Yeni orfoqrafiya lüğəti 2019-cu ilin birinci yarısında təqdim ediləcək” – İsa Həbibbəyli
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu – altıncı nəşri 2013-cü ildə hazırlanıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır.
Yeni orfoqrafiya lüğəti çap olunacaq
“Yeni Sabah” xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, lüğətin yaxın günlərdə Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasında sonuncu müzakirəsi keçiriləcək: “Son dəqiqləşdirilmə aparıldıqdan sonra təsdiq olunmuş “Orfoqrafiya qaydaları” əsasında hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapa təqdim olunacaq. Hesab edirəm ki, yeni lüğətin çapına oktyabr ayının birinci ongünlüyündən sonra başlanılacaq. Çap prosesi isə noyabrın əvvəlində başa çatacaq”.
İ. Həbibbəyli qeyd edib ki, dərslik müəllifləri, o cümlədən, hər bir şəxs yeni təsdiq olunan “Orfoqrafiya qaydaları”na istinad etməlidirlər: “Bu qaydalar bütün ölkə üçündür. Buna hər bir kəs əməl etməlidir”.
İ. Həbibbəyli narazılığa səbəb olan sözlərin yazılışı ilə bağlı məsələlərə növbəti dəfə “Orfoqrafiya qaydaları”nın təsdiq olunması zamanı baxılacağını deyib: “Yeni “Orfoqrafiya qaydaları” hazırlanan zaman bir ildən çox müzakirələr aparıldı. Müzakirələrdə 400-dən çox mütəxəssis iştirak etdi. Bütün mümkün olan rəylər, cəmiyyətin maraqları nəzərə alınaraq yeni “Orfoqrafiya qaydaları” təsdiq olundu. Bütün bunlardan sonra isə mübahisə açmağın yeri deyil. Hesab edirəm ki, bu qədər müzakirə heç vaxt olmayıb. Biz ayrı-ayrı müddəaları müzakirə etmək fikrində deyilik. Təkliflər 5 ildən sonra keçiriləcək müzakirələrdə nəzərə alına bilər. Çünki o zaman yeni lüğət də çap olunacaq. Hazırda yekun variant üzərində dayanılıb”.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu – altıncı nəşri 2013-cü ildə hazırlanıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır.
“Yeni orfoqrafiya lüğəti 2019-cu ilin birinci yarısında təqdim ediləcək” – İsa Həbibbəyli
Prezidentin fərmanı qarşıya daha məsuliyyətli vəzifələr qoyur”.
“Gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olundu, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verildi”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqa çatdırılacaq: “Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur”.
AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.