Tez-tez verilən suallar
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Tez-tez verilən suallar
Online plastik kart sifariş etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/mastercard-standard#order_section
Plastik kartların illik xidmət haqqısı nə qədərdir?
Plastik kartların illik xidmət haqqısı kartın növündən və müddətindən asılı olaraq 10 AZN-dən başlayır.
Hansı növ Plastik kartlar sifariş edə bilərəm?
Bankımızda aşağıdakı Plastik kartlar var:
1) Visa Electron
2) Maestro
3) Visa Classic
4) MasterCard Standard
5) Visa Gold –
6) MasterCard Gold
7) Visa Platinum –
8) MasterCard Platinum
9) Visa İnfinite –
10) Visa Business –
11) MasterCard Business
Plastik kart sifariş etmək üçün link-ə daxil olub kart növünü seçməyiniz kifayətdir: https://afb.cbotbox.org/maestro#order_section
Plastik kart necə əldə edə bilərəm?
Plastik kart əldə etmək üçün online kart sifarişi bölməmizə (https://afb.cbotbox.org/maestro#order_section),
1545 Zəng Mərkəzimizə və Bankımızın filiallarına müraciət edə bilərsiniz.
Rekvizitləri (kart hesabı) necə əldə etmək olar?
Əgər Bankımıza aid kartınız varsa, müvafiq filiala müraciət edərək rekvizitləri əldə edə bilərsiniz.
Ölkə xaricinə card-to-card xidməti icra etmək mümkündürmü?
Bankımıza aid mobil tətbiqvə ATM-lərdə card-to-card xidməti icra etmək yalnız Azericard Prosessinq mərkəzinə bağlı kartlarda mümkündür.
3D Secure parolun necə əldə etmək olar?
Siz iki üsuldan istifadə edərək xidmətə qoşula bilərsiniz: Bankımıza aid ATM-də birdəfəlik şifrələri və ya SMS vasitəsi ilə birdəfəlik parol əldə etmək (yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün). “SMS Xəbərdarlıq” xidmətinə qoşulanlar üçün 3D Secure avtomatik qoşulur.
Kartı blokdan çıxartmaq üçün nə etməliyəm?
Kartı blokdan çıxartmaq üçün Bankımızın Filialına müraciət edə bilərsiniz. Həmçinin, Bankımızın Zəng Mərkəzinə (1545) ilə əlaqə saxlaya bilərsiniz.
Kart itirilibsə nə etməliyəm?
Əgər kartınızı itirmisinizsə Bankımızın Mobil tətbiqində kartı deaktiv edə bilərsiniz və ya Zəng Mərkəzimizə (1545) əlaqə saxlaya bilərsiniz. Həmçinin Azericard Prosessinq Mərkəzinin Zəng Mərkəzinə (194) ilə əlaqə saxlayıb kartı deaktiv etməlisiniz.
Tez-tez verilən suallar
“Mənim üçün Sifariş Et” xidməti. “Sifariş et” xidməti nədir? Bu xidmətdən istifadə etdiyiniz zaman Türkiyə sifarişlərinizi biz həyata keçiririk. Türkiyə saytlarından bəyəndiyiniz məhsulun linkini bizimlə bölüşməyiniz kifayətdir. Xidmət tamamilə ödənişsiz və əlavə komissiyasızdır.
Sifarişim neçə gün ərzində çatdırılır?
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 3-7 iş günü ərzində Azərbaycana çatdırılır.
Məhsulu “satıcı firma iptal edir” nə deməkdir?
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Azex Karqo şirkəti tərəfindən edilibsə və onlayn mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən onlayn mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Azex Karqo şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Sifarişi geri qaytarmaq olar?
Azex Karqo şirkəti satıcı firmanın göndərdiyi məhsulun orjinallığına və keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Məhsulun qaytarılması və ya dəyişdirilməsi üçün siz birbaşa satıcı firmaya müraciət etməlisiniz.
Azərbaycan bank kartlarını qəbul etməyən saytlardan necə sifarış edə bilərəm?
Əgər siz məhsulları xarici saytdan sifariş edə bilmirsinizsə, biz sizə kömək edəcəyik. Məhsulun linkini bizə yollayıb ödənişi şirkətimizə onlayn kart vasitəsilə edin. Daha sonra biz məhsulu sizin üçün əldə edəcəyik.
Həcm çəkisi nədir və necə hesablanır?
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər: Fiziki çəki; Həcm çəkisi. Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir. Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır: (En(sm) x Uzunluq(sm) x Hündürlük(sm))/6000 = Həcm çəkisi (kg)
Bəyannamənin doldurulma qaydası
Azex.az saytında bəyannamə növbəti şəkildə doldurulur: İnvoysu sifariş etdiyiniz saytda “sifarişlər” bölməsindən və ya mailinizdan(order confirmation) əldə edə bilərsiniz. İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır. “Bəyan et” bölməsindən bəyannamə satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
«Tracking» Nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Daşınması qadağan olan məhsullar
- Dezodorantlar.
- Mobil telefonlar.
- Müxtəlif növ batareyalar, powerbank-lar.
- Qida məhsulları.
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
- Canlı heyvanlar.
- Bitki və toxumlar.
- Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
- Pul əskinasları, sikkələr.
- Akkumulyatorlar.
- Batareyalar.
- Mühərriklər.
- Hover Board skuterlər.
- Maşın yağları və maşın yağının olduğu bütün mallar.
- Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
- Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
- Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
Comments are closed, but trackbacks and pingbacks are open.