Orta göstəricilər statistika
Özəl məktəblərdə təhsil alanlar daha çox 5-9-ci sinif şagirdləridir. Burada cəmi təhsil alanların 48 faizi oxuyur.
Pensiya, təqaüd və müavinətlərlə bağlı statistik göstəricilər açıqlandı
2021-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1232,2 min nəfər olmaqla ölkə əhalisinin 12,3 faizini təşkil edib. Həmin dövrə 412,0 min nəfər sosial müavinət, 289,0 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2020-ci il ərzində birdəfəlik müavinət alanların sayı 91,0 min nəfər olub.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2021-ci il yanvar ayının 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılaraq Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 1800 (artımadək 1500) manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 500 (300) manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 400 (250) manat, II dərəcə əlilliyi olan şəxslərə 350 (230) manat, III dərəcə əlilliyi olan şəxslərə 300 (210) manat, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər üçün 300 (150) manat, ümumi səbəblərdən l dərəcə əlilliyi olan şəxslər üçün isə (gözdən əilliyi olan şəxslər istisna olmaqla) 130 (100) manat müəyyən edilib.
Bununla yanaşı, ölkə Prezidentinin 2020-ci il 31 dekabr tarixli müvafiq fərmanlarına əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təsis edilmiş, 2021-ci yanvarın 1-dən onların aylıq məbləğləri uyğun olaraq 2000 və 210 manat müəyyən olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli digər Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və 2021-ci yanvarın 1-dən onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat müəyyən olunub. Bundan əlavə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il tarixli 6 oktyabr tarixli 181-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il yanvarın 1-dən aylıq məbləği övladlığa götürülən uşağa görə 160 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə isə 480 manat olmaqla övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə sosial müavinət müəyyən edilib.
İlkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 57,1 manat təşkil edib.
Orta göstəricilər statistika
Azərbaycanda 34 özəl əyani ümumi təhsil müəssisəsi (orta məktəb) var. 2019-cu ildə özəl orta məktəblərin sayı 33 idi.
Sfera.az bildirir ki, son illərdə özəl məktəblərdə təhsil alan şagirdlərin sayında sürətli artım müşahidə edilir. Hətta 2020-ci ildə əhalinin gəlirlərinin azalmasına baxmayaraq özəl məktəblərdə təhsil alan şagirdlərin sayında artım qeydə alınıb.
2020/2021-ci tədris ilinə aid olan məlumata əsasən, özəl orta məktəblərdə 15 967 şagird təhsil alıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 652 şagird sayı çoxdur. Amma 2014/2015-ci illə müqayisədə şagird sayında 2 dəfədən çox artım qeydə alınıb. Bu dövrdə özəl məktəblərin sayı isə 50 faiz artıb.
Özəl məktəblərdə təhsil alanlar daha çox 5-9-ci sinif şagirdləridir. Burada cəmi təhsil alanların 48 faizi oxuyur.
Qeyri-dövlət məktəblərində 2342 müəllim işləyir. Ötən il özəl məktəbdə çalışan müəllimlərin sayı 73 nəfər artıb.
Azərbaycanda özəl orta məktəblərin 28-i və ya 82 faizindən bir qədər çoxu Bakı şəhərində yerləşir. Abşeron rayonunda 2, Sumqayıt şəhərində 2, Şəmkir və Biləsuvar rayonlarının hər birində 1 özəl məktəb var.
Bakıda olan özəl məktəblərdə 13 791 şagird təhsil alır. Paytaxtda bir məktəbə düşən şagird sayı orta hesabla 492,5-dir.
Abşeronda bir məktəbə 583, Biləsuvarda 565, Şəmkirdə 171, Sumqayıtda 137 şagird düşür.
Comments are closed, but trackbacks and pingbacks are open.