Press "Enter" to skip to content

Orfoqrafiyanın orfoepiya ilə əlaqəli tədrisi

Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:

etymology (n.)

late 14c., ethimolegia “facts of the origin and development of a word,” from Old French etimologie , ethimologie (14c., Modern French étymologie ), from Latin etymologia , from Greek etymologia “analysis of a word to find its true origin,” properly “study of the true sense (of a word),” with -logia “study of, a speaking of” (see -logy) + etymon “true sense, original meaning,” neuter of etymos “true, real, actual,” related to eteos “true,” which perhaps is cognate with Sanskrit satyah , Gothic sunjis , Old English soð “true,” from a PIE *set- “be stable.” Latinized by Cicero as veriloquium .

In classical times, with reference to meanings; later, to histories. Classical etymologists, Christian and pagan, based their explanations on allegory and guesswork, lacking historical records as well as the scientific method to analyze them, and the discipline fell into disrepute that lasted a millennium. Flaubert [“Dictionary of Received Ideas”] wrote that the general view was that etymology was “the easiest thing in the world with the help of Latin and a little ingenuity.”

As a modern branch of linguistic science treating of the origin and evolution of words, from 1640s. As “an account of the particular history of a word” from mid-15c. Related: Etymological ; etymologically .

As practised by Socrates in the Cratylus , etymology involves a claim about the underlying semantic content of the name, what it really means or indicates. This content is taken to have been put there by the ancient namegivers: giving an etymology is thus a matter of unwrapping or decoding a name to find the message the namegivers have placed inside. [Rachel Barney, “Socrates Agonistes: The Case of the Cratylus Etymologies,” in “Oxford Studies in Ancient Philosophy,” vol. xvi, 1998]

Entries linking to etymology

word-forming element meaning “a speaking, discourse, treatise, doctrine, theory, science,” from Greek -logia (often via French -logie or Medieval Latin -logia ), from -log- , combining form of legein “to speak, tell;” thus, “the character or deportment of one who speaks or treats of (a certain subject);” from PIE root *leg- (1) “to collect, gather,” with derivatives meaning “to speak (to ‘pick out words’).” Often via Medieval Latin -logia , French -logie . In philology “love of learning; love of words or discourse,” apology, doxology, analogy, trilogy , etc., Greek logos “word, speech, statement, discourse” is directly concerned.

1590s; see etymology + -ical. Related: Etymologically .

Orfoqrafiyanın orfoepiya ilə əlaqəli tədrisi

Orfoqrafiya yazılı nitqin normalarıdır.Bu normaların konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahürləri isə orfoqrafiyanın qaydalarını təşkil edir.Buna görə də ümumiləşdirilmiş halda orfoqrafiyaya belə tərif vermək olar:Orfoqrafiya -yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici qaydalar sistemidir.Orfoqrafiya insanlar arasında yazılı ünsiyyəti nizama salır.Yazılı ünsiyyətdə,məlumdur ki,iki tərəf olur:yazan və oxuyan.Orfoqrafiya hər hansı yazılı mətni onların hər ikisinin vahid şəkildə başa düşməsini təmin edir.Məktəbdə orfoqrafiya təliminin qarşısında qoyulan əsas vəzifə şagirdlərə orfoqrafiyanın praktik əhəmiyyətini dərk etdirmək və imla qaydalarına yiyələnməyin vacibliyini onlara başa salmaqdır.Orfoqrafiya təliminin başlıca və ümdə vəzifəsi şagirdləri orfoqrafikbilik,bacarıq və vərdişlərlə silahlandırmaqdır.

İbtidai və orta məktəblərdə Azərbaycan dili orfoqrafiyası üç prinsip əsasında təlim edilir:

1.Orfoqrafiyanın orfoepiya ilə əlaqəli tədrisi prinsipi:

2.Orfoqrafiyanın qrammatika ilə əlaqəli öyrədilməsi prinsipi:

3.Orfoqrafiyanın nitq inkişafı ilə əlaqəli öyrədilməsi prinsipi.

Dilimizdə olan söz və qrammatikformaların böyük bir qismi tələffüz edildiyi kimi yazılır və əksinə,yazıldığı kimi tələffüz olunur.Bu qəbildən olan sözlərin,eləcə də şəkilçilərin ədəbi tələffüz şəklini göstərən xüsusi qaydalar yoxdur.Həmin sözlərin və şəkilçilərin yazılış qaydaları onları tələffüzündə də əsas götürülür.Bacı,saray,idman,jurnal,qardaş,ata,ana,qələm,parça və s.bu kimi onlarla söz nə cür yazılırsa,eləcə də tələffüz olunur. Lakin dediklərimizdən heç də belə bir nəticə çıxarmaq olmaz ki, yazılı ədəbi dilimiz şifahi ədəbi dili bütövlükdə əks etdirir.Orfoqrafik qaydalar normativ tələffüz və ya əksinə,orfoepik normalar söz və qrammatik formaların yazılışı üçün əsasdır.Şübhəsiz,məsələ heç də belə deyildir.Söz və qrammatik formaların bir çoxunun yazılışı düzgün tələffüzündən fərqlənir.Başqa sözlə,bir sıra sözlər,eləcə də şəkilçilər deyilişindən fərqli yazılır və ya əksinə,yazılışından fərqli tələffüz olunur.Məhz bu səbəbdən yazılışından fərqli deyilən söz və qrammatik formaların yazılış və tələffüz normaları müəyyənləşdirilmişdir ki,həmin normalar bu dildən istifadə edənlərin savadlı yazmalarını və danışa bilməsini təmin edir.

Orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunan prinsiplər əsasən aşağıdakılardır:

Lakin bu və ya digər dilin orfoqrafiya qaydalarını müəyyənləşdirərkən bu prinsiplərin hamısından eyni dərəcədə istifadə olunmadığı kimi,xüsusən əsrlər boyu yazılı ədəbi dil tarixi olan dillərin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində təkcə bir prinsiplə məhdudlaşmaq da mümkün deyildir.Lakin bunu da nəzərə almaq lazımdır ki,hər bir dilin orfoqrafiya qaydalarını düzəldərkən bir sıra prinsiplərdən istifadə olunsa da bunlardan biri,ikisi və ya üçü əsas prinsip,digərləri isə yardımçı,ikincı dərəcəli prinsip sayılır Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları ,əsasən üç prinsip üzərində,yəni fonetik,morfoloji və tarixi-ənənəvi prinsiplər üzərində qurulmuşdur.

Orfoqrafiyanın əsasında duran prinsiplər baxımından sözləri iki qismə ayırmaq olar:

1.Yazılışı tələffüzünə əsasən müəyyənləşən sözlər;

2.Yazılışı tələffüzünə görə müəyyənləşməyən sözlər.

Dilimizdə səslərin hər birinin yazıda müvafiq şərti işarəsi vardır.Məsələn a səsi a hərfi,v səsi ve hərfi,d səsi de hərfi,c səsi ce hərfi ilə işarə edilir.Səslərin hər birini onların şərti işarələri olan hərflərlə müqayisə etsək,təkcə iki səsin ( q samitinin kar qarşılığı olan k’ və y samitinin kar qarşılığı olan x’ səslərinin ) yazıda əks olunmadığını görərik.Beləliklə,göstərdiyimiz iki səs istisna edilərsə,Azərbaycan dilindəki bütün səslər-fonemlər yazıda müvafiq hərfi işarələrlə göstərilir və bu səbəbdən böyük bir qrup sözün yazılışı düzgün tələffüzünü əks etdirir;məsələn imla,baş,qayda,arayış,qəzet,durna,zərif,muzey,yağış,şam,biz,qaş,əl və s. kimi sözlərdəki hərflər uyğun səsləri tam şəkildə ifadə edir.Təkcə sözlərin deyil,qrammatik formaların da əksəriyyətinin qeyd etdiyimiz səbəbdən ( səslərlə hərflərin uyğunluğu ) tələffüzü ilə yazılışı eyniyyət təşkil edir.

Yazılışı tələffüzü əsasında müəyyənləşən söz və şəkilçilər bəzən şifahi nitqdə,o cümlədən şagirdlərin nitqində adi danışıq dili və ya yerli şivəyə uyğun şəkildə tələffüz olunur.Şagirdlərin nitqində naxoş,divar,şəkil,şkaf,stəkan,ev,həyat,alsan,özünüzə,sarımtıl,heca kimi sözlərin noxoş,tuhar,şikil,işkaf,isfəkan,əv,hayat,alson,özüzə,sarımtur,heyca şəklində qüsurlu tələffüzünü,digər yüzlərlə sözün və şəkilçinin orfoepik cəhətdən nöqsanlı deyilişini müşahidə etmək olar.Bu cür tələffüz qüsurlarının çoxu özünü şagird yazıladında da göstərir.Nümunə gətirdiyimiz sözlərin yazılışı ədəbi tələffüzündən fərqlənmir.Müəllim bu cəhəti nəzərə almalı,yazıda adi danışıq dili və şivələrdən irəli gələn səhvləri islah etmək üçün birinci növbədə tələffüzdəki qüsurları aradan qaldırmalıdır.Bu sahədə aparacağı işlərdə o, orfoqrafiyanı əsas götürməli,sözlərin yazıldığı kimi tələffüz edilməsinə nail olmalıdır.

Bunun üçün fənni tədris edən müəllim elmi cəhətdən yüksək metodik bacarığa malik olmalıdır.Müəllim mövzu ilə əlaqədar bəzi orfoqrafiya qaydalarını şagirdlərin nəzərinə çatdırmalıdır.Pedaqoji ustalığı olan müəllim nəzəri məlumatları aşılamaqla kifayetlənməyib,onları nümunələr əsasında izah edir.Belə olduqda şagirdlər həmin qaydaları daha asan mənimsəyir və uzun müddət yadda qalır.Həmin orfoqrafik qaydaların bir neçəsini misal göstərək:

  1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
  2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
  3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
  4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
  1. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
  2. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
  3. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.

Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.

  1. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.

Vitse sözü istisnadır.

Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:

Setkin, Siolkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.

  1. Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
  2. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
  3. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
  4. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.

Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

  1. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
  2. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.

Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.

  1. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.

Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.

Dilimizdə işlədilən sözlərin müəyyən bir qrupunun orfoqrafiyasi ilə orfoepiyası bir-birindən fərqlənir.Bu fərqin yaranmasının əsas səbəbi orfoqrafiyamızın tarixi-ənənəvi və morfoloji prinsipləridir.

Tarixi-ənənəvi prinsip yazılı və şifahi nitq arasındakı uyğunsuzluğun əsas səbəblərindən biridir.Bu prinsip yazıda sözlərin müasir tələffüz formasını deyil,müəyyən tarixi dövrdəki tələffüz tərzini əsas götürür.Buruq,uşaq,hətta,hambal,şənbə,dəftər,astar və s. kimi sözlər müasir tələffüzdə burux,uşax,hətda,hambal,şəmbə,dəfdər,asdar kimi səslənməsinə baxmayaraq,tarixj-ənənəvi prinsipin tələbi üzündən tələffüzdəki bu hal yazıda özünü əks etdirə bilmir.Eləcə də alınma sözlərin bir qismi dilimizin ahənginə uyğunlaşdırılaraq tələffüz olunursa da, lakin onların yazılışında alındığı dilin orfoqrafiyası əsas götürülür.Məsələn komissiya,assistent,kommuna,attestat,trolleybus və s. sözlər kamisiya,asistent,kamuna,atestat,traleybus şəklində tələffüz edildiyi halda, mənbə dilində olduğu kimi yazılır.

Orfoepiyanın əsas xüsusiyyətlərindən biri onun normalarının çətindən asana doğru inkişaf etməsi,dəyişməsidir.Dilin inkişaf prosesində tələffüz normaları da dəyişilir.Tələffüzdə ağırlıq yaradıb dilimizin fonetik sisteminə uyğun olmayan formalar yenisi ilə əvəz edilir.Bu özünü ən çox alınma sözlərin mənimsənilməsində göstərir.”Alınma söz keçdiyi dilin sözlərindən fərqləndikdə həmin dilin fonetika və qrammatikasının müqavimətinə rast gəlir,az və ya çox dərəcədə dəyişikliyə uğrayır”.Bu hal dilimizə keçmiş xeyli miqdar sözdə özünü göstərir.Vedro,qazeta,vokzal,ateş,sxema,lenta,milliard,bokal,nomer,tunnel,apparat,metall,çemodan,monpasse və s. kimi onlarca söz dilimizin tələffüz ahənginə uyğunlaşdırılmışdır.Tələffüzdəki bu uyğunlaşma öz təsirini yazıya da göstərmiş,həmin sözlərin yazılışında tələffüz əsas götürülmüşdür.Burada tələffüzün təsiri tarixi-ənənəvi prinsipin müəyyən dərəcədə pozulmasına səbəb olmuşdur.Lakin bu hal tələffüzlə yazılış arasındakı uyğunsuzluğu tamamilə aradan qaldırmır.Dilimizə keçmiş sözlərin tələffüzündə əmələ gələn dəyişikliyin hamısı yazıda əks olunmur.Məsələn söz əvvəli,ortası və sonunda müxtəlif və eyni qoşa saitin yanaşı işlənməsi tələffüz nöqteyi-nəzərdən o qədər də xarakterik deyildir.Ona görə də bu sözlərin bəzisini tələffüz ederkən iki sait arasına bitişdirici y samiti artırılır.Orfoqrafiyanın tarixi-ənənəvi prinsipi alınma sözlərin tələffüzündəki bu fonetik uyuşmanı yazı üçün məqbul saymır və buna görə də həmin sözlər bir cür yazılıb başqa cür oxunur.Məsələn yazılır: qaib,dair,sair,radio,pioner,diametr,deyilir: qayib,dayir,sayir,radiyo,piyaner,diyametr.Dediklərimizdən bu nəticəyə gəlirik ki, orfoqrafiyamızdakı tarixi-ənənəvi prinsip, tələffüzlə yazılış arasında fərqın mövcud olması səbəblərindən ən başlıcasıdır.Bu prinsip əsasında yazılan sözlərin çox hissəsini düzgün tələffüzündən fərqli olan sözlər təşkil edir.Belə bir uyğunsuzluq sözlərin yazılışının mənimsənilməsində müəyyən çətinliyə səbəb olur,yazını ağırlaşdırır.Lakin bununla belə bu prinsipi kənara ataraq sözlərin əski şəklini müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün deyildir.Belə dəyişiklik yazıda ümumi bir dolaşıqlığa, savadsızlığa gətirib çıxara bilər.

Burada orfoqrafiyanın morfoloji prinsipi haqqında da bir neçə söz demək lazımdır.Məqam və şəraitlə əlaqədar olaraq müxfəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada , yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas morfoloji prinsip adlanır.

Burada orfoqrafiyanın morfoloji prinsipi haqqında da bir neçə söz demək lazımdır.Məqam və şəraitlə əlaqədar olaraq müxfəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada , yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas morfoloji prinsip adlanır.

Morfoloji prinsipə görə , orfoqrafiya qaydaladının müəyyənləşdirilməsində , əsasən mənalı vahidlərin – sözlərin ( söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözlər və şəkilçilər ) orfoqrafiyası nəzərdə tutulur.Belə vahidlərin müxtəlif çalarlıqda tələffüzündə məna dəyişikliyi olmasa da , vahid ədəbi dil normalarının pozulmasına az-çox təsir göstərə bilir.Halbuki dil ümumi anlaşma vasitəsi olduğuna görə dil vahidlərinin müxtəlif yox, məhz bir cür formalaşması, bir cür tələffüzü və eləcə də bir cür yazılması dilin əsl mahiyyətindən doğan tələbatdır.Buna görə də məhz morfoloji prinsip dilin əsas mənalı ünsürlərinin-sözlərin yazıya vahid şəkildə köçürülməsi qaydalarını istiqamətləndirən ən mühüm prinsipdir.Əgər bu prinsip nəzərə alınmazsa, mənalı dil vahidləri müxtəlif çalarlıqda tələffüz olunduğu kimi yazıya köçürülərsə, yazı da öz mahiyyətini itirər, yəni yazı da həqiqi mənada vahid anlaşma vasitəsi ola bilməz.Bundan əlavə, yazıda belə müxtəliflik nitqin yazıda bir cür ifadə olunmasını tənzim edən qaydalar sistemi kimi tanıdığımız orfoqrafiyanın əsas məqsədinə,məzmununa uyğun deyildir.Buna görə də eyni vahidin müxtəlif çalarlıqda tələffüzü yazıya köçürülməməlidir.

Eyni vahidin müxtəlif çalarlıqda tələffüzü müxtəlif məqam və şəraitlə əlaqədar ola bilir. Adətən sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən belə çalarlıqlar şivə xüsusiyyati halında, ədəbi tələffüz halında müxtəlif fonetik məqamla əlaqədar olur; məs.: öy,öv, əv, ev; dəyil, degil, döyl, dö:l, deyil; badya, badyə, bayda; qanşar, qənşər, qəyşər, qeyşər; qö:r, qour, qovur; qayıt, qeyit,qeid,qəyit və s.

Əlbəttə, morfoloji prinsip əsasında bu variantlardan ancaq biri ( yəni ev, deyil, badya, qənşər, qovur, qayıt ) qəbul olunur və yazıda sabitləşir. Buna görə də hər cür morfoloji dəyişiklik və tələffüz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir.

Sözlərin orfoepik normalar əsasında tələffüzündə də müəyyən çalarlıqlara yol verilir və belə sözlərə şəkilçi bitişdirildikdə bəzən tələffüzdə də dəyişiklik ola bilir; məs.: uç-uş, uşsun, uçar, uşmas; kənd-kəntdə,kəntdi; get-gessin; söylə-söyliyir, söyləmir; başla-başlıyır və s. əks etdirir.Orfoqrafik qaydalar normativ tələffüz və ya əksinə,orfoepik normalar söz və qrammatik formaların yazılışı üçün əsasdır.Şübhəsiz,məsələ heç də belə deyildir.Söz və qrammatik formaların bir çoxunun yazılışı düzgün tələffüzündən fərqlənir.Başqa sözlə,bir sıra sözlər,eləcə də şəkilçilər deyilişindən fərqli yazılır və ya əksinə,yazılışından fərqli tələffüz olunur.Məhz bu səbəbdən yazılışından fərqli deyilən söz və qrammatik formaların yazılış və tələffüz normaları müəyyənləşdirilmişdir ki,həmin normalar bu dildən istifadə edənlərin savadlı yazmalarını və danışa bilməsini təmin edir.

Azərbaycan dili orfoepiyası ilə orfoqrafiyasının qarşılıqlı əlaqəsi haqqında dediklərimizdən belə bir nəticəyə gəlirik ki , tələffüzün bütünlüklə yazıya köçürülməsi mümkün deyildir. Əgər bu mümkün olsaydı , o zaman orfoepiyadan danışmağa da ehtiyac qalmazdı , “ Yazıldığı kimi danış və oxu” formulu əsas tutulardı . Əlbəttəki bu hal tələffüzü canlı dildən uzaqlaşdırar , danışığa sünilik , kitab xarakteri verərdi. Hər hansı söz və qrammatik formanın düzgün yazılışı üçün orfoqrafiya qaydalarına əməl etmək nə qədər əhəmiyyətlidirsə , onların ədəbi tələffüzü üçün də orfoepik qaydaları bilmək o qədər vacibdir.

Orfoqrafiyanın orfoepiya ilə əlaqəli təlimində əsas istiqamət sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqli cəhətləri izah etmək və bu yolla sözlərin həm orfoepiyası , həm də orfoqrafiyasını şagirdlərə şüurlu mənimsətməkdir.

  1. Ə.Abdullayev “ Orfoqrafiya və orfoepiya təlimi məsələləri“
  2. Ə.Dəmirçizadə “ Müasir Azərbaycan dili “ birinci hissə
  3. Qurbanov “ Müasir Azərbaycan dili “ Bakı , 1985
  4. Ə. Abdullayev “ Ədəbi tələffüz təliminin metodikası “ Bakı 1966

Comments are closed, but trackbacks and pingbacks are open.