Press "Enter" to skip to content

Zü səhvlərlə dolu lüğət

pedinstitutbitirmə (nədənsə, birini bitirir, o birilərini isə qurtarırlar),

Azərbaycan dilinin orfoqrafiya lüğəti

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi.

2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb [2] . “Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. [3]

Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. [4] Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. [5]

“Azərbaycan Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir [6] .

Lüğətin 2021-ci il nəşrində “hörümçək” sözünün olmayıb, “spayder” sözünün olması Azərbaycan mediasında geniş əks-səda doğurub. [7] [8]

Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 24 iyul 1958-ci il tarixli qərarı.

Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 6 aprel 1959-cu il tarixli qərarı.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 26 may 2004-cü il tarixli Fərmanı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”.

  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1929
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1940
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1960
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1975 (58 min söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Lider nəşriyyat”, 2004, 728 səh. ISBN 978-9952-717-00-2 (80 min söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2012, 728 səh. ISBN 978-9952-34-754-8 (98 min söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 840 səh. ISBN 978-9952-32-013-8 (110 563 söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Elm” nəşriyyatı, 2021, (90 min söz)

İstinadlar Redaktə

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.

  1. ↑ Orfoqrafiya lüğəti qələm dünyasının konstitusiyasıdır: Konstitusiya isə qüsursuz olmalıdır / N. Əhmədli // Azərbaycan. — 2005
  2. ↑”İsmayıl Məmmədov: “Sözlərin yazılışında hərc-mərclik var ” “. 2010-09-25 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2010-09-23 .
  3. ↑”Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Lider nəşriyyat”, 2004, 728 səh”. 2021-05-06 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2012-07-24 .
  4. ↑Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu [ölü keçid] Maddə 13, Maddə 18
  5. ↑ Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu Dövlət dilinin əlifbası. Maddə 14 [ölü keçid]
  6. ↑”AMEA-nın DİLÇİLİK İNSTİTUTUNA XƏBƏRDARLIQ EDİLİB”. 2013-02-22 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2012-09-14 .
  7. ↑Hörümçək və spayder məsələsi: “Dilimizin lüğət korpusu yoxdur…” — Etiraz
  8. ↑”Dilçilik İnstitutu: “Lüğətin siqnal variantında “hörümçək” sözü olub ” “. 2022-08-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-01-19 .

Həmçinin bax Redaktə

  • Orfoqrafiya lüğəti
  • Azərbaycan dilinin izahlı lüğəti
  • Azərbaycan dilinin orfoqrafiya qaydaları

Xarici keçidlər Redaktə

  • Obastan — Azərbaycan dilinin orfoqrafiya lüğəti 2021 (online)
  • azerdict — Azərbaycan dilinin orfoqrafiya lüğəti (online)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti — Android telefonlar üçün (offline)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin təsnifatı
  • “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer alan yüzlərlə lüzumsuz sözün təsnifatı verilib — SİYAHI
  • “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə növbəti lazımsız sözlər: ərğənun, dımırcıqlı, laslama, dın-dın — SİYAHI
  • Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: alışdımyandım, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu — SİYAHI
  • Tərcümə Mərkəzi AMEA-nın Orfoqrafiya lüğətində xeyli qüsur aşkarlayıb — SİYAHI

Özü səhvlərlə dolu lüğət

Adam bir sözün düzgün yazılışını axtaranda hara baxar? Orfoqrafiya lüğətinə. Bəs əgər yüz ölçülüb (oxunub) bir biçilməli (çap edilməli) lüğətin özü səhvlə doludursa, onda neyləyəsən?

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni 6-cı nəşri barədə “Kaspi” qəzetində dərc olunan məqaləsində Eldar Məmmədov yazır ki, lüğətdə orfoqrafik səhvlərlə yazılmış çoxlu söz var.

Onlardan bəziləri (mötərizədə düzgün yazılışı ilə):

təkəsaqqız (təkəsaqqal),

vanadal (vandal),

kuhlaçı (kuklaçı),

dəliqarın (dələqarın),

hücuməmirli (hücuməmrli),

falangit (falangist),

farmasept (farmasevt),

fələkzadə, fəlakətzadə, fəlakətzadəlik (son 3 sözün ikinci hissələrindəki “zadə” sözləri “zədə” yazılmalıdır),

şərli-böntanlı (böhtanlı),

bromizavod (bromzavod),

paramneziy (paramneziya),

halbahalıq (halbahallıq),

melanolik (melanholik),

maniakl (maniakal),

uzunsümbül (bu, “Orfoqrafiya qaydaları”nın 5-ci bəndinin tələbinə xilafdır, həm də lüğətdə onun əsasında yaradılmış 22 mürəkkəb və düzəltmə sözdə “sünbül“ şəklində işlədilmişdir),

kurikulum (kurrikulum),

əmioğlulu (əmioğluluq),

mürabiqə-baxış (müsabiqə-baxış),

əmrilmöminin (əmirəlmöminin),

rentgenokinomotoqrafiya (rentgenokimoqrafiya),

qalla(-lar) (qall(-lar)),

qanadsayıq (qanadsayaq),

bimis (bimisl),

biləkarisı (biləkarası),

səs-haykırtı (səs-hayqırtı),

evgenika (yevgenika),

çəkic-zindan (çəkic-sindan),

fransızdillik (fransızdillilik) və s.

“Qaynaqçı”“qaynaqçılıq” sözləri nədənsə, onların əvvəlinə “qaz” sözü əlavə edilən kimi ilkin formalarını dəyişmişdir: qazqaynağıçıqazqaynağıçılıq (əslində “qazqaynaqçısı” və “qazqaynaqçılığı” olmalıdır).

“Çıldaq” və daha 6 sözün ikinci hissəsindəki “-daq” sözü “dağ” şəklində yazılmalıdır, çünki o “dağlamaq” sözündəndir. ​

Bəzi sözlər ayrılıqda dəqiq orfoqrafik şəklə malikdir.

Lakin lüğətdə başqa bir sözlə birləşən kimi nədənsə onun yazılışında dəyişiklik baş verir:

pencər/qızıl-pəncər,

yurd/yurtyeri,

əbrişim/güləbrişin,

qurd/alaqurt,

azad/azatağacı,

qıjı/acıqıcı,

kontrast/yüksəkkontras, kontrastlı/yüksəkkontraslı,

əncir/suincilotu,

eroziya/termoerroziya,

yemlik/dəliyemilik,

dozator/hopper-dazator və s. ​

LÜĞƏTDƏ ÇOX QƏRİBƏ SÖZLƏRƏ RAST GƏLMƏK OLUR:

porşensizlikdən (!),

göstəriliş,

unüyütmə (unu üyütməzlər, taxılı, dəni üyüdərlər),

eksprezidentlik,

eksskiperlik (görəsən, bu son iki “vəzifənin” səlahiyyət müddətini kim müəyyənləşdirir?), atletikaçı (lüğətdə “atlet” sözü vardır və ona heç bir ehtiyac yoxdur),

fiktif (!),

roman-qəzet (heç “Rus dilinin orfoqrafiya lüğəti”ndə də belə söz yoxdur),

yulafsöz (sözün yulafla nə əlaqəsi ola bilər?), qarannı (lüğətdə dilimizə yad olan “-nı” şəkilçisi qoşulmuş başqa bir söz yoxdur və onun nə demək olduğunu aydınlaşdıra bilmədik), pedtexnikumbitirmə,

pedməktəbqurtarma,

pedinstitutbitirmə (nədənsə, birini bitirir, o birilərini isə qurtarırlar),

ağqılçıq düyü (düyünün qılçığı olmur, çəltiyin qılçığı olur),

tənəkdolması (!) (“yarpaqdolması” ilə müqayisədə çox mənasız sözdür),

nasir-nasir (?) (niyə “şair-şair” yaddan çıxarılıb?),

ikivimpelli (?)

cənnətquşu,

səfirxana,

söyüşçülük,

sualçılıq,

sovetoloq-islamşünas,

uzunəsrlik,

uzunillik (yəni bir əsrdən də, bir ildən də uzun?),

zərrədin,

götürübbə (?),

tutqurusu-çörək (nədənsə, “əncirqurusu”, “ərikqurusu” sözləri lüğətə salınmayıb),

əks-əlifba,

sirriqalın,

sıxılabilməz,

sıxılabilməzlik,

selkənaredən,

kuba-qayığabənzər,

cinkimilik, və s.

Bütün bunlar yeni orfoqrafiya lüğətinin “məziyyətləri”nin tam siyahısı deyil. Ətraflı burda oxu!

Comments are closed, but trackbacks and pingbacks are open.