Orta məktəb müəllimlərinin diplomları yığılır – 2000 nəfər işdən çıxarıla bilər
BAKU.WS Bakipost-a istinadən xəbər verir ki, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.
Məzunlar attestatlarını nə vaxt və necə əldə edə biləcəklər?- Vacib bilgi
Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na etdiyi dəyişikliyə əsasən isə, bundan sonra fənn üzrə illik qiyməti “2” olan şagirdlər də buraxılış imtahanında iştirak edərək attestat əldə edə biləcəklər.
Bəs, məzunlara təhsil sənədinin verilməsi necə həyata keçiriləcək? Onlar attestatlarını nə vaxt əldə edə biləcəklər?
Bu barədə məlumatlar təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında təlimatda qeyd olunub.
Təlimata əsasən, təhsil sənədləri məzunlara məktəbi bitirdikdən bitirdikdən sonra ən geci 10 gün müddətində verilir. Problem yarandıqda təhsil müəssisələrinin rəhbəri məzunun attestatını vaxtında, yəni 1 ildən gec olmayaraq alması üçün lazımi tədbir görməlidir. Sentyabrın 1-nə kimi təqdim olunmayan təhsil sənədləri doldurulmuş halda təhsil şöbəsinə qaytarılır.
Buraxılış sinif şagirdi xəstəxanada müalicə aldığı və orada tədris məşğələləri təşkil edildiyi halda, təhsil sənədini məktəbdən almalıdır.
Təhsil sənədləri, o cümlədən dublikatlar sahiblərinə şəxsən təqdim edilir. Məzunun yaxını olan başqa şəxsə isə yalnız müəyyən olunmuş qaydada etibarnamə ilə verilir.
Şagirdin təhsil sənədini alması üçün məktəb mövcud olmadığı, yaxud başqa tipə çevrildiyi hallarda təhsil şöbələri həmin məktəbin arxivinin saxladığı məktəbə bu sənədin verilməsi barədə göstəriş verirlər. Sənədlər digər arxivdə olarsa, onların verilməsini təhsil şöbəsinin müəyyən etdiyi məktəb həyata keçirir. Sənədi məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji şuranın 3 üzvü imzalayır və təhsil şöbəsinin möhürü vurulur.
Qeyd edək ki, şagirdlər attestata 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın I, 70 faizini isə II mərhələsindən toplaya bilərlər. Attestata yazılan bal qiymətə çevrilmir və məktəb tərəfindən şagirdə hər fənn üzrə verilən qiymətdən, ayrıca, yəni, fərqli qrafalarda yazılır. Şagirdin sinifdən sinfə keçməsiylə bağlı buraxılış imtahanında göstərdiyi nəticəyə heç bir məhdudiyyət qoyulmayıb.
Orta məktəb müəllimlərinin diplomları yığılır – 2000 nəfər işdən çıxarıla bilər
BAKU.WS Bakipost-a istinadən xəbər verir ki, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.
saytin əldə etdiyi məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.
A24.Az xəbər verir ki, işin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi: “Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik.
Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var.
Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.
Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.