Press "Enter" to skip to content

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır

Təhsil eksperti Əjdər Ağayev deyir ki, 50 ilin mütəxəssisi olsa da, ibtidai sinif üçün dərslik yazmaz: “Dərsliklərdən narazılıqlar haqlıdır. İbtidai sinif dərsliklərini yazmaq çox çətindir. Xüsusən, aşağı siniflər üçün kurrikulumla hazırlanan dərsliklərin proqramı mürəkkəb olduğundan dərslikləri hazırlayanlar mütəxəssis olmalıdır. Məktəb dərslikləri yenidən işlənməli, müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və yüksək keyfiyyətlə hazırlanması üçün yeni peşəkar müəlliflər cəlb olunmalıdır”.

Dərsliklər niyə qəliz yazılır?

Orta məktəb dərsliklərindəki qüsurlar, onların qəliz dildə yazılması, çətin terminologiyası zaman-zaman müzakirə olunsa da, bu məsələ həllini tapmır. Ekspertlərin fikrincə, dərsliklərin bu cür tərtibi, onlara etinasız yanaşılması savadsızlığı artırır. Ekspertlər dərsliklərin kurrikulumu yüksək səviyyədə bilməyən müəlliflər tərəfindən hazırlandığını iddia edirlər.

“Elm və Təhsil” Nəşriyyatının direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin bildirdiyinə görə, orta məktəb dərsliyini orta məktəb müəllimi yazmalıdır: “2-ci müəllif kimi peşəkar, alim qoşula bilər. Bu gün dərsliklərin dili çox qəlizdir. Məsələn, “Azərbaycan dili” orta məktəb dərsliyinin ən böyük bəlası odur ki, müəllifi Rafiq İsmayılov ixtisasca peşəkar ədəbiyyatçıdır, amma “Azərbaycan dili” dərsliyini yazır. Onun baza təhsili Azərbaycan dərsliyi deyil, o bu dərsliyi necə yaza bilir? Və yaxud riyaziyyat üzrə dərsliklərin müəlliflərinin ixtisası fizikadır, amma riyaziyyat dərsliyini yazırlar. Orta dərslik müəlliflərinin baza təhsili fərqli, tamam başqa sahəyə aid olur”.

Məmmədli deyib ki, Təhsil Nazirliyində dərsliklər bölüşdürülərkən tenderlərdə həmişə eyni adamlar udur: “Dərslikləri eyni adamlar yazır. Necə olur ki, 12-15 ildə təfəkkür dəyişmədi? “Azərbaycan dili” dərsliyini, “Fizika”, “Riyaziyyat”, uşaqlar üçün dərslikləri eyni müəlliflər yazır. Kimsə tenderə gəldikdə, onu elə vəziyyətə qoyurlar ki, bir daha gəlmir”.

Onun sözlərinə görə, bu sahədə ən böyük bəlalardan biri də odur ki, alim təfəkkürü ilə şagirdlərə dərslik yazılır: “Dərslikləri uşaqlarla işləyən adam yazmalıdır. Dərsliklərimiz o səviyyədədir ki, onunla ali məktəbə daxil olmaq olmaz. Ancaq repetitorların hesabına şagirdlər dərsliklərdə yazılanları qavraya, öyrənə bilir. Heç bir məktəb öyünməsin ki, mənim filan qədər şagirdim ali təhsil müəssisəsinə qəbul oldu. Şagirdlər repetitorların sayəsində universitetlərə qəbul olur. Müəllim dərsliklərdəki çətin terminologiyanı, dərsliklərin qəliz dilini asan dildə şagirdə başa salmağa məcbur qalır”.

Həmsöhbətimiz tenderlərdə iştirak etdiyini, hər dəfə də dəhşətli mənzərələrin şahidi olduğunu vurğulayır. “Dərslikləri zəbt ediblər. Kurrikulumu yüksək səviyyədə mənimsəyən adamlar kənarda qalıb, naşı insanlar dərslik yazır. Bunu hamı bilsə də, heç kim dilinə gətirmir.

Dərslikləri açıb baxsaq, 90-cı illərin sonundan bu günə qədər eyni adamların dərsliklərin müəllifi olduğunu, tenderləri udduğunu görəcəyik”.

Təhsil eksperti Əjdər Ağayev deyir ki, 50 ilin mütəxəssisi olsa da, ibtidai sinif üçün dərslik yazmaz: “Dərsliklərdən narazılıqlar haqlıdır. İbtidai sinif dərsliklərini yazmaq çox çətindir. Xüsusən, aşağı siniflər üçün kurrikulumla hazırlanan dərsliklərin proqramı mürəkkəb olduğundan dərslikləri hazırlayanlar mütəxəssis olmalıdır. Məktəb dərslikləri yenidən işlənməli, müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və yüksək keyfiyyətlə hazırlanması üçün yeni peşəkar müəlliflər cəlb olunmalıdır”.

Əməkdar müəllim, təhsil sahəsi üzrə ekspert Almaz Həsrətin sözlərinə görə, Təhsil Nazirliyi geniş ictimaiyyətin rəyi üçün müxtəlif müəllif heyəti tərəfindən hazırlanan dərslik komplektlərinin hamısını onlayn yerləşdirməlidir: “3-4 ekspert tərəfindən seçilmiş dərslik müzakirəyə verilməməli, əksinə, digər dərsliklərin hamısı yayımlanmalıdır. Məhz o zaman şəffaf və ədalətli seçim yolu ilə, tam gərəkli dərslik ərsəyə gəlmiş olar”.

Müsahibimiz bildirib ki, Azərbaycanda dərsliklərin hazırlanması və onların siyasəti yönündə işlər görülür: “Bütün dərsliklərin Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən monitorinqinin aparılmasına ehtiyac var. Hər iki qurumun nəzarəti gücləndirməsi və qiymətləndirməni aparması daha dolğun nəticəyə əsaslanan və keyfiyyətli dərsliklərin ərsəyə gəlməsində çox yüksək rol oynaya bilər”.

Onun dediyinə görə, bəzən ekspertlərin bilgisi müəllifdən yüksək olmur: “Ekspertlərin seçiminə xüsusi diqqət ayrılmalıdır. Hər müəllim ekspert ola bilməz. Ancaq tam mükəmməl biliyə sahib, metodiki cəhətdən potensialı güclü olan müəllimlər dərsliklərin qiymətləndirilməsində iştirak edə bilər”.

Ekspert vurğulayıb ki, son zamanlar adi orta fənn müəllimləri dərsliklərin qiymətləndirilməsi ilə məşğul olurlar: “Bu, nöqsanların aradan qalxmasına kömək etmir. Ancaq sevindirici haldır ki, DİM-də yüksək keyfiyyətli ekspertlərlə rastlaşırıq”,-deyən A.Həsrət əlavə edib ki, Azərbaycanda dərsliklərin qiymətləndirilməsinə cəlb olunan müəllimlərin biliklərini, metodiki cəhətdən savadını yoxlayan ölçü meyarları olmalı, bunlara uyğun gələnlər ekspert adına layiq görülməlidir: “Ekspertin bilik səviyyəsi müəllifin bilik səviyyəsindən aşağı olmamalıdır. Bütün dərsliklərin monitorinqi aparılmalıdır. 4-5 ekspertin rəyi ilə bu iş bitməməlidir. Müxtəlif müəllif komandaları tərəfindən yazılan bütün dəsrliklər qiymətləndirilmə üçün ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır”.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ibtidai siniflərin “Azərbaycan dili” dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, “Musiqi” və “Təsviri incəsənət” dərsliklərinə isə ağır terminlərin daxil edilməsinə münasibət bildirərkən deyib ki, ibtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq. Onun “Trend”ə dediyinə görə, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: “Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir”.

Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi ilə də razılaşan Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan “Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsində belə hallar tədricən aradan qaldırılır: “Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, “Musiqi” dərsi mahnı oxumaq, “Təsviri incəsənət” dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır”.

Onun bildirdiyinə görə, “Musiqi” və “Təsviri incəsənət” fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirilməkdir: “Biz həm də şagirdin şəxsiyyət kimi formalaşdırılmasından danışırıq. Şəxsiyyət o demək deyil ki, o, fizikanı, riyaziyyatı bilir. Onun başqa keyfiyyətləri də olmalıdır. Uşaq bilməlidir ki, kvartet, orkestr, trio nədir. Bu, onun ümumi dünyagörüşünə təsir edir”.

Sabirabad rayonu Babək Rəhimov adına Qəzli kənd orta məktəbinin direktor müavini Zəka Cabbarlının sözlərinə görə, bu günün dərslikləri ən böyük problemdir: “Təhsil islahatları yenilik gətirdi, lakin əngəlli tərəflər çoxdur. Fəal təlim metodlarına əsaslanan yeni dərsliklərdə məlumat azlığı nəzərə çarpır”,- deyən Cabbarlıya görə, təkcə “Azərbaycan dili”, “Ədəbiyyat” və “Riyaziyyat” dərsliklərinə baxmaq kifayətdir ki, bu qüsurları görəsən. Onun sözlərinə görə, “Azərbaycan dili” dərsliyində qrammatik qaydalar bəsit şəkildə verilib.

Z.Cabbarlı bildirib ki, dərsliklərin redaktə məsələsi də ciddi problemdir: “Düşünürəm ki, dərsliklərlə bağlı ciddi komissiya yaradılmalı və geniş ictimai müzakirələr aparılmalıdır. Əsas problemlərdən biri də şagirdlərin həddən artıq yüklənməsi ilə nəticələnən ağır dərsliklərin olmasıdır. Ciddi narahatlıqlar əsasən ibtidai təhsil pilləsindəki dərsliklərdədir. Dərslik müəllifləri şagirdlərin yaşını ciddi nəzərə almalıdır. Dərsliklər onların başa düşəcəyi şəkildə yazılmalıdır”.

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə 1 sentyabr 2019-cu il tarixindən başlanacaqdır.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.