Press "Enter" to skip to content

Ayaqları ağrıyanlar mütləq oxusun. Ayaqlarınızın nədən ağrıdığını bilirsinizmi

Onlar zəhərlidirmi? Bəli. Amma aqressiv deyillər və adət üzrə insanı gördükdə, qaçmağa üstünlük verirlər. Ona görə onlara toxunmayan insana əsla zərər yetirməzlər.

Kəskin ayaq ağrılarından xilas edən təbii müalicə üsulu: Kələm sarğısı ilə bütün ağrılara SON!

Kəskin ayaq ağrılarından xilas edən təbii müalicə üsulu: Kələm sarğısı ilə bütün ağrılarınızı unudacaqsınız!

Ayaqlarınız tez-tez ağrıyırsa, mütləq bol maye qəbul edib, yürüşə başlamalısınız. Bir də kələm yarpağı ilə bu problemi həll edə bilərsiniz.
Bəziləri çox siqaret çəkməkdən, bəziləri də hərəkətsizlikdən dolayı yaranan ayaq ağrılarından şikayətlənirlər. Ətrafınızdakı yaşlılara nəzər salın. Onların çoxunun səhhətindəki ən mühüm problem ayaq ağrılarıdır. Bəs bu ayaq ağrılarından xilas olmaq üçün nə etmək lazımdır?
Ayaq ağrılarını təbii bitkilər vasitəsi ilə aradan qaldırmaq mümkündür. Dərmanlarla müalicəyə başlamazdan əvvəl bu müalicə üsulunu sınaqdan keçirməkdə fayda var. Həmçinin çoxlu maye qəbul edib, yürüşə başlamaq tövsiyə olunur. Təmiz havada 10 dəqiqə yürüş belə kəskin ayaq ağrılarının xilaskarı ola bilər. Qalın corab geyinmək də çox kömək etmir.
Bu ağrılardan xilas olmaq üçün kələmdən istifadə edə bilərsiniz.

Qadinsayti.az SaqlamHeyat.az-a istinadən kələm kompresinin 3 üsulunu təqdim edir:

1. Ayağın ağrıyan yerlərini qaynadılmış kələm yarpaqları ilə ilıq halda sarıyıb 10 dəqiqə gözləyin. Kələm yarpaqları ilə uzun müddətli müalicə sizi bütün ağrılardan xilas edə bilər. Kələmin möcüzələri yalnız ağrılar üzərində deyil, demək olar ki, sağlamlıq və gənclik anbarı kimi tanınır.

2. Kələm yarpaqları ilə kompress çox yaxşı effekt verir. 1 neçə kələm yarpağını yumaq, döymək, üzərinə bal çəkib ağrı nahiyəsinə qoymaq lazımdır. Proseduru 1 ay ərzində gecələr etmək məsləhət görülür.

3. Bir neçə kələm yarpağını dondurucuda soyudun, amma dondurmayın, yarpaqlar elastikliyini qoruyub saxlamalıdır. Ayaqlarınıza bu yarpaqları sarıyın və onları hündür bir əşyanın üzərinə qoyub uzanın, yarım saat bu vəziyyətdə qalın. Kompresi açdıqdan sonra ayaqlarınızın şişinin azaldığını və ağrının keçdiyini hiss edəcəksiniz.

Sağlamlıq Baxılıb: 43378 Tarix: 13 sentyabr 2016
f Paylaş

Digər yazılar

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Spermanın keyfiyyətini və sürətini artırmağın yolu – Bunları edin

Sperma keyfiyyətini və sürətini artırmaq üçün bunları yeyin. Mütəxəssislər sperma keyfiyyəti və sayı ilə köklük arasında tərs mütənasiblik olduğunu bildirirlər. Belə ki, kök kişilərin sperma sayı daha az olur. Ona görə d

Bu resept möcüzədir! 1 günə bütün oynaq ağrılarından xilas olun!

Bu resept əsil möcüzədir! Cəmi bir gün ərzində siz oynaq ağrılarından xilas olacaqsınız!. Çoxumuz, həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq, 25 yaşından oynaq ağrılarından əziyyət çəkirik. Əgər siz hər hansı kimyəvi dərmanlarda

Ayaqları ağrıyanlar mütləq oxusun. Ayaqlarınızın nədən ağrıdığını bilirsinizmi?

Ayaqlar orqanizmin aşağı sərbəst hissələridir.Bu orqan insanın hərəkətini və yerişini təmin edir. Ayaqların baş hissəsi kiçik çanaq orqanlarından başlayır və barmaqların ucuna qədər davam edir.

Ayaqların anotomik quruluşu pəncə, daban, baldır, diz və bud hissədən ibarətdir. Ayağın ən iri hissəsi isə bud hissədir. Bud sümüyü ilə baldır sümüyü diz nahiyədə birləşir. Ayaqlarda hərəkətin çətinlşməsi və ağrıların baş verməsi üçün bir-çox səbəblər var. Amma, ən çox daban və diz hissənin patologiyası baş verdikdə ayaqların hərəkəti tamamilə çətinlşir. Bu səbəbəbdən də mütəxəssislər ayağın istənilən hissəsində diskomfort baş verən zaman həkimə müraciət etməyi məsləhət bilirlər. Çünki, adi bir ağrı və ya diskomfort ayaqlarda patoloji xəstəliklərə və hərəkətin tam dayanmasına səbəb ola bilər. Bunun baş verməməsi üçün ayaq ağrılarına qarşı diqqətli olmaq lazımdır. Ayaqlarda əmələ gələn problemlərin əksəriyyəti isə (damar xəstəliklərindən başqa)onurğa ilə əlaqədar olur ki,bu da xəstəliklərin ciddi olmasından xəbər verir.

Ayaqlar niyə ağrıyır?

Ayaqlar onurğanın, damarların, sümüklərin, sinirlərin və qığırdaq toxumanın xəstəliklərindən ağrıya bilir.
Ayaqlar ayaq venalarının genişlənməsi zamanı ağrayır. Buna səbəb isə vena damarlarında qan durğunluğunun baş verməsidir.
Ayaqlar sinir uclarının qıcıqlanmasından ağraya bilir.
Ayaqlarda ən çox küt ağrılar müşahidə edilir ki, bunun da səbəbi varikoz genəlmələr olur.
Ayaqlar tromboflebit xəstəliyi zamanı ağrayır ki, bu zaman ağrayan nahiyənin dərisində qaşınmalar müşahidə edilir. Bu xəstəlik üçün xarakterik xüsusiyyət daimi sızıldaytıcı ağrı və əzələlərdə baş verən zədələnmələrdir.
Ayaqlarda ağrılar arteriyaların ateresklerozu səbəbindən də baş verə bilir. Bu zaman ayaqlarda sıxışma hissinə bənzər ağrılar müşayət olunur. Bu ağrılar ilin bütün fəsillərində baş verə bilir. Xəstəliyin əsas xarakter xüsusiyyəti isə dabanların buz kimi soyuq olmasıdır.
Onurğada əməılə gələn xəstəliklər də ayaqlarda ağrılara səbəb olur. Bu ən çox onurğanın yırtığı və disklərdə əmələ gələn sürüşmələr səbəbindən baş verir. Bu zaman ağrı oturq sinirdə daha çox baş verir. Bu zaman ağrı hissi əzaverici və dözülmz olur, heç bir ağrıkəsiciyə tabe olmur.
Ayaqların ağımasına oynaqlar da səbəb ola bilir. Oynaqlardakı qığırdaq toxumanın zədələnməsi ayaqlarda ağrılara səbəb olur. Bu özünü ən çox hərəkət edən zaman oynaq nahiyələrdə əmələ gəllən ağrı lıə biruzə verir.
Yastıayaqlılıq da ayaq ağrılarına səbəb ola bilir. Bu səbəbdən əmələ gələn ağrını ortopedik ayaqqabı geyinərək aradan qaldırmaq mümklün olur.
İşyas xəstəliyi ayaqlarda yüksək intensivli ağrıların meydana gəlməsinə səbəb olur.
Müxtəlif travmalar və zədələnmələr zamanı ayaqlarda ağrılar meydana gələ bilir.
Artıq çəki zamanı ayaqlara güc düşdüyünə dörə ayaqlarda ağırlıq hissi müşahidə oluna bilir.
Bəzən daban bölgəsində çox kəskin ağrılar meydana gəlir ki, bunun da səbəbi ağrılı şnur olur. Bu da ən geniş yayılmış xəstəliklərdən sayılır.

Ayaq ağrılarını müayinə edərkən aşağıdakılar müşahidə edilə bilir:

  • * onurğanın skalioz xəstəliyi
  • * oturaq sinirin patologiyası
  • * hərəkətsiz uzanan zaman ayaqlarda baş verən ağrılar
  • * ayaq əzələlərində atrofiyalaşma
  • * daban hissənin xarici qatının hipestenziyası

Qırxayağın neçə ayağı var?

Qırxayağı yəqin ki, hamı yaxşı tanıyır. Çoxsaylı uzun ayaqları, çevik yerişi, vahiməli görünüşü çox adamı ona “bədheybət” kimi baxmağa vadar edir. Bir çoxları elə bilir ki, qırxayaq gecə adamın üstünə çıxa bilir, qulağa girə bilir və s.

Çox az adam tapılar ki, qırxayağı görəndə onu dərhal öldürmək istəməsin.

Doğrudanmı o, bu qədər qorxunc və zərərlidir? Biz qırxayaq haqqında nə bilirik?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qırxayaqlar ibtidai heyvanlardandır. Onlar xərçənglər, hörümçəklər, əqrəblər və bütün cücülərin də daxil olduğu buğumayaqlılar tipinə (çoxayaqlılar sinifüstüsü) aiddir. Başqa sözlə, onlar bütün sadalanan canlıların uzaq qohumları hesab olunur.

Biz tanıdığımız Adi qırxayağın ölçüsü 3-6 sm-dir. Ayaqları və bədəni zolaqlıdır. Doğrudanmı onun 40 ayağı var? Xeyr. Cəmisi 30-dur. Yetkin fərddə. Yumurtadan çıxan körpədə isə cəmi 4 cütdür. Hər qabıq dəyişmədə cütlərin sayı artır. Qırxayağın son ayaq cütü lap uzundur. Bəzən bədənindən 2 dəfə uzun olur. Ona görə qırxayağa baxanda başın harada, bədənin ucunun harada olduğunu müəyyən etmək çətin olur. Ayaqlar asanlıqla qopur və yerinə yeniləri əmələ gələ bilir.

Qırxayaqlar 7 ilə qədər yaşayırlar. Adətən, nəm, qaranlıq, gizli yerlərdə – zirzəmilərdə, hamam otaqlarında, təbiətdə isə xəzəl altında yaşamağa üstünlük verirlər. Onların qidasını cücülər, ilbizlər və ağac, yarpaq çürüntüləri təşkil edir.

Qırxayaqlar çox sürətlidir. 3 saniyəyə 1 m yolu qət edə bilirlər.

Onlar zəhərlidirmi? Bəli. Amma aqressiv deyillər və adət üzrə insanı gördükdə, qaçmağa üstünlük verirlər. Ona görə onlara toxunmayan insana əsla zərər yetirməzlər.

Onların zəhəri şikarlarını öldürməyə və özünü müdafiəyə yönəlib. Qırxayaq diş rolunu oynayan ön cütləri ilə insan dərisini hələ-hələ dələ bilmir. Amma hətta dişləsə belə, zəhəri ağrılı olmağına rəğmən, qətiyyən qorxulu deyil. Qırxayaq ağcaqanad və digər qansoranlar kimi qorxulu xəstəlikləri ötürmür. Mebel, geyim, qida və ev əşyalarını da korlamır.

Əslində qorxunc görkəminə rəğmən, qırxayaqlar olduqca faydalı heyvanlardır. Onlar milçək, tarakan, güvə, taxtabiti, qarışqa kimi ev ziyanvericilərini məhv etməklə evin əsil sanitarlarına çevrilirlər və bununla insana böyük xeyir vermiş olurlar.

Adi qırxayaq Ukraynada Qırmızı kitaba salınıb və dövlət tərəfindən qorunur.

Dostlarımızı tanıyaq və qoruyaq. Hətta qırxayaq kimi eybəcər görünsələr belə.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.