Press "Enter" to skip to content

Orta məktəb məzunu deyiləmsə ali təhsilə necə müraciət edə bilərəm?

– Bildiyiniz kimi, bu məsələ fevral ayının 14-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində həyata keçirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin rəsmi təqdimatı zamanı ətraflı şəkildə müzakirə edilib.

Sumqayıtın ən yaxşı orta məktəbləri hansılardır?

Əslində, təhsil bir rəqabət meydanıdır. Deməli, bu mənada məktəblər də rəqib kimi çıxış edirlər. Məktəb direktorlarının şəhərin ən yaxşı məktəbləri barədə sualımıza cavabı, hesab etdik ki, maraqlı olar. Maraqlıdır, görəsən, direktorlar öz həmkarlarından kimlərin işini bəyənərək adlarını və yaxud məktəblərini qeyd edər?

Direktorlara bu sualla müraciət etdik:

– Sizcə, şəhərimizin 3 ən yaxşı orta məktəbi hansıdır?

Vəfa İbrahimova ( 29 saylı orta məktəbin direktoru:)

– İlin ən yaxşı məktəbini müəyyən etmək üçün ali məktəblərə tələbə qəbulunun nəticəsi və məktəbdəki təlim-tərbiyənin keyfiyyətinə görə qiymətləndirmə aparmaq olar.

Fikrimcə, Sumqayıtda ən yaxşı məktəblər yeni tipli məktəblərdir. Bunlar: TTEL, “İstedad”, “Təfəkkür” liseyi və Gimnaziyadır.

Orta məktəblərin də içərisində tələbə qəbulunun nəticəsinə görə 18 saylı orta məktəbin adı ilk onluqdadır. Mən də onunla razılaşıram ki, şəhərimizdəki yaxşı məktəblərin biri də, 18 saylı orta məktəbdir.

Əgər liseyləri kənara qoyarıqsa, ikinci yerə 1 saylı orta məktəb, daha sonra isə 11 saylı orta məktəbi göstərə bilərəm. Bu məktəblər öndə gedən məktəblər sırasındadır.

Bəşir Şəfiyev ( 5 saylı orta məktəbin direktoru):

– Şəhərimizin 3 ən yaxşı məktəbi zənnimcə, bunlardır: Gimnaziya, 4 saylı orta məktəb və 31 saylı orta məktəb.

Fikrimi də, bununla əsaslandırıram ki, Gimnaziya – bütün cəhətlərinə görə irəlidə gedir. Həm təhsil, həm də tərbiyə.

31 saylı orta məktəb – yenilikləri qəbul etdiyinə görə. Bundan əlavə İnnovasiya ilə bağlı, layihələr və s. tədbirlərdə şagirdlərin iştirakına görə bu məktəb öncüldür.

4 saylı orta məktəbi isə əvvəlki illərə nisbətən tərbiyənin düzəldiyinə və təhsilin səviyyəsinin yüksəldiyinə görə qiymətləndirirəm.

Əlifxan Məmmədov ( 27 saylı orta məktəbin direktoru):

– Ən yaxşı məktəbi seçərkən, əsasən fikir verilir məktəbin Tələbə Qəbul Komissiyasının imtahanlarının nəticəsi, Olimpiyada və təlim-tərbiyəsinə. Bu siyahıda ilk üçlükdə mən bu məktəbləri görürəm: 23 saylı məktəb, TTEL və Gimnaziya.

Mətbuatda oxuduğuma görə adını qeyd etdiyim 3 məktəb TQDK-nın imtahanlarında yüksək nəticələr göstərirlər. Bundan başqa, Olimpiyada və müxtəlif beynəlxalq müsabiqədələrdə də öndə gedirlər. Ümumiyyətlə, şəhərdəki ictimai fikirdə, valideynlərin rəyində bu 3 məktəbin adı tez-tez hallanır.

Ədalət Mahmudov ( 36 saylı orta məktəbin direktoru):

– Şəhərimizdə yaxşı məktəblər çoxdur. Bunların içində isə üçünü seçməli olsam, 27 saylı orta məktəbin, 1 saylı orta məktəbin və bir də son vaxtlar sürətlə inkişaf edən 43 saylı orta məktəbin adını qeyd edə bilərəm. Vaxtilə 43 saylı orta məktəb çox qalmaqallı məktəb olub. Humay xanım ora direktor təyin olunandan sonra o məktəbdə böyük irəliləyişlər var.

Bu 3 məktəb son illər inkişafdadır. Fikrimcə, tədris, nizam-intizam və əldə etdiyi nəticələrə görə 27, 1 və 43 saylı orta məktəb digər orta məktəblərdən seçilirlər.

Qədir Mikayılov ( 13 saylı məktəbin direktoru):

– Şəhərimizdə 3 yox, 4 öndə gedən məktəb var.

TTEL, “Təfəkkür”, Gimnaziya və “İstedad” liseyinin adını qeyd etməliyəm.

Adını çəkdiyim məktəblər əsasən, digərlərindən qəbul imtahanlarının nəticələrinə görə fərqlənirlər.

Bəhruz Səlimxanov ( 9 saylı orta məktəbin direktoru):

– Sumqayıtın 3 öndə gedən məktəbini qeyd etsəm, “Təfəkkür” liseyinin, 11 saylı orta məktəbin və 1 saylı orta məktəbin adını çəkə bilərəm.

Onu qeyd edə bilərəm ki, özüm “Təfəkkür” liseyində bir müddət təlim-tərbiyə üzrə direktor müavini işləmişəm. Sumqayıtdakı digər məktəblərə nisbətən “Təfəkkür” liseyində bir çox yeniliklər var. “Təfəkkür” liseyində şagirdlərin parlamenti fəaliyyət göstərir. Bir gün şagirdlərin özünüidarə etmə günüdür. 5 oktyabrda şagirdlər direktor, direktor müavini, sinif rəhbəri və müəllim rolunda çıxış edirlər. Digər baxımdan “Təfəkkür” liseyi Beynəlxalq Fənn Olimpiyadasının qızıl medalını qazanıb. Bura tədbirlər baxımından da digər məktəblərdən seçilir. Bu liseydə nisbətən tədbirlər daha çoxdur.

11 nömrəli orta məktəbi idarə edən Ofelya Babayevadır. O, Sumqayıt şəhər tarixində ən gənc direktor kimi çıxış edib. O vaxt direktor təyin olunanda cəmi 26 yaşı olub. Qəbul, nizam-intizama görə bu məktəb digərlərindən seçilir.

1 saylı orta məktəbdə müəllim işləmişəm. Oranın strukturuna bələdəm. 1 saylı orta məktəbdə savadlı müəllimlər çoxdur. Qəbulda nailiyyətləri ilə seçilir, şəhər tədbirləri və Respublika olimpiyadalarında həmişə ön yerlərdən birini tutur.

Fikrət Qasımov ( 23 saylı orta məktəbin direktoru):

– Hesab edirəm ki, ən yaxşılar yeni tipli məktəblərdir: Gimnaziya, TTEL, “İstedad” liseyi.

Bu məktəblərdə təlim və tədris yüksək səviyyədədir. Müasir innovasiyaların tətbiqi yaxşıdır. Məktəb üçün qoyulan tələblər baxımından bu 3 məktəb digərlərindən seçilir.

Liseyləri saymasaq, ilk 3 yeri bu məktəblər tutardı: 1, 21 və 11 saylı orta məktəblər.

Bir şeyi vurğulamaq istərdim. Ən yaxşı “Ümumtəhsil məktəbi” müsabiqəsində bizim məktəbi də münasib bilirdilər ki, siz də qatılın. Amma mən bildirdim ki, bizdən öndə; 11, 1 və 21 saylı orta məktəblər var. Bu məktəblər keçsin, ondan sonra biz müsabiqəyə qatılarıq. Hər il ali məktəbə qəbulda müsabiqələrdə ön yerlər bu 3 məktəbə aiddir.

Tərlanə Nağıyeva ( 26 saylı orta məktəbin direktoru):

– Bildirmək istərdim ki, ən yaxşı məktəblər yeni tipli məktəblərdir. Bunlar əsasən, “İstedad”, “Təfəkkür”, Gimnaziya və TTEL-dir. Çünki bu məktəblərdə təhsil alan şagirdlər daim öz bilik və bacarıqları ilə şəhərimizdə seçilirlər.

Vladim İsmayılov ( 21 saylı orta məktəbin direktoru):

– Sumqayıt şəhərində güclü məktəblər çoxdur. Lakin 3 məktəb var ki digərlərindən seçilir. Zənnimcə, 29, 23 və 27 saylı orta məktəblər digər məktəblərdən bir çox komponentlərinə görə fərqlənirlər. Bu məktəblərdə nizam-intizam və təhsil yüksək səviyyədədir.

Xanım Əhmədova ( 31 saylı orta məktəbin direktoru):

– Şəhərimizdəki yeni tipli məktəblər həmişə birinci yerdə gedir. Fikrimcə, ilk növbədə 1 saylı orta məktəb, 11 saylı orta məktəb və TTEL-in adlarını çəkmək olar.

Bunlarda bir varislik var. Yəni, bu məktəblərdə güclü kadr potensialı var. Təlim-tərbiyə, tədrisdə varislik və tələbkarlıq var. Buna görə də bu məktəblər öz nəticələrini stabil olaraq saxlayırlar. Valideyn-məktəb əlaqələrinin güclü olması, mütəmadiliyi də məktəbin öndə getməsinə köməklik edir.

Bəxşeyiş Ələmşahov ( 39 saylı orta məktəbin direktoru):

– Müasir tipli məktəblər adından da göründüyü kimi, müasir məktəblərdir. Bu təhsil ocaqlarına dövlət də daim dəstək olur, təmir edilir və s. Orda bir növ seçimli uşaqlardı. Buna görə də bunlara o qədər yüksək səviyyədə baxmaq olmur. Onsuz da, orada seçilən uşaqlar təhsil alır. Fikirləşirəm ki, o əlalığın bir tərəfi də şagirdi kənardan gedən məktəbin əlalığıdır.

Amma ümumilikdə orta məktəblərdən TTEL, “İstedad”, “Təfəkkür” və Gimnaziya seçilirlər. Bu məktəblər yüksək səviyyəli məktəblərdir. Yəni bu məktəbləri digər ümumtəhsil orta məktəbləri ilə bir tutmaq olmaz. Bu yeni tipli məktəblər bütün komponentlərinə görə digərlərindən seçilirlər.

Orta ümumtəhsil məktəblərdən birinci olaraq 1 saylı orta məktəbin adını çəkə bilərəm. 1 nömrəli məktəbi ona görə mən sevmişəm ki, bu məktəbi ilk dəfə Lətifə xanım elə qurub ki, o məktəb bu gün saat rejimi kimi işləyir. Artıq bu gün oranın direktoru Fəyyaz müəllimdir. O, köhnə strukturun üstündə işi davam etdirə bilir. Yəni, məktəbin bazası var artıq. Buna görə də, mən bu məktəbi yüksək səviyyəli məktəb adlandırıram. Burada baza olduğu üçün məktəbdə güclü nizam-intizam var. Fəaliyyət planı da buna uyğun qurulub.

İkinci yerə müasir məktəblər – TTEL, İstedad, Təfəkkür və Gimnaziyanı misal çəkə bilərəm. Burada uşaqlar imtahanla qəbul olunur. Şagird müəyyən keçiddən keçib gəlir. Bura bir növ seçilmiş uşaqlar qəbul olunur. Bu 4 məktəbdə gözəl müəllim heyəti formalaşıb.

Üçüncü yerə isə, 11 saylı orta məktəbi qeyd edərdim. Bilirsiniz, Ofelya xanım köhnə təhsil işçisidir. Vaxtilə Sumqayıt Təhsil Şöbəsinin müdiri olub. Bu gün o məktəbin nailliyətləri Ofelya xanımın adı ilə bağlıdır.

P.S. Əziz oxucular, nəticəni siz çıxarın və övladınıza məktəb seçərkən tələsməyin. Diqqətli olun ki, sonda peşman olmayasınız. Hesab edirik ki, seçim çətin olmaz – çünki məktəb direktorları sizə istiqamət verdilər.

Milli.Az

Orta məktəb məzunu deyiləmsə ali təhsilə necə müraciət edə bilərəm?

M ə leyk ə Abbaszad ə : “Buraxılış v ə ya q ə bul imtahanlarında f ə nl ə rin sayının artırılması bar ə d ə q ə rar verm ə zd ə n ə vv ə l ciddi elmi araşdırmalar aparılmalıdır”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibə verib.

Reyting.az saytı müsahibəni təqdim edir:

– Ölkədə orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydaları təsdiq edilib. Yeni qaydalar bütün təhsil pillələri üzrə imtahan vermək istəyən şəxslərə nə kimi əlavə imkanlar yaradacaq?

– Ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən işlənib hazırlanıb (müvafiq nazirliklərin rəyi nəzərə alınmaqla) və cari ilin fevral ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Qeyd edilən qaydalarda ötən illə müqayisədə, demək olar ki, dəyişiklik yoxdur. Yalnız bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri hər hansı bir ixtisas qrupu üzrə (V ixtisas qrupu istisna olmaqla) eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

Bildiyiniz kimi, ötən ilə qədər əvvəlki illərin və cari ilin məzunları qəbul imtahanını müxtəlif vaxtlarda verirdilər. Bu zaman imtahan iştirakçılarının yaş xüsusiyyətləri nəzərə alınırdı və yaşı çox olan abituriyentlərin azyaşlı abituriyentlərə hər hansı təsir göstərməsinin qarşısı alınırdı. Bir neçə il idi ki, hər iki kontingentə aid abituriyentlər tərəfindən həm may, həm də iyulda keçirilən qəbul imtahanlarında iştirak imkanının yaradılması barədə TQDK-ya çoxsaylı müraciətlər daxil olurdu. Məsələn, aprel ayında hərbi xidmətdən tərxis olunan əvvəlki illərin məzunu olan abituriyent qəbul proqramını təkrarlamağa vaxtı çatmadığını bildirib, imtahanı iyul ayında vermək istəyirdi, yaxud cari ilin məzunu qəbul imtahanını may ayında verib yay aylarında isəhər hansı xarici ölkənin universitetlərinə qəbul olmaq üçün özünü sınamaq istədiyini bildirirdi. Qəbul qaydalarında müvafiq müddəa nəzərdə tutulmadığına görə biz belə müraciətlərə müsbət baxa bilmirdik. Bu ildən isə həm cari ilin, həm də əvvəlki illərin məzunları qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər. İmtahanda iki dəfə iştirak imkanı imtahanla bağlı psixoloji gərginliyi nisbətən aradan götürəcək və abituriyent biliklərini tam nümayiş etdirməsi üçün daha əlverişli imkana malik olacaq. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman istədiyi imtahanın nəticəsi ilə müsabiqədə iştirak edəcək. Gələcəkdə digər təhsil səviyyələri üzrə də belə imkanın yaradılması nəzərdə tutulur.

– Məlumatda bildirilib ki, ali məktəblərə müsabiqə zamanı abituriyentin yüksək nəticə göstərdiyi imtahanın nəticəsi əsas götürüləcək. Burada hər bir qrup üzrə nisbi bal məhdudiyyəti necə təsir göstərəcək?

– Qaydalara əsasən, abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. Təbii ki, hər bir abituriyent daha yüksək ümumi bal topladığı imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək istəyər, lakin elə hal ola bilər ki, onun üçün ümumi balı aşağı olan imtahan nəticəsi daha əlverişli olsun. Misal üçün, abituriyent bir imtahanda 350 bal toplayır və bütün fənlər üzrə nisbi balı 10%-dən yuxarıdır, digər imtahanda isə 360 bal toplayır, lakin ixtiyari bir fəndən nisbi balı 10%-dən aşağıdır. Bu halda abituriyent ikinci imtahan nəticəsi ilə dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilmir (ötən ilki müsabiqə şərtlərinə əsasən bütün fənlər üzrə nisbi bal məhdudiyyəti ödənməlidir). Abituriyent ərizəsində dövlət sifarişli yerləri də göstərmək istəyirsə, o zaman birinci, yəni ümumi balı aşağı olan imtahan nəticəsi ilə müsabiqəyə qatılmalıdır.

– Ötən illərdə əvvəlki illərin məzunları ayrı, bu ilin məzunları isə ayrı vaxtda imtahan verirdi. Yeni qaydalara görə, onlar yenidən eyni gündə imtahan verəcəklər?

– Cari ilin və əvvəlki illərin məzunları üçün imtahanlar eyni gündə keçiriləcək. Lakin yuxarıda qeyd elədiyim kimi, abituriyentlərin yaş xüsusiyyətləri nəzərə alınacaq və onlar ayrı-ayrı binalarda yerləşdiriləcəklər.

– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının neçə dəfə keçirilməsi nəzərdə tutulur? 2 dəfə keçiriləcəyi halda abituriyent hansı imtahana əlavə ödəniş edəcək?

– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul kampaniyası ərzində iki dəfə keçirilir. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ilk dəfə müraciət edən abituriyentin Azərbaycan dili imtahanı üzrə də ilk müraciəti ödənişsiz (yəni dövlət büdcəsi hesabına), növbəti müraciəti ödənişlidir.

Diqqət yetirin, mən məhz “müraciət” sözünü işlətdim – əgər abituriyent imtahanda iştirak üçün müraciət edirsə, lakin imtahana gəlmirsə, növbəti imtahan onun üçün ödənişli olacaq, ona görə ki, o müraciət edəndə imtahanda iştirakı üçün bütün lazımi tədbirlər görülür və maliyyə vəsaiti xərclənir.

– Bir neçə ay öncə bildirmişdiniz ki, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir? Xəbərlər yayılıb ki, artıq 2 ildən sonra ölkədə vahid imtahana keçmək mümkün olacaq. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

– Buraxılış və ya qəbul imtahanlarında fənlərin sayının artırılması barədə qərar verməzdən əvvəl ciddi elmi araşdırmalar aparılmalı, monitorinq imtahanları keçirilməli və onların nəticələri təhlil edilməlidir. Hələlik onu deyə bilərik ki, Təhsil Nazirliyin təşəbbüsü ilə 2018-ci ildən etibarən tədrisi Azərbaycan dilində olmayan, yəni rus, gürcü və s. dillərdə olan ümumtəhsil müəssisələrinin 9-cu siniflərində buraxılış imtahanı fənləri siyahısına Azərbaycan dili fənninin əlavə edilməsi nəzərdə tutulur.

– Dövlət İmtahan Mərkəzinin fəaliyyətində, strukturunda nə kimi dəyişikliklər edilib? Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi bundan sonra hansı formada fəaliyyət göstərəcək?

– Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi və yeni strukturun yaradılması prosesinin ilkin mərhələsi demək olar ki, başa çatdırılıb. Bu müddət ərzində hüquqi, təşkilati və texnoloji cəhətdən çox mürəkkəb işlər görülüb. İlk növbədə DİM-in ilkin fəaliyyətini təmin edəcək şöbələr müəyyən edilmiş və komplektləşdirilmişdir. Demək olar ki, işçilərin ixtisarı olmayıb.

Bildiyiniz kimi DQMK 10 il, TQDK isə 20 ildən artıq idi ki, fəaliyyət göstərirdi. Hər iki qurumda ötən illər ərzində elə səriştəli mütəxəssislər formalaşıb ki, onları əvəz etmək çox çətin olardı. Mən həm TQDK-nın, həm də DQMK-nın bütün əməkdaşlarının hər biri ilə görüşüb onların yeni təşkilatda iş perspektivlərinə dair söhbətlər apardım.

Dövlət İmtahan Mərkəzi TQDK və DQMK-dan fərqli olaraq büdcədən maliyyələşmir və işçi heyət dövlət qulluqçusu statusuna malik deyil. Ona görə də DİM-də işləmək və ya özü üçün daha münasib variant axtarmaq barədə hər kəs öz qərarını verdi. Hazırda ilkin struktur formalaşıb, lakin DİM publik hüquqi şəxs olaraq bu sahədə çevik siyasət həyata keçirmək imkanına malikdir. Bundan sonra fəaliyyət istiqamətlərindən asılı olaraq DİM-in strukturunda yeni zəruri bölmələr yaradıla bilər.

– Təhsil Nazirliyi ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı hökumətə yeni təkliflər təqdim edib. Bildirilib ki, əgər bu təkliflər qəbul olunarsa ali məktəblərə qəbul qaydalarında dəyişikliklər edilə bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

– Hökumət tərəfindən hər hansı qərar qəbul olunarsa, biz həmin qərarı müzakirə etmədən yerinə yetirəcəyik.

– Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmununda hər hansı dəyişikliklər nəzərdə tutulub?

– Bildiyiniz kimi, bu məsələ fevral ayının 14-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində həyata keçirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin rəsmi təqdimatı zamanı ətraflı şəkildə müzakirə edilib.

Dövlət qulluğuna qəbula dair müəyyən sənədlərin layihələri təsdiq olunmaq üçün tərəfimizdən müvafiq qurumlara təqdim edilib. Bu proses başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

– Dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsinin ləğvi gündəmdə varmı?

– Dövlət qulluğuna qəbul qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qəbul zamanı müsahibə mərhələsinin ləğvi nəzərdə tutulmayıb.

– Dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması ilə bağlı hansısa iş aparılır?

– Bu məsələ müsabiqəyə çıxarılan vakant vəzifəyə qoyulan tələblərlə tənzimlənir. Ola bilər ki, hansısa vəzifənin tutulması üçün magistr təhsili tələb olunsun və ya tələb olunmasın.

– Bank işçiləri, habelə hakimliyə qəbul imtahanları ilə bağlı proses necə tənzimlənəcək?

– Bu tip imtahanlar ikitərəfli müqavilə əsasında həyata keçirilə bilər. Hər hansı dövlət orqanı, qurum və ya şirkət imtahan keçirilməsi ilə bağlı müraciət etdikdə müqavilə imzalanacaq və müvafiq imtahan keçiriləcək.

Qeyd edim ki, hakim vəzifəsinə işə qəbul imtahanları indiyədək tərəfimizdən həyata keçirilirdi. Ümumilikdə isə DİM-in hazırkı kadr və texniki potensialı bu gün dünyada aparılan əksər imtahan növlərinin Azərbaycanda da həyata keçirməyə imkan verir.

Əjdər Ağayev

Açar sözlər: fəaliyyət, pedaqoji fəaliyyət, məktəb, ali məktəb, pedaqoji elmlər sistemi, ali məktəb pedaqogikası, təhsil sistemi, ali təhsil, pedaqoji proses, təlim prosesi, auditoriyadankənar təlim – tərbiyə prosesi, müəllim, tələbə, dərs, məşğələ.
Tələbat, maraq, qabiliyyət, bilik, bacarıq, vərdiş, temperament, xarakter, ünsiyyət – münasibət, iradə, hiss, duyğu, duyum, pedaqoji mühit.

Pedaqoji söhbətləri, pedaqoji əsərləri, pedaqoji işi nəzəri və praktikyönüm baxımından anlamaq və ya o barədə qazmaq, yaxud müəllimlik çalışması fəaliyyəti üçün mütləq pedaqoji, psixoloji anlayışların mənasını və praktikada mahiyyətini bilmək gərəkdir.
Hər bir elmin anlayışlar sistemi, “öz dili” olduğu kimi, təhsil elminin, yəni pedaqogikanın da anlayışlar sistemi, “öz dili” vardır. Bizim bu gün təqdim etdiyimiz açar sözlər bugünkü mövzumuzla bağlı olanlardır.
İnsanın hər hansı iş sahəsində çalışmasının, nə barədə düşünməsinin və s. səylərin fəaliyyət olduğu bəllidir. Çalışma sahəsinə görə fəaliyyət sözünün qarşısına əlamət, sahə, yer və s. bildirən söz yazılır. Tutaq ki, elmi fəaliyyət, ədəbi – bədii fəaliyyət, fiziki fəaliyyət və s.
Təhsil, təlim, tərbiyə işi ilə məşğul olanların çalışma məzmunu pedaqoji fəaliyyət ifadəsində öz əksini tapır. Pedaqoji daşıyıcılarına müəllim, öyrətmən və s. deyirlər. Pedaqoji fəaliyyət tədqiqatçıları, təhsil elmini tədqiq edənlər pedaqoq adlanır. Digər tərəfdən, müəllim və pedaqoqun peşə təhsili alması da bu adı səciyyələndirir.
Pedaqoji peşə təhsili olub, pedaqoji sahədə işləməyənlərə aldığı təhsilə görə müəllim demək olar, lakin pedaqoq demək olmaz. Pedaqoji peşə təhsili olmayıb, təhsil sahəsində çalışanlara da müəllim demək olar. Lakin bu şəxslər mütləq təhsil işinin xüsusiyyətlərini, təlim – tərbiyə prosesini, tədris metodikasını öyrənməli, pedaqogika elminin əlaqədar olduğu və tədqiqat nəticələrinə əsaslandığı sosiologiya, psixologiya, fiziologiya, etika, estetikaya da bələd olmalıdırlar.
Müəllimin işi böyüyən insana təsir üzərində qurulduğu və bu insana bələdlik tələb etdiyi üçün bu elmlərin nəzəri baxışlarını bilmək gərəkdir. Müəllim – tələbə münasibətlərinin praktik yönümündə bu bilgilər, pedaqoji metodikalar nə qədər olsa da, ən optimal təsir qolunu müəllim özü tapmalıdır. Deməli, pedaqoji fəaliyyətdə duyum – intiusiya, şəxsi yanaşma, müəllimin interaktiv fəaliyyəti həlledici əhəmiyyət daşıyır.
1. İnsan dünyaya gələndən onun öyrənmə prosesi başlayır. Lakin o, fizioloji, psixi, sosial, mənəvi – ruhi inkişaf dövründə yaşına, tərbiyəsinə, anlağına uyğun olaraq ətraf aləmi qavrayır və buna görə də insanların ona etdiyi təlim, tərbiyə təsiri böyüyən insanın səviyyəsinə, anlamına, marağına, tələbatına uyğun olmalıdır. Bu cəhət uşağın təhsilində mütləq nəzərə alındığından, onun təhsildə inkişaf səviyyəsinə uyğun olaraq öyrənmə mühiti xüsusi olaraq yaradılır. Məsələn, məktəbəqədər təhsil – uşaq bağçası, ibtidai təhsil – ibtidai məktəb, əsas təhsil – orta təhsil, orta məktəb – tam orta təhsil, peşə – ixtisas təhsili – texniki peşə, orta ixtisas, ali məktəb və diplomdansonrakı təhsil, əlavə təhsil və s. Təbii olaraq, təhsil sisteminə uyğun pedaqoji elmlər sistemi yaranır.
Pedaqoji peşə təhsilinin özünün də böyüyən, inkişaf edən insanın yaşına, əhvalına, marağına, tələbatına uyğun bilgi verən ayrı – ayrı sahəsi vardır. Çünki bu sahənin hər birinin insan inkişafına və xüsusiyyətinə məxsus spesifikliyi (özəllikləri) vardır.
Bizim mövzumuz ali təhsillə – ali məktəb pedaqogikası ilə bağlıdır. Ona görə də ali təhsilə – ali məktəbəqədərki özəlliklərə baş vurmamaq məcburiyyətindəyəm.

Али мяктябдя педагожи фяалиййятин хцсусиййятляри

Ali məktəbdə tədris əsas olduğu üçün burada çalışan professor – müəllim heyətinin işlərinin əsl mahiyyəti pedaqoji fəaliyyətlə səciyyələnir – yəni öyrətim üzərində qurulur. Orta məktəbdə işləyən müəllimdən pedaqoji peşə təhsili tələb olunmur. Lakin ondan elmi yaradıcılıq, ixtisasını mükəmmələ bilmək və ixtisası üzrə tədqiqatçılıq bacarığı tələb olunur. Eyni zamanda müəllimin tədris ustalığına yiyələnəcəyi gözlənilir və bu, onun özünütəhsilinə, özünütəkmilləşdirməsinə etibar edilir. Əgər zəiflik görünərsə, müəllim müəllimlik üzrə ixtisasartırma kursuna göndərilir.
Ali məktəbdə pedaqoji fəaliyyətə başlayan müəllim ilkin olaraq nələri öyrənməlidir:
– İşləyəcəyi, yaxud işlədiyi ali məktəbin strukturunu – fakültə və ixtisasları, ali məktəbdə tədris, tərbiyə və elmi – tədqiqat işinin xüsusiyyətlərini;
– Tədrisin təşkili, təqvim – tematik plan tərtibi, qiymətləndirmə, auditoriyanı idarəetmə qaydalarını;
– İşlədiyi fakültənin (bölümün) tədris planını, öz ixtisası üzrə fənn və ya fənlərin tədris planında yerini, müddətini, semestrlər üzrə ayrılmış tədris vaxtını, mühazirə, seminar, laborator işlərin yerini və həcmini, ixtisası ilə əlaqədar auditoriyadan (sinifdən) kənar müstəqil işlərin forması və həcmini.
Bu bələdlik müəllimə öz fəaliyyətini aydın, düzgün qurmağa kömək edir.
Müəllim tədrisi davam etdirərək öz fəaliyyətini daha da təkmilləşdirməyə çalışmalıdır və bu zaman nələri öyrənməlidir:
– Ali məktəbin daxili nizam – intizam qaydalarının spesifik xüsusiyyətlərini;
– Həmkarları ilə həmkar tanışlığı;
– Tədris, təlim – tərbiyə metodikasına yiyələnmə və onu təkmilləşdirməyi;
– Tələbələrini tanıma və tələbələri ilə iş və ünsiyyət metodikasına qiyələnməyi və s.
Aparılan pedaqoji işin uğuru, yəni təlim – tərbiyənin səviyyəsi ali məktəbdə yaranmış pedaqoji mühitdən, başqa sözlə, pedaqoji rejimdən çox asılıdır. Belə ki, pedaqoji mühit hamını, necə deyərlər, pedaqojiləşdirir. İnzibati işçiləri də, dərs deyənləri də, öyrənənləri də. Bu mühitin yaranması üçün hamı pedaqoji bilikləri öyrənməli və öz davranışında, hərəkətində, münasibətində, müraciətində, auditoriyada dərsin şərhində, praktik işlərində və s. metodik məqsəd daşımalıdır.
Əgər bütün bunlara pedaqoji texnologiya desək, burada konkret pedaqoji şərtlər nəzərə alınmalıdır:
1. Pedaqoji fəaliyyətin sosial yönümlü və psixoloji mahiyyətli olması;
2. Fundamentallıq. Ciddi elmi biliklər verilməsi.
3. Mədəniyyətəmüvafiqlik. Təlim – tədrisin müasir mədəniyyətin inkişaf səviyyəsinə uyğunluğu.
4. Təlimdə humanistləşdirmə.
5. Təlimin fasiləsizliyi.
6. Təlimdə informatlaşdırma.
Bununla yanaşı, tibbi – bioloji şərtlər də vardır ki, bunları da hər bir müəllim nəzərə almalıdır:
1. Şagird sağlamlığının qorunması.
2. Həddindən artıq yorğunluğun qarşısının alınması.
Ümumiyyətlə, təlim – tərbiyə işini əhatə edən pedaqoji prosesi pedaqoji sistem kimi təsəvvür etsək, burada ən azı 6 qarşılıqlı əlaqənin olduğunu qeye etmək olar:
1. Təlim – tərbiyə işinin məqsədi;
2. Təlim – tərbiyənin təşkili formaları.
3. Təlim – tərbiyənin məzmunu.
4. Təlim – tərbiyə işinin texnologiyaları (metodlar, vasitələr, formalar və s.).
5. Öyrədən.
6. Öyrənən.
7. Bir neçə saatlıq söhbətdə bu əlaqələrin hamısını əhatə etmək mümkün deyil. Lakin qeyd etməliyəm ki, pedaqoji fəaliyyətin özəyini öyrədən – öyrənən əməkdaşlığı, əlaqəsi, birliyi təşkil edir. Ona görə də söhbətimi yalnız bu əməkdaşləq üzərində davam etdirmək istərdim.
Dərsdə öyrətmə prosesi müxtəlif komponeni əhatə etdikdə sitemə çevrilir və səmərəli nəticə verir.

Comments are closed, but trackbacks and pingbacks are open.