Press "Enter" to skip to content

Orxun –Orhun- Yenisey Abidələri – Rəcəbov-Məmmədov -Kiril -1993 – 399s

yincə yoğan bolsar üzqülük alp ermis” (Tonyukuk abidəsi).

ORXON ABİDƏLƏRİ və KDQ

ORXON ABİDƏLƏRİ VƏ KDQ – Türk xalqlarının əldə olan ən qədim yazı örnəkləri V-IX yüzilliklərə aid edilən Orxon-Yenisey abidələridir. Bu yazılar Skandinaviya mənşəli run əlifbasına bənzədiyi üçün onlara türk run yazıları, eləcə də qədim türk abidələri də deyirlər.

Orxon-Yenisey abidələri ilə qarşılıqlı müqayisə yalnız fonoloci, leksiksemantik, eləcə də qrammatik təkamülü izləmək üçün deyil, eyni zamanda söz sənətinin tarixini öyrənməyə o mənada daha çox imkan verir ki, burada linqvistik səpki ilə poetik səpkinin ayrılmadan bir-birini üzvi şəkildə tamamlayan bir formada həll edilməsi nəzərdə tutulsun. Məhz sistemli şəkildə tətbiq olunan linqvopoetik təhlil Orxon-Yenisey abidələri ilə konkret abidələrin, eposların qarşılıqlı üzvi əlaqəsini, bədii sözün genetik təcrübəsini aşkarlaya bilər.

Türkcə dastanlar, xüsusən KDQ, “Manas”, “Alpamış”, “Koblandı Batır” və b. eposlar Orxon-Yenisey abidələrindəki poetik formullarla, vasitəsiz nitq biçimləri, psixoloci və sintaktik paralelizm örnəkləri ilə, bədii təyin sistemi, metafora prinsipləri ilə səsləşir. Şübhəsiz, bütün bu üslubi-poetik sistemi yalnız Orxon-Yenisey abidələrindən gəlmə hesab edib, onların adına yazmaq düzgün olmaz. Çünki dastan ənənəsi elə bir bünövrədir ki, onun üzərində Orxon-Yenisey yazıları da ucalıb, KDQ də, “Manas” da. Əgər KDQ “Maday Qara”, “

Biz Orxon-Yenisey abidələri ilə KDQ-nin səsləşdiyi bir neçə tipik sintaktik biçimə, üslubi-poetik formullara diqqət yetirək:

“Sağdakı şadapıt bəylər, soldakı tarkat, buyruk bəylər. Otuz tokuz oğuz bəyləri, xalqı. Bu sözümü yaxşıca eşidin” (Kül tiqin abidəsi).

“Sağda oturan sağ bəglər, sol qolda oturan sol bəglər. Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər! Qutlu olsun dövlətinüz” (D-11010).

“Görür gözüm görməz teq, bilir bilqim bilmez teq olub” (Kül tiqin abidəsi).

“Mənim görür gözlərim görməz oldı. Tutar mənim əllərim tutmaz oldı” (D-15410).

“Öləcək xalqı doğrulttum.

Yalın kavmi giyimli, yoksul kavmi bay kıltım.

Az xalqı çox kıltım” (Kül tiqin abidəsi).

“Ac görsən doyurğıl, yalıncıq görsən donatğıl”. (D-147)

“Yuka kalın bolsar, toplaquluk alp ermis,

yincə yoğan bolsar üzqülük alp ermis” (Tonyukuk abidəsi).

Yalnız igid alp olmaz,

Yovşan dibi bərk olmaz (D-38).

Abidələrdə işlənən: “Vardığın yerdə iyiliyin o oldu: Kanın suca yükürtdi, kemikin tağca yattı” kimi cümlələr dastanlarımızın dilinə nə qədər doğmadır:

“Bir qiyamət savaş oldu, meydan dolu baş oldu” (KDQ), “Qızğın davaydı. Koroğlu əmud vururdu, cida oynadırdı, şeşpər atırdı, hansı yana üz çevirirdi, düşməni qatım-qatım qattayırdı. Başlar kəsirdi, qollar qırırdı, qanı su kimi axıdırdı” (“Koroğlu”).

Abidələrdə qurda inam ilə bağlı ünsürlər KDQ-də “Qurd yüzi mübarəkdir” deyimi ilə sələşir, eləcə də advermə, yas və toy mərasimlərinin uyarlığı diqqəti cəlb edir.

Orxon abidələri tarixi-epik hekayətlər kimi bədii ünsürlərə malikdirsə, KDQ başdan-başa bədii sistem əsasında qurulub, müxtəlif zamanların tarixi-sosioloci əlamətlərini özündə yaşadır. Orxon abidələri öz dövrünün tarixi sənədidir. Bu abidələrin müəllifləri dildə hazırlanmış klişe-formullardan yerli-yerində istifadə etmişdir.

KDQ-ni daha çox tarixi-filoloci aspektdə təhlil edən tədqiqatçı S.Əliyarov “Dədəm Qorqud” kitabında “Anaxaqanlığı tarixinin izləri” məqaləsində aşağıdakı formulları qarşılaşdırmışdır.

KDQ – Qədim türk run yazıları

Qadınım ana, qadın ana – Ögim qatun

Ana haqqı – Tanrı haqqı – Umay teq ögim qatun

Xan baba, qadın ana – qanım qağanığ, ögim qatunuğ

qız kişi, gəlin kişi, xatun kişi, anam kişi qız oğlan – dişi kişilər

qızım-gəlinim – qız oğlan qız-gəlinlərim

qaza bənzər qızım gəlinim bunlu oldu –

silik qız oğlın kün boltı

Misallardan gördüyümüz kimi, Orxon abidələrində də, KDQ-də olduğu kimi, təkrar sistemi dilin bütün səviyyələri üzrə özünü göstərir:

fonetik səviyyədə – alliterasiya

morfoloci səviyyədə – morfemlərin təkrarı

leksik səviyyədə – qoşa sözlər, anafora və epifora

sintaktik səviyyədə – ritmiksintaktik paralelizm.

Bu cür sistemli təkrarın poetik funksiyası haqqında geniş danışmaq olar. Türk xalqlarının qədim ədəbiyyatı üçün, sözün magik qüvvəsinə inamı şərh etmək üçün və nəhayət, qədim türk şerinin mənşəyini öyrənmək üçün təkrarlar sisteminin linqvopoetik funksiyası həlledici rol oynayır. Bütün mətni əhatə edən bu təkrar vahidlər mətnin hissələrini bağlamaqda, emosionallığı, ekspressivliyi qabarıq şkildə ifadə etməkdə mühüm əhəmiyyət kəsb edir.

Türk dillərinin poetik baxımdan yetkin inkişaf səviyyəsini, poetik üslubun zəngin bədii ifadə vasitələrinin sistemini, ritm və intonasiya bütövlüyünü, rəngarəngliyini öyrənməkdə OrxonYenisey abidələri qiymətli mənbədir.

Başqa türkdilli abidələr kimi, KDQ-nin də Orxon-Yenisey abidələri ilə daha geniş ölçüdə müqayisəsi və linqvistik poetika metodları ilə araşdırılması qorqudşünaslığı daha da zənginləşdirəcəkdir.

  • Teqlər:
  • Qədim türk yazılı abidələri

Orxun –Orhun- Yenisey Abidələri – Rəcəbov-Məmmədov -Kiril -1993 – 399s

“Öd tenqri yasar, kisi oğlı kop ölçülü törümis” tərcüməsi : “Taleyi tanrı yazar. Bütün insanlar ölmək üçün yaranmışlar”. Verdiyim stat Kültigin abidəsində yazılmış bir parçadır. Bugün türklərin yazısından və tarixindən danışacağam. Türklər Mərkəzi Asiyadan Şərqi Avropaya qədər torpaqları işğal etmişlər. Elə buna görə də, türk yazılarına Mərkəzi Asiyadan və Şərqi Avropanın ən müxtəlif guşələrində türk dilində yazılmış abidələrə rast gəlinir. Türklərin yazılı abidələrindən biri Şimali Monqolustan ərazisində tapılmışdır. Bu abidə Orxon çayı sahilindədir, abidələrdən ən böyüklərindəndir. Məhz buna görə qədim türk abidələri adətən “Orxon abidələri” adlanır. “Orxon abidələri”ndən başqa Yenisey yazılarıda vardır. Bu yazılar adətən məzar daşları üzərində həkk olunmuşdur. Adətən bu abidələr V əsrəaid edilir və sayı 120-dən çoxdur. Bu yazılar daha çox təsviri xarakter daşıyır, Orxon yazıları qədər inkişaf etmədiyindən az oxunaqlıdır. Türk yazılı abidələri adətən məzar daşları üzərində olur. Amma kağız üzərində də yazılmış bir neçə abidə var. Məsələn, “Falnamə” əsəri. Qədim türk abidələri arasında mühüm yer tutur. Qədim türk abidələrinin tarixi adətən V-X əsrə aid edilir. Lakin türk yazılı abidələrinin xronoloji çevrəsi daha genişdir. 1970-ci ildə İssık-kul gölü ətrafında , 1989-ci ildə Azərbaycandan tapılan yazı nümunələri bunu bir daha sübut edir.

Ümumi məlumat [ redaktə | əsas redaktə ]

Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.

Yenisey abidələrinin siyahısı [ redaktə | əsas redaktə ]

Ümumiyyətlə Yenisey abidələrinə aiddirlər:

Comments are closed, but trackbacks and pingbacks are open.