Press "Enter" to skip to content

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

– orta ixtisas təhsili müəssisələrinin Azərbaycan, xarici və beynəlxalq təşkilatlar tərəfindən ictimai akkreditasiyası.

Orta ixtisas təhsili müəssisələrinə qəbulda nə dərəcədə uğur qazandığımı necə öyrənə bilərəm?

You are using an outdated browser.

  • NAZİRLİK
  • XƏBƏRLƏR
  • SOSİAL MEDİA
  • Virtual bələdçi
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Haqqımızda

Today, our catalogue contains:

Menyu Menyu

Menyu

Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər

Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.

Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.

Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.

Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.

Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.

Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar

  • Ümumi məlumat
  • Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Ümumi təhsil müəssisələrinin siyahısı
  • Elektron dərs resursları
  • Yeni dərs ili üçün nümunəvi cədvəllər
  • COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
  • Olimpiada və müsabiqələr
  • Onlayn kalkulyator
  • DİQ müsahibə nəticələri
  • Ümumi məlumat
  • Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Peşə liseyləri
  • Peşə məktəbləri
  • İxtisaslar
  • Peşə təhsil mərkəzləri
  • Ümumi məlumat
  • Orta ixtisas təhsili müəssisələrinin siyahısı
  • Hesabat formaları
  • Ümumi məlumat
  • Ali təhsil müəssiələri
  • Tələbə köçürülməsi
  • Xaricdə təhsil
  • Tələbə Kredit Fondu
  • Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
  • Tanınan diplomların sahibləri barədə məlumat bazası
  • Hesabat formaları
  • Ümumi məlumat
  • İnternat məktəbləri
  • “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
  • “STEAM” layihəsi
  • “Rəqəmsal bacarıqlar” layihəsi
  • “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
  • “Məktəblinin dostu” layihəsi
  • SABAH qrupları layihəsi
  • “Study in Azerbaijan” layihəsi
  • English –>
  • Русский –>

Təhsil millətin gələcəyidir!

HEYDƏR ƏLİYEV

  • Ana səhifə
  • Orta ixtisas təhsili

Orta ixtisas təhsili

Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.

Fəaliyyət istiqamətləri:

  • Cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaradılması;
  • Ömürboyu təhsil və təhsilin fasiləsizliyinin təmin olunması;
  • Cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmış keyfiyyətli təhsilin təmin olunması;
  • Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə malik, yeni texnologiyalara, müasir standartlara uyğun gələn bilik və dünyagörüşünə yiyələnən, informasiya axınında çevik istiqamət tapmaq bacarığı formalaşan kadrların hazırlanması;

Statistik məlumatlar:

Sual-cavab:

Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilini normativ təhsil müddətindən daha tez necə başa vura bilərlər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli, 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələr əlavə ödəniş etmədən, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) seçərək təhsilini normativ təhsil müddətindən daha tez başa vura bilərlər.

Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric edilmiş şəxslər neçə il müddətində yenidən tələbələr sırasına bərpa oluna bilərlər?

Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin və ya digər orta ixtisas təhsili müəssisəsinə bərpası prosesi nə zaman və necə baş tutur?

Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin orta ixtisas təhsili müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və ya yay tətili dövründə orta ixtisas təhsili müəssisəsinin direktorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasa bərpa olunmaq istəyən tələbə ərizə ilə orta ixtisas təhsili müəssisəsinə müraciət edir. Bərpa barədə ərizəyə tələbənin təhsilini başa vurmaması barədə müvafiq arayış (və ya akademik transkript), orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd və əvvəlki təhsili haqqında sənədin əsli (əgər xaric edildiyi orta ixtisas təhsili müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

Orta ixtisas təhsili müəssisələrinə köçürülmək istəyən tələbələr hansı tədris ilindən etibarən köçürülə bilərlər?

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ vardır.

Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o, hansı əsaslarla təhsilini davam etdirə bilər?

Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər.

Orta ixtisas təhsili müəssisəsində təhsil alan tələbələr imtahanda iştirak etmədikdə akademik borcu yaranmış fənnin (fənlərin) kreditlərini daha sonra hansı yollarla qazana bilərlər?

İmtahanda üzrlü səbəbdən iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələr isə həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri yalnız həmin fənni yenidən dinləmək və ya həmin fənn üçün müəyyən edilən məbləğin 25%-ni ödəmək şərtilə təkrar imtahanda iştirak edərək qazana bilər.

Yeni qaydalara əsasən hansı orta ixtisas təhsilli məzunlar ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər?

Subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbulu prosesi üçün qeydiyyat necə aparılır?

Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq üçün əvvəlcə Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “şəxsi kabinet” yaratmalı, daha sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək DİM-in internet səhifəsinə daxil olub “Subbakalavrların elektron ərizəsi” formasını təsdiq etməlidirlər. Proses zamanı tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar ixtisas seçimində nə zaman və neçə balla iştirak edə bilərlər?

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edə bilərlər. Həmçinin subbakalavrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edirlər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr isə 60 balla ixtisas seçimində iştirak edir.

Orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxslər təkrar orta ixtisas təhsilini necə ala bilərlər?

Təkrar orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, bu gün saat 12:00-da tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Müraciətçilər //portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Elektron sistem üzrə qeydiyyat 21 sentyabr saat 23:59-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Orta ixtisas təhsili müəssisələrinə qəbulda nə dərəcədə uğur qazandığımı necə öyrənə bilərəm?

Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında [1]


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI


Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

Baş nazirin vəzifəsini icra edən F. Quliyev

Bakı şəhəri, 30 mart 1995-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 30 mart tarixli 73 nömrəli qərarı

ilə təsdiq edilmişdir

Orta ixtisas təhsili müəssisələrinin

Ə S A S N A M Ə S İ

Orta ixtisas təhsili müəssisəsi (texnikum, orta ixtisas məktəbi, kollec və s.), onun vəzifələri

1. Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsi hüquqi şəxs statusuna malik orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisəsidir.

2. Orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu Əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Orta ixtisas təhsili müəssisələri və onların filialları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yaradılır, qeydiyyata alınır, yenidən təşkil olunur və ləğv edilir.

3. Təşkilatlar hüquq formasına görə dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələri yarada bilərlər. Dövlət orqanları, Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələri, habelə Azərbaycan və xarici ölkə vətəndaşları orta ixtisas təhsili müəssisəsi təsisçisi ola bilərlər.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri maarifçilik və xeyriyyəçilik niyyəti ilə yaradılır və şəxsi qazanc məqsədi güdmür. Təsisçilərə təhsil müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında qurulur.

Dövlət mülkiyyət növündən asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

4. Orta ixtisas təhsili müəssisəsi təhsil, tərbiyə və mədəniyyət mərkəzi kimi aşağıdakı əsas vəzifələri yerinə yetirir:

– hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta ixtisas təhsili alma və ixtisasartırma tələblərinin ödənilməsi;

– ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasının təmin edilməsi;

– pedaqoji kadrların attestasiyasının keçirilməsi;

– mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, tədris-istehsalat, kommersiya fəaliyyətinin və xarici əlaqələrin təmin edilməsi.

5. Orta ixtisas təhsili müəssisəsinin filialları, şöbələri, fənn birləşmə komissiyaları, təcrübə təsərrüfatları, tədris teatrları və digər bölmələri ola bilər.

Orta ixtisas təhsili müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilə uyğun istehsalat və digər xarakterli (tədris, təlim, tərbiyə və s.) müəssisə və təşkilatlar fəaliyyət göstərə bilər.

6. Orta ixtisas təhsili müəssisələrinin struktur bölmələrinin (filiallarından başqa) yaradılması, dəyişdirilməsi və ləğv edilməsi orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinə müvafiq olaraq özü tərəfindən həyata keçirilir və bu haqda təsisçiyə məlumat verilir.

Orta ixtisas təhsili müəssisəsi tərkibində və onun nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (ümumtəhsil, peşə məktəbləri və peşə litseyləri) yaradıla bilər. Orta ixtisas təhsili müəssisəsinin qeyd olunan qurumları Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada yaradılır və bu müəssisələrin vəsaiti hesabına maliyyələşdirilir.

7. Orta ixtisas təhsili müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi-istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris- elm-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan orta ixtisas təhsili müəssisəsi vahid orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərir.

8. Orta ixtisas təhsili müəssisəsinin vahid tədris-elm-istehsalat kompleksində fəaliyyət göstərməsi aşağıdakılarla təmin e dilir:

– orta ixtisas təhsili müəssisəsinin struktur bölmələri tələbələrin öz dinləyicilərin təhsilində və tədris prosesinin təşkilində mütləq iştirak edirlər;

– struktur bölmələri orta ixtisas təhsili müəssisəsinin pedaqoji şurasının, eləcə də kompleksin və rəhbərliyin qərarlarını yerinə yetirirlər;

– tədris-elm-istehsalat kompleksi daxilində təşkilati və hüquqi münasibətlərin konkret forması və məzmunu orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.

9. Orta ixtisas təhsilini orta ixtisas məktəbləri, texnikumlar, kolleclər və s. təhsil müəssisələri həyata keçirirlər.

Orta ixtisas məktəbi əsasən qeyri-istehsal sahəsi üçün kadrlar hazırlayır və təmayüllərinə uyğun olaraq pedaqoji, tibbi, mədəni- maarif, incəsənət və s. bölünürlər.

Texnikumlar əsasən sənaye, inşaat, kənd təsərrüfatı və digər sahələr üzrə orta təbəqəyə aid mütəxəssislər hazırlayır.

Kolleclər ümumtəhsil, orta ixtisas və ali məktəb təhsilinin əlaqələndirilməsini həyata keçirən təhsil müəssisəsidir.

10. Dövlət orta ixtisas təhsili müəssisəsinin adı onun yaradıldığı, yaxud yenidən təşkil olunduğu zaman verilir və lazım gəldikdə təsisçinin təklifi ilə respublika Nazirlər Kabineti tərəfindən dəyişdirilir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul

11. Azərbaycan Respublikasının vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində pullu və ya pulsuz təhsil almaq hüququna malikdirlər. Qeyri-dövlət təhsil müəssisələrində ödəniş haqqının miqdarı hər tədris ilində tədris müəssisəsinin şurası tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

12. Orta ixtisas təhsili müəssisəsi müəyyən olunmuş qaydada qəbulun həcmini və strukturunu öz Nizamnaməsində müvafiq olaraq müəyyən edib, təsisçinin təsdiqinə təqdim edir.

13. Orta ixtisas təhsili müəssisəsinə əsas və ümumi orta təhsili, peşə məktəbi və peşə litseyi təhsili olan vətəndaşlar şəxsi ərizələrinə görə orta ixtisas proqramlarını mənimsəyə bilmək imkanlarını yoxlamaq üçün aparılan qəbul imtahanlarının nəticəsinə görə qəbul olunurlar. Müsabiqə olan halda ən bacarıqlı və hazırlıqlıların qəbul olunması təmin olunmalıdır.

Əsas təhsili başa vurduqdan sonra orta ixtisas təhsili müəssisələrinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsili də alırlar.

14. Orta ixtisas təhsili müəssisəsinə abituriyentlərin sənədlərinin qəbulu, imtahanların keçirilməsi və tələbələr sırasına daxil olmaq müddəti mövcud qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri özlərinin müvafiq istiqamət (ixtisas) üzrə təhsil vermək hüququnu sübut edən dövlət sənədi ilə abituriyentləri tanış etməyi borcludurlar.

III. Bölmə

Orta ixtisas təhsili müəssisəsinin fəaliyyəti

15. Orta ixtisas təhsili müəssisələrində strukturlarından asılı olaraq müxtəlif peşə-ixtisas təhsili, texniki-peşə, orta ixtisas təhsili, ixtisasartırma və kadrların yenidən hazırlanması proqramları həyata keçirilə bilər.

16. Mütəxəssislərin hazırlanması və yenidən hazırlanması istiqamətləri (ixtisasları) orta ixtisas təhsili müəssisəsinə verilən dövlət sənədi ilə müəyyən edilir və orta ixtisas təhsili müəssisənin Nizamnaməsində əks olunur.

Orta ixtisas təhsili müəssisəsi dövlətin icazə verdiyi orta baza proqramları çərçivəsində idarə, müəssisə və fiziki şəxslərlə müqavilə əsasında əlavə pullu təhsil xidmətləri göstərə bilər.

17. Orta ixtisas təhsili müəssisəsi təhsil prosesinin məqsədyönlü təşkili, tədrisin forma, metod və vasitələrinin seçilməsi yolu ilə təhsil alanlara peşə təhsil proqramlarını mənimsəmələri üçün zəruri şərait yaradır.

Antihumanist, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan təhsil metodlarından istifadə olunması qadağandır.

18. Fərdi təhsil alanlar üçün baza proqramlarını, tədris planlarını əvvəlki hazırlıq səviyyələri və bacarıqları nəzərə alınmaqla orta ixtisas təhsili müəssisəsi təsisçi ilə birgə hazırlayır və Təhsil Nazirliyinə təqdim edir.

Tədris proqramını və müvafiq ixtisasa olan tələbləri dəyişmədən fərdi təhsil planı (qrafiki) dərin hazırlıqla yanaşı, təhsilin qısaldılmış müddətə başa çatmasını da təmin edə bilər.

Tədris ili bir qayda olaraq sentyabrın 1-də başlayır və həmin istiqamətin (ixtisasın) tədris planına uyğun olaraq baş çatır.

19. Tədris ilinin ümumi davametmə müddəti 35-40 həftədir. Əyani və axşam təhsil alan tələbələr üçün tədris ili ərzində iki dəfədən az olmayaraq ümumi müddəti 7-10 həftəlik tətillər müəyyən edilir.

20. Orta ixtisas təhsili müəssisələrində tədris məşğələlərinin (dərslərin) aşağıdakı əsas növləri müəyyənləşdirilir: mühazirə, məşğələ, seminar, praktik məşğələ, laboratoriya işi, yoxlama işi, kollokvium, müstəqil iş, praktika, kurs layihəsi (kurs işi), diplom layihəsi (diplom işi).

21. Dövlət orta ixtisas təhsili müəssisələrinin əyani təhsil alan tələbələri müəyyən olunmuş qaydada və məbləğdə dövlət təqaüdü və yaxud müəssisələrin, idarələrin, təşkilatların təqaüdünü alırlar. Təhsildə xüsusi fərqlənən tələbələrə müəyyən olunmuş qaydada hər bir orta ixtisas məktəbi və ya təsisçinin təyin etdiyi adlı təqaüd verilə bilər.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin tələbələrinə və dinləyicilərinə bu müəssisələrin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların müəyyən etdiyi miqdarda təqaüd verilə bilər.

22. Orta ixtisas təhsili müəssisələrinin təhsilin humanist xarakterindən, ümumbəşəri dəyərlərindən irəli gələn tərbiyə vəzifələri tələbə və müəllimlərin birgə tədris, yaradıcı istehsalat və ictimai fəaliyyəti ilə yerinə yetirilir.

23. Orta ixtisas təhsili müəssisələrində dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir.

Dövlət standartları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi Əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.

24. Orta ixtisas təhsili müəssisələrinin təhsil proqramları aşağıdakı formalarda həyata keçirilir: əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat. Əyani ( gündüz) təhsil aparıcı rol oynayır.

Hər hansı bir formada mütəxəssis hazırlığı üzrə ixtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

25. Eksternat yolu ilə təhsil alan şəxs cari və yekun attestasiyadan keçdikdən sonra dövlət orta ixtisas təhsil müəssisəsinin diplomunu ala bilər.

26. Orta ixtisas təhsili müəssisəsi öz məzunlarına orta ixtisas təhsili haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. İmtahan qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və diplom müdafiəsindən «əla», qiymət alan məzunlar fərqlənmə diplomu alırlar.

27. Təhsil alanların bilik, bacarıq və vərdişləri aşağıdakı qiymətlərlə müəyyən edilir: «əla», «yaxşı», «kafi», «qeyri-kafi», «məqbul», «qeyri-məqbul». Qiymətlər imtahan və yoxlama vaxtı yazılır.

28. Diplomda mütəxəssisin peşə fəaliyyətini əks etdirən xasiyyətnaməsinə uyğun ixtisası göstərilir.

29. Orta ixtisas təhsili haqqında diplom formalarının dövlət nümunələri müəyyən olunmuş qaydada Təhsil Nazirliyi tərəfindən hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Orta ixtisas təhsili müəssisələrinin idarə olunması 30. Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyi orta ixtisas təhsili sistemini idarə edən başlıca subyektlərdir. Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində ərazilərində yerləşən orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirməkdə, təsərrüfat təchizatını təmin etməkdə iştirak edə bilərlər.

Yerli dövlət idarə orqanları orta ixtisas təhsili müəssisələrinin idarə olunması ilə əlaqədar məsələlərə müdaxilə etmirlər.

31. Orta ixtisas təhsili müəssisələri təhsil qanunvericiliyinə, xüsusi normativ aktlara, müəssisə haqqında qanuna və bu Əsasnaməyə müvafiq olaraq Nizamnamə əsasında idarə olunur. Orta ixtisas təhsili müəssisələrinin təsisçiləri, təhsilin dövlət standartlarına müvafiq qurulmasına məsuliyyət daşıyırlar. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədilə istifadə olunur, təhsilin maddi-texniki bazası genişləndirilir. Təlim stimullaşdırılır, təkmilləşdirilir, təhsil alanların və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilir. Orta ixtisas təhsili müəssisəsinin əlaqələri, o cümlədən xarici əlaqələr genişləndirilir, əldə olunan gəlirdən şəxsi qazanc məqsədilə istifadə olunmasına icazə verilmir.

32. Orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi onun ali orqanında (pedaqoji şurasında) qəbul olunur və təsisçi tərəfindən təsdiq olandan sonra Təhsil Nazirliyində qeydiyyata alınır.

33. Orta ixtisas təhsili müəssisələrinə ümumi rəhbərliyi həmin müəssisənin direktorunun sədr olduğu və müəyyən olunmuş qaydada yaradılmış seçkili orqan – Pedaqoji Şura həyata keçirir. Pedaqoji Şuranın tərkibinin seçilmə qaydası onun hüquq və vəzifələri Təhsil Nazirliyi tərəfindən dövlət orta ixtisas təhsili müəssisələri üçün təsdiq edilmiş vahid Əsasnamədə müəyyən olunur.

34. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərlik bilavasitə direktor tərəfindən edilir. Direktor Təhsil Nazirliyinin təsdiq etdiyi nümunəvi qaydaları özündə əks etdirən orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda geri çağırılır.

Direktorla müəssisənin Pedaqoji Şurası arasında səlahiyyətlərin bölünməsi Pedaqoji Şuralar haqda Əsasnamə və orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.

35. Direktor öz səlahiyyətlərinin bəzilərinin icrasını müavinlərinə və orta ixtisas təhsili müəssisəsinin digər işçilərinə verə bilər. O özünün bu haqda qərarını əmrlə rəsmiləşdirir, müəssisənin Pedaqoji Şurasında elan edir və təsisçiyə bildirir.

36. Şöbəyə kifayət qədər pedaqoji staj və səriştəsi, yüksək səviyyəli nailiyyətləri və göstəriciləri olan və həmin şöbədə hazırlanan ixtisaslar (və ya ixtisas) üzrə müəssisələrdən mövcud qaydada müdir təyin olunur.

37. Fənn birləşmə komissiyasının işi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə və orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinin müvafiq tələbləri əsasında qurulur.

Orta ixtisas təhsilinin dövlət standartları

38. Həmin standart aşağıdakıları müəyyənləşdirir:

– orta ixtisas təhsili sahəsində əsas anlayışları;

– orta ixtisas təhsili sisteminin strukturu, orta ixtisas təhsili haqqında sənədləri;

– orta ixtisas təhsili üzrə əsas təhsil proqramlarına verilən ümumi tələbələri;

– orta ixtisas təhsili müəssisələri tələbələrinin tədris yüklərinin ümumi normativləri;

– orta ixtisas təhsilinin məzmununun müəyyənləşdirilməsində orta ixtisas təhsili müəssisəsinin müstəqilliyini;

– standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin qaydalarını;

– orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısını;

– orta ixtisas təhsili məzunlarının hazırlığının konkret istiqamətlər və ixtisaslar üzrə məcburi minimum məzmunu və səviyyəsinə verilən ümumi tələbləri.

39. Azərbaycan Respublikası ərazisində bütün orta ixtisas təhsili müəssisələri üçün həmin standarta əməl olunması məcburidir.

40. Orta ixtisas təhsili – əsas, orta və texniki peşə təhsili bazasında, dövlət orqanları tərəfindən akkreditasiyadan keçmiş, bu standartın tələblərinə cavab verən, məzunlarına təhsilin sonunda orta ixtisas təhsili haqqında dövlət sənədi verən təhsildir.

41. Orta ixtisas təhsilinin əsas təhsil proqramı – konkret orta ixtisas təhsili müəssisəsində tədris təcrübəsi və məzunların ixtisas hazırlığının attestasiyadan keçirilməsi də daxil olmaqla təhsilin məzmununu müəyyənləşdirən sənəddir.

42. Orta ixtisas təhsili haqqında dövlət sənədi – tədris proqramlarının yerinə yetirildiyini təsdiq edən, orta ixtisas təhsil müəssisəsi tərəfindən verilən, növbəti pillədə təhsili davam etdirməyə və alınan ixtisas üzrə peşə fəaliyyətin hüquq verən sənəddir.

43. Təhsilin normativ müddəti – əsas, orta və ya texniki peşə təhsili balansından standart uyğunlaşdırılmış orta ixtisas proqramlarının əyani formada mənimsənilməsinin müddətləridir. Normativ tədris müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq əsas təhsil bazasından 3 il – 3 il 10 ay, orta və ya texniki peşə təhsil bazasından 1 il 10 ay – 2 il 10 aydır.

44. Mütəxəssis hazırlığı üzrə əsas təhsil proqramına ümumi humanitar, təbiət elmləri, ixtisas istiqaməti üzrə peşəyönümü fənləri və ixtisaslar üzrə peşə hazırlığının elmi, texniki və mədəni sahələrini əhatə edən fənlərin tədrisi daxildir.

45. Orta ixtisas təhsili müəssisəsinin məzunlarına orta ixtisas təhsili haqqında verilən dövlət sənədi bu standart üzrə peşə hazırlığı səviyyəsində və peşə fəaliyyəti dairəsində işləmək və təhsilini davam etdirmək imkanı verir.

46. Orta ixtisas təhsilinin peşə təhsili proqramında aşağıdakı məcburi fənlər bölümü nəzərdə tutulur:

a) humanitar və sosial-iqtisadi fənlər bloku;

b) ümumtəhsil fənlər bloku (əsas təhsil bazası üçün);

v) ümumpeşə və ixtisas fənləri bloku.

47. Orta ixtisas peşə təhsili proqramına məcburi daxil edilən fənlərlə yanaşı fakültətiv fənlər də daxil edilir.

48. Orta ixtisas təhsili müəssisələri məzunlarının yekun dövlət ixtisas attestasiyası dövlət imtahanı diplom layihəsi və ya diplom işi formasında həyata keçirilir.

49. İkinci orta ixtisas təhsili alınması Təhsil Nazirliyinin müəyyənləşdirdiyi şərtlər üzrə həyata keçirilir.

50. Bir təhsil proqramından digər təhsil proqramına keçməklə, təhsilin davam etdirilməsi qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfində n müəyyənləşdirilir.

51. Əyani təhsil alan tələbələrin həftəlik auditoriya tədris yükünün maksimum həcmi 36 saatdan çox olmamalıdır.

52. Axşam təhsil alan tələbələrin həftəlik maksimum auditoriya tədris yükü 16 saatdan çox olmamalıdır.

53. Qiyabi təhsil formasında tələbənin müəllimlə il ərzində məşğələ saatlarının həcmi 180 saatdan az olmamalıdır.

54. Bir akademik saat 45 dəqiqədir.

55. Orta ixtisas təhsili müəssisələrində tədrisin məzmunu milli regional komponentlər və ayrı-ayrı tədris müəssisələrində onun həyata keçirilməsi də daxil olmaqla tədris fənlərinin təhsil proqramları üzrə müəyyən edilir.

56. Təhsil proqramları tədris müəssisələrində mütəxəssislər tərəfindən tərtib edilə bilər. Fənlər üzrə tədris proqramlarında hazırkı standartın tələbləri, fənnə uyğun elmin sistemli kursunu əhatə edilir. Tədris proqramları müəyyən edilmiş qaydada Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

57. Bu standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yerinə yetirilir.

58. Orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunur və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

59. Orta ixtisas təhsili istiqamətləri və ixtisasları üzrə məzunların biliyinə və hazırlıq səviyyəsinə verilən ümumi tələbələr hər bir istiqamət və ixtisas üzrə dövlət təhsil standartları ilə müəyyən edilir.

Orta ixtisas təhsili müəssisəsinin tələbələri, dinləyiciləri və işçiləri

60. Qəbul imtahanlarında uğur qazanmış, müsabiqədən, keçmiş, orta ixtisas təhsili müəssisəsinin direktorunun əmri ilə təhsilə başlayan şəxs tələbə adlanır. Tələbəyə tələbə bileti və qiymət kitabçası verilir.

61. Orta ixtisas təhsili müəssisəsində tələbələrin və digər təhsil alanların hüquq və vəzifələri orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.

62. Orta ixtisas təhsili müəssisəsinin tələbəsi elmin, texnikanın, mədəniyyətin müasir səviyyəsinə uyğun bilik əldə etmək; hər növ tədris məşğələlərində iştirak etmək; orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həllində iştirak etmək; kitabxanalardan, informasiya fondlarından, müalicə bölmələrindən, hesablama mərkəzlərindən, tədris və tədqiqat laboratoriyalarından pulsuz istifadə etmək; konfranslarda, simpoziumlarda iştirak etmək; öz işlərini nəşrə təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta ixtisas təhsili müəssisəsi rəhbərliyinin tələbələrə və şəxsən özünə aid olan əmr və sərəncamları ilə razı olmadıqda onlardan yuxarı təşkilatlara şikayət etmək hüququna malikdir.

63. Orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil tələblərini yerinə yetirməyə borcludurlar. Onlar Nizamnamə tələblərini yerinə yetirməli və daxili qayda-qanuna riayət etməlidirlər.

64. Tədris planlarını yerinə yetirmədikdə, Təhsil Qanunu, Əsasnamə və oxuduğu orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsində nəzərdə tutulan qaydaları pozduqda tələbəyə məktəbdən xaric olunmaq da daxil olmaqla intizam təsiri ölçüləri tətbiq edilə bilər.

Orta ixtisas təhsili müəssisəsindən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.

65. Orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilər, mühəndis-texniklər, inzibati işçilər, istehsalat işçiləri, köməkçi personal və digər vəzifələr nəzərdə tutulur.

66. Orta ixtisas təhsili müəssisələrinin pedaqoji işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada altı saatlıq iş günü, qısaldılmış iş həftəsi və uzadılmış ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Müəllim heyətinin ümumi dərs yükünün miqdarı müvafiq qanunvericilik aktları ilə müəyyən olunur.

67. Orta ixtisas təhsili müəssisəsinin işçiləri orta ixtisas təhsili müəssisəsinin rəhbər orqanlarına seçilmək və seçmək; orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həllində iştirak etmək; kitabxanalardan, informasiya fondlarından, müəssisəsinin tədris, elmi, sosial-məişət, müalicə və digər bölmələrin xidmətindən istifadə etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta ixtisas təhsili müəssisəsi rəhbərliyinin əmr və sərəncamları ilə razı olmadıqda onlardan şikayət etmək hüququna malikdirlər.

68. Orta ixtisas təhsili müəssisəsi müəllimlərinin və işçilərinin, tədris prosesinin yüksək səviyyəsini təmin edən və özlərinin fərdi xüsusiyyətlərinə daha yaxından cavab verən tədris metodu və vasitələrini seçmək hüququ vardır. Onlar tələbələrdə müstəqillik, təşəbbüskarlıq, yaradıcılıq bacarığı inkişaf etdirməli, orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinə riayət etməlidirlər.

69. Orta ixtisas təhsili müəssisəsi işçiləri t əhsil, metodika, tərbiyə işlərindəki, Nizamnamədə nəzərdə tutulan digər fəaliyyətlərindəki nailiyyətlərinə görə müxtəlif formada maddi və mənəvi cəhətdən rəqabətləndirilə bilərlər.

70. Ştatların ixtisarı ilə əlaqədar rəhbərliyin təşəbbüsü ilə müəllimin işdən azad edilməsinə ancaq dərs ilinin sonunda icazə verilir.

71. Orta ixtisas məktəblərində həmkarlar və digər ictimai təşkilatlar yaradıla bilər.

72. Orta ixtisas məktəblərində siyasi partiya və ictimai-siyasi hərəkatların strukturlarının yaradılmasına və fəaliyyət göstərməsinə icazə verilmir.

VII. Bölmə

Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarət

73. Orta ixtisas təhsili müəssisəsində tədrisin keyfiyyətinə nəzarət orta ixtisas təhsili sahəsində vahid dövlət siyasətinin təmin olunmasına, mütəxəssis hazırlanmasının keyfiyyətinin artırılmasına, orta ixtisas məktəbinin büdcə maliyyələşdirilməsinin səmərəli istifadəsinə yönəldilmişdir. Təhsil Nazirliyi mülkiyyət formasından asılı olmayaraq orta ixtisas təhsili müəssisələrində təhsil qanunvericiliyinin icrasına nəzarət edir.

Orta ixtisas təhsili müəssisələrinin fəaliyyətlərinin vahid qiymətləndirmə sisteminə aşağıdakılar daxildir:

– İstiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlanmasına mahiyyətinin, səviyyəsinin və keyfiyyətinin dövlət təhsil standartlarına uyğun olmasının müəyyən edilməsi məqsədilə orta ixtisas təhsili müəssisələrinin Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət attestasiyası;

– orta ixtisas təhsili müəssisəsinin statusunun, həyata keçirilən peşə təhsili proqramlarının dövlət attestasiyası nəticələrinə görə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılan dövlət akkreditasiyası;

– orta ixtisas təhsili müəssisələrinin Azərbaycan, xarici və beynəlxalq təşkilatlar tərəfindən ictimai akkreditasiyası.

74. Orta ixtisas təhsili müəssisəsi tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi və müəssisə Nizamnaməsi tələblərinin icra edilməsinə, təhsil və maliyyə-təsərrüfat fəaliyyətinə bilavasitə nəzarəti öz səlahiyyəti çərçivəsində Təhsil Nazirliyi və təsisçi həyata keçirir.

VIII. Bölmə

Orta ixtisas peşə təhsili sisteminin iqtisadiyyatı

75. Dövlət orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri toplanmış daxili vəsait hesabına maliyyələşdirilir.

Orta ixtisas təhsilinin maliyyələşdirilməsi üçün əlavə mənbələr: nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı- ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait; orta ixtisas təhsili müəssisəsinin müxtəlif növ fəaliyyətləri (tədris, istehsalat və s) və xidmətlər müqabilində əldə etdikləri gəlir; Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşların könüllü ayırmaları hesabına əldə olunan vəsait.

76. Təhsil üçün ayrılmış büdcə vəsaiti və təhsil müəssisələrinə müxtəlif mənbələrdən toplanmış vəsaitlər toxunulmazdır.

77. Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasını binalar, tədris-kliniki bazalar, əczaxanalar, torpaq sahələri, maşın və avadanlıqlar, qurğular və laboratoriyalar, tədris-təsərrüfat, nəqliyyat vasitələri və başqa qiymətli təchizat vasitələri təşkil edir.

78. Orta ixtisas təhsili müəssisəsi nazirlik, müəssisə, idarə və təşkilatlar tərəfindən tədris, istehsal xidmətləri və kadr hazırlığı müqabilində verilmiş maşın və avadanlıq, nəqliyyat vasitələri, torpaq sahələri və s. qəbul etmək hüququna malikdirlər.

79. Dövlət orta ixtisas təhsili müəssisələri işçilərinin əmək haqqının minimum miqdarı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin edilir.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əmək haqqı dövlətin təyin etdiyi minimumdan az olmayaraq tədris müəssisəsinin müəyyən etdiyi qaydada ödənilir.

Orta ixtisas təhsili müəssisənin beynəlxalq fəaliyyəti

80. Orta ixtisas təhsili müəssisələrinin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir.

81. Orta ixtisas təhsili müəssisələri xarici ölkələrin təhsil müəssisələri, təşkilatları və qurumları ilə, habelə beynəlxalq təşkilat və müəssisələrlə müstəqil surətdə birbaşa əlaqəyə girmək, təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, birgə proqramlar həyata keçirmək, beynəlxalq tədbirlərdə iştirak etmək və əməkdaşlığın başqa formalarını həyata keçirmək hüququna malikdirlər.

82. Xarici ölkə vətəndaşlarının Azərbaycan orta ixtisas təhsili müəssisələrində təhsil almaları, ixtisas artırmaları dövlətlərarası razılaşmalar, Təhsil Nazirliyi il xarici ölkələrin müvafiq orqanları arasındakı razılaşmalar, habelə orta ixtisas təhsili müəssisəsinin xarici təhsil müəssisələri, təşkilatları ilə bağlanan müqavilələr və fərdi müqavilələr əsasında həyata keçirilir.

Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin təhsil sahəsində hüquq və vəzifələri Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələri ilə eynidir.

Hesabat və uçot

83. Orta ixtisas təhsili müəssisəsi öz işinin nəticələrinin cari və mühasibat uçotunu həyata keçirir, qəbul olunmuş formada statistik və mühasibat uçotunu aparır, təsisçiyə və ictimaiyyətə vəsaitin daxil olması və xərclənməsi haqda illik hesabat təqdim edir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №9, maddə 741)

2. 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344)

3. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

4. 14 yanvar 2011-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 60)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344) ilə “Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsi”nin 3-cü bəndinə üçüncü abzas əlavə edilmişdir.

6 sentyabr 2004-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №9, maddə 741) ilə “Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsi”nin 1 1-ci bəndinin ikinci abzasında “qəbul dövlət” sözləri “tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri ilə əvəz edilmişdir.

4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə «Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsi»nin 32-ci bəndindən «Təhsil Nazirliyində» sözləri çıxarılmışdır.

14 yanvar 2011-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 60) ilə qüvvədən düşmüş hesab edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.