Press "Enter" to skip to content

Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” – Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ

Əgər birdən belə axına düşərsinizsə, nə etmək lazım olduğuna da baxaq:

Onun yüksəlişinin nə olduğunu hardan bilək

Yaxşı üzməyi və suda qalmağı bacaran insanlar başa düşə bilmirlər ki, çimərlikdə necə boğulmaq olar?!

“Ölkə.Az” “Demədi demə” Youtube kanalına istinadən xəbər verir ki, çimərlikdə ölənlər haqda çoxsaylı xəbərlərə qulaq asdıqda ilk təəssürat yaranır ki, ya onlar üzməyi bilmirdilər, ya da sərxoş olublar.

Səbəb isə tamam başqadır. Söhbət təhlükəli sahil sualtı axınlarından gedir. Bu axınlar, demək olar ki, bütün su hövzələrində var; Meksika körfəzində də, Qara dənizdə də, Xəzərdə də. Bəzən, bu axınlarla nəinki, adi adamlar, ən yaxşı üzgüçülər belə bacarmırlar. Çünki, axına düşdükdə nə etməli olduqlarını bilmirlər. Hər şey gözlənilmədən baş verir.

Dənizdən üzü sahilə üzdüyünüz zaman, bir də görürsünüz ki, heç nə alınmır, eyni yerdən kənara çıxa bilmirsiniz. Hətta sahildən uzaqlaşdığınızı hiss edirsiniz. Bütün səyləriniz əbəs olur, gücünüz tükənir. Panikaya düşürsünüz və sonda boğulma baş verir.

Əvvəlcə su axınlarının anatomiyasını öyrənmək lazımdır. Burda proses odur ki, sahilə can atan dalğalar düz istiqamətdə hərəkət edir, sahildəki maneəyə dəydikdən sonra inersiya ilə geriyə-dənizin içinə doğru yönəlir. Ən təhlükəli axınlar qayalıqlı sahilləri olan kiçik dənizlərdə və liman buxtalarında yaranan axınlardır. Azov dənizi və ona oxşar dənizlər kimi.

Belə ki, sahildən geri qayıdan axının qarşısını kəsə biləcək adacıqlar, buxta və digər təbii maneələr olduqda burada xüsusi təhlükəli zona yaranır. Su axan dar keçidlərdə suyun təzyiqi yüksəlir və axın sürəti saniyədə 2-3 metrə çata bilir.

Sahilə doğru axan axınlar perpendikulyar istiqamətdə hərəkət edir. Nəticədə, müxtəlif yerlərdə suyun iki axın dəhlizi yaranır. Dalğalar suyu toplayır və sahilə doğru çırpır. Sonra digər istiqamətə tərəf əks axın başlayır. Əsasən, sualtı axının dəhlizi çox ensiz olur: 2-3 m. Suyun sürəti saatda 4-5 km-ə çatır. Bu axınlar insan üçün elə də təhlükəli deyil. Lakin, bəzən su axınının ölçüləri 50 m enə və 200-400 m uzunluğa malik olur. Bu böyük axınlarda suyun sürəti 15 km/ saat ola bilir. Bu enli və güclü su axını tez-tez yaranmır. Bəs onun yaranmasını hardan bilək?

Videoda sizə belə axını kənardan müəyyənləşdirməyin əlamətləri:

1. Sahilə perpendikulyar coşğun su kanalı görürsünüzsə, həmin kanalda suyun rəngi fərqlidirsə, məsəlçün, ətraf sular yaşıl, yaxud mavidir, kanalda isə suyun rəngi ağdırsa;
2. Hansısa dəniz bitkisi və yaxud dəniz canlısı suyun üstüylə dənizin içərilərinə doğru sürətlə hərəkət edirsə;
3. Ümumi dalğa xəttində 5-10 metrlik qırılma varsa;

Əgər bu 3 əlamətdən birini görürsünüzsə, həmin yerdə çimməyi ağlınızdan belə keçirməyin. Amma, burda bir problem var. 80% hallarda sualtı axınlar vizual cəhətdən bilinmir. Və siz suyun içindəsinizsə, saydığımız əlamətləri görmə şansınız da yoxdur. Beləcə, sualtı axın qəfil sizi dənizin ortalarına çəkə bilər. İş orasıdır ki, insanların əksəriyyəti bu axın zamanı sakitcə suyun hərəkətindən həzz alırlar. Bu isə onların ölümü ilə nəticələnir. Ona görə də tək çimməyin və çimərlikdə qoyulan qırmızı bayraqlara, xəbərdarlıq nişanlarına biganə qalmayın.

Əgər birdən belə axına düşərsinizsə, nə etmək lazım olduğuna da baxaq:

1. Panikaya düşməyin. Özünüzü ələ alın. Axında özünü necə aparmaq qaydalarını bilən insanların 99%-i sağ-salamat axını tərk edə bilir.
2. Gücünüzü qoruyun. Axına qarşı üzməklə bütün gücünüzü itirə bilərsiniz. Ona görə də axına qarşı deyil, ona paralel tərəfə üzməyə çalışın. Axından çıxmağa cəhd edin. 5-10 m üzsəniz, axından çıxa bilərsiniz.
3. Vəziyyəti analiz edin. Əgər paralel üzməklə də axından çıxa bilmirsinizsə, deməli, axın enlidir. Məsələn; 20 m və daha çox. Onda güc itirməyi dayandırırıq və panikaya düşmürük. Geriyə axın, əsasən, uzunmüddətli olmur. 3-4 dəq sonra bu axın dayanır. O, dayanan kimi sahilə paralel 50-60 m üzün, sonra isə fasilələrlə sahilə tərəf istiqamət götürün.

Əsas onu başa düşmək və anlamaq lazımdır ki, axın sizi suyun altına çəkməyəcək:

1. O, burulğan deyil. Əksər hallarda axınlar qısamüddətli, sürətli olur və suyun üst səthi ilə axır. Dərinliyi çox olmur.
2. Axının eni çox böyük olmur. Bəzən 50 m, əksərən də 10-20 m enində olur.
3. Axının uzunluğu məhduddur. Onun sürəti dənizin içinə doğru azalır və dalğaların görüşdüyü yerdə axın bitir. Dalğaların görüşü sahildən, əsasən, 100 m uzaqlıqda olur.

“Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” – Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

Günün xəbərləri

Xəbər xətti

21.05.2023

20.05.2023

19.05.2023

Ən çox oxunan xəbərlər

“Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” – Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ

04.11.2019 12:31 Фото: 9 Канал–> Müsahibələr A- A A+

Eurasia Diary Modern.az-a istinadla şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasından növbəti yazını təqdim edir. Rubrikada vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır. Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ müharibəsi şəhidi Qorxmaz Mirzəyevə həsr olunur. Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə son xatirələrindən danışacağıq. Qorxmaz Mirzəyev 2 may 1974-cü ildə Goranboy rayonun Xanqərvənd kəndində dünyaya gəlib. Qorxmaz Mirzəyev orta məktəbi Mirzə Məmmədov adına Xanqərvənd kənd orta məktəbində başa vurub. Qorxmaz Mirzəyev 9 may 1994-cü ildə qəhrəmancasına şəhid düşüb. Qorxmaz Mirzəyevlə bağlı sualları şəhidin anası Əfruzə Mirzəyeva cavablandırıb. Bala dərdi ağır olur, unudulmur deyirlər. Qorxmazın ölümündünən 25 il keçməsinə baxmayaraq, şəhidin anası oğlunun adını eşidən kimi sanki bu andan çıxıb həmin dönəmlərə qayıtdı. Səsindəki titrəmədən anlamaq olurdu qəlbindəki yanğının hələ də sönmədiyi. Şəhid anası Əfruzə Mirzəyeva: “Qorxmaz 1974-cü il təvəllüdlüdür. O, çox tərbiyyəli, mehriban, valideynini düşününən uşaq idi. Mənim dörd oğlum var idi, oğlanlarımın heç biri ona bənzəmir. O, bir ayrı uşaq idi, seçilmişlərdən idi sanki. Qorxmaz evin üçüncü oğulu idi. O, orta məktəbi Xanqərvənd kənd orta məktəbində yaxşı qiymətlərlə başa vurub. Məktəbi bitirdikdən sonra sənədlərini Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) vermişdi, lakin ora daxil ola bilmədi. Həmin dönəmlərdə Bakıda Hacı Zeynalabdin Tağıyev adına “Ziya” hazırlıq kursu var idi, Qorxmazı ora göndərdik. Hazırlıqdan sonra Qorxmaz Türkiyədə ali məktəbə qəbul olundu. Orada həkimlik oxuyacaqdı. Amma 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndən sonra uşaqlar hamısı ortalıqda qaldı. Türkiyəyə oxumağa gedəcəkdi deyə, Qorxmaz xarici pasportunu və digər bütün sənədləri hazır etmişdi. Lakin Sürət Hüseynovun hərbi qiyamından sonra ölkədə aləm qarışdı, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurmalar oldu. Ona görə də Qorxmaz və bir neçə nəfər Türkiyəyə oxumağa gedə bilmədi”. Əfruzə ana deyir ki, Qorxmazın ən böyük arzusu ürəyində qaldı. “Qorxmaz ali təhsil almağı çox istəyirdi. Hətta deyərdim ki, bu, onun da, bizim də ən böyük arzumuz idi. Universitetə qəbul oluna bilmədi deyə, 1993-cü ilin payız çağırışında oğlum əsgər getməli oldu. Qorxmazgilin dəstəsini əvvəl Füzuliyə apardılar. Hərbi xidmətinin üç ayını Füzulidə çəkdi. Lakin sonra Goranboyun Tap Qaraqoyunlu kəndinə aparıblar, həmin vaxt bizim bundan xəbərimiz olmayıb”. Anasının sözlərinə görə Qorxmaz hərbi xidməti dövründə bir dəfə də olsun məzuniyyətə gələ bilməyib. “Bir dəfə əsgərlərə dizenteriyaya qarşı iynə vurulanda Qorxmaz bir günlük evə gəldi, iynəsini vurdurduq. İkinci oğluma dedim ki, bala hələlik Qorxmazın əvəzindən sən get yeri boş qalmasın. Qorxmazın silahını götürüb ikinci oğlum döyüş bölgəsinə yollandı. Orada komandir həmin oğluma deyib ki, “sən get, qardaşın gəlsin, onun kimi vuruşa bilməzsən”. Atası da Qorxmaza deyirdi ki, get qulluğunu başa vur. Balam o gedən getdi. 1994-cü ilin may ayının 9-da şəhid oldu. Döyüş yoldaşlarından bir nəfər belə sağ qalmadı ki, son sözü, istəyi nə olub bilək”. Həmin dönəmlərdə telefondan aktiv istifadə yox idi, əsgərlər evlərinə ürək sözlərini ya məktub, ya da kimlərinsə vasitəsilə çatdırırdılar. Şəhidin anası: “Bizim Qorxmazın yanına getməyə imkanımız olmurdu, çünki o vaxtlar əfqanlar bizim əsgərlərə döyüşməyi öyrədirdilər, onlar görüşə icazə vermirdilər. Mənim böyük oğlum zabit idi, Qorxmazı ara-sıra o gedib yoxlayırdı. Qorxmazgili Füzuliyə aparanda o, evə avtobus sürücülərindən birininin vasitəilə xəbər göndərdi ki, artıq Füzulidədir”. Əfruzə Mirzəyeva məktəb vaxtı yoldaşlarının Qorxmaza yazdığı yazıları hələ də saxlayır. “Bəzən keçmiş vaxtları yad etmək üçün Qorxmazın xatirə dəftərini açıb oxuyuram. Məktəb yoldaşları Qorxmaza o qədər gözəl sözlər yazıblar, hər oxuyanda göz yaşımı saxlaya bilmirəm. Füzulidəki əsgər yoldaşları da bizə deyirdi ki, Qorxmaz çox igid, tərbiyəli və məsuliyyətli biri idi. Yoldaşları bir dəfə Qorxmaza deyib ki, gəl gedək burdan, o, isə “Siz gedin, mən qalıram, qardaşımın başını aşağı edə bilmərəm” deyib. Əfruzə ana oğlu şəhid olanda bunu hiss edibmiş. “Bir gecə qəfildən atışma başladı. Ürəyim qəfil titrədi, hiss etdim ki, nəsə baş verib. Sonra xəbər tutduq ki, Qorxmaz şəhid olub. Balamla birlikdə 9-10 nəfər də şəhid olmuşdu. Ayın 10-da bizə xəbər verdilər və rayon mərkəzinə yola düşdük. Allaha yalvarırdım ki, heç olmasa əli-qolu üstündə olsun. Yoldaşlarının hərəsinin qolu, ayağı bədənindən ayrılmışdı, amma Qorxmaz sadəcə başından yara almışdı. Qorxmaz indiyə qədər sadəcə bir dəfə yuxuma girib. Şəhid olmağının təzə vaxtları idi, mən dayanmadan ağlayırdım. Bir gecə yuxuma girdi, gördüm ki, körpünün üstündə əlində silah dayanıb. Körpünün altından çay çox gur axırdı. Mənə dedilər ki, sən çox ağlayırsan deyə o, narahat olur, ona görə də yuxuna elə girib. Ondan sonra bir dəfə belə yuxuma girmədi”. Şəhid anası deyir ki, Qorxmaz 10 rəqəmini çox sevirdi, ayın 10-da da torpağa tapşırlıdı. Qorxmazın dərdinə dözməyən atası Hüseyn Mirzəyev də dünyasını dəyişib. Çox çətinliklər çəkib Əfruzə xanım. Şəhid anası hazırda xəstədir və gözləri demək olar ki, görmür. O deyir ki, 24 ildir Goranboy rayonunda ev növbəsinə dayanıblar, amma bu günə qədər heç bir səs-soraq olmayıb. Əfruzə xanım hazırda tək yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Ukrayna

Erməni mediasının gündəlik monitorinqində rastıma ən mənfur erməni yalanlarını tirajlayan “aravot”da Azərbaycandakı seçkilərlə bağlı yazı çıxdı. Ermənini narahat edən Xankəndi seçki dairəsində keçirilən seçkilər, qarnının ağrısı isə “necə olub ki, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev parlamentə seçilib?” tezisi idi.

Yazının müəllifi, Azərbaycan üzrə ekspert (. ) Taron Ovanisyan göstərilir, aydın məsələdir ki, yazının özü kimi “müəllif” də saxtadır. Bu heç, əsas qeydlərimiz başqa mövzudur.

Yazıda qeyd olunur ki, 9 fevralda Azərbaycanda seçki keçirilib, (bizim müxalifətin də dediyi kimi-müəl.) pozuntu və saxtakarlıqla müşaiət olunub. Parlamentə seçilənlər arasında yeni simalar var, onlardan biri də Dağlıq Qarabağın Azərbaycanlı icması (“müəllif” icmanın adını dırnaqda verib) adlanan (məhz belə də yazıb, adlanan) qurumun rəhbəri Tural Gəncləliyevdir. Sitat: “Gəncəliyev Xankəndi (azərbaycanlılar Stepanakerti belə adlandırırlar) seçki dairəsindən seçilib. Bu virtual seçki dairəsi bəlli səbəblərdən Stepanakertdə deyil, Bakıda yerləşir, orada isə 5 min nəfər şəhər sakini qeydiyyatdadır”.

Və diqqət yetirməli olduğumuz ilk məqam! Erməni yazır ki, MSK-nın saytından Xankəndi seçki dairəsindən olan seçicilərin adlarını tutuşdurduq və bəlli oldu ki, eyni ildə anadan olan, ad soyadları eyni olan şəxslər qedyiyyata alınıb. Yəni, bu erməninin düşüncəsinə görə ayrı-ayrı ünvanlarda yaşayanları da Xankəndi seçicisi kimi siyahıya salmışıq. İndi hörmətli oxucular, əziz soydaşlarımız scrinlərə baxsınlar.

Suallar yaranır. Bildiyimiz kimi, MSK-nın saytında insanların ad-soyadlarını, anadan olduğu ili, seçki dairəsini yazmadan məlumat əldə etmək mümkün deyil. Beləliklə ilk sual, necə olur ki, erməni “müəllif” Xankəndi seçki dairəsində qeydiyyatda olanların ad-soyadlarını bilir? Axı dedik, ad-soyad olmasa axtarış nəticə vermir. Demək, bu siyahını ya ötürən var, ya jurnalist ciddi saxtakarlıq edir. Tutaq ki, Xankəndindən qovulan azərbaycanlıların əvvəldən siyahısı olub. Yəni ermənilər bu siyahını qoyub qabaqlarına bir-bir axtarışa verib, tapırlar. Onda belə sual yaranır: bütün Azərbaycanda eyni ildə anadan olan, eyni ad-soyadlı insanlar ola bilməz? Məsələn, hər bir Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin fin kodunda eyni ad-soyadlı insanların sayı göstərilir. Bəzən həmin rəqəm 7, 10, hətta 12 də olur. Bu, belə.

Keçək daha ağrılı məsələlərə. Müəllif qeyd edir ki, həmin dairədən Tural Gəncəliyevə rəqib namizəd sosial şəbəkə hesabında Bərdədə yaşadığını yazıb. Həmin adı erməni saytlarının çiçəyinə çevrilmiş namizəd sosial şəbəkə statusunda yazıbmış ki, Xankəndindən olan bütün məcburi köçkünləri tanıyır.

“Bərdədə və ətrafda 100-ə yaxın Xankəndi qeydiyyatlı yaşayır. (burada bir məqamı qeyd edim ki, ermənilər Xankəndindən olanları məcburi köçkün deyil, məhz məqsədli “qaçqın” yazırlar. Qaçqınla, məcburi köçkünün fərqini bilməmiş deyilsiniz. Erməni hətta ən xırda detalda belə öz murdarlığını göstərir.) Lakin siyahıda 301 nəfər qeyd olunub”. “Yəni, belə çıxır ki, 200 nəfər Xankəndinə aid olmayan şəxs siyahıya saxta əlavə olunub”- deyə erməni sevincək bunu qeyd edir. İndi gəlin bir dəqiqləşdirək.

Əvvəla, o qəhrəman “namizəd” anlamalıdır ki, Xankəndindən qovulan Azərbaycanlıları bir yerdə sonuncu dəfə 1991-ci ildə görüb. O vaxtdan az qala 30 il keçir. Bu müddətdə siyahıda yeniliklərin olması olduqca adi və mümkün haldı. Bunun həddi-buluğa çatanı, universitetdə oxuyanı, yeni ailə quranı, boşananı və s. var.

Axı nə az, nə çox 30 il keçib. Deməyim odur ki, sosial şəbəkədə nəsə yazanda ağlınıza, dilinizə gələn statusa qusmaq lazım deyil, düşmən görür və oxuyur. Nəticədə beləcə erməni mediasının “qəhrəmanına” çevrilirsiniz və biz həmin sözü haqqınızda bir az başqa cür oxuyuruq.

Nəhayət, qeyd ediləsi növbəti “xəcalət” çəkdiyimiz məqam. Erməni “müəllif” yazır ki, Xankəndi seçki dairəsinə 13 məntəqə daxildir və bunlar Bakı, Sumqayıt, Bərdədə və s. yerləşir. “Bütün məntəqələrdə saxtakarlıqlar olub. Videolardan birində məntəqə seçki komissiyasının üzvü stol altından bülletenləri götürüb qutuya atdığı görünür”. Və erməni yazır: “Beynəlxalq müşahidəçilərin seçkiyə olan neqativ rəyi, Azərbaycan müxalifətinin paylaşdığı və təqdim etdiyi sonsuz video və foto sənədlər Xankəndi azərbaycanlılarının namizədinin necə qalib gəldiyini göstərir”.

Bunları oxuyandan sonra deməyə söz qalmır. Bir də adamın matı-qutu bu sətirləri oxuyanda quruyur: “Müşahidəçilərdən birinin sözlərinə görə ona seçki məntəqəsində “ Kim lazımdırsa o da seçiləcək, sənin iştirakın heç nəyi dəyişmir” deyilib. İndi Tural Gəncəliyev mövcud olmayan və ya onu seçməyən “qaçqınların” maraqlarını təmsil edəcək”.

Məqalə haqda bu qədər. İndi iki əlavəmiz olacaq. Bunlardan biri son dövrlərdə leksikona daxil olan “ispan xəcaləti” ifadəsi haqdadır. Əslində bunun ispan xalqına ciddi aidiyyatı var, əsas ifadənin mahiyyətidir. Rus dilinə «испанский стыд», ingilis dilinə “Spanish shame” tərcümə olunan “İspan xəcaləti” kimi dillərə düşən ifadə ispanca “Verguenza ajena” səslənir. Bu isə “başqasına görə xəcalət çəkmək” mənası verir. Təxminən belə izah edək: Tutaq ki, tanıdığınız bir nəfərin TV-də çıxışı zamanı xırda səhv üzündən çətin duruma düşdüyünü görür və buna görə utanırsınız. Bax bu ispan xəcaləti çəkməkdir. İndi mən, bu ifadədən istifadə etməyi bəyənirəm, amma etiraf edim ki, bu məqalənin yazılmasına səbəb olmuş hər kəsdən bir Azərbaycanlı kimi xəcalət çəkirəm. Üzünüz qara olsun.

Nəhayət, bu fikirlərimlə bağlı sosial şəbəkələrdə “bəlkə səhv yazıb”, “niyə ədalətli seçki keçirilmirdi”, “saxtakarlıq etməzdilər” və s. ritorikasına öncədən cavab verim ki, sonra brifinq keçirməli olmayım. Əvvəla, mövzu Xankəndi, Dağlıq Qarabağın Azərbaycanlı icmasıdırsa burada erməniyə “işləməyinizi” saxlayın, qatlayın və sonra gizli bir yerdə istifadə edərsiniz. İkincisi, məhz Xankəndi seçki dairəsi ilə bağlı şiakyətiniz var idisə müvafiq qurumlara müraciət edib, şikayətinizi çatdıra və müvafiq cavabı, daha doğrusu sizi rahatladan qərarı ala bilərdiniz. Daha başqa dairələdəki kimi sosial media tribunasından çıxış etmək, qara-qışqırıq salmaqla deyil. Təkrar edirəm, mövzu Xankəndidir.

Nəhayət, “demokratiya”, “azad seçki”, “azad söz” fikirlərində israrlı olanlar üçün bir hadisəni xatırladım. İngilis şair və filosof Teylor Koleric bir nəfərlə ciddi mübahisə etməli olur. Həmsöhbəti uşaqlara hər hansı dini təbliğatın, təhsilin verilməsinə qarşı olduğunu deyirmiş. Onun fikirlərinə görə, uşaqlar müəyyən bir yetkinliyə çatdıqda dini inanclarını seçməkdə azad ola bilərlər. Təbii ki, ingilis alim bu fikirlərlə razı deyildi, amma müəyən müddətə mübahisəyə son verir və zamanı gözləyir. Həmin hadisədən 3-4 ay keçəndən sonra cənab Koleric həmin müsahibini saldığı bağına baxmağa dəvət edir. Qonaq bağa daxil olarkən təəccübünü gizlətmir və deyir: “Sən, buna bağ deyirsən? Burada yabanı otlardan başqa bir şey yoxdur ki”.
“Gördüyünüz kimi, bağımın azadlıq haqqını tapdalamaq istəmədim. Bağçamın özünü ifadə etmə və istədiyi məhsulu vermə haqqını tanıyıram”-deyə Koleric cavab verir.
Aydın oldu, yoxsa hər şeyi açıq yazaq?
“Allah taala bizə öz soydaşlarımıza görə “ispan xəcaləti” çəkdirməsin” deyərdim.

Sənan Nəcəfov

Comments are closed, but trackbacks and pingbacks are open.