Press "Enter" to skip to content

Orijinal olmayan əmlak vərəqini necə yükləyə bilərəm

Vətəndaşlar sosial yardımların əldə olunması ilə bağlı müraciət etdikdə, mənzil növbəsinə götürüldükdə, xarici səfərlər zamanı viza aldıqda və sair hallarda müvafiq qurumlar onların adına daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayışın təqdim edilməsini istəyir. Artıq müvafiq məsələlərlə bağlı qurumlara müraciət edən şəxs həmin arayışı elektron qaydada əldə edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib.

Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz

Vətəndaşlar sosial yardımların əldə olunması ilə bağlı müraciət etdikdə, mənzil növbəsinə götürüldükdə, xarici səfərlər zamanı viza aldıqda və sair hallarda müvafiq qurumlar onların adına daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayışın təqdim edilməsini istəyir. Artıq müvafiq məsələlərlə bağlı qurumlara müraciət edən şəxs həmin arayışı elektron qaydada əldə edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov Milli.Az-a deyib.

“Əvvəllər həmin arayışın alınması üçün müraciət edən şəxs ərazi idarələrinə getməli olurdu. İndi bu arayışı xidmətin ərazi idarələrinə getmədən, elektron qaydada əldə etmək mümkündür. Statistikaya görə, bu ilin yanvar-may ayları ərzində 70 min 441 bu cür arayış əldə olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 min çoxdur. Bu xidmətin elektronlaşması həmin arayışın alınması üçün müraciət edənlərin sayının artmasından, o cümlədən innovativ üsullardan istifadə etməklə xidmətlərin göstərilməsi tələbindən irəli gəlir”, – deyə o bildirib.

E.Məmmədov qeyd edib ki, ümumilikdə, daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi Dövlət Xidmətinin prioritetlərindəndir və yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, prosedurun sadələşdirilməsinə, vaxt itkisinin aradan qaldırılmasına yönəlib: “Hazırda əsas hədəf daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin maksimum sadələşdirilməsi, xidmətlərə olan əlçatanlığın daha da artırılmasıdır”.

Müqayisə üçün bildirək ki, əvvəllər bu arayış 10-20 iş günü ərzində verilirdisə, hazırda yeni xidmət vasitəsilə 1-3 iş günü ərzində elektron kabinetdə yerləşdirilir.

Qeyd edək ki, adlarına daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid etməklə şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və bunda sonra təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir. Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn (elektron) qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra e-emlak.gov.az-da “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən daşınmaz əmlaka dair arayışı əldə etmək mümkündür. Müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur. İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə arayış şəxsin elektron kabinetində əks olunur.

Elektron xidmətin istifadə qaydası ilə bağlı videotəlimatla aşağıdakı linkə keçid etməklə tanış olmaq olar: https://bit.ly/3uKlHGU

Milli.Az

Əmlak vergisi necə hesablanır? – QAYDA

Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Publika.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi dərəcəsi və əmsallar əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edildiyindən onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Bu halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:

(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.

Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də təqaüdçülərin sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.

Həmçinin yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.

Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.