Orfoqrafiya ile bagli metodik vesait
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s.
Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlandı – SİYAHI
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib.
Day.Az-ın məlumatına görə bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə dövlət başçısının 2003-cü il 2 yanvar tarixli fərmanının 2.1-ci bəndinə əsasən, Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib.
Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarının 1-ci hissəsi ləğv olunub.
Qərara dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan dilinin Orfoqrafiya Normalarını təqdim edirik:
Azərbaycan dilinin Orfoqrafiya Normaları
1. Azərbaycan mənşəli sözlərin yazılışı
1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.
1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s.
Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.
1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.
1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.
2. Alınma sözlərdə saitlərin yazılışı
2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s.
2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.
Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.
2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.
2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:
2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır;
Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;
2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.
3. Alınma sözlərdə samitlərin yazılışı
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;
Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.
Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.
Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres.
Qeyd. Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin yazılışı
5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.
Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər:
-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.;
-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s.;
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s.;
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s.;
sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.;
saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
ORFOQRAFİYA
1.ORFOQRAFIYA – yazılı nitqdə dil vahidlərinin ya-zılışını tənzimləyən qaydalar sistemidir. Orfoqrafiya yazılı nitqin normalarıdır ki, bu normalarının konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahirləri orfoqrafiyanın qaydalarını təşkil edir.
Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, əsasən üç prinsip – fonetik, morfoloji və tarixi ən’ənəvi üzərində qurulmuşdur.
Azərbaycan dilinin öz sözlərinin və şəkilçilərinin yazılışında aşağıdakıları gözləmək lazımdır:
Son səsi “d”, həm də “t” ilə deyilən sözlər “d” ilə yazılır. Məs:bulud, qurd, kənd, polad və s.
Son səsi “k”, “g”, “y” ilə deyilən ikihecalı və çoxhecalı sözlər “k” ilə yazılır. Məs: böyük, kəpənək, hörümçək, çiçək, çörək və s.
Son səsi “ğ”, “x”, “q” ilə deyilən ikihecalı sözlər “q” ilə yazılır. Məs: bulaq, qaşıq, qonaq, yarpaq və s.
Son səsi “c”, “ç”, “j” və ya “ş” ilə deyilən sözlər “c” ilə yazılır. Məs: ağac, qılınc, dinc, kərpic, gec, süzgəc, sac, güc və s.
2. APOSTROF IŞARƏSI. Apostrof sözü yunanca aros-trorhes (“çev-riliş”, “çönük”) sözündən düzəldilmiş beynəlxalq termindir.
Ərəb və fars dillərindən dilimizə keçən bə’zi sözlərin birinci, bə’zən də ikinci hecasında ixtisara düşən boğaz səsindən əvvəlki incə saitlərin uzadılmasını göstərmək və ya sözün samitlə bitən birinci hecasından sonrakı saitlə başlayan hecasının tam örtüsüz heca halında ayrıca, aydın tələffüz olmasını bildirmək üçün bu işa-rədən istifadə olunur. Məs: tə’kid, e’zam, iste’dad, şö’lə, əş’ar, məş’əl, məs’ud, məl’un, cüz’i, qit’ə və s.
Saitlərdən sonra işlənən apostrof işarəsi həm həmin saitin uzun tələffüz edildiyini, həm də heca ayrıcını, samitlərdən sonra işlənməsi isə yalnız heca ayrıcını bildirir.
3. DEFIS IŞARƏSI. Latınca “ayırma” mə’nasını verən divisio sö-zündən olan defis ( – ) işarəsi yazıda istifadə olunan ən qısa üfüqi xətdir. Azərbaycan yazısında bu işarədən aşağıdakı mə–qam-larda istifadə olunur:
– Mürəkkəbləşmiş sözlərin və ifadələrin yazılışında. Məs: ala-bəzək, az-az, qeyri-rəsmi, əks-hücum, dost-tanış, yer-göy və s.
– Söz hissələri arasında: a) sətirdən sətrə keçirmədə (işlə-yir, dinləmiş-dir) və s; b) ayrıca yazılan şəkilçilərin əvvəlində (-dan2,-lar2, -çı4, -daş və s.; c) rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rə-qəm arasında (5-ci, 9-cu) və s.
Qeyd: Nitq hissələri haqqında danışılarkən onların yazılış qaydaları barədə ətraflı məlumat veriləcəyindən defislə yazılan mürəkkəb sözlər barədə burada geniş şərhə ehtiyac görmürük.
4. NÖQTƏ IŞARƏSINDƏ ORFOQRAFIK ISTIFADƏ. Əsa-sən durğu işarəsi kimi işlənilən nöqtə müxtəlif məqamlarda orfoqrafik işarə halında da işləndiyindən, orfoqrafiya qaydaları sırasında nöqtənin də or-foqrafik məqamları qeyd olunmalıdır. Bunlar, əsasən aşağıdakılardır:
– Sıra bildirən rəqəm və hərflərdən sonra nöqtə qoyulur. Məs: 1., 2., A., V. və s.
– Şəxs adı qısaltma yolu ilə ancaq baş hərflə yazılanda baş hərfdən sonra nöqtə qoyulur. Məs: M.Rəsulzadə, Ə.Elçibəy, S.c.Pi-şəvəri, S.Vurğun, M.İbrahimov, M.Müşviq. R.Rza və s.
– Ümumi sözlərdən ixtisar yolu ilə düzəldilən və ancaq yazıda işlədilən qısaltmaların sonunda nöqtə qoyulur. Məs: b.k. (bu kimi), e.d. (elmlər doktoru), və s. (və sairə), akad. (akademik), yol. (yoldaş) və s.
5. ŞƏKILÇILƏRIN YAZILIŞI. Azərbaycan ədəbi dilində iş-lənən şəkilçilər ahəng qanununa uyğun olaraq yazılışca iki cür olurlar: a) ahəng qanununa tabe olanlar; b) ahəng qanununa tabe olmayanlar.
Ahəng qanununa tabe olan şəkilçilər əsil Azərbaycan şəkilçiləridir ki, tərkibindəki saitin açıq və ya qapalı olması ilə bağlı ola-raq bunlar iki və dörd cür yazılır.
Tərkibində açıq “a” və “ə” saitləri olan şəkilçilər qoşulduğu sözün ahənginə uyğun olaraq iki cür, tərkibində qapalı “ı”, “i”, “u”, “ü” saitləri olan şəkilçilər isə dörd cür yazılır. Məs: -da, -də, -lar, -lər, -ın, -in, -un, -ün, -çı, -çi, -çu, -çü və s.
Söz kökünə qoşularaq ahəng qanununa tabe olmayan şəkilçilərin çoxu alınmadır və bunlar bir cür yazılır. İki və dörd cür yazılan şəkilçilər həm yeni söz düzəldə, həm də sözün formasını dəyişə bildikləri halda, bir cür yazılan şəkilçilər, əsasən söz düzəltmə qabiliyyətinə malikdirlər. Bunlar, əsasən, aşağıdakılardır:
– -varı. Məs: qalxan-varı, yüngül-varı və s.
– -dar. Məs: ev-dar, əmək-dar və s.
– -daş. Məs: silah-daş, vətən-daş və s.
– -i (-vi). Məs: inqilab-i, qərb-i, sıra-vi, dairə-vi və s.
– -kar. Məs: xilas-kar, tələb-kar və s.
– -gil. Məs: babam-gil, bacım-gil və s.
– -stan (-ıstan). Məs: Gürcü-stan, Dağ-ıstan və s.
– -keş. Məs: mala-keş, cəfa-keş və s.
– Fe’li bağlama düzəldən –kən şəkilçisi. Məs: gedər-kən, oxuyur-kən və s.
– Məkan ismi bildirən-laq şəkilçisi. Məs: qış-laq, çay-laq və s.
– Fe’lin icbar növünün şəkilçisi –t. Məs: anta-m, yandır-t və s.
– Ön şəkilçiləri na-, bi-, ba- və s. Məs: na-mərd, bi-savad, ba-məzə və s.
Qeyd: Digər orfoqrafik qaydalar barədə dərslik boyu konk-ret mövzularla bağlı olaraq müfəssəl mə’lumat verildiyindən bu-ra–da onları bir daha sadalamağa lüzum görmədik.
Aşağıdakıları yadda saxlamaq lazımdır:
1) Sözün səs və hərf tərkibi (zəif (zəyif) – sözdə 5 səs, 4 hərf var)
2) Sözün yazılışı və tələffüzü (palıd (palıt), güllə (güllə))
3) Sait səslər (qalın, incə; açıq, qapalı; dodaqlanan, dodaq-lan-mayan)
4) Samit səslər (kar, cingiltili)
5) Sözün hecaları və vurğusu
Qeyd: Sözün heca və vurğuya görə təhlili onun yazılı forması, səslərin təhlili isə tələffüz forması üzərində aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.