Press "Enter" to skip to content

Azərbaycan dilinin orfoqrafiya lüğəti

5.1.1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s.;

Azərbaycan dilinin orfoepiya lüğəti

1.1. Azərbaycan dilinin orfoepiya normaları “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununun 13.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir.

1.2. Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s. Alınma sözlərin bir çoxunun təlffüzündə əsasən, tarixi-ənənəvi prinsipə üstünlük verilir. Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir.

1.3. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.

2. Saitlərin tələffüzü

2.1. Müasir Azərbaycan ədəbi dilində saitlər adi, bəzi hallarda isə qısa və uzun tələffüz olunur.

2.2. Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, ə, i, ö, u saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir:

2.2.1. ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz], hökumət [höku:mət], xəzinə [xəzi:nə], xüsusi [xüsu:si], şagird [şa:girt], vəzifə [vəzi:fə] və s.;

2.2.2. ərəb mənşəli bir çox sözlərdə e, ə, ö saitləri mənbə dilin təsirinin nəticəsi olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar [e:tibar], əla [ə:la], memar [me:mar], məna [mə:na], mötəbər [mö:təbər], təmir [tə:mir], tətil [tə:til], şölə [şö:lə] və s.;

2.2.3. ərəb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf [bi:tərəf], laməkan [la:məkan], narazı [na:razı] və s.

2.3. Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [bədi:], camaat [cama:t], inşaat [inşa:at], maarif [ma:rif], maaş [ma:ş], mətbəə [mətbə:], saat [sa:t], təbəə [təbə:], təəssüf [tə:ssüf], təbii [təbi:] və s.

2.4. Avropa mənşəli sözlərdəki qoşa o saiti bir uzun [o:] və ya adi [a] səsi ilə tələffüz olunur: kooperativ [k’aperativ], koordinasiya [k’ardinasiya], zoologiya [zo:logiya], zoopark [zo:park’] və s.

2.5. Müxtəlifcinsli qoşa saitlər aşağıdakı qaydada tələffüz olunur:

2.5.1. ai, ia, iə, əi, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirə], vəsait [vəsa:yit], dialekt [diyalek’t], dialoq [diyalok’], faciə [fa:ciyə], müdafiə [muda:fiyə], təbiət [təbiyət], radio [radiyo], stadion [stadiyon], zəif [zəyif] və s.;

2.5.2. yanaşı saitlərinin işləndiyi sözlərdə a səsi uzun tələffüz olunur: bəraət [bəra:ət], itaət [ita:ət], qənaət [qəna:ət] və s.;

2.5.3. ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.;

Qeyd. Yanaşı üa, üə saitlərində ü səsi qısa tələffüz olunur.

2.5.4. saitlə bitən sözün açıq saitlə başlayan sözlə birləşməsi nəticəsində yaranmış mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür: bacıoğlu [bacoğlu], bibioğlu [biboğlu], əliaçıq [əlaçıx], Əliağa [Əlağa], xalaoğlu [xaloğlu] və s.

2.6. Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı o saiti vurğulu hecadan əvvəl [a] səsi ilə tələffüz olunur: fontan [fantan], laboratoriya [labaratoriya], Moskva [Mask’va], Odessa [Adessa], samovar [samavar] və s. Oktyabrnoyabr sözləri yazıldığı kimi deyilir.

2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz [novruz], növbə [növbə], şövkət [şövkət], şövq [şövq], tövbə [tövbə] və s.

3. Samitlərin tələffüzü

3.1. Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.

3.2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], əlbəttə [əlbətdə], xəttat [xətdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kəsgin], ötkəm [ötgəm] və s.

3.3. Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqət [dik’qət], müvəqqəti [müvək’qəti], saqqal [sak’qal], toqqa [tok’qa] və s.

3.4. Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], bənna [bənna], dəbbə [dəbbə], güllə [güllə], qəyyum [qəyyum], qüllə [qüllə], qüvvə [qüvvə], ləzzət [ləzzət], meşşan [meşşan], məhəccər [məhəccər], mürəbbə [mürəbbə], rəssam [rəssam], səhhət [səhhət], səyyar [səyyar], şəffaf [şəffaf], terror [terror] və s.

3.5. Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k’] ilə tələffüz olunur: akkordeon [ak’ardeon], akkreditasiya [ak’reditasiya], akkumulyator [ak’umulyator] və s.

3.6. Ərəb mənşəli sözlərdə iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], davamiyyət [davamiyət], ədəbiyyat [ədəbiyat], fərziyyə [fərziyə], nəzəriyyə [nəzəriyə], riyaziyyat [riyaziyat] və s.

3.7. Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], bəxtiyar [bəxdiyar], böhtan [böhdan], dəftər [dəfdər], dəstə [dəsdə], kəşfiyyat [kəşviyat], məftil [məfdil], məxfi [məxvi], müştəri [müşdəri], püstə [püsdə], saxta [saxda], şaftalı [şafdalı], taxta [taxda], təşkil [təşgil] və s.

Qeyd. Kar samitlə bitən sözlərə qoşulan fars mənşəli -kar, -keş, -paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün (kar “iş”, keş “çəkən”, paz “bişirən”) yazıldığı kimi tələffüz olunur: sənətkar [sənətkar], zəhmətkeş [zəhmətkeş], aşpaz [aşpaz] və s.

3.8. Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], sünbül [sümbül], şənbə [şəmbə], zanbaq [zambax] və s.

3.9. Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir:

3.9.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale], neftdən [nefdən], neft quyusu [nef quyusu], turist bazası [turis bazası], turistlər [turisdər] və s.;

3.9.2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin], behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam], neftin [nefdin], neft axını [nefd axını], turistin [turisdin], turist avtobusu [turisd aftobusu] və s.

3.10. Çoxhecalı, habelə bəzi təkhecalı sözlərin sonunda işlənən cingiltili b, c, d, g samitləri aşağıdakı kimi tələffüz olunur:

3.10.1. bu samitlərlə bitən sözlər ayrılıqda işləndikdə, sondakı samit karlaşır: ağac [ağaç], cəld [cəlt], corab [corap], dinc [dinç], fənd [fənt], gənc [gənç], ismarıc [ismarıç], kənd [kənt], qanad [qanat], qəlb [qəlp], rəng [rənk], tüfəng [tüfənk] və s.;

3.10.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də son samit kar tələffüz olunur: ağacdan [ağaçdan], ağac budağı [ağaç budağı], corablar [coraplar], corab toxuyur [corap toxuyur], qanadsız [qanatsız], qanad çalmaq [qanat çalmax], tüfəngli [tüfənkli], tüfəng qundağı [tüfənk qundağı] və s.;

3.10.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, son samit yazıldığı kimi cingiltili tələffüz olunur: ağacın [ağacın], ağac altı [ağac altı], corabın [corabın], corab ilməsi [corab ilməsi], qanadın [qanadın], qanad açmaq [qanad açmax], tüfəngin [tüfəngin], tüfəng almaq [tüfəng almax] və s.

Qeyd. Sait+samit, samit+sait+samit modeli olan təkhecalı sözlərdə sondakı b, c, d, g samitləri cingiltili tələffüz olunur: ac [ac], ad [ad], dad [dad], qab [qab], od [od], sac [sac], ud [ud], yad [yad] və s.

3.11. Qapalı hecalardakı q samiti aşağıdakı qaydada tələffüz olunur:

3.11.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı q samiti [x] kimi tələffüz olunur: balıq [balıx], bucaq [bucax], buruq [burux], qonaq [qonax], otaq [otax], yanacaq [yanacax] və s.;

3.11.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [x] kimi tələffüz olunur: qonaqsan [qonaxsan], qonaq sözü [qonax sözü], qonaqsevən [qonaxsevən], qonaq-qara [qonax-qara] və s.;

3.11.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə, q samiti yazıda olduğu kimi, tələffüzdə də ğ səsinə keçir: otağa [otağa], balığın [balığın], yanacağa [yanacağa], yarpağı [yarpağı] və s.;

3.11.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə (həm mürəkkəb sözlərdə, həm də söz birləşmələrində), q samiti [ğ] kimi tələffüz olunur: bulaqotu [bulağotu], dodaqaltı [dodağaltı], uşaq oyuncağı [uşağ oyuncağı], qonaq evi [qonağ evi] və s.;

3.11.5. ərəb mənşəli alınma sözlərdə söz ortasında kar samitdən əvvəl işlənən q samiti [k′] kimi tələffüz olunur: iqtisad [ik′tisat], nöqsan [nök′san], nöqtə [nök′tə], məqsəd [mək′sət], rəqs [rək′s], təqsir [tək′sir] və s.;

3.11.6. alınma sözlərin sonundakı q samiti [k′] kimi tələffüz olunur: filoloq [filolok’], haqq [hak’], müttəfiq [mütdəfik’], nifaq [nifak’], şəfəq [şəfək’], şərq [şərk’] və s.;

3.11.7. q hərfi ilə bitən alınma sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [k’] kimi tələffüz olunur: üfüqdən [üfük’dən], üfüq xətti [üfük’ xətdi], şərqşünas [şərk’şünas], şərq qütbü [şərk’ qütbü], haqdan [hak’dan], haqq söz [hak’ söz], nahaqdan [nahak’dan], nahaq danışıq [nahak’ danışıx] və s.;

3.11.8. q hərfi ilə bitən alınma sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti yazıldığı kimi tələffüz olunur: təzyiqi [təzyiqi], təzyiq artdıqca [təzyiq artdıxca], üfüqə [üfüqə], üfüq arxasında [üfüq arxasında] və s.

3.12. K hərfi ilə bitən sözlər aşağıdakı qaydada tələffüz olunur:

3.12.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı k hərfi cingiltili y samitinin kar qarşılığı olan [x’] kimi tələffüz olunur: bələk [bələx’], çiçək [çiçəx’], çiyələk [çiyələx’], dilək [diləx’], dirrik [dirrix’], ərik [ərix’], körük [körüx’] və s.;

Qeyd. Azərbaycan əlifbasında [x’] səsini ifadə edən ayrıca hərf olmadığı üçün həmin səs şərti olaraq y samitinin kar qarşılığı kimi qəbul edilmişdir.

3.12.2. bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [x’] kimi tələffüz olunur: çiçəklər [çiçəx’lər], çiçək dərdim [çiçəx’ dərdim], diləksiz [diləx’siz], dilək tutmaq [diləx’ tutmax], ərikdən [ərix’dən], ərik mürəbbəsi [ərix’ mürəbbəsi], körükdə [körüx’də], körük basmaq [körüx’ basmax] və s.;

3.12.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə, k samiti yazıda olduğu kimi tələffüzdə də [y] səsinə keçir: çiçəyin [çiçəyin], diləyimiz [diləyimiz], əriyə [əriyə], körüyü [körüyü] və s.;

3.12.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə, k samiti [y] kimi tələffüz olunur: çiçək ətri [çiçəy ətri], döşəküzü [döşəyüzü], ərik ağacı [əriy ağacı], kəklikotu [kəkliyotu] və s.;

3.12.5. Azərbaycan mənşəli təkhecalı sözlərin sonundakı k samiti [k] kimi tələffüz olunur: bərk [bərk], börk [börk], görk [görk], tək [tək], tük [tük], türk [türk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [k] kimi tələffüz olunur: bərk odun [bərk odun], börkdə [börkdə], görk üçün [görk üçün], türkün [türkün], türklər [türklər], türk dövlətləri [türk dövlətləri], türk ordusu [türk ordusu] və s.;

3.12.6. ərəb və fars mənşəli təkhecalı və çoxhecalı sözlərin sonundakı k samiti [k] kimi tələffüz olunur: çirk [çirk], əmlak [əmlak], idrak [idrak], mübarək [müba:rək], şərik [şərik], tədarük [tədarük], tərk [tərk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [k] kimi tələffüz olunur: çirkli [çirkli], şərikli çörək [şərikli çörəx’], tərk etmək [tərk etməx’], əmlakdan [əmlakdan], əmlakımız [əmlakımız], əmlak ortağı [əmlak ortağı], əmlak toxunulmazlığı [əmlak toxunulmazlığı] və s.

3.13. Rus və Avropa mənşəli iki və daha çox hecalı sözlərdə k hərfi özündən sonra incə sait gəldikdə [k] kimi (anket, buket, okean və s.), qalın sait və samit gəldikdə isə [k] kimi tələffüz olunur: ekran [ek’ran], koronavirus [karonavirus], aktual [ak’tual] və s.

Qeyd. Rus və Avropa mənşəli təkhecalı sözlərin sonundakı k samiti [k’] kimi tələffüz olunur: bank [bank’], fakt [fak’t], feyk [feyk’], tank [tank’] və s.

4. Şəkilçilərin tələffüzü

4.1. Üçüncü şəxsin təkini bildirən -dır4 xəbərlik şəkilçisi [-dı4] kimi tələffüz olunur: ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir [isdiyəsidi], səfərdədir [səfərdədi], üstünlükdür [üsdünnüx’dü], yaxınlıqdadır [yaxınnıxdadı], yaxşıdır [yaxşıdı] və s.

4.2. İkinci şəxsin cəmini bildirən -sınız4 xəbərlik şəkilçisi [-sız4] kimi tələffüz olunur: bacısınız [bacısız], böyüksünüz [böyüx’süz], gəlirsiniz [gəlirsiz], gözəlsiniz [gözəlsiz], qohumsunuz [qohumsuz], qorxursunuz [qorxursuz], ölçürsünüz [ölçürsüz] və s.

4.3. Zərf düzəldən -la2 şəkilçisi, həmçinin ilə bağlayıcısı və qoşmasının şəkilçiləşmiş -la2 forması [-nan2] şəklində vurğusuz tələffüz olunur: atamla anam [atamnan anam], bacımla [bacımnan], cəsarətlə [cəsa:rətnən], qələmlə [qələmnən], namusla [namusnan], sürətlə [sürətnən], telefonla [telefonnan] və s.

Qeyd. İlə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda, [-ynan], [-ynən] kimi tələffüz olunur: atası ilə [atasıynan], dostu ilə [dostuynan], gözü ilə [gözüynən], nənəsi ilə babası [nənəsiynən babası] və s.

4.4. -dan2 çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşul-duqda, [-nan2] kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözümdən [gözümnən], meydandan [meydannan] və s.

4.5. A, ə saitləri ilə bitən çoxhecalı sözlərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər (-ya2, -yır4, -yar2, -yan2, -yacaq2, -yası2, -yaraq2, -yarkən2, -yıb4, -yınca4 və s.) qoşulduqda, bu saitlər özündən əvvəlki hecaya uyğun qapalı saitlə ([ı], [i], [u], [ü]) tələffüz olunur: almayacaq [almıyacax], anaya [anıya], bağlayır [bağlıyır], başlayar [başdıyar], dəvəyə [dəviyə], gözləyəsidir [gözdüyəsidi], kölgəyə [kölgüyə], oxşayan [oxşuyan], oynayınca [oynuyunca], söyləyən [söylüyən] və s.

4.6. L samiti ilə başlayan bəzi şəkilçilər d, n, r, s, ş, t, z samitləri ilə bitən sözlərə qoşulduqda, şəkilçinin ilk samiti assimilyasiyaya uğrayaraq fərqli tələffüz olunur:

4.6.1. -lı4 şəkilçisi [-dı4], [-rı4], [-nı4] kimi tələffüz olunur: atlı [atdı], canlı [cannı], dəyərli [dəyərri], duzlu [duzdu], qanadlı [qanatdı], qanlı [qannı], qarlı [qarrı], səsli [səsdi], söyüdlü [söyütdü], sözlü [sözdü] və s.;

4.6.2. -lıq4 şəkilçisi [-dıx4], [-rıx4], [-nıx4] kimi tələffüz olunur: birlik [birrix’], daşlıq [daşdıx], qaranlıq [qarannıx], memarlıq [me:marrıx], pərtlik [pərtdix’], sərtlik [sərtdix’], uzunluq [uzunnux], yazlıq [yazdıx] və s.;

4.6.3. -la2 şəkilçisi [-da2], [-ra2], [-na2] kimi tələffüz olunur: banlamaq [bannamax], dərmanlamaq [dərmannamax], düyünləmək [düyünnəməx’], hazırlamaq [hazırramax], təmizləmək [təmizdəməx’] və s.;

4.6.4. -lan2 şəkilçisi [-dan2], [-nan2], [-ran2] kimi tələffüz olunur: alqışlanmaq [alqışdammax], canlanmaq [cannammax], cəsarətlənmək [cəsa:rətdəmməx’], tumarlanmaq [tumarrammax], zəhərlənmək [zəhərrəmməx’] və s.;

4.6.5. -laş2 şəkilçisi [-daş2], [-raş2], [-naş2] kimi tələffüz olunur: cavanlaşmaq [cavannaşmax], dərdləşmək [dərtdəşməx’], fikirləşmək [fikirrəşməx’], qatarlaşmaq [qatarraşmax] və s.;

4.6.6. -lar2 şəkilçisi [-dar2], [-rar2], [-nar2] kimi tələffüz olunur: alətlər [a:lətdər], atlar [atdar], buludlar [bulutdar], dənizlər [dənizdər], əsgərlər [əsgərrər], qızlar [qızdar], mislər [misdər], narlar [narrar], oğlanlar [oğlannar], sərhədlər [sərhətdər], səslər [səsdər] və s.;

4.6.7. -laq şəkilçisi [dax] kimi tələffüz olunur: duzlaq [duzdax], qışlaq [qışdax], otlaq [otdax] və s.

4.7. Feildən isim və ya sifət düzəldən -ki, -kü; -kin, -kün; -kən şəkilçiləri kar samitlə bitən sözlərə qoşulduqda, şəkilçidəki k samiti [g] kimi tələffüz olunur: döyüşkən [döyüşgən], itkin [itgin], kəskin [kəsgin], küskün [küsgün], səpki [səpgi], sürüşkən [sürüşgən], sürtkü [sürtgü] və s.

4.8. Q samiti ilə bitən şəkilçilər (-ıq, -uq; -aq, -q; -lıq, -luq; -laq; -caq; -cıq; -araq; -acaq; -anaq və s.) söz sonunda və ya samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x] kimi tələffüz olunur: bolluq [bollux], bozaraq [bozarax], daraq [darax], dayanacaq [dayanacax], oyuncaq [oyuncax], saçaq [saçax], tozanaq [tozanax], yaylaq [yaylax] və s.

4.9. K samiti ilə bitən şəkilçilər (-ik, -ük; -ək, -k; -lik, -lük; -lək; -cək; -cik, -cük; -ərək; -əcək; -ənək və s.) söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x’] kimi tələffüz olunur: bəzək [bəzəx’], biçənək [biçənəx’], döşək [döşəx’], evcik [evcix’], əlcək [əlcəx’], əzik [əzix’], gələcək [gələcəx’], gəlincik [gəlincix’], işlək [işdəx’], sönərək [sönərəx’], sönük [sönüx’], şənlik [şənnix’], üzlük [üzdüx’], yelləncək [yelləncəx’] və s.

4.10. M n samitləri ilə bitən sözlərdən sonra işlənən dan2 çıxışlıq hal şəkilçisi [nan2] şəklində tələffüz olunur: qardaşımdan [qardaşımnan], məndən [mənnən], oğlandan [oğlannan], ondan [onnan], sözümdən [sözümnən], üzümdən [üzümnən], vətəndən [vətənnən] və s.

4.11. C samiti ilə bitən -ınc4; -qac2, -ğac2; -c və s. şəkilçilər söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [ç] kimi tələffüz olunur: gülünc [gülünç], inanc [inanç], qazanc [qazanç], sayğac [sayğaç], sevinc [sevinç], süzgəc [süzgəç], tıxac [tıxaç], tutqac [tutqaç] və s.

4.12. Qoşa kar samitlə bitən təkhecalı sözlərdən (həkk, şəkk, xətt və s.) sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, qoşa kar samitin ikincisi cingiltili tələffüz olunur: şəkkin [şəkgin], şəkk etmək [şəkg etməx’], həkk olunmaq [həkg olummax], xəttin [xətdin], xəttat [xətdat], xətt üstündə [xətd üsdündə] və s.

4.13. Müxtəlifcinsli samitlərlə bitən elm, fəhm, həcm, hökm, rəhm, rəsm, sehr, səhm, sədr, üzr, üzv, zəhm, zülm kimi ərəb mənşəli təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda, tələffüz zamanı söz kökündəki samitlər arasına qapalı sait əlavə edilir: elmli [elimli], hökmdar [hökümdar], hökmsüz [hökümsüz], rəhmli [rəhimli], sehrli [sehirri], sədrlik [sədirrix′], səhmdar [səhimdar], üzrsüz [üzürsüz], üzvlük [üzüvlüx’], zəhmli [zəhimli] və s.

4.14. İdi, imiş hissəcikləri saitlə bitən sözlərə qoşulduqda, [-ydı], [-ydi], [-ymış], [-ymiş] şəklində tələffüz olunur: dərməli idi [dərməliydi], dərməli imiş [dərməliymiş], qazası idi [qazasıydı], qazası imiş [qazasıymış] və s.

4.15. -stan (-ıstan, -istan, -ustan, -üstan) şəkilçilərindəki t kar samiti [d] kimi tələffüz olunur: Ərəbistan [Ərəbisdan], gülüstan [gülüsdan], Qazaxıstan [Qazaxısdan], Monqolustan [Monqolusdan], Türküstan [Türküsdan] və s.

4.16. -dıqda, -dikdə, -duqda, -dükdə; -dıqca, -dikcə, -duqca, dükcə; -araq, -ərək şəkilçilərindəki q hərfi [x] kimi, k hərfi isə [x’] kimi tələffüz olunur: dincəldikcə [dincəldix’cə], gəldikdə [gəldix’də], qalaraq [qalarax], gördükcə [gördüx’cə], oxuduqca [oxuduxca], öyrənərək [öyrənərəx’] və s.

5. İxtisarların və qısaltmaların tələffüzü

5.1. İxtisarlar onları təşkil edən hərflərin sayından, sait və samit hərflərin yerləşməsindən, yalnız samit və ya sait hərflər əsasında formalaşmasından asılı olaraq aşağıdakı kimi tələffüz olunur:

5.1.1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s.;

5.1.2. sait və samit hərflərdən ibarət olan ixtisarlar sait hərflərin yerləşməsindən asılı olaraq aşağıdakı kimi tələffüz olunur:

1. ixtisardakı birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olduqda, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur: Avropa Şurası – AŞ [A-Şe], Amerika Birləşmiş Ştatları – ABŞ [A-Be-Şe], Ümumdünya Demokratik Gənclər Federasiyası – ÜDDGF [Ü-De-De-Ge-Fe] və s.;

2. sait hərf ixtisarın ortasında və ya sonunda olduqda, ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur: Yeni Azərbaycan Partiyası – YAP, Bütöv Azərbaycan Birliyi – BAB, Dünya Azərbaycanlıları Konqresi – DAK, Xəzər Dəniz Gəmiçiliyi Texniki İstehsalat Birliyi – XDGTİB [Xe-De-Ge-TİB], Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti – KHVTİC [Ke-He-Ve-TİC] və s.;

3. tərkibində iki və daha artıq sait hərf olan ixtisarlar əsasən, heca tələffüzü ilə deyilir: NATO [NA-TO], ATƏT [A-TƏT], AMEA [A-ME-A], Kama avtomobil zavodu – KAMAZ [KA-MAZ] və s.;

5.1.3. tərkibində L, M, N, R hərfləri olan ixtisarlarda, həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur: Birləşmiş Millətlər Təşkilatı – BMT [Be:M-Te], AFR [A-Fe:R], Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – ƏƏSMN [Ə-Ə-Se:M-eN], Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi – BŞMŞBİ [Be-Şe:M-Şe-Bİ] və s.

5.2. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur: Azərnəşr [Azərnəşr], Azneft [Azneft] və s.

6. Vurğunun tələffüzü

6.1. Azərbaycan dilində vurğu əsasən, sözün son hecasına düşür. Bu, keçici sabit vurğudur: kitáb – kitablar – kitablarím – kitablarımdán, gözə´l – gözəllə´ş – gözəlləşdi´r – gözəlləşdiri´l ‒ gözəlləşdiriləcə´k və s.

6.2. Rus və Avropa mənşəli sözlərdə vurğu əsasən, mənbə dilə uyğun olaraq işlədilir: angi´na, apelyásiya, arxitéktor, fáktor, fantáziya, kuri´kulum, qaleréya, qálstuk, li´der, lóbbi, lokál və s.

Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqrám və s.

6.3. Tələffüz zamanı vurğusu dəyişməklə mənası dəyişən sözlər nəzərə alınır: akadémik (isim) – akademi´k (sifət), antibiótik (isim) – antibioti´k (sifət), eléktrik (isim, kim?) – elektri´k (isim, nə?), klássik (isim) – klassi´k (sifət), xü´lasə (modal söz) – xülasə´ (isim), mü´tləq (zərf) – mütlə´q (sifət), nə´hayət (modal söz) – nəhayə´t (isim), ritórik (isim) – ritori´k (sifət), qaça´raq (feili bağlama) – qaçaráq (zərf), çapáraq (feili bağlama) – çaparáq (zərf) və s.

6.4. Bəzi son şəkilçilər vurğusuz tələffüz olunur:

6.4.1. isim düzəldən -gil, -ov (-ova), -yev (-yeva) şəkilçiləri vurğusuz tələffüz olunur: qardaşímgil, əmi´mgil; Ağáyev, Sultánov və s.;

6.4.2. zərf düzəldən -la2 [-nan2], -ca2, -casına2, -ən şəkilçiləri vurğusuz tələffüz olunur: inádla, qəhrəmanlíqla, cəsarə´tlə, ingili´scə, tü´rkcə, yáşca, xai´ncəsinə, namə´rdcəsinə, qəhrəmáncasına, insáfən, qə´flətən, dáxilən və s.;

6.4.3. xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur:

1. 1-ci şəxs -am2 (-yam2), -ıq4 (-yıq4): azádam, azádıq, oxumalíyam, oxumalíyıq və s.;

2. 2-ci şəxs -san2, -sınız4, -ın4: azádsan, azádsınız, oxumalísınız, oxúyun və s.;

3. 3-cü şəxs -dır4, -dırlar4, -lar2: azáddır, azáddırlar, oxumalídır, oxumalídırlar, oxuyúrlar və s.;

Qeyd. Feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən şəxs sonluqları vurğulu tələffüz olunur (oxusaníz, oxusalár, oxudunúz, oxudulár və s.), əmr şəkli şəxsə görə dəyişərkən 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (oxuyúm, oxusún, oxuyáq, oxusunlár və s.).

6.4.4. feil şəkillərinin hekayəti idi (-dı4), rəvayəti imiş (-mış4), şərti isə (-sa2) şəkilçi kimi sözə bitişik yazıldıqda vurğu qəbul etmir: oxuyacáqdı, oxuyacáqmış, oxuyacaqsa və s.;

Qeyd. Müasir Azərbaycan dilində -arkən2, -mışkən4 feili bağlama şəkilçisinin formalaşmasında iştirak edən -kən (-ikən) hissəciyi vurğusuz tələffüz olunur: oxuyárkən, oxumúşkən, deyə´rkən, demi´şkən və s.

6.4.5. -ma2, -mə2, -m inkar şəkilçisi vurğusuz tələffüz olunur: oxúmadı, bi´lmədi; oxúmayacaq, bi´lməyəcək, oxúmur, bi´lmir və s.;

Qeyd. Xəbər şəklinin indiki zamanından fərqli olaraq, qeyri-qəti gələcək zamanda inkar şəkilçisi (-m) işlənmiş heca vurğulu tələffüz olunur: oxumáram, bilmə´rəm; oxumázsan, bilmə´zsən və s.

6.4.6. ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş -la2 [-nan2] forması, -mı4 sual ədatı vurğusuz tələffüz olunur: torpağímla, ölkə´mlə, atámla anám; oxudúnmu, bildi´nmi; oxuyúrmu, bili´rmi və s.

6.5. Sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər: Azərbaycán – Azə´rbaycan, Vətə´n – Və´tən və s.

azərbaycan dilinin orfoqrafiya lüğəti

    1. sözlərin dilimizdəki düzgün yazılışını göstərən lüğət. sözlük yazarlarının, “`qozumaki` sözündə `ki` ayrı yazılırdı?” kimi suallarında məsləhət ala biləcəkləri lüğətdir. internet versiyası üçün:
    http://azerdict.com/orfoqrafiya/

13.10.2013 07:55, acab

2. buradan bezi yeniliklerini, deyişikliklerino görebileceyiniz lüğet.

belke abituriyent yazarımız varsa da işine yarayar.

linki aça bilmeyenler üçün;

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində dəyişikliklər, yeni qaydalar və mübahisəli məqamlar

Yazı işi ilə məşğul olan insanlar həmişə orfoqrafiya qaydalarını izləmək və ona əməl etmək məcburiyyətindədir. Müstəqillik əldə etdikdən sonra dilimizin inkişafı ilə bağlı imzalanan əmr və sərəncamları orfoqrafiya qaydalarının təkmilləşməsinə şərait yaratdı və bu, yeni orfoqrafiya kitablarının çap olunmasına gətirib çıxartdı. Nəşr olunan hər bir kitab isə özü ilə bərabər bir çox mübahisələri də gətirdi. Elmi ağırlığını nəzərə aldıqda bu sahənin nə qədər çətin və məsuliyyətli iş olduğunu başa düşmək olar. Çünki dilimizə elm və texnikanın inkişafı ilə əlaqədar olaraq daxil olan və yaxud yeni yaranan sözlərin orfoqrafik qaydalara uyğunlaşdırılması həm təcrübə, həm də dəqiqlik tələb edir.

Bir çox sözlər uzun müddətdir ki, orfoqrafiya baxımından mübahisə mövzusu olaraq qalıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub. 2004-cü ildə “Lider” nəşriyyatı tərəfindən çap olunan kitaba 80000-ə yaxın söz daxil edilmişdi. 2013-cü ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilən kitaba isə 110563 söz daxil edilib.

Çap olunmuş bu kitablar arasında bir çox fərqlər, yəni yeniliklər var. ikinci kitab bir çox mübahisələri həll etdi və əvvəlki kitabda gedən səhvləri aradan qaldırmaqla müəllimlər, mətbuat işçiləri və rəsmi qurumlarda yazı qaydaları ilə bağlı çaşqınlığı həll etməyə şərait yaratdı.

Bu iki nəşr arasındakı fərqləri və son nəşrdəki yenilikləri birlikdə izləsək, görərik ki, yeni lüğətimizdə xeyli dəyərli və lazımlı məqamlar var.

Belə ki;
2004-cü il nəşrində antena şəklində verilən söz 2013-cü il nəşrində isə anten kimi verilib.

2004-cü il nəşrində kompyuter şəklində verilən söz 2013-cü il nəşrində isə kompüter kimi verilib.

2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib.

2004-cü il nəşrində fel şəklində verilən söz 2013-cü il nəşrində isə feil kimi verilib.

2004-cü il nəşrində şeriyyət şəklində verilən söz 2013-cü il nəşrində şeiriyyət kimi verilib.

2004-cü il nəşrində cəfəngiyat şəklində verilən söz 2013-cü il nəşrində cəfəngiyyat kimi verilib.

2004-cü il nəşrində dzü-do şəklində verilən söz 2013-cü il nəşrində cüdo kimi verilib.

2004-cü il nəşrində həm genefond, həm də genofond şəklində verilən söz 2013-cü il nəşrində isə sadəcə genofond kimi verilib.

2004-cü il nəşrində həm kamod, həm də komod şəklində verilən söz 2013-cü il nəşrində sadəcə komod kimi verilib.

2004-cü il nəşrində həm minacat, həm də münacat şəklində verilən söz 2013-cü il nəşrində sadəcə minacat kimi verilib. Bununla bərabər münacatlı sözünə də yeni lüğətdə rast gəlmək olar.

2004-cü il nəşrində həm valyuta, həm də volyuta şəklində verilən sözlərə 2013-cü il nəşrində aydınlıq gətirilərək volyuta sözünün memarlıq sahəsinə aid söz olduğuna işarə edilib.

2004-cü il nəşrində metafora şəklində verilən söz 2013-cü il nəşrində metafor kimi verilib.

2004-cü il nəşrində nəqarət şəklində verilən söz 2013-cü il nəşrində nəqərat kimi verilib.

2004-cü il nəşrində ekspress şəklində verilən söz 2013-cü il nəşrində ekspres kimi verilib. Maraqlı budur ki, superekspress sözündə sonda iki ss saxlanılıb.

2004-cü il nəşrində cavahirat şəklində verilən söz 2013-cü il nəşrində cəvahirat kimi verilib.

2004-cü il nəşrində sürtgü şəklində verilən söz 2013-cü il nəşrində sürtkü şəklində düzəldilib.

2004-cü il nəşrində ötgün, ötgünlük şəklində verilən sözlər 2013-cü il nəşrində ötkün, ötkünlük şəklində düzəldilib.

2004-cü il nəşrində qarmaqarışıq şəklində verilən söz 2013-cü il nəşrində qarma-qarışıq şəklində düzəldilib.

2004-cü il nəşrində zirzibil şəklində verilən söz 2013-cü il nəşrində zir-zibil şəklində düzəldilib.

2004-cü il nəşrində ala-toran şəklində verilən söz 2013-cü il nəşrində alatoran şəklində düzəldilib.

2004-cü il nəşrində haqq-səy şəklində verilən söz 2013-cü il nəşrində haqq-say şəklində düzəldilib.

2004-cü il nəşrində yerfıntığı şəklində verilən söz 2013-cü il nəşrində yerfındığı şəklində düzəldilib.

2004-cü il nəşrində yerfısdığı şəklində verilən söz 2013-cü il nəşrində yerfıstığı şəklində düzəldilib.

Orta məktəb dərsliklərində müxtəlif siniflər üzrə vəsaitlərdə naqqaş yoxsa nəqqaş yazılması mübahisə mövzusu olan bu söz 2013-cü il nəşrində nəqqaş şəklində təsdiqlənib.

2004-cü il nəşrində birvariantlı -vari şəkliçisi 2013-cü il nəşrində -varı şəklində təsdiqləndi. Məsələn: bizvarı, qalxanvarı, buynuzvarı, çəlləkvarı və s.

Orta məktəb dərsliklərində orfoqrafiyası mübahisəli olan sözlərdən biri də keşməkeşli sözüdür. Belə ki bu söz müxtəlif dərsliklərdə kəşməkəşli, keşmekeşli şəklində verilməklə mübahisələr yaradıbdır. Həmin söz 2004-cü ilin lüğətində öz yerini tapmasa da, yeni 2014-cü il nəşrində keşməkeşli şəklində öz əksini tapmışdır.
Mürəkkəb sıra saylarının bitişik, yoxsa ayrı yazılması mübahisəsinə də son nəşrdə bir neçə nümunə ilə son qoyulub. Belə ki, həmin saylar sözlə yazıldıqda bitişik yazılır: altıyüzüncü, onbirinci və s.

Orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası sətirdən sətrə (defissiz) şəklində düzgün qəbul edilən söz yeni lüğətdə defislə, yəni sətirdən-sətrə şəklində verilib.

2004-cü il nəşrində əksini tapmayan, orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası alğı-satqı şəklində düzgün qəbul edilən söz yeni lüğətdə alqı-satqı şəklində verilib.)

2013-cü il nəşrinə əsasən daha çox sabitləşmiş qaydalar mürəkkəb sözlərin və mürəkkəb adların yazılışında özünü göstərir. Mürəkkəb sözlərdə tərkibində anti, audio, auto, avia, avto, bio, elektro, faqo, foto, infra, hidro, makro, mikro, mono, nano, neyro, paleo, poli, psevdo, stereo, super, trans, ultra, vibro, video, zoo hissəcikləri olanlar bitişik yazılır. Məsələn: antihumanist, audiovizual, autosintetik, aviabilet, avto-nəqliyyat, biokorroziya, elektromaqnit, faqoprofilaktika, fotokamera, infrastruktur, hidrobiologiya, makromexanika, mikrorayon, monoqrafiya, nanotexnologiya, neyrocərrah, paloe-qrafık, polivitamin, psevdorealizm, stereometrik, supermarket, transfaktor, ultradəb, vibroakustika, videomontaj, zoomağaza.

Tərkibində eks (müstəqil söz köklərinə artırıldıqda), elmi, əks (müstəqil söz köklərinə artırıldıqda), kontr, külli, qeyri, ober, vitse sözləri işləndikdə defisdən istifadə olunur. Məsələn: eks-çempion, elmi-kütəvi, əks-hücum, əks-inqilab, külli-ixtiyar, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, vitse-admiral və s.

Yeni kitabda daha çox konkretləşən mürəkkəb adların yazılışıdır. 2013-cü il nəşrində mürəkkəb adların yazılışı daha çox nümunələrlə verilib və əvvəlki nəşrdən daha aydın izah olunub. Bir neçə nümunəyə diqqət edək;
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin; respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların; nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, institut, kollec, texnikum, muzey, teatr, siyasi partiya; yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) ilk hərfi böyük yazılır.

Məsələn:
Azərbaycan Respublikası
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Azərbaycan Respublikası Xarici işlər Nazirliyi
Azərbaycan Milli incəsənət Muzeyi
Ağstafa Rayon Təhsil Şöbəsi
Azərbaycan Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Nəşriyyatı
Azərbaycan Maliyyə-iqtisad Kolleci
Bakı Şəhər icra Hakimiyyəti
Bakı Mədəniyyət və incəsənət Texnikumu
Bakı Ali Neft Məktəbi
Beynəlxalq inkişaf Assosiasiyası
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı
Heydər Əliyev Mərkəzi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Məhdud Məsuliyyətli Cəmiyyət
Naxçıvan Muxtar Respublikası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
“Hədəf” Nəşriyyat Evi
“Şərq-Qərb” Nəşriyyat Evi
Yeni Azərbaycan Partiyası

Qeyd 1. Tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

Qeyd 2. Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri
tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü kiçik hərflə yazılır.

Qeyd 3. Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz
böyük, sonrakı sözlər kiçik hərflə yazılır. Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Qeyd 2-də göründüyü kimi vəzifə adlarında naziri (Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri) sözü balaca hərflə yazılıb. Yuxarıda mürəkkəb adlara aid verilmiş nümunələrdə isə Azərbaycan Respublikasının Baş Naziri mürəkkəb adında fərqli məqam ortaya çıxır. Göründüyü kimi burada Naziri sözü böyük hərflə yazılıb. Elmi izahının mübahisə doğuracağını qəbul etsək də, bunu orfoqrafiya qaydalarında nəzərə almaq lazımdır.
Göründüyü kimi, yeni lüğət söz ehtiyatının çoxluğu və düzəlişləri ilə olduqca əhəmiyyətlidir. Amma bununla belə müəyyən mübahisəli məqamlar hələ də qalır. Belə ki, alqı-satqı sözünün alğı-satqı şəklində yazılması, fikrimcə, daha doğru olardı. Çünki cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılmalı olduğu qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün alğı-satqı olmalıdır.

Bundan əlavə, bir çox elmi ədəbiyyatda quruluşca sadə bağlayıcı hesab edilən yaxud, çünki, həmçinin və hərçənd bağlayıcıları 2013-cü il nəşrində mürəkkəb bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.

Başqa bir məqam isə sətirdən-sətrə sözündə özünü göstərir. Bu söz son dövrlər orta məktəb dərsliklərində defis qoyulmadan ayrı-ayrı morfoloji və sintaktik suala cavab verən iki sadə söz kimi götürülür. Bunun izahı da olduqca məntiqli verilib. Həmin sözü cümlədə analoji olaraq digər sözlə əvəz edək. Məs:. Yazını sətirdən-sətrə keçirtdim. Yazını kitabdan kitaba köçürtdüm. Bu cümlələrdə “sətirdən-sətrə” sözü ilə “kitabdan kitaba” sözləri eyni funksiyaya malikdirlər. Əlbəttə kitabdan kitaba şəklində olanda defis qoymaq lazım olmadığı kimi, sətirdən sətrə olanda da defis qoymaq düzgün olmazdı.

Qeyd etmək lazımdır ki, kiçik qüsurlarına baxmayaraq, 2013-cü il nəşrini yazı işlərimizin orfoqrafik normalara uyğunlaşması baxımından əhəmiyyəti olduqca böyük olacaq. Ümid edirik ki, bu gözəl işin davamı olaraq mükəmməl bir “Orfoepiya lüğəti” də tezliklə nəşr edilib stolüstü kitablarımızdan birinə çevriləcəkdir.
_____________________________
yadıma arazın sınaqlarının birin dzü-do sözüne göre 124/1 yazmağım düşdü. bir çox sözü, qaydanı bikarçılıqdan deyişirler, iyrenclikdi resmen.

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на ПК с Windows

Предварительный просмотр приложения ([увидеть все 7 скриншоты])

Ищете способ скачать Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК с Windows 11/10/8/7? Значит, вы находитесь в правильном месте. Продолжайте читать эту статью, чтобы узнать, как загрузить и установить одну из лучших Книги и справочники Приложение Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК.

Большинство приложений, доступных в Google Play Store или iOS Appstore, созданы исключительно для мобильных платформ. Но знаете ли вы, что по-прежнему можете использовать любое из ваших любимых приложений для Android или iOS на своем ноутбуке, даже если официальная версия для платформы ПК недоступна? Да, они выходят из нескольких простых приемов, которые вы можете использовать для установки приложений Android на машины Windows и использования их, как вы используете на смартфонах Android.

В этой статье мы перечислим различные способы Скачать Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на ПК в пошаговом руководстве. Итак, прежде чем приступить к делу, давайте посмотрим на технические характеристики Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət.

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК – Технические характеристики

Имя Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət
Установки 1 000+
Разработано MoonLight

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət находится в верхней части списка Книги и справочники категория приложений в Google Playstore. У него действительно хорошие рейтинги и отзывы. В настоящее время, Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для Windows перешла 1 000+ Приложение установки and 0 звезда средний совокупный рейтинг пользователей.

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Скачать для ПК Windows 11/10/8/7 Ноутбук:

Большинство приложений в наши дни разрабатываются только для мобильной платформы. Игры и приложения, такие как PUBG, Subway surfers, Snapseed, Beauty Plus и т. Д., Доступны только для платформ Android и iOS. Но эмуляторы Android позволяют нам использовать все эти приложения и на ПК.

Так что даже если официальная версия Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК недоступен, вы все равно можете использовать его с помощью эмуляторов. В этой статье мы представим вам два популярных эмулятора Android для использования Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на ПК.

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Скачать для ПК Windows 11/10/8/7 – Метод 1:

Bluestacks – один из самых крутых и широко используемых эмуляторов для запуска приложений Android на вашем ПК с Windows. Программное обеспечение Bluestacks доступно даже для Mac OS. Мы собираемся использовать Bluestacks в этом методе для загрузки и установки Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК Windows 11/10/8/7 Ноутбук. Начнем с пошагового руководства по установке.

  • Шаг 1: Загрузите программное обеспечение Bluestacks по приведенной ниже ссылке, если вы не устанавливали его ранее – Скачать Bluestacks для ПК
  • Шаг 2: Процедура установки довольно проста и понятна. После успешной установки откройте эмулятор Bluestacks.
  • Шаг 3: Первоначальная загрузка приложения Bluestacks может занять некоторое время. После его открытия вы должны увидеть главный экран Bluestacks.
  • Шаг 4: Магазин Google Play предустановлен в Bluestacks. На главном экране найдите Play Store и дважды щелкните значок, чтобы открыть его.
  • Шаг 5: Теперь поищите Приложение вы хотите установить на свой компьютер. В нашем случае ищите Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət установить на ПК.
  • Шаг 6: После того, как вы нажмете кнопку «Установить», Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət будет автоматически установлен на Bluestacks. Вы можете найти Приложение под список установленных приложений в Bluestacks.

Теперь вы можете просто дважды щелкнуть по значку Приложение значок в bluestacks и начните использовать Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Приложение на вашем ноутбуке. Вы можете использовать Приложение так же, как вы используете его на своих смартфонах Android или iOS.

Если у вас есть файл APK, то в Bluestacks есть возможность импортировать файлы APK. Вам не нужно заходить в магазин Google Play и устанавливать игру. Однако рекомендуется использовать стандартный метод для установки любых приложений Android.

Последняя версия Bluestacks обладает множеством потрясающих функций. Bluestacks4 буквально в 6 раз быстрее, чем смартфон Samsung Galaxy J7. Поэтому рекомендуется использовать Bluestacks для установки Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на ПК. Для использования Bluestacks у вас должен быть компьютер минимальной конфигурации. В противном случае вы можете столкнуться с проблемами загрузки при игре в высококачественные игры, такие как PUBG

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Скачать для ПК Windows 11/10/8/7 – Метод 2:

Еще один популярный эмулятор Android, который в последнее время привлекает большое внимание, – это MEmu play. Он очень гибкий, быстрый и предназначен исключительно для игровых целей. Теперь посмотрим, как Скачать Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК с Windows 11 или 10, 8 или 7 ноутбуков с использованием MemuPlay.

  • Шаг 1: Скачать и Установить MemuPlay на вашем ПК. Вот вам ссылка для скачивания – Веб-сайт Memu Play. Откройте официальный сайт и скачайте программу.
  • Шаг 2: После установки эмулятора просто откройте его и найти Google Play Store Приложение на главном экране Memuplay. Просто дважды нажмите на него, чтобы открыть.
  • Шаг 3: Теперь Ищи Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Приложение в магазине Google Play. Найдите чиновника Приложение из MoonLight разработчика и нажмите кнопкуУстановить.
  • Шаг 4: После успешной установки вы можете найти Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на главном экране MEmu Play.

MemuPlay – это простое и удобное приложение. Он очень легкий по сравнению с Bluestacks. Поскольку он разработан для игровых целей, вы можете играть в высококлассные игры, такие как PUBG, Mini Militia, Temple Run и т. Д..

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК – Заключение:

Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət получил огромную популярность благодаря простому, но эффективному интерфейсу. Мы перечислили два лучших метода установки Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət на ПК с Windows, ноутбуком. Оба упомянутых эмулятора популярны для использования приложений на ПК. Вы можете использовать любой из этих методов, чтобы получить Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для ПК с Windows 11 или Windows 10.

Мы завершаем эту статью Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət Скачать для ПК с этим. Если у вас есть какие-либо вопросы или проблемы при установке эмуляторов или Orfoqrafiya Lugeti – Azərbaycan dilinde lüğət для Windows, дайте нам знать через комментарии. Будем рады вам помочь!

Comments are closed, but trackbacks and pingbacks are open.