Orta sr şrq tbabtinin inkişaf tarixi
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Buraxılış imtahalarının nəticələri AÇIQLANDI
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Day.Az-a verilən məlumata görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda (2-ci səhifə) tanış ola bilərsiniz.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Qeyd: 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 10-dək elan olunması nəzərdə tutulur.
XVI-XVII əsrin birinci yarısında Qərbi Avropa mədəniyyətinin əsas inkişaf istiqamətləri
Feodal quruluşunun dağılması ərəfəsində Avropa xalqlarının mənəvi inkişafı öz yeni mərhələsinə qədəm qoymuş oldu. Köhnə cəmiyyətin başlamaqda olan böhranı və onun daxilində yeni cəmiyyətin formalaşmağa başlaması ideologiya sahəsində köklü dəyişikliklərə, o cümlədən dünyəvi görüşlərin inkişafına və İntibah mədəniyyətinin yeni uğurlarına yol açdı.
Bununla yanaşı, Avropa mədəniyyəti öz sosial və ideya məzmununa görə yekcins deyildi. Belə ki, orta əsr tipli mədəniyyət hökmran mövqeyini saxlamaqda idi və bu mədəniyyət daha çox sxolastikaya və kilsə ehkamlarına əsaslanırdı. Humanistlər tərəfindən sıxışdırılan bu mədəniyyət Əksreformasiya zamanında yenidən canlanır və yeni formalar qazanır. Digər tərəfdən, bu dövrdə Renessans mədəniyyəti də çişəklənir; bütün XVI əsr İntibah mədəniyyətinin təsiri altında keçmişdir. Feodal quruluşu çərçivəsində formalaşan Renessans mədəniyyəti dirçəlmiş antik mədəniyyətə dayaqlanaraq eyni zamanda orta əsrlərdə kök salmış dünyəvi ənənələri də saxlayırdı; öz orbitinə təkcə bürgürləri və gənc burjua təbəqəsini deyil, digər sosial təbəqələri, o cümlədən zadəganları və ruhaniləri də qatan Renessans mədəniyyəti sonda orta əsr mədəniyyətinin elementlərindən azad olurdu. Böyük bir tarixi rol oynamış İntibah XVII əsrin ortalarına doğru öz yerini yeni mədəniyyət tiplərinə verir.
1. XVI əsrdə humanist hərəkatın özəllikləri.
XVI əsr – İntibah mədəniyyətinin ən böyük yüksəliş, daha sonra zəifləməsi dövrüdür. Bu mədəniyyətin ideoloji əsasını humanizm təşkil edirdi, humanizmin başlıca məzmunu isə — dünyanın mərkəzində duran insan, onun qurucu (yaradıcı) qüvvəsinin qəbul edlməsi fikri təşkil edirdi.
XV əsrin sonu – XVI əsrin birinci rübündə humanizm geniş ictimai hərəkat xarakteri alaraq Qərbi və Mərkəzi Avropanın əksər ölkələrini əhatə edir. İtaliyanın ardınca Niderlandda, Almaniyada, Macarıstanda, Fransada uğur qazanan humanizm ideyaları İngiltərənin, İspaniyanın, Portuqaliyanın elmi dairələrinə də sirayət edir, tədricən Polşada və qismən Skandinaviya ölkələrində də yayılır. Humanistlərin maraq dairəsi də genişlənərək demək olar ki, bütün elm sahələrini əhatə edir. Humanistlərin beynəlxalq birliyi formalaşır və Rotterdamlı Erazmın rəhbər olduğu “alimlər respublikası”nın yaranmasına imkan verir.
Bununla yanaşı, bu hərəkata müxtəlif ictimai və milli qüvvə nümayəndələrinin qatılması humanizmdə müxtəlif cərəyanlarına yaranmasına gətirib çıxarır. Zadəgan və patrisi dairələrində (xüsusilə İtaliyada və Fransada) epikürçi-gedonist baxışlar güclənir. Mütləqiyyətçi meyllərin artması ilə ictimai nicat anlayışı da dəyişməyə başlayır. Bəzi təhsilli adamların sadə (savadsız) xalq kütlələrinə ikrah hissi ilə yanaşması meyli artır. Dini-fəlsəfi problemlərə maraq, onların Reformasiya və Əksreformasiya zamanı kəskinləşməsi xristian humanizmini doğurur. Sosial ziddiyyətlər artdıqca humanizm ideyalarına kənar qüvvələrin təsiri də güclənir. Eyni zamanda İntibah mədəniyyətinin bəzi elementləri bu hərəkatın əleyhdarları tərəfindən istifadə olunmağa başlayır.
Başlamış olan Refromasiya, onun ardınca Əksreformasiya qitədə ümumi ictimai vəziyyətin dəyişməsi İntibah mədəniyyətinə böyük zərbə vurur, onun zəifləməsinə, daha sonra isə (XVI əsrin 40-cı illərindən etibarən) böhranına gətirib çıxarır. Humanizm ideyaları, onların qurmuş olduğu idealların illüzor, həyata keçməz olduğu fikri güclənir; hərçənd ki, humunistlərin təsiri bütün XVI əsr boyu saxlanır. Kilsənin ordoks ehkamları ilə mübarizədə naturfəlsəfə inişaf etməyə başlayır.
2. Naturfəlsəfə.
Humanizmdə naturfəlsəfə meylləri hər zaman özünü büruzə vermişdir. İnsan və təbiət – İntibah dövrünün mütəfəkkirlərinin hər zaman anlamağa çalışdıqları mövzu olmuşdur. Lakin Renessans dövrü naturfəlsəfənin ən yüksək inkişaf dönəmi XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərinə aiddir. Qeyd etmək lazımdır ki, onun yüksəlişində humanistlərin Reformasiyanı hazırlayan dini araşdırmaları da azr rol oynamamışdır.
Naturfilosofların başlıca diqqəti Təbiət və Tanrının münasibəti məsələsi olmuşdur. Orta əsr təfəkkürünün dualizmini (yəni maddi ilə mənəvini qarşı-qarşıya qoyması) yenmək üçün naturfilosoflar dünyanı maddi ilə ruhun vəhdəti olaraq başa düşürdülər. İntibah dövrünün fəlsəfə konsepsiyalarında dünyanın panteist anlamı üstün idi. Kilsə ehkamlarına zidd olan naturfəlsəfə “fövqəltəbiiliyi” qəbul etmirdilər və bütün var olannın dərk olunan olduğunu elan edirdilər. Bununla yanaşı, dünya haqqında təsəvvür insan ilə təbiət arasında gizli bir bağın olması fikrini də saxlayırdı. Bu əlaqəni anlamaq cəhdləri isə praktikada cadugarlığın inkişafına təkan verirdi: elm bəzən “magiya” ilə, astronomiya astrologiya, kimya isə — əl-kimya ilə qarışdırılrdı.
Ümumilikdə isə naturfəlsəfə və humanizm rasional biliklərə üstünlük verirdi və Aristotel və Platon əsas kumirlər idi. Nəticədə bu dövrdə fəlsəfədə iki istiqamət – aristotelçilər (preripatetiklər) və neoplatonçular ortaya çıxır və onların arasında güclü mübarizə başlayır. Aristotelin təliminə əsasən mürtəce qüvvələr arxalanırdı, Renessans dünyagörüşünün formalaşmasına isə neoplatonçuluq güclü təsir edirdi.
Naturfəlsəfə problemləri Leonardo da Vinçinini, Mişel Montenin, Cordano Brunonun, Kampanellanın dünyagörüşündə böyük rol oynamışdır.
3. Kitab çapı. Kosmoqrafiya.
XV əsrin ən böyük ixtirası – kitab çapı dəzgahı olmuşdur. Sonrakı yüzillikdə kitab çapı bütün Avropada geniş yayılır və Avropa cəmiyyətinin ümumi inkişafına güclü təsir göstərir. Ən böyük kitab çapı mərkəzləri Bazel, Venesiya, Paris, Lion, Strasburq sayılırdı. Kitab çapı dünyəvi ədəbiyyatın nəşrinə, elmi-texniki mövbzulu kitabların yayılmasına geniş imkan yaradır.
Böyük coğrafi kəşflər də avropalıların dünyagörüşünə böyük pozitiv təsir etmiş olur. Məhz bu kəşflərin sayısində dünyanın yaranması haqqında dini konsepsiyalara, eyni zamanda Aristotelin kosmoqrafiyasına böyük zərbə vurulur, insanların coğrafi bilikləri genişlənir, iqlim, küləklər, cərəyanlar haqqında təsəvvürlər artır. Okeanoqrafiya elmi yaranır, kartoqrafiya təkmilləşir.
Flandriyadan olan “Merkator” adını almış Kremer (1512-1594) coğrafi uzunluqları və enlikləri ölçmək və layihələşdirmək üçün texnika ixtira edir. O, dəniz və quru yolları xəritəsi üzərində çalışaraq Avropanın o dövr üçün ən dəqiq xəritəsini hazırlayır. Onun vəfatından sonra “Dünyanın yaranması haqqında kosmoloji düşüncələr və ya Atlas” nəşr olunur.
Məşhur ingilis alimi Kemden Britaniyanın xəriutəsini tərtib edir.
Böyük coğrafi kəşflərin tarixçəsi Venesiyalı alim və tacir Ramuzionun “Səyahətnamə”sində öz əksini tapır.
İngilis səyyahlarının kəşfləri və səyahətləri isə Riçard Haklyuytun əsərində əks olunur.
4. Astronomiyanın inkişafı.
Dünya haqqında yeni təsəvvürlərin formalaşmasında astronominya elminin inkişafı da az rol oynamışdır. Bu sahədə ən böyük uğuru Nikolay Kopernik (1473-1543) etmişdir. Özünün 40 illik təcrübələri sayəsində Kopernik “Göy cisimlərinin hərəkəti” adlı əsərini yazmışdır və dini görüşləri darmadağın etmişdir: Yer kürəsi kainatın mərkəzi deyil və yerində hərəkətsiz də deyil (Aristotelin və Platonun da dediklərinin əksinə olaraq). O, öz oxu ətrafında, həmçinin digər planetlərlə birlikdə Günəşin ətrafında fırlanır. Qeyd edək ki, Kopernikin bu kəşfi uzun müddət nəinki din adamlarının, hətta elm adamlarının da bir qisminin müqavimətilə rastlaşmışdır. Martin Lüter Kopernikin təlimini rədd etmişdir.
Kopernikin bu kəşfi alman alimi İohann Keplerin (1571-1630) tədqiqatları ilə inkişaf etmişdir. Belə ki, Kepler planetlərin hərəkəti qanununu (Kepler qanunları) kəşf etmişdir. Özünün tədqiqatlarında Kepler Kopernikin hesbalamalarını dəqiqləşdirmiş və sübut etmşidir ki, planetllər dairələr üzrə deyil, ellipslər üzrə hərəkət edirlər.
Astronomiyanın inkişafında daha bir addım Qalileo Qalileyin (1564-1642) kəşfi sayılır. Özünün ixtira etdiyi teleskopun vasitəsilə Qaliley göy cisimlərini 32 dəfə böyük ölçüdə müşahidə edə bilmişdir. Onun bu ixtirası sayısində Günəşdəki ləklər, onun fırlanması, yeni ulduzlar, Aydakı dağlar, Veneranın fazaları ortaya çıxmışdır. Qalileyin bu kəşfləri kilsə tərəfindən böyük müqavimətlə rastlaşmış, 1616-cı ildə kopernikşilik İnkvizisiya tərəfindən rədd edilmişdir. 1633-cü ildə isə Qalileyin məhkəməsi baş tutmuş, inkvizitorlar alimi heliosetrizm nəzəriyyəsindən imtina etməyə məcbur etmişlər. Bununla yanaşı, Qalilyein təlimi elmin və fəlsəfənin inkişafında əvəzəedilməz iz qoymuşdur.
5. Siyasi nəzəriyyələr. Sosial utopiya.
Feodal cəmiyyətinin tənəzzülü, burjua sisteminə keçidlə bağlı Avropada baş verən ziddiyyətlər ictimai fikirdə də öz əksini tapmış oldu. Qiədəki mürəkkəb sosial-siyasi vəziyyət, əvvəlki ictimai institutların dağılması, baş verən proseslərin nəzəri tərəflərinin işlənib hazırlanması zərurəti siyasi nəzəriyyələrin genişlənməsinə səbəb oldu.
Siyasi nəzəriyyələrin inkişafına Nikola Makiavellinin fikirlərinin böyük təsiri oldu. Makiavelli cəmiyyətin və millətin maraqlarının qorunmasında milli dövlətin rolunun müəyyən edilməsində çox böyük addımlar atdı. Onun sosial mübarizəyə baxışı isə prinsipal fərqliliyə malik idi: Makiavelliyə görə, müxtəlif qruplaşmalara və partiyalara bölünmüş cəmiyyətdə bu mübarizə təbii hadisədir. Öz əsərlərində (“Hökmdar”, “Florensiya tarixi” və d.) Makiavelli İtaliyada güclü və mərkəzləşmiş dövlətin yaranması imkanlarını üzə çıxarmağa çalışırdı. İctimai nicat ideyası Makiavellidə bir qədər fərqli olub “dövlət marağı” (ragion di stato) ilə əvəz olunmuşdu. Makiavelli aristokratiyanın, xırda knyazların, katolik kilsəsinin əleyhdarı idi. Dinə böyük əhəmiyyət verən Makiavelli eyni zamanda hesab edirdi ki, bu institut dövlətin maraqlarına tabe olur. Makiavellinin bu fkri əslində siyasi nəzəriyyələrdə böyük bir dönüş idi, çünki siyasəti teologiyanın hakimiyyətindən azad edərək, əksinə — dini siyasətə tabe etdirirdi.
İtaliyanın xilasını Makiavelli güclü hökmdarın hakimiyyətinin bərqərar olmasında görürdü. Bu hökmdar yeni dövrün hökmdarının xüsusiyyətlərini özündə daşımalı idi – yəni, vətənpərvər olmalı, ictimai nicata çalışmalı, böyük ruhi gücü olmalı idi. Makiavellinin fikrincə, bu üstün insani keyfiyyətlərə sahib olan hökmdar zərurət olarsa, əxlaq qaydalarından kənara çıxa və “heyvani” qaydalarla siyasət yürüdə bilərdi, yəni qəddar, hiyləgər və fitnəkar ola bilərdi. Bu obrazı, Makiavelli, təbii ki, öz dövrü və öz vətəni İtaliya üçün nəzərdə tutmuşdu.
Avropada mütləqiyyətin yaranması monarxın qeyri-məhdud hakimiyyətinin qanuniliyi nəzəriyyəsini də doğurmaya bilməzdi. Məsələn, Fransada mütləqiyyətin ideoloqu olaraq siyasi xadim, filosof və tarixçi Jan Boden (1530-1596) çıxış edirdi. “Hökmdar haqqında 6 kitab” adlı əsərində Jan Boden təkhakimiyyətliliyin üstünlüklərini təqdim edirdi. Jan Boden eyni zamanda suverenin hakimiyyətinin müəyyən çərçivələrinin olduğunu da göstərirdi: monarx xüsusi mülkiyyətə toxunma hüququndan məhrum olmalıdır, vətəndaşların üzərinə qanunvericilik hakimiyyətinin icazəsi olmadan yeni vergilər təyin edə bilməz və s. Bütün bunlar Avropada, o cümlədən Fransada yaranmaqda olan burjua sinfinin sosial və siyasi hüquqlarının mütləqiyyət qarşısında qorunması cəhdlərindən xəbər verirdi.
1624-1642-ci illərdə Fransanın birinci naziri olmuş kardinal Rişelye üçün də dövlət marağı (raison d’etat) yüksək meyardır. Kardinal «Siyasi vəsiyyətlər»ində yazır: «Dövlət hər şeydən yüksəkdə durur. O elə bir dəyərdir ki, onun naminə bütün vasitələr yaxşıdır». «Dövlət marağı» prinsipini xarici siyasətdə də həyata keçirən Rişelye bunu hər addımbaşı sübut edirdi. Roma kilsəsinin kardinalı və katolik olan Rişelye katolik İspaniyasına və Avstriyaya qarşı Almaniyanın protestant knyazlarından istifadə edirdi. Mütləqiyyət və mərkəzləşmiş hakimiyyət tərəfdarı olduğuna baxmayaraq o, Habsburqlar imperiyasının daxilində separatçı hərəkatlara dəstək verirdi və bunu Fransa naminə etdiyini bildirirdi.
Mütləqiyyət ideyalarının vəsf edilməsi Hüqo Qrotsinin əsərlərində də müşahidə olunur.
Feodal qaydalarına, eləcə də yaranmaqda olan yeni sistemə tənqidi yanaşılması, mütləq hökmdar haqqında düşüncələrin genişlənməsi və bu məsələ ətrafında artan ideya mübahisələri Avropada zəngin sosial-utopik ədəbiyyatın da yaranmasına gətirib çıxarır. Utopistlər mövcud gerçəkliyə qarşı daha yaxşı cəmiyyət ideyasını qoyurdular. Bu dövrdə Avropada sosial ədalət haqqında yeni təsəvvürlər formalaşırdı, kollektiv mülkiyyət və icbari əmək əsasında qurulan yeni cəmiyyətın idealı yaradılırdı. Bu cür düşüncələr daha geniş şəkildə öz əksini Tomas Morun “Utopiya”sında və Kampanellanın “Günəş şəhəri” adlı əsərində tapmışdır.
6. Təsviri sənət. Ədəbiyyat.
İntibah dövründə təsviri sənət özünün ən yüksək zirvəsinə çatır. Öz inkişafında o da bir neçə mərhələdən keçmişdir. Avropa İntibahının ən parlaq dövrü – Yüksək İntibah (XVI əsrin birinci rübü) sayılır.
Renessans mədəniyyəti öz parlaq mərhələsini XV əsrin sonu – XVI əsrin birinci rübü İtaliyada yaşamışdır; o, xüsusi mədəni fenomen kimi Avropanın digər ölkələrində də bərqərar olmaqla, ümumavropa məsələsinə çevrilmişdir. Renessans mədəniyyəti əsasında Avropada yeni ziyalı təbəqəsi formalaşır, onun sıralarında ilk növbədə humanistlər, həmçinin yazıçılar, rəssamlar, memarlar, alimlər dururdu. Renessans ziyalıları müxtəlif cəmiyyətlər, akademiyalar, emalatxanalar qurur və burada disputlar keçirirdilər, bu da Renessans dünyagörüşünün daha sürətlə yayılmasına şərait yaradırdı.
Renessans incəsənətinin ən görkəmli nümayəndələri İtaliyada – Leonardo da Vinçi, Rafael, Mikelancelo, Tisian, Fransada – Jan Qujon, Jermen Pilon, İspaniyada – El Qreko və Velaskes sayılır.
Son orta əsrlərdə Renessans mədəniyyəti ilə yanaşı, ənənəvi istiqamətlər də mövcud idi. Bu, ilk növbədə, katolik universitetlərində hakim olan sxolastikaya aid idi. Sxolastika Trident kilsə yığıncağından sonra xeyli dəyişikliklərə məruz qalır.
Ənənəvi xalq yaradıcılığında, xüsusilə folklorda da saxlanılırdı: kütləvi bayramlar, karnavallar, mərasim və adətlər bir neçə əsr ərzində çox az dəyişmişdi.
Çoxəsrlik ənənələrin, Renessans irəinin və yeni yaradıcılıq axtarışlfrının sintezi öz əksini Barokko mədəniyyətində tapır. Bu üslubun təşəkkülü XVI əsrin sonu İtaliyada baş verir və XVII əsrdə Avropanın digər ölkələrində yayılır.
Barokko üçün ansambllara meyl, təmtəraq, möhtəşəmlik, bayram əhval-ruhiyyəsi səciyyəvidir. Bu mədəniyyət kübar həyat tərzini, xüsusilə saray həyatını üstün tutur. Renessans dünyagörüşündən fərqli olaraq, burada insan öz mərkəzi mövqeyini itirir. Barokko nümayəndələrinin diqqət mərkəzində harmoniya deyil, əksinə disharmoniya əsas amilə çevrilir. Bu üslüb daha çox memarlıqda, dekorativ təsviri sənətdə və heykəltaraşlıqda geniş yayılır.
XVI-XVII əsrin birinci yarısı Avropa ədəbiyyatında ən müxtəlif istiqamətlərin yaranması dövrüdür. Bu dövrdə latın dilində yaranan ədəbiyyat ən kamil mərhələsinə qədəm qoyur, qədim yunan və yəhudi dillərinin öyrənilməsi genişlənir.
Eyni zamanda milli dillərin formalaşması ilə əlaqədar milli ədəbiyyat da təşəkkül edir. İtaliyada Florensiyadakı yayğın dil ümumitalyan dilinə çevrilir; Fransız ədəbi dilinin özülünü Şimali Fransa dialekti təşkil edir; alman ədəbi dili xeyli gec formalaşır.
XVI-XVII əsrin birinci yarısı Avropa ədəbiyyatında böyük sayda janrlar yayğın idi – novellalar, epik əsərlər, avantüra janrı, lirik poeziya və s. Lakin dramaturgiya daha böyük uğur qazanmışdı və bu dövrün ən məşhur müəllifləri İngiltərədə — Vilyam Şekspir, İspaniyada — Lope de Veqa idi.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
Ədəbiyyat:
- Античное наследие в культуре Возрождения. Москва. 1984.
- Бенеш О. Искусство Северного Возрождения. Москва. 1973.
- Бицилли П.М. Место Ренессанса в истории культуры. Санкт-Петербург. 1996.
- Горфункель А.К. Гуманизм и натурфилософия эпохи Возрождения. Москва. 1977.
- Идеи Возрождения и философии нового времени. Москва. 1986.
- История всемирной литературы. В 9-ти т. Москва. 1985-1987. т.3-4.
- Кузнецов Б.Г. Идеи и образы Возрождения. Москва. 1979.
- Культура Возрождения и Реформации. Ленинград. 1981.
- Лосев А.Ф. Эстетика Возрождения. Москва. 1998.
- Teqlər:
- Kulturologiya
- , Avropa mədəniyyəti
- , mədəniyyət tarixi
Comments are closed, but trackbacks and pingbacks are open.