Press "Enter" to skip to content

Kommersiya fəaliyyətinin əsaslan» dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin

Elmi əsərləri:

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Həbibə Sultanova. “Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.

Kreativ Turizm Mərkəzi

Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.

www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana

“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında

“ İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək ” kreativ-innovativ layihə.

Elektron kitab N 59 (07 – 2018)

Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə I-ci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən, – http://www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın dəstəklədiyi “ İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək ” kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/

“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi:

İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək

Kreativ-innovativ layihəsi çərçivəsində rəsmi Feysbuk səhifəsi burada:

https://www.facebook.com/virtualturizmmerkezi

E-nəşrlər burada:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=178

Həbibə Sultanova


“Azərbaycan Respublikasında turizm və onun inkişafı”

Monoqrafiya

Kitab SİMİB tərəfindən e-nəşrə hazırlanıb

Kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

A Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.

Həbibə Sultanova. Azərbaycan Respublikasında turizm və onun inkişafı. Monoqrafiya. Az TU-nun mətbəəsi. 2015, 475 s.

Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.

“Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar

Öz fəaliyyətini ölkəmizin sürətli iqtisadi-sosial, ictimai-siyasi inkişafı, genişlənməkdə olan vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində daha da gücləndirən, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə təqdim etdiyi məqsədilə internet və sosial şəbəkələrdə məlumatlandırma tədbirlərinin təşkili” adlı layihəsi həyata keçirilməyə başlanılıb.
4 ay müddətində, may-avqust 2018-ci il tarixlərində həyata keçiriləcək kreativ layihə ilə əlaqədar İctimai Nəzarət Koalisiyası İH-nin rəhbəri, eyni zamanda “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, layihənin baş əlaqələniricisi, tanınmış ictimai lider Rasim Məmmədov geniş məlumat vermişdir.
Bütün dünyada baş verən iqtisadi dəyişikliklər, İKT-nin və robot texnikasının, süni intellektin sürətlə inkişafı, klassik iş yerlərinin yeni kreativ fəaliyyət növləriylə əvəzlənməsi, qlobal iqtisadi böhran, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidentinin qəbul etdiyi proqramlar, eləcə də milli turizmin inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı siyasəti dəstəkləmək layihənin əsas məqsədlərindəndir. Milli turizim sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-kreativ resursların hazırlanması, İnternetdə – sosial şəbəklələrdə dəstəklənməsini, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq əcnəbi turistlərin öıkəmizə axınına təkan verməyi qarşısına məqsəd qoyan innovativ layihə yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasını təbliğinə yönəlib. Təşkil olunacaq pilot tədbirlər vasitəsilə turizmin az inkişaf etmiş kənd, ekoloji, mədəni, dağ, etnik, hətta daha yeni forması olan multikultural növlərinə daha innovativ-kreativ yanaşmanın vacibliyini bu sahənin müxtəlif peşə sahiblərinə öyrətməklə mədəni turizm sahəsində intellektual-kreativ materialların yeni – fərqli virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur, bölgələrdə onların tanıdılması, İnternet və sosial şəbəkələrdə məxsüsi olaraq PR-ı aparılması nəzərə alınıb. Layihə çərçivəsində turizmin elmi-kreativ tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.
Post-neft erasının daxil olduğumuz zaman İKT sürətlə həyatımızın, iqtisadiyyatımızın müxtəlif sahələrinə nüfuz etməyə başladı. Yeni geoiqtisadi tələblərdən çıxış edərək respublikamızda qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət ayrılıb. Elə istiqamətlərdən biri də gəlirli sahələrdən sayılan turizmin və onun müxtəlif qollardır. Ölkəmizdə turizm sənayesi inkişafı son illərdə sürətlənsə də, onun ayrı-ayrı sahələri hələ də yetərincə inkişaf etməyib. Respublikamızda turizmin çox və nisbətən az inkişaf etdiyi istiqamətləri və bölgələrinin təcrübə mübadiləsini təşkil etmək lazımdır ki, ölkəmizin hər yerində turizm iqtisadiyyatımızın əsas gəlir mənbəyinə çevrilsin. Ancaq bizdə turizmin iqtisadi, maliyyə, sosial, bazar, marketinq, qida və ərzaq təminatı, mədəni yanaşma, hüquqi tərəflərlə bağlı çoxsaylı problemlər var ki, onlar həll olunmasa, qonşu ölkələrə rəğmən bizdə bu gəlirli sahə ləng inkişaf edəcək. Bizdə hələ də turizmə əyləngə sahəsinin bir forması – ekskursiya və səyahət hadisəsi kimi fərdi-maliyyə hadisəsi kimi yanaşma, düşüncə mövcuddur.
Kreativ biznesin ən çox inkişaf etmiş sahəsi olan beynəlxalq turizmin mədəni və etnoqrafiq istiqaməti hələ də yetərincə tədqiq olunmayıb, turizmlə bağlı lazımi vəsaitlərin hazırlanmaması, milli turizmin İnternetdə, xüsusən də virtual aləmdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyytların elektron variantların olmaması müəyyən mənada iqtisadiyyatın bu yüksək gəlili növünün inkişafında problemlər yaradır.
Turizm ölkənin bir saylı vizit sahəsi sayılır, xaricilər milli mədəniyyəti, xalqın həyatını məhz fərdi və qrup halında səyahət etməklə tanıyırlar. Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Turizm və mədəni turizmə həsr olunmuş praktik çap və vizual vəsaitlərin sosial şəbəkələr, İnternet resurslarında yerləşdirməklə bu sahədəki nisbi boşluğu qismən doldurmaq lazımdır. Eyniliklə, Azərbaycan haqqında müxtəlif dillərdə yaradılan audio-vizual, reklam xarakterli video materialları, tanıtım məhsularını sosial şəbəkələr, videopaylaşım platformaları, kompyüter və smartfonlar üçün ayrıca proqram əlavələri, tətbiqlər yaratmaqla bu istiqamətdəki boşluqları doldurmaq mümkündür.
Xarici və daxili turizm industuriyasında çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması, müxtəlif dillərdə İnternet resursları və e-nəşrlərin azlığıyla rastlaşırlar. İnternetdə, elektron kitabxana və sosial şəbəkələrdə kreativ turizm və milli-mənəvi mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən, tanınmış imza sahibləri – yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloqerlərinişıq üzü görmüş kitablarının elektron variantları məhdud saydadır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda azsaylı bu qəbil intellektual-kulturoloji, kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kultruroloji-kreativ texnologiya – insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.
Respublikamızda keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyasların mövcud olduğu qlobal turistik məərkəz kimi tanıdılması ilə bağlı ciddi resurslara, eləcə də dəyərli e-kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Turizm sahəsinə aid dəyərli elektron nəşrlərin şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə ictimaiyyətə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış peşəkarların, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.
Layihə turizm sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı, kreativ biznes və mədəniyyət sahələrdə yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.

Həbibə Sultanova

Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir.

Elmi-əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent. 1985-ci ildən baş müəllim. 1988-ci ildən dosent vəzifələrində çalışmışdır. 1996-cı ildən həmin kafedranın müdiridir. Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodiki Şuranın, Coğrafiya fakultəsinin Elmi Şurasının, Tədris-metodik Şurasının üzvüdür. Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü və Coğrafiya Cəmiyyətinin BDU filialının sədridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. «Qızıl Qələm» mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Elmi əsərləri:

1. Курортно-туристические ресур-сы Азербайджанской Республики и перспективы развития курортной системы География и туризм. Сб.науч.

Трудов. Выпуск 1.Пермь, 2005

2.Müasir ekoturizmin inkişaf potensialı. BDU, Xəbərlər, №1, 2003

3.Пroblems of rekreational development and forminq resort-tourist somplexon the coast of the Caspian sea. Caspian Жournal of natural resources.№1, Сeason year, 2003.

4.Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Azərbaycanda müasir coğrafi tədqiqatlar. Bakı, 2007

5.Azərbaycan respublikasının turizm sahəsində beynəlxalq əməkdaşlığının müasir vəziyyəti, Bakı Universitetinin Xəbərləri. Bakı, 2008 №1.

6.Turizm-rekreasiya sistemləri və ətraf mühit.Azərb.Coğr.Cəm. AMEA akad. H.Ə.Əliyev ad.Coğr.İnstitutu Təbii-təsərrüf.sistem. ekoloji təhlük. Təmin.coğr.prob. Azərb.Coğr. Cəm. əsərləri XIV cild. Bakı.2009.

7.Su ehtiyatlarından istifadədə İİR-ın təcrübəsi. 2-ci Xəzər Beynəlxalq su texnologiyaları konfransının materialları. Azərbaycan, Bakı, 11 aprel 2014.

Kitabları:

  • İran və Əfqanıstanın coğrafiyası. Dərslik.Bakı. Azərbaycan Universiteti nəşriyyatı,1989,204 s.
  • Ərəb ölkələrinin coğrafiyası. Dərslik. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1992,348.s
  • Beynəlxalq turizmin coğrafiyası, Dərs vəsaiti. Bakı: R.N.Novruz-94, 2002, 547 s.
  • Mehmanxana təsərrüfatı. Dərs vəsaiti, Baki: “Parni iz Baku”, 2005, 216 s.
  • Turizmin əsasları. Dərs vəsaiti, “Mütırcim”, 2007, 316 s.
  • Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası. Dərslik,
  • Экономическая и социальная география славянских стран Учебное пособие
  • Bakı Slavyan Universiteti «Kitab Aləmi» Nəşriyyat Poliqrafiya Mərkəzi, 2010
  • Dünyanın iqtisadi və sosial coğrafiyası. Dərslik. Bakı “Sabah”, 2011, 584 s.
  • Otelçilik fəaliyyətinin əsasları. Monoqrafiya. Bakı: Az-TU-nun mətbəəsi, 2013, 410 s
  • Azərbaycan Respublikasında turizm və onun inkişafı. Monoqrafiya. Az TU-nun mətbəəsi. 2015, 475 s.

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

«Kommersiya fəaliyyətinin əsaslan» dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin

«Kommersiya fəaliyyətinin əsaslan» dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin

rəhbərliyi və redaktəsi ilə «Ticarət» kafedrasının müəllimləri tərəfindən yerinə yetirilmişdir.

  1. fəsillər, lüğət
  2. i.e.n., b/m. P.T.Xudiyeva – II fəsil
  3. i.e.n., dos. G.Ə.Əzizova – V fəsil
  4. i.e.n., dos. l.H.Vəliyeva – VI fəsil
  5. i.e.n., dos. H.H.Abbasov – VII fəsil
  6. i.e.n., dos. V.T.Səfərova – VIII fəsil
  7. i.e.n.,b/m. Ş.Ə.Əsgərov – IX fəsil
  8. i.e.n., dos. M.T.Səmədova – X fəsil
  9. b/m. Z.H.Abdullayeva – XI fəsil
  10. b/m. N.R.Əfəndiyeva – XII fəsil
  11. b/m. S.Y.Hüseynova – XIII fəsil
  12. i.e.n., dos. M.Q.Əkbərov – XIV fəsil
  13. i.e.n. A.Ş.Hüseynov – XVI fəsil

© Müəllif kollektivi – 2010 ©

İqtisad Universiteti – 2010

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI

MÜNDƏRİCAT

Giriş . 7

  1. fəsil. Kommersiyamn nəzəri-metodoloji əsaslan . 11

§1.2. Kommersiya fəaliyyətinin məzmunu, məqsədi və

§1.3. Kommersiyamn funksiyaları və onun təsnifatı . 29

§1.4. İstehsal vasitələri dairəsində bazarın infrastrukturu. 39

§1.5. Kommersiya fəahyyətinin informasiya təminatı . 43

§1.6. Kommersiya sirri və onun qorunması . 47

  1. fəsil. Kommersiya əlaqələrinin inkişafı . 58 §2.1. Kommersiya əlaqələrinin mahiyyəti və onların

§2.2. Kommersiya xidmətlərinin konsepsiyası, təsnifat

§2.3. Topdansatış ticarətin təşkili üzrə kommersiya

§2.4. Pərakəndə ticarətin təşkili üzrə kommersiya

  1. fəsil. Kommersiya fəaliyyətinin etika və

§3.2. Kommersantm psixoloji portreti . 99

§3.3. Kommersiya firmasımn mədəniyyəti . 104

§3.4. İşgüzar təmasların mədəniyyət və etikası . 112

  1. fəsil. İşgüzar daraşıqların təşkili . 119

§4.2. Kommersiya danışıqlarına hazırlıq. 121

  1. fəsil. Mal çeşidinin formalaşdınlmasmın

§ 5.2. Tələbat və tələb . 137

§5.3. Mallar və xidmətlər bazarı. 141

§5.4. Mal tələbinin və təklifinin tədqiq olunması . 149

§5.5. Qiymət və mənfəət . 154

§5.6. Kommersiyanın strategiyası . 157

  1. fəsil. Kommersiya fəaliyyəti sferası . 163

§6.2. Alış-müqavilə fəaliyyətinin təşkil olunması . 166

§6.3. Sifariş olunan partiyanın optimal ölçüsü . 169

§6.4. Malın keyfiyyəti . 170

  1. fəsil. Kommersiya riski . 178

§7.2. Kommersiya riskinin yaranma səbəbləri, növləri, onlann

  1. fəsil. Kommersiya fəaliyyətində reklam . 204 §8.1. Kommersiya fəaliyyətində reklam, onun hüquqi

§8.3. Reklam müraciəti . 210

§8.4. Reklam psixologiyası . 212

§8.5. Alıcıların davramşmın istehlakçı motivləşdirilməsinin

§8.6. Reklam fəaliyyətinin effektivliyinin müəyyən olunması. 226

IX fəsil. Cəmiyyətlə əlaqələr (pablik rileyşnz) və onun kommersiya fəaliyyətində rolu . 228

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI

§9.1. Pablik rileyşnz-bazar və ictimai kommunikasiya əlaqələri

haqqında elm kimi . 228 §9.2. Pablik rileyşnzin məqsəd və məzmunu . 233

§9.3. Pablik rileyşnz siseminin kommersiya fəaliyyəti

konsepsiyası . 234 §9.4. Pablik rileyşnzin əsas obyektləri . 239

§9.5. Pablik rileyşnzin vasitələri . 240

§9.6. Pablik rileyşnzdə istifadə olunan bir sıra metodlar . 242

§9.7. Firmanın pablikitisi və imicinin formalaşdırılması . 244

X fəsil. Beynəlxalq kommersiya . 247 §10.1. Beynəlxalq kommersiya fəaliyyətinin zəruriliyi və

§10.2. Beynəlxalq kommersiya üçün fəaliyyət sahəsinin

§10.3. Beynəlxalq kommersiya fəaliyyətinin formaları . 250 §10.4. Beynəlxalq bazarda fəaliyyət göstərən kommersiya

strukturlarının növləri . 256

§10.5.Beynəlxalq kommersiya vasitəçi-ticarət əməliyyatları,

təsnifat əlamətləri . 264

§10.6.İxracat-idxalat və kontrakt qiymətlərinin formalaşmasının

mexanizmi . 276 §10.7. Gömrük əməliyyatları. 290

XI fəsil. Birja, yarmarka-sərgi, hərrac (auksion) və onların spesifik xüsusiyyətləri . 294 §11.1. Birjamn növləri. 294

§11.2. Birja işinin strukturu və onun təşkili . 297

§11.3. Birja əməliyyatlarının növ və texnikaları . 298

§11.4. Real əmtəə ilə müqavilələr . 300

§11.5. Müddəth əməliyyatlar və ya fyuçers müqavilələri . 300

§11.6. Əmtəələrin sığortalanması (hecləşmə) . 303

§ 11.7. Yarmarka ticarəti . 306

§11.8. Satış sərgilər . 309

§11.9. Hərrac (auksion) ticarəti . 310

  1. fəsil. Lizinq – kommersiyamn forması kimi . 313 § 12.1. Lizinq anlayışı və əsas formaları . 313 §12.2. Lizinq müqaviləsi . 329 §12.3. Lizinq ödənişinin hesablanması mexanizmi.
  1. fəsil. Kommersiya müqavilə öhdəlikləri . 337

§13.2. Kommersiya konsessiyası (françayzinq) . 333 §13.3. Komissiya . 34Q

  1. fəsil. Kommersiya müəssisələrimn fəaliyyətinin

planlaşdırıhnasmm əsas alətidir . 355 §14.3. Biznes-plan . 357

§14.4. Biznes-əməliyyatları və bazar risklərinin nəzərə

alınması ilə onun resurslarla təminatı . 364 § 14.5. Bazar təsərrüfatının dövlət tənzimlənməsi sistemi . 374 § 14.6. Kommersiya fəaliyyətinin maliyyələşdirilməsi . 381

  1. fəsil. Kommersiya fəaliyyətinin idarə edilməsi konsepsiyası. 389

§15.2. Kommersiya fəaliyyətinin idarə edilməsi konsepsiyası. 392

§15.3. İdarəetmənin xüsusiyyətləri . 394 §15.4. Kommersiya fəaliyyətinin idarə edilməsinin tərkibi

və strukturu . 394

§15.5. Ticarət müəssisələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə dəyişikliklərin idarə edilməsi . 412

§15.6. Kommersiyanın idarə edilməsinin effektivliyinin

  1. fəsil. Marketinq fəaliyyətinin strateji idarə edilməsi

§16.1. Marketinq kommersiya fəaliyyətinin metodoloji

əsasları kimi . 422

§16.2. Marketinq tədqiqatları strategiyasının əsas

istiqamətləri . 426 §16.3. Marketinq tədqiqatlarının metodoloji əsasları . 441 §16.4. Marketinq tədqiqatlarımn qayda və prosedurları . 445 §16.5. Əmtəə bazarının kompleks öyrənilməsi və təhlili . 448 istifadə olunmuş ədəbiyyat siyahısı . 455

Kommersiya üzrə lüğət və terminlər . 460

GİRİŞ

Müasir şəraitdə kommersiya fəaliyyəti iqtisadi fəaliyyətin sadəcə növ müxtəlifliyi olaraq qahmr, o, həmçinin, bazar subyektləri

nin mövcud olmasının və əmtəə-pul münasibətlərinin təkraristehsal prosesinin ayrılmaz tərkib hissəsinə çevrilir.

Bazar münasibətlərinin genişlənməsi ilə kommersiya fəaliyyəti də genişlənir və bu fəaliyyət sferasına cəmiyyətin getdikcə daha çox üzvü daxil olur. Kommersiya fəaliyyətinin müvəffəqiyyətliliyi kom- mersantm istehsalçıdan tədarük etdiyi əmtəələr üçün istehlakçıların tapılması bacarığından, onun fəaliyyətinin uğuru isə – həm onlarla, həm də başqaları ilə daimi və etibarlı əlaqələrin qaydaya salınması qabiliyyətindən də asılıdır.

Genişlənən kütləvi istehsal və bazar iqtisadiyyatının hakimiyyəti şəraitində, hər şeydən əvvəl, ticarətlə təmsil olunan iqtisadi bölüşdürmə subsistemi özünə getdikcə daha çox təşəbbüskar insanları cəlb edərək, böyük əhəmiyyət kəsb etməyə başlayır. Həqiqətdə isə, ticarət elə əvvəllər də kapitalın ən sürətli tədavülünü və ən yüksək mənfəət normasını təmin edirdi, kütləvi istehsal şəraitində isə bu üstünlük bir neçə dəfə artmışdır. Buradan aydındır ki, kommersiya fəaliyyəti, əsas etibarilə ticarət sferasının müstəsna hüququdur.

Ancaq qloballaşma şəraitində kommersiya fəaliyyəti beynəlxalq mübadilənin rolunun artması, o cümlədən, elmi-texniki tədqiqatların nəticələri ilə əlaqədar yeni inkişaf pilləsinə yüksəlir. Həqiqətən də, həm bazar subyektlərinin, həm də, sadəcə olaraq insan fərdlərinin iqtisadi bazisinin və ünsiyyət vasitələrinin təkmilləşdirilməsi onların beynəlxalq qarşıhqh münasibətlərinin güclənməsinə təsir göstərir. Buna görə də, qloballaşma müxtəlif ölkələrin iqtisadiyyatının qarşılqh asıhhq səviyyəsinin misilsiz artınhnasını, bütün planet miqyasında əmtəələrin, xidmətlərin, kapitalların və informasiyaların mübadiləsinin keyfiyyətcə sürətlənməsini, xarici iqtisadi əlaqələrin ticarət və kommersiya formalarının hərtərəfli genişlənməsini nəzərdə tutur. Bir sözlə, kommersiya fəaliyyəti təkcə ticarət sferasını deyil, həm də digər bazar subyektlərini də əhatə edən beynəlxalq fəaliyyətə çevrilir.

Bir çox mənbələrdə kommersiya sözünün hərfi mənasına görə (latın sözündən kommersium ticarət deməkdir) ticarətin elementlərindən biri kimi, ticarət təşkilatı üçün hər hansı bir alqı-satqı qaydası kimi nəzərdən keçirihr.

Bu cür izahat bizə o qədər də düzgün görünmür. Artıq indi məlumdur ki, ayrı-ayrı terminlərin hərfi mənasına əsasən biznes təkcə «iş», menecment «idarəetmə», marketinq isə «bazar»da fəaliyyət kimi başa düşülə bihnəz. Həqiqətdə isə biznes, menecment və marketinq – bizim tərəfimizdən «bazar mexanizmi» kimi adlandırılan möhtəşəm və həddin

dən artıq mürəkkəb bir konstruksiyanın müxtəlif tərəfləridir. Bu tərəflərdən hər biri iqtisadi bazar proseslərini müəyyən nöqteyi-nəzərdən keçirməyə, onların çox da sadə olmayan məzmununu müxtəlif tərəflərdən aydınlaşdırmağa imkan verir.

Biznes, sahibkarlıq – əhalinin mallara və xidmətlərə olan tələba- tımn ödənilməsinə və bu zaman mənfəətin əldə olunmasına yönəldilmiş müəssisənin təsərrüfat fəaliyyətini nəzərdə tutur; menecment bu məqsədyönlü fəahyyətin təşkil olunması, onun nizamlanması və təkmilləşdirilməsi ilə məşğuldur; marketinq istehlak tələbini idarə edir.

Bazar mexanizminin bir sıra digər əhəmiyyətli və maraqlı, daha dərindən öyrənilmə tələb edən tərəfləri də mövcuddur. Onların arasında daha vacibi kommersiyadır.

Əgər «biznes», «menecment», «marketinq» sözlərini biz bu yaxınlarda işlətməyə başlamışıqsa, özünün əcnəbi mənşəyinə baxmayaraq «kommersiya» sözü çoxdan istifadə olunur. Çox əvvəllər kom- mersant, kommersiya bankları, kommersiya direktoru, kommersiya məktəbləri mövcud olmuşdur.

Kommersiya çox uzaq vaxtdan başlamışdır. Onun mənbələrini ölkə iqtisadiyyatımn tarixində axtarmaq lazımdır.

Rus hüquqşünası, alim və müəllimi S.Desnatski iqtisadiyyatı «böyük qarşılıqlı kommersiya» adlandımuşdır. Rusiya kommersiya kollegiyasının katibi M.Çulkov «Rus kommersiyasının tarixi təsviri» adlı çoxcildli (7 cild) əsərində qeyd etmişdir ki, kommersiya deyəndə təkcə ticarətin deyil, «sənayenin, ticarətin, nəqliyyat və rabitənin, maliyyə və bank işinin bütün fəaliyyəti və inkişafı» başa düşülməlidir.

Hazırkı şəraitdə bazar iqtisadiyyatı tamamilə yenidən, özü də Qərb nümunəsi üzrə yaradılarkən və onun biznes, menecment, marketinq kimi atributlarım əsas tutarkən, təəssüflər olsun ki, özünün yüksək potensialına malik olan kommersiyaya lazımi əhəmiyyət verilmir.

İndi bəzən kommersiyanı marketinq ilə eyniləşdirirlər. Doğrudan da, kommersiya da marketinq kimi mənfəətin əldə olunmasına yönəldilib. Lakin mənfəətin əldə olunması bütöv sahibkarlıq fəaliyyətinin, biznesin son məqsədidir. Bu məqsədə çatmaqda həm kommersiyaya, həm də marketinqə bir-birindən fərqli olan rollar verilmişdir.

Marketinq, bu elmin dahilərindən olan Filip Kotlerin dəqiq ifadəsilə

«tələbin idarə olunması» deməkdir. Kommersiya isə, sahibkarlığın (onun istənilən formalarında) digər vacib vasitələrinin idarə olunması deməkdir. Deməli burada məsələ təkcə alqı-satqı prosesinin təşkilinə və texnologiyasına yönəldilmir. Bununla ticarət məşğul olur. Kommersiyanın fəaliyyət dairəsi daha genişdir. Burada ön plana – biznesin hesablaşma, təsərrüfat-maliyyə tərəfi, onun hüquqi əsası.

qiymət siyasəti, kommersiya xarakterli müqavilə öhdəlikləri (icarə, lizinq, konsessiya, komissiya, faktorinq), daxili və beynəlxalq kontraktlarla iş, kommersiya risklərinin qiymətləndirilməsi və reallaşdırılması kimi məsələlər çıxır.

Qısaca desək: hardakı, sahibkarlıqda qanuni yüksək mənfəəti təmin edən pul və yaxud digər hesablaşmalar lazım olan yerlər var, kommersiyanın da yeri oradır. Əgər marketinq lakonik, yığcam olaraq «tələbin idarə olunması» kimi adlandırıhbsa, kommersiyanı çəkinmədən mənfəətin idarə olunması kimi adlandırmaq olar.

Təqdim olunan kitab – kommersiya fəaliyyəti üzrə dərslik yuxarıda qeyd olunan prinsiplər əsasında qurulmuşdur.

Dərslik iqtisad ali məktəblər üçün kommersiya fəaliyyəti üzrə standart ali məktəb proqramına tamamilə uyğun gəlir, bir sıra mövqelərə görə isə bu proqram çərçivəsindən kənara çıxır.

Bazar iqtisadiyyatına keçid, çoxlu sayda müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin meydana çıxması, əhalinin əhəmiyyətli hissəsinin ticarət fəaliyyətinə cəlb olunması, müasir avadanlıqların və mütərəqqi texnologiyaların geniş tətbiqinin zəmriliyi – kommersiya fəaliyyətinin və ticarət müəssisələrində texnoloji proseslərin təşkilinə yeni yanaşmaları, şəxsi təşəbbüskarlığı və sahibkarlığın geniş inkişafına olan tələbatı şərtləndirir. Bütün bunlar, peşəkarlıq fəaliyyəti əmtəə tədavülü ilə bağlı olan mütəxəssislərin hazırlanmasına yeni yanaşmaların olmasını tələb edir.

Bununla əlaqədar olaraq, ali təhsil sahəsində yeni ixtisaslar meydana çıxmışdir ki, bunlar üzrə iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlığı həyata keçirilir.

Kommersiya fəaliyyətinin yeni bazar şəraitləri kommersantm yeni universal tipinin: təşəbbüskar, müstəqil, geniş profilli, yeni iqtisadi şəraitdə öz fəaliyyətini uğurla həyata keçirə bilmək bacarığına malik olan işçinin hazırlanmasını tələb edir.

Hazırkı şəraitdə kommersiya ilə məşğul olan işçilər tərəf-müqabillərlə işgüzar danışıqları aparmaq qabiliyyətinə malik olmalı, mallar və xidmətlər, alıcılar ilə satıcılar arasında təsərrüfat əlaqələrinin nizamlanması metodlarını və üsullarını, reklam işinin əsaslarını, marketinqi, menecmenti və bir çox digər xüsusi fənləri yaxşı bilməlidirlər.

Əvvəllər kommersiya dərindən öyrənilmə və tədqiqat obyekti kimi qəbul olunmurdu; indiki zamanda ticarət biznesinin bu cür şərhi primitiv və mənasız bir şey sayılır.

Kommersiya fəaliyyətində olan biliklərin dairəsi o qədər də dar deyildir; bəzi hallarda digər ixtisaslarda olduğundan da genişdir: kommersiya üzrə biliklər, demək olar ki, tükənməzdir.

Kommersiya işçisinin müasir dövrdə fəaliyyət diapazonu çox genişdir – bu, müxtəlif mülkiyyət formasına malik olan müəssisələrin, pərakəndə və topdansatış müəssisələrin, firmaların, səhmdar cəmiyyətlərinin, birgə ticarət müəssisələrinin, idxalat-ixracat təşkilatlarının, istehlak kooperasiyasının müəssisə və təşkilatlarının və digərlərin kommersiya, satış və marketinq bölmələrində və xidmətlərində həyata keçirilən işdən ibarətdir.

Bazar iqtisadiyyatında kommersiya işçisi ticarət biznesinin mərkəzi simasına çevrilir: bu işçinin gördüyü işin nəticələrindən müəssisə və yaxud firmanın bütövlükdə işinin səmərəliliyi çox asılı olur.

Bununla bağlı olaraq kommersiya nəzəriyyəsi üzrə dərin biliklərə yiyələnmiş, həmçinin bu fəaliyyətin həyata keçirilməsində praktiki bacarıq və vərdişlərə malik olan kommersiya işçisinin – mütəxəssisinin peşəkarlıqla hazırlanmasının əhəmiyyəti kəskin olaraq artmışdır.

Hazırkı dərslik ticarət biznesində uğurlu fəaliyyəti həyata keçirmək üçün kommersiya sahəsində işləyən hər bir mütəxəssisi minimal biliklə silahlandırmaq, daha sonra isə kommersiyanın əsaslarını açıqlamaq məqsədini daşayır.

Dərslik «Kommersiya» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş standarta və tədris planına uyğun hazırlanmışdır.

I FƏSIL. KOMMERSİYANIN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

§ 1.1. Kommersiya anlayışı və mahiyyəti

Bazar iqtisadiyyatına obyektiv surətdə mənsub olan və onun funksiyalaşmasının elementləri kimi biznes, sahibkarlıq anlayışları insanların inkişafının bütün mərhələlərində mövcud ohnuş və müxtəlif sosial-iqtisadi sistemin funksiyalarına daxil olmuşdur.

İnsan cəmiyyətinin tarixi göstərir ki, təzadlı da olsa, o, həmişə bizneslə məşğul olmuşdur. Sovet cəmiyyəti dövründə biznesə və biznesmenə həmişə mənfi münasibət bəslənmişdir. Buna səbəb marksist klassiklərin əsərlərindən tutmuş, bəzi yazıçıların əsərində biznes və biznesmen anlayışının mənfi məfhum kimi əks etdirilməsidir. Bəzən biznesə pul yığmaq, varlanmaq, gəlir əldə etmək kimi baxılmışdır. Biznesə ən sadə anlayışı biznes termininin etimologiyasından istifadə edərək vermək olar. Bu baxımdan, biznesi iş adlandırmaq olar. İnsanlar bir-birinə müraciət edərkən soruşurlar ki, işin necədir? Bu söz işgüzarlıq mənşəyinə malikdir. Ancaq biznes sadəcə iş kimi deyil, işin iştirakçıları, insanlar arasında işgüzar əlaqə, münasibət kimi qəbul edilməlidir. İşin iştirakçıları kimi insanlar işgüzar insan və ya biznesmen olur.

İqtisadiyyatda iş bu və ya digər formada məhsul istehsalı və onun istehlak sferasına hərəkəti ilə bağhdır. Ona görə də təsərrüfat fəaliyyətinin hər bir sahəsi işgüzar əlaqələrlə bağlıdır. Biznes özünəməxsus strategiya və taktikaya malikdir. Biznesin strateji məqsədi müxtəhf sövdələşmələrdə yüksək gəlirə və mənfəətə malik olmasıdır. Taktiki məqsəd isə strateji məqsədin həyata keçirilməsi üçün konkret tərəfin seçilməsi və ona uyğun konkret tədbirlərin müəyyən şəraitdə həyata keçirilməsidir. Keçmişdə belə hesab edilirdi ki, bizim iqtisadiyyatda xarici əlaqələri çıxdıqdan sonra biznes ola bilməz və biznesmenlər bir xüsusi sosial qrup kimi, iqtisadi əlaqələrin subyekti kimi fəahyyət göstərə bilməz. Biznesmen cinayətkar element kimi qəbul edilirdi. Bütün bunlarla yanaşı biznes plan-bölgü iqtisadiyyatında geniş yayıhmş bir hal idi. Onunla defısit malların axtarışını həyata keçirən şəxslər məşğul olurdular.

Biznes ilə həmçinin müəssisələrin və onlann iqtisadiyyat şöbələrinin rəhbərləri də məşğul olurdular.

Onlar üçün bu hal özünü tərəf-müqabillərin «yuxarılar» ilə

yazışmasında, cədvəllərin tutulmasında, rəislər üçün arayışların tərti

KOMMERSIYA FƏALIYYƏTININ

bində, planlarda düzəlişlər etmək üçün rəislərlə «ticarətdə», fondların «bişirilməsi»ndə, nəqliyyat vasitələrinin əldə edilməsində, defısit avadanlıqların dəyişilməsində, rüşvətlərin verilməsində və alınmasında, «ikili hesabın» apanhnasmda və s. göstərirdi. Bilirik ki, sovet iqtisadiyyatında normal əmtəə-pul münasibətləri əvəzinə, «planh əmtəə münasibətləri» mövcud idi. Bu cür münasibətlərin zəminində də, işgüzar əlaqələr bu subyektlərin öz şəxsi təşəbbüsləri hesabına deyil, rəhbərlərin və planlaşdırıcı-bölüşdürücü «sövdələşmə obyektləri»nin iradəsinə uyğun qurulurdu. Amerika alimləri Rozenblat, Bonninq- ton, Nidilson «Biznes konsepsiyası» dərsliyində biznes nədir? sualına verilən cavablarda biznes işin aparılması sistemidir; biznes-əhahyə lazım olan məhsulun yaradılmasıdır, biznes-işdir. Biznes sosial-iqtisadi sistemin əsas magistral yoludur və s. kimi şərh etmişlər.

  1. Məhsulun istehsalı;
  2. Kommersiya (ticarət); 3. Kommersiya vasitəçiləri.

Müasir bazar iqtisadiyyatında kommersiya və kommersiya vasitəçiliyi iqtisadiyyatın ayrılmaz bir ünsürü kimi çıxış edir. Alverçilik isə, kommersiya fəaliyyətinin bir növüdür, amma burada istehlakçı seçim hüququndan məhrumdur və yüksək qiymətlərlə təkhf olunan malları (və ya xidmətləri) almaq məcburiyyətində qahr. Elə bu cür hallar bazar iqtisadiyyatı ölkələrində qeyri-qanuni sayılır. Lakin göstərmək lazımdır ki, biznesə təkcə ticarət və vasitəçilik kimi baxmaq düzgün olmazdı. O, ilk növbədə hər bir ölkənin iqtisadi həyatının əsasını təşkil edən istehsaldan ibarətdir. Biznesin əsas subyektlərindən biri də istehlakçılardır. İstehlakçılar passiv tərəf olmayıb sahibkarlarla bağlanılan sazişlər və işgüzar əlaqələrin eyni hüquqlu iştirakçılarıdır. İstehlakçıların işgüzar marağı bilavasitə istehlakçılarla kommersiya vasitəsilə yaradılan əlaqələridir. Əgər sahibkarlıq çox gəlir əldə etməyin əsas məqsədidirsə, istehlakçımn məqsədi daha ucuz və keyfiyyətli mal əldə etməkdir.

Kommersiyaya dair mənbələrin çoxunda bu anlayışa (latın sözü olan «kommersium»-ticarət) ticarətin bir elementi kimi, ticarətdə alqı-satqı qaydası kimi baxılır. Əlbəttə, kommersiya anlayışına bu cür yanaşma düzgün olmayıb, həm də çox dar məna kəsb edir. Bu gün məlumdur ki, biznesin təkcə «iş» kimi, menecment (marketinq) kimi, marketinqin təkcə «bazarla» bağlı kimi hesab edilməsi də düzgün olmazdı. Həqiqətdə biznes, menecment, marketinq, bazar mexanizminin böyük, fövqəladə mürəkkəb bir konstruksiyanın müxtəlif tərəfləridir. Bu tərəflərdən hər birisi iqtisadi bazar prosesinə müxtəlif bucaq altında baxmağa və hər tərəfin çox asan olmayan məzmununu işıqlandırmağa imkan verir.

Biznes, sahibkarlıq müəssisənin təsərrüfat fəaliyyətini təcəssüm etdirməklə yanaşı, insanların mala, xidmətə olan tələblərini ödəməyə və gəlir əldə etməyə yönəldilir. Menecment məqsədyönlü fəaliyyətlə bağlı mexanizmin yaradılmasına yönəldilməklə yanaşı, onu nizamlayır və təkmilləşdirir. Marketinq istehlak tələbini idarə edir.

Bazar mexanizminin çox maraqlı və əhəmiyyətli tərəfləri mövcuddur və onların öyrənilməsi günün mühüm məsələlərindəndir. Bunların içərisində ən mühümlərindən biri də kommersiyadır. Həqiqətən kommersiya nədir? Müasir iqtisadi həyatda onun yeri və rolu nədən ibarətdir. Əgər «biznes», «menecment», «marketinq» sözlərini təzəliklə eşidib və işlədiriksə, «kommersiya» anlayışımn kökü xarici olsa da, dilimizdə çoxdan işlədilməyə başlanılmışdır. Çox uzun illərdən bəri kommersant, kommersiya bankı, kommersiya direktoru, kommersiya məktəbi, kommersiya konsepsiyası, kommersiya hesabı, kommersiya və qeyri-kommersiya müəssisəsi və digər anlayışlar eşidir

Comments are closed, but trackbacks and pingbacks are open.