmin nə demək olduğunu bilərək, siz avtomobil haqqında çox şey öyrənə bilərsiniz – nəqliyyat vasitəsinin nə vaxt, kim tərəfindən və necə buraxıldığını, həmçinin avtomobilin oğurlandığını, suda batdığını və ya yandığını öyrənə bilərsiniz. Bu cür biliklər xüsusilə işlənmiş avtomobil almağa hazırlaşanlar üçün faydalı olacaq, çünki bu, gələcəkdə bir çox problemdən qaçmağa və özünüzə “problem” almamağa kömək edəcək.
Eyniləşdirmə nömrəsinin yaradılması qaydalarını müəyyən edən vahid beynəlxalq standartlar yoxdur, o, istehsalçı tərəfindən müstəqil şəkildə formalaşır. Lakin, bir qayda olaraq, 30 il təkrarlamağa ehtiyac yoxdur. Avtomobilin yalnız 1 VIN nömrəsi olmalıdır.Bir qayda olaraq, kod son istehsalçı tərəfindən təyin edilir və simvol birləşməsinin özü məcburi yoxlamaya məruz qalır.Hər bir identifikator latın hərflərinin mütləq olduğu bir neçə hissədən ibarətdir – I, O, Q istisna olmaqla (bu, onların digər simvollarla əvəzlənməsinin asan olması ilə əlaqədardır) – həmçinin 0-dan 9-a qədər olan rəqəmlərdən ibarətdir. cəmi, VIN üç bölmədən ibarətdir.
Birinci bölmə
Birinci bölmədə istehsalçı haqqında məlumat var – WMI – dünya istehsalçı kodu. Buraya avtomobili kimin yığdığı, coğrafiya, həmçinin onun yerləşdiyi ölkə haqqında “danışan” cəmi üç simvol daxildir. İldə 500 ədəddən çox avtomobil istehsal edilmirsə, üçüncü simvolun əvəzinə “9” işarəsi göstərilir. WMI-nin formalaşmasının xüsusiyyətlərini nəzərə alaraq, avtomobil zavodu bu birləşməni heç bir şəkildə qurmur – hər şey Beynəlxalq Agentliyin nəzarəti altındadır.
- Beləliklə, birinci simvol istehsalın ölkəsi haqqında “deyəcək”: X – MDB; J – Yaponiya; W – Almaniya; 3 – Meksika; S – İngiltərə və s.
- İkinci işarədə avtomobili istehsal edən şirkət göstərilir: 1 – Chevrolet; A – Audi, Jaguar, Land Rover; H – Honda; T – Toyota, Lexus və s.
- Bölmədəki üçüncü simvol avtomobilin kuzov tipini izah edəcək, yəni. onu minik avtomobili, yük maşını və s. kimi təyin edin.
İkinci bölmə
VIN kodundakı bu bölmə təsviri adlanır. Buraya avtomobilin tam təsvirini verəcək 6 işarə daxildir – onlar sizə model, quraşdırılmış mühərrikin növü, kabin, kuzov, əyləc sistemi və ox haqqında məlumat verəcəklər. Simvolların təyin edilməsi qaydası, həmçinin kodlaşdırmanın dəqiq necə ediləcəyi, hər bir istehsalçı özü üçün müəyyən edir, lakin eyni zamanda müəyyən edilmiş ümumi məhdudiyyətlərə əməl etməlidir.
Bəzi xüsusiyyətlər istehsalçı tərəfindən nömrədə göstərilməyibsə, bu keyfiyyətə cavabdeh olan simvol hələ də əlavə edilməlidir, məsələn, eyni “0”. Bir sözlə, bu vəziyyətdə kodun bu sahəsinə hansı semantik yük qoyacağına istehsalçı özü qərar verir.
Üçüncü bölmə
Kodun son sahəsi identifikasiya və ya, eyni zamanda, fərqləndiricidir. Buraya 10-dan 17-yə qədər olan simvollar daxildir. Bu hissədən siz avtomobilin tam komplektini öyrənə bilərsiniz. 10-cu simvol avtomobilin istehsal edildiyi il haqqında “deyəcək”: məsələn, Y – 2000; 1 – 2001; 2 – 2002 . A – 2010; B – 2011 və s.
Comments are closed, but trackbacks and pingbacks are open.