Alimlərdən yeni açıqlama: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar
12. Orqanizmdə maye çatışmadıqda da qan təzyiqi qalxır. Buna görə də gün ərzində lazım olan miqdarda maye qəbul etmək lazımdır.
Qan təzyiqini aşağı salmağın 12 EFFEKTİV ÜSULU
Yüksək qan təzyiqinin insan həyatı üçün təhlükəli olduğunu hər kəs bilir. Ürəyin işinin artması onun əzələlərini zədələyir, işemik insult riskini artırır, böyrəklərin fəaliyyətini pozur. Buna görə də qan təzyiqini mütləq müalicə etmək tələb olunur.
Bəs əl atında dərman vasitəsi olmadıqda nə etmək lazımdır?
BiG.AZ medicina.az-a istinadən sizə qan təzyiqini aşağı salmaq üçün ev şəraitində tətbiq edilə bilən üsulları təqdim edir:
Qan təzyiqinin artmasının səbəbləri artıq çəki, aşağı fiziki aktivlik, qeyri-sağlam qidalanmaq, siqaret çəkmək, alkoqol istifadəsi, stress, şəkərli diabet, xroniki xəstəliklər və yaşın 40-dan yuxarı olmasıdır.
Qan təzyiqini həb olmadan necə aşağı salmaq olar?
1. Əgər təzyiqiniz hər hansı bir qapalı məkanda qalxarsa, o zaman təmiz havaya çıxaraq 30 dəqiqə ərzində sakit addımlarla gəzin. Əllərinizi yuxarı qaldıraraq, 10 dəfə oturma hərəkəti də etmək yaxşı nəticə verəcək.
2. Ayaqlarınızı 5-10 dəqiqə soyuq suda saxlayın. Suyu dizlərinizdən aşağıya doğru axıdın. Əllərinizi də həmin qaydada suyun altına tutun. Daha sonra dəsmalı soyuq suda isladaraq, qarnınıza yerləşdirib bir neçə dəqiqə saxlayın.
3. Buz da təzyiqi aşağı salır. Bir neçə buz küpünü nazik parçanın içinə yerləşdirin. Daha sonra çarpayıya uzanaraq, soyuq kompresi ənsənizə qoyun. Lazım olduqda istifadə etmək üçün plastik butulkanı su ilə dolduraraq, buzxanaya qoyun.
4. Buz küplərini boyun fəqərələrinin üzərinə sürtün. Sonra dərini qurulayaraq soyumuş nahiyəyə kamfora yağı çəkin.
5. Pambıq dəsmalı alma sirkəsində isladın. Dabanlarınızı 10 dəqiqə müddətində bu dəsmala bağlayın.
6. Bir çox hallarda qan təzyiqi əsəb gərginliyi və stress səbəbindən qalxır. Belə olan halda sakitləşmək lazımdır. Nanə və melissa qarışımından ibarət çay işin və gözlər yumulu şəkildə uzanın. Çalışın ki, heç bir şey düşünməyəsiniz.
7. Təzyiqi aşağı salmağın ən yaxşı yollarından biri də nöqtəli masajdır. Bu nöqtə qulağın arxa hissəsində, boyunda yerləşir. Bu hissəni 10 saniyə müddətində sıxın. Daha sonra isə qaşların arasında olan hissəni sıxın.
8. Stulda oturaraq belinizi düz saxlayın. Əlinizi qarnınızın üzərinə qoyaraq, dərindən nəfəs alın. Nəfəsinizi saxlayaraq bir neçə saniyə bu vəziyyətdə qalın. Nəfəsi əvvəl qarnınızdan daha sonra isə ciyərlərinizdən buraxın. 1 dəqiqə ərzində 4 bu cür hərəkət etmək tələb olunur.
9. Yoqa təzyiqin aşağı düşməsinə səbəb olur. Ayaqlarınızı divara söykəyərək 4 dəqiqə müddətində yoqa hərəkətləri edin.
10. Əgər təzyiqiniz qalxıbsa, o zaman sidikqovucu çay için. Bu məqsədlə yaşıl çay, zəncirotu, çobanyastığı, şüyüd çayı içə bilərsiniz.
11. Təzyiqi tez bir zamanda aşağı salmaq üçün nar şirəsi içməyiniz məsləhətdir.
12. Orqanizmdə maye çatışmadıqda da qan təzyiqi qalxır. Buna görə də gün ərzində lazım olan miqdarda maye qəbul etmək lazımdır.
Sağlamlıq Baxılıb: 2717 Tarix: 20 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Alimlərdən yeni açıqlama: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar
Həyat tərzini 16 həftə ərzində dəyişdirmək qan təzyiqini aşağı salır və hipertenziya ilə mübarizə aparmaq üçün istifadə edilən dərman miqdarını da azaldır.
Milli.Az “ölkə.az”-a istinadən xəbər verir ki, bunu Amerika ürək assosiasiyasının tədqiqatçıları bildiriblər.
Kardioloqlar qeyd ediblər ki, yüksək qan təzyiqi olan insanlar pəhrizə və müntəzəm olaraq idmanla məşğul olmağa xüsusi diqqət ayırmalıdırlar. Bu məsləhət həm kişilərə, həm də qadınlara aiddir.
Alimlər 40-80 yaş arası, artıq çəkisi və yüksək qan təzyiqi olan 129 nəfər üzərində təcrübə apararaq bu qənaətə gəliblər. Onları üç qrupa bölüblər. Hər bir qrup üçün mütəxəssislər 16 həftəlik proqram hazırlayıblar.
Birinci qrupda meyvə, tərəvəz, qırmızı ət, duzlu qidalar və şirniyyat təqdim edilib. Bundan başqa həftədə 3 dəfə idmanla məşğul olublar.
İkinci qrupa da eyni qidalar verilib amma idmanla məşğul olmayıblar. Üçüncü qrupa isə heç bir qida və idman proqramı verilməyib. Bununla yanaşı heç bir qrup dərmandan istifadə etməyib.16 həftədən sonra isə nəticələr açıqlanıb. Məlum olub ki, birinci qrupdakılar çəki atıblar və qan təzyiqləri aşağı düşüb. Digər qruplarda isə bu müşahidə edilməyib. Eyni zamanda 1-ci qrupa daxil olanların cəmi 15 faizi təcrübədən sonra dərmana ehtiyac duyub.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.