Qarında köp
Elmi izah
Alimlər bununla tamamilə razıdırlar. Bu əlamət öz təsdiqini tapıb. Əgər səhər tezdən başlayaraq ana vaxtaşırı olaraq özünü pis hiss edirsə və ürəkbulanması varsa, onda o, qıza hamilədir. İsveçli alimlər bu faktı sübut etmək üçün 8 il vaxt sərf ediblər. 1987-ci ildən 1995-ci ilədək alimlər hamilə qadınların statistikasını və analizləri təhlil ediblər. Milyondan artıq anket nəticələri əsasında bu fakt inandırıcı şəkildə sübut edildi. Alimlər güman edirlər ki, ananın bətnində qız olanda bu, hormonal fona xüsusi tərzdə təsir edir və yorğunluğa səbəb olur.
USM-ə getmədən uşağın cinsini necə bilmək olar?
Dünyada ən xoş və həyəcanlı lotereya doğulacaq körpənin cinsiyyətini tapmağa çalışmaqdır. Müasir tibbi avadanlıqlar nəinki uşağın cinsiyyətini öyrənməyə, hətta onun hərəkətlərini izləməyə imkan verir. Lakin həkimlər uşağın cinsiyyətini ancaq 3 və ya 4-cü aydan sonra deyə bilirlər.
Milli.Az Rusiya mətbuatına istinadən xalq arasında yayılmış əlamətlər və onların elmi izahlarını təqdim edib. Nə qədər qəribə olsa da, əlamətlərin bir hissəsi elmdə də öz təsdiqini tapıb.
Əlamət: Şirin – duzlu
Əgər ana şirniyyat istəyirsə, deməli, qız olacaq. Duzlu nə isə istəyirsə, oğlan olacaq.
Elmi izahı
Alimlərin araşdırmalarına görə, bu, qadının təhtəlşüurun səviyyəsində özünü inandırması ilə bağlıdır. Los-Ancelesdə pediatr işləyən Roy Pitkin əmindir ki, əgər qıza uşaqlıqdan bəri hamiləlik zamanı duzlu yeməkləri təlqin edirlərsə, onda duzlu yeməklər onu daha çox cəlb edəcək.
Alimlər bununla da razıdırlar ki, qadınların hamiləlik zamanı hissləri, xüsusilə iybilmə duyğuları kəskinləşir. Belə ki, burada dad yox, qoxu daha çox önəmlidir. Amma oğlan uşağına hamilə qalan qadınları nə cür qoxuların cəlb etdiyi elmə hələ ki məlum deyil.
Əlamət: Şişman qarın
Əgər qarnı aşağıda yerləşirsə, oğlan olacaq. Qarın hündürdürsə, qızdır.
Elmi izahı
Hər şey ananın əzələlərindən, onun qarnının möhkəmliyindən asılıdır. Döl zamanı bədəni idmanla yükləmədən əzələləri tonusda saxlamaq çətindir. Yəni, məsələ anada deyil, onun idmanla nə qədər məşğul olmasındadır.
Əlamət: Girdə sifət
Əgər hamilə qadının üzü girdə olubsa, yanaqları qızarıbsa, qızı olacaq.
Elmi izahı
Demək olar ki, bütün qadınlar, o cümlədən yanaqları, hamiləlik vaxtı xeyli kökəlir. Bu da özlüyündə uşağın cinsini müəyyən etməyə heç bir əsas vermir. Buna baxmayaraq, fransız dietoloqlar sübut ediblər ki, əgər hamiləlik zamanı qadının yanaqları sızanaqlarla örtülürsə, 90% ehtimal ilə demək olar ki, onun qız olacaq.
Əlamət: Ürək döyüntüsü qızlarda daha güclüdür
Xalq arasında belə hesab edilir ki, qızların nəbzi anasının qarnında bir dəqiqədə 140 dəfə döyüntüdən daha yüksəkdir. Oğlanlarda isə aşağıdır.
Elmi izahı
Əslində, nəbz oğlanlarda qızlardan aşağıdır. Amma hələlik alimlər bu fərqin doğuşdan əvvəl deyil, sonra belə olduğunu sübuta yetiriblər.
Əlamət: Sinənin ölçüsü
Əgər sağ döş daha ağır olursa, oğlan olacaq. Əgər sol ağır olarsa, qızdır.
Elmi izahı
Hamiləlik zamanı hormonal dəyişikliklər döşlərin həcminə həqiqətən təsir edir. Sinədəki damarlarda qan təzyiqi və yumşaq toxumalar artır. Bu, bəzən qadınlara ağrı verir, hətta xəstəliklərə gətirib çıxarır. Təəssüf ki, bu dəyişikliklərin uşağın cinsi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, hamiləlikdən əvvəl də, sonra da sinənin həcmində qeyri-bərabərlik müşahidə olunur.
Əlamət: Ürək bulanması
Hamiləliyin böyük hissəsi boyu ürək bulanması və yorğunluq davam edirsə, qız olacaq! Əgər ürək bulanması çox nadir hallarda baş verirsə, zəiflik yoxdursa, demək ki, oğlandır.
Elmi izah
Alimlər bununla tamamilə razıdırlar. Bu əlamət öz təsdiqini tapıb. Əgər səhər tezdən başlayaraq ana vaxtaşırı olaraq özünü pis hiss edirsə və ürəkbulanması varsa, onda o, qıza hamilədir. İsveçli alimlər bu faktı sübut etmək üçün 8 il vaxt sərf ediblər. 1987-ci ildən 1995-ci ilədək alimlər hamilə qadınların statistikasını və analizləri təhlil ediblər. Milyondan artıq anket nəticələri əsasında bu fakt inandırıcı şəkildə sübut edildi. Alimlər güman edirlər ki, ananın bətnində qız olanda bu, hormonal fona xüsusi tərzdə təsir edir və yorğunluğa səbəb olur.
Əlamət: Soyuq ayaqlar
Əgər gələcək ananın ayaqları daim donursa, o, oğlan doğacaq.
Elmi izahı
Ayaqların donması qan dövranının zəif olmasının əlamətidir. Doğrudan da qadınlar oğlana hamilə qalanda qan dövranı zəifləyir. Statistika göstərir ki, bu əlamət 75% hallarda düzgündür.
Əlamət: Analıq instinkti
Hesab edilir ki, qadınların hamiləlik vaxtı altıncı hissi daha yaxşı inkişaf edir və ana öz körpəsinin cinsiyyətini təxmin edir.
Elmi izahı
Elm burada acizdir, amma statistik araşdırmalar göstərir ki, 71% hallarda gələcək analar həqiqətən öz uşağının cinsiyyətini həqiqətən bilirlər. Qohumların onlara inanmaması isə başqa bir məsələdir.
Çin formulu
Son vaxtlar Çin hesablama sistemi geniş yayılıb. Bunun üçün anasının yaş həddi ilə mayalanma baş verdiyi ay arasında hesablamalar aparılır. Rəqəm cüt olduqda qız, tək olduqda isə oğlan olacağı deyilir.
Elm izahı
Çinli həkimlər iddia edirlər ki, formul 90% düz çıxır. Qərb alimləri hələ ki, bununla bağlı araşdırma aparmayıblar. (publika.az)
Milli.Az
Qarında köp
Qarında köp sağlam adamlarda yarana və ya əksinə, müəyyən bir xəstəliyin əlaməti sayıla bilər. Bir çox insanlar buna laqeyd yanaşdığından gələcəkdə ciddi fəsadlar törənir. Mütəxəssislər ilkin mərhələlərdə köpün səbəbini aşkara çıxarmağı və onunla mübarizə aparmağı məsləhət görürlər.
Qarında köp niyə yaranır?
Bağırsaqda qazların əmələ gəlməsi normal fizioloji prosesdir. Havanın bir hissəsi qida ilə udulur, əksəriyyəti isə qidanın mənimsənilmə prosesində formalaşır, bağırsaq mikroflorası tərəfindən ifraz olunur.
Normada insan orqanizmində gün ərzində orta hesabla 600 ml qaz yaranır və xaric edilir. Meteorizm (həddindən artıq qaz yığılması) zamanı qazın həcmi 3-4 litrə çatır, nəticədə qarın köpür. Qazlar bağırsağın daxilində yerləşərək, köpük əmələ gətirir.
Qarında köp yaradan amillər
Meteorizm qidalanma rejiminin pozulması, eləcə də hava udulması ilə bağlı ola bilər. Yemək zamanı söhbət etmək, ayaqüstü qidalanma, saqqız çeynəmək, keyfiyyətsiz diş protezləri havanın udulmasına səbəb olur. Qazların normadan artıq yaranması həm də aşağıdakı xəstəliklərin təzahürü hesab olunur:
- Qastrit;
- Enterit (nazik bağırsağın iltihabı);
- Kolit (yoğun bağırsağın iltihabı);
- Xolesistit (öd kisəsinin iltihabı);
- Xroniki pankreatit (mədəaltı vəzinin iltihabı);
- Qurd invaziyaları;
- Bağırsaq şişləri;
- Qıcıqlanmış bağırsaq sindromu
- Bağırsaq infeksiyaları (salmonelyoz, dizenteriya və s.).
Qadınlarda əlavə olaraq, predmenstrual sindrom, mioma, uşaqlıq borusunun iltihabı fonunda qarın şişir.
Qarında köp törədən məhsullar
- Qazlı içkilər, kvas, pivə;
- Paxlalı bitkilər – lobya, noxud, mərci;
- Süd məhsulları;
- Bəzi tərəvəzlər – kələm, turp, soğan;
- Dənli bitkilər – qarğıdalı, kəpək;
- Mayalı xəmirdən hazırlanan məmulatlar – bulka, pizza və s.
Qarında köp necə aradan qaldırılır?
Köp qidalanma rasionunun pozulması səbəbindən baş verdikdə, müalicənin əsasını pəhriz təşkil etməlidir. Bunun üçün qaz əmələ gətirən məhsullardan imtina olunmalı, yeyərkən söhbət edilməməlidir.
Qarında köp əleyhinə dərmanlar
Köp mədə-bağırsaq xəstəliklərinin əlaməti olduqda, müalicə kompleks şəklində aparılmalıdır. Burada əsas məqsəd köpü törədən amilin aradan qaldırılmasından ibarətdir. Qastroenteroloq xəstəni müayinə etdikdən sonra köpə qarşı aşağıdakı dərmanları tövsiyə edir:
- Enterosorbent – Smekta, Neosmektin, Enterosgel, aktivləşdirilmiş kömür. Bu preparatlar köpə səbəb olan toksinləri orqanizmdən xaric edir;
- Qazqovucu – simetikon (Espumizan). Simetikon qaz qabarcıqlarının yaranmasını zəiflədərək, köpü azaldır;
- Mədə şirəsi fermentləri – karbohidrat və zülalların mənimsənilməsini asanlaşdırır.
Ağır hallarda, yəni cərrahi müdaxilə tələb edən xəstəliklər aşkarlandıqda əməliyyat icra olunur. Başlıca səbəb yox edildikdə, köp də keçib gedir.
Qarında köp zamanı pəhriz
Müalicənin effektivliyini artırmaq və gələcəkdə köpün yaranmasının qarşısını almaq üçün pasiyentlərə pəhriz məsləhət görülür:
- Gün ərzində 5-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
- Qida qəbulu arasında 3 saatdan çox fasilə verməmək;
- Suda qaynadılmış, buxarda hazırlanmış yeməklərə, süd məhsulları və sıyıqlara üstünlük vermək;
- Rasiondan yağlı, qızardılmış, acı ədviyyatlı xörəkləri çıxarmaq;
- Sutkada ən azı 1,5-2 litr maye qəbul etmək.
Bu qaydalara riayət etməklə, vəziyyətinizi yüngülləşdirə bilərsiniz. Unutmayın ki, qarında köp varsa, heç bir halda özbaşına dərman qəbul etmək, türkəçarə üsullarına baş vurmaq olmaz. Müalicə mütləq peşəkar həkim tərəfindən aparılmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.