Oyunlar nzriyysi haqqında
Tanınmış folklorşünas Azad Nəbiyev hərəkətli oyunlar sırasında “Addımbasdı”, “Atlarda kimin atı”, “Beli kimə verdin”, “Qaçdı-tutdu”, “Topaldıqaç”, “Gizir-gizir”, “Üzəngi”, “Evcik-evcik”, “Təkəm-təkəm”, “Yalan-palan”, “İt qusdu” kimi oyunların da adını çəkir. Sözügedən oyunlar əsasən açıq havada, yaşıl meydanlarda həyata keçirilir. Bu da uşaqların sağlamlığına, onların əzələ və sinir sistemlərinin inkişafına yaxşı təsir edir.
Oyunlar nzriyysi haqqında
Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.
Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.
Bu yarışların tarixi çox qədimdir. İlk olimpiada eramızdan əvvəl 776-cı ildə Yunanıstanda, Olimpiya adlanan yerdə keçirilmişdir. Olimpiada tarixinin qədim dövrü bizim eranın 394-cü ilində sona çatmışdır. Uzun sürən fasilədən sonra Olimpiada 1896-cı ildə yenidən keçirilməyə başlamışdı.
Müasir Olimpiada idman oyunları dörd ildən bir və hər dəfə müxtəlif ölkədə keçirilir. Yarışlarda bütün dünyadan gəlmiş ən yaxşı idmançılar iştirk edirlər.
Olimpiya oyunlarının qalibləri medallarla təltif olunur, amma heç vaxt pul mükafatı almırlar.
Hər Olimpiya oyunlarının açılış mərasimi Olimpiya odunun yandırılması ilə başa çatır. Olimpiya odu Olimpiadaların vətəni olan Yunanıstanda günəş şüaları vasitəsilə yandırılmış məşəl ilə yandırılır. Olimpiada keçirilən yerə kimi öz səyahətinə başlayır və müxtəlif ölkələrin və kontinentlərin idmançıları onu əldən-ələ verərək aparırlar.
1924-cü ildən başlayaraq yay Olimpiadalarından ayrıca olaraq Qış Olimpiya oyunları da keçirilməyə başlandı. Onlar yay oyunlarından iki il sonra keçirilir.
Oyunlar nzriyysi haqqında
Xalq oyunları xalqın mədəniyyətini, mentalitetini, adət-ənənəsini, etnoqrafiyasını özündə əks etdirir. Xalq oyunlarına daxil olan uşaq oyunlarında da onlardan müəyyən izlər var. Yaddaşımızın ən təmiz dövrünə, maraq dairəmizin məhdud çərçivədə olduğu vaxta təsadüf edən uşaq oyunları keçmiş nəslin insanlarının hafizəsində bugünədək yaşamaqdadır. Lakin təəssüflər olsun ki, onlar bu günkü nəslin uşaqlarına öyrədilmir. Bu isə sözün əsl mənasında onların sağlam, yüksək təfəkkürlü, yaxşı nitqli böyüməsində, gələcəkdə sosiallaşmasında ciddi problemlər yaradır.
Qeyd edək ki, ən qədim tarixə malik olan xalq və uşaq oyunları, eyni zamanda tamaşalar, qaravəllilər nəsldən-nəslə keçərək həm yaddaşlarda, həm də əlyazmalarda bu günümüzə qədər qorunub saxlanmışdır. “Oyunlar haqqında ilk məlumatlar bizə qədim mənbələrdə gəlib çatmışdır. Onlardan ən kamili M.Kaşğarinin “Divanı”dır. Burada bir çox uşaq oyunları- “Çərpələng”, “Munquz-munquz”, “Qaraquni”, “Əbə-əbə”, “Köç” və s. barədə məlumat verilir”. XIX-XX əsrlərdə Azərbaycanın bir çox ziyalıları M.Ş.Vazeh, S.Ə.Şirvani, Ə.Haqverdiyev, M.Mahmudbəyov, F.Köçərli, M.H.Təhmasib və başqaları xalq və uşaq oyun və tamaşalarını toplamış, nəşr etdirmişdilər. “Çövkən”, “Çiling ağac”, “Dirədöymə”, “Motal-motal”, “Sultan”, “Xəndəyə düşmə”, “Top al qaç”, “Qələndər ay Qələndər”, “Aşıq-qoz”, “Bənövşə”, “Şənlik”, “Ənzəli”, “Əl üstə kimin əli”, “Dəsmalı ver” (“Dələdəsmal”), “Cıdır”, “Yeddi daş”, “Qazlar, qazlar”, “Tut qolundan, dart”, “Rəng-rəng”, “Sümük-sümük”, “Quş uçdu” kimi oyunlar Azərbaycan folklorunun ən gözəl nümunələridir.
Milli uşaq oyun və tamaşaları həm böyüklər, həm də uşaqların özləri tərəfindən yaradılır. Oyunlar onların arzu və istəklərini ifadə edir, istirahətlərinin əyləncəli və səmərəli keçirmələrinə yardımçı olur. Onun hər bir kəsi özünə cəlb etmək sehri var. Oyunlar elə bir fəaliyyət növüdür ki, onun motivasiyası məhz oyun zamanı meydana gəlir. Oyun zamanı uşaqlar fərasəti, iradəni, dözümü, əzmi nümayiş etdirir, qələbəyə can atma, birincilik əldə etmə istəyi ilə əlaqədar olaraq yaradıcı fantazilayalarını işə salırlar. Odur ki, oyunlar əsl yaradıcılıq fəaliyyətidir. Uşaqlıq illərini milli oyunlarsız keçirən insanın bir şəxsiyyət kimi formalaşması həqiqətən də çətinləşir.
İlk növbədə uşaqlar oyunlar zamanı hərəkətə, dinamikaya, düzüb-qoşmağa olan ehtiyaclarını ödəyir, istək və arzularını həyata keçirirlər. Uşaq oyunları kiçik yaşlarında hafizənin möhkəmlənməsinə, diqqətin artırılmasına, rənglər dünyasına bələd olmağa, hesablama vərdişlərinin yaranmasına kömək edir. Onlar uşaqlarda birlik və bərabərlik, dostluq kimi mənəvi prinsiplərin, humanist hisslərin aşılanmasına böyük yardımçı olur. Eyni zamanda oyunlar uşaqlarda aktivlik, liderlik, cəldlik, ceviklik, hazırcavablılıq kimi psixoloji keyfiyyətlərin meydana gəlməsinə çox kömək edir. Ən başlıcası isə uşaq oyunları müəyyən bir ortamda həyata keçirildiyi üçün insanın sonrakı sosial həyatında cəmiyyətə adaptasiyası məsələsini asanlaşdırır.
Uşaq oyunları onların yaş səviyyəsinə, zövqünə, düyagörüşünə, psixikasına uyğun olaraq fərqlənir. Bu sahədə araşdırma aparan bəzi alimlər oyunları ifasına, uşaqların məişətində tutduğu yerinə və roluna görə iki hissəyə ayırır: 1.Mütəhərrik oyunlar (hərəkətli); 2. Söz oyunları. Müəyyən qism araşdırıcılar isə onları şərti olaraq belə bölürlər: 1. Cəldlik, çeviklik və hərəkətlə bağlı oyunlar; 2.Ayin, etiqad və mərasimlərlə bağlı oyunlar; 3. Gözbağlıca oyunları.
Folklorşünas Ramazan Qafarlının fikrincə, hərəkətli oyunlar söz oyunlarına nisbətən daha qədimdir, yəni əmək fəaliyyəti ilə bağlı meydana gəlmişdir. İlk əvvəl oyunlar təqlidçilik yolu ilə yaranmış və əcdadlarımızın əmək və məişət səhnələrini əks etdirmişdir. Sözügedən oyunlar yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirtmələri üçün ən yaxşı vasitədir. Mütəhərrik (hərəkətli) oyunlar fiziki baxımdan zəif olanları, tənbəlləri belə hərəkətə həvəsləndirir. Bu oyunların bəzilərində müxtəlif əşya və vasitələrdən istifadə olunur, bəzilərində isə yalnız özləri əl-qol, bədən hərəkətləri, mimik göstərişlərlə iştirak edirlər. Bu baxımdan bir sıra folklorşünas alimlər hərəkətli oyunları iki yerə ayırırlar: 1. Əşyalarla oyunlar: “Kirmə”, “Dəsmalı ver”, “Sultan”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Qələndər, ay qələndər”, “Aşıq-qoz” və s. 2. Əşyalarsız oyunlar: “Bənövşə”, “Şənlik”, “Ənzəli”, “Əl üstə kimin əli” və s.
Tanınmış folklorşünas Azad Nəbiyev hərəkətli oyunlar sırasında “Addımbasdı”, “Atlarda kimin atı”, “Beli kimə verdin”, “Qaçdı-tutdu”, “Topaldıqaç”, “Gizir-gizir”, “Üzəngi”, “Evcik-evcik”, “Təkəm-təkəm”, “Yalan-palan”, “İt qusdu” kimi oyunların da adını çəkir. Sözügedən oyunlar əsasən açıq havada, yaşıl meydanlarda həyata keçirilir. Bu da uşaqların sağlamlığına, onların əzələ və sinir sistemlərinin inkişafına yaxşı təsir edir.
Qarabağdan toplanmış folklor nümunələri içərisində “Qığı mərə”, “Səni kim apardı”, “Gözbağlayıcı”, “Qaradinməz”, “Ənzəli”, “Köç getdi”, “Sac ayağı”, “Şah-vəzir”, “Əl üstə kimin əli” kimi hərəkətli uşaq oyunlarının adları çəkilir. Bəzi incəlikləri, ad fərqliliklərini çıxmaq şərti ilə uşaq oyunları ayrı-ayrı bölgələrdə digər folklor janrları kimi demək olar ki, oxşardır. Şəki-Zaqatala folkloru antologiyasında daha çox “Əl üstə kimin əli” kimi tanınan uşaq oyunu “Kömbə-kömbə” adı ilə təqdim olunmuşdur. Belə ki, oyunda uşaqlar palazın üstündə dövrə vurub diz üstə otururlar. Sonra əllərini irəli uzadıb ovuclarını, gah da əllərinin arxasını yerə qoya-qoya deyirlər:
Kömbə-kömbə,
Qoz kömbə,
Gah belə, gah da belə.
Gumbulub.
Bu söz yüksəkdən deyilir, dərhal hamı bir-birinin ağzına baxır. Heç kim dodaqlarını aralayıb göstərməməli, yəni gülməməlidir. Dözə bilməyib gülən cərimələnməlidir. Cərimə olunan oyunçu ortalıqda belini əyib gözlərini yumur. O biri oyunçular isə onun belini yavaşca döyəcləyir və oxuyurlar:
Dögəllər, dögəllər,
Arxın suyunu bögəllər.
Dakqada duz qalmadı,
Üstəki əl kimindi?
Uşaqlar əllərini döyülən uşağın belində saxlayırlar. Düzgün cavab verənə qədər uşağın belində saxlayırlar və onu döyürlər. Cavab düz olanda uşaq ayağa qalxır və oyun yenidən başlayır.
Qərbi Azərbaycan və Naxçıvan bölgələrində yayğın olan “Çiling ağac”, “Çiləmə”, “Qəcəmə daş” (bəzi bölgələrdə “Beş daş”), “Əl üst kimin əli” oyunları çox dinamik və rəngarəngdir. “Çiling ağac” oyunu iki və ya dörd oğlan arasında oynanılır. Hər iki tərəf oyun aləti olaraq yonulmuş bir ağac (odun parçası) götürürlər. Oyuna kimin birinci başlaması saymaqla həyata keçirilir. Birinci oyunçular müəyyən olunan kimi oyun başlayır. Hər yanı yonulmuş çilngə əllərində odun parçası tutan oğlanlar vuraraq onu yerə düşməyə qoymurlar. Göydə vura-vura sayırlar. Müəyyən xal topladıqdan sonra çilingi yerə düşmürsə, qalib onu ağacı ilə uzaq məsafəyə atır, o biri oyunçu və ya komanda isə onu göydə tutmağa çalışır. Əgər tuta bilsə, oyunu udur, bilməsə yenidən “işləməli” olur. Yəni uduzan hər dəfə qaçaraq çilingi uzaq məsafədən gətirməlidir.
Əşyalarsız oynanılan oyunlar daha müasir dövrdə yaranıb yayılmışdı. Naxçıvan bölgəsindən toplanmış hərəkətli, əşyasız oynanılan “Hostana” oyunu da oğlanlar arasında geniş yayılmışdır. Burada 10-15 yeniyetmə oğlan bir yerə yığışır və sanamalardan istifadə edərək kimin “yatacağını” müəyyənləşdirirlər. Yatmalı olan oğlan əllərini dizi üstə qoyaraq, yarım əyilmiş vəziyyətdə durur. Yerdə qalan yeniyetmələr sıraya düzülür və sürətli bir hərəkətlə “yatmış” yoldaşlarının arxasından baş tərəfə doğru əllərini yatan şəxsin belinə qoyub irəli tullanır və deyirlər:
Ay Hostana, hostana,
Keçi girdi bostana.
Vurudm qılçası sındı,
Apardılar həkimə.
Həkim dedi:- Nə vecimə!
Oyun zamanı sıraya düzülmüş uşaqlardan hər hansı biri adlaya bilməzsə, onda “yatmış” yoldaşını əvəz etməli və oyunu davam etdirməli olurlar.
Mütəhərrik (hərəkətli) oyunlar uşaq və yeniyetmələrdə həm bəzi əmək vərdişləri yaradır, həm də əyləncəli motivlər onların əhvalına müsbət təsir edir. Bəzi nümunələrdə isə insana yaraşmayan mənfi keyfiyyətlərin tənqidinə yer verilir. Uşaq yaşlarından neqativ xüsusiyyətlərin islah olunmasını aşılayan, tənqid hədəfinə çevirən oyunlar onların xarakterlərinin formalaşmasında böyük rol oynayır. A.Nəbiyev hesab edir ki, belə oyunlar içərisində “Noxudu Keçəl”, “Ay Tağı dim-dim duraz”, “Novzu Keçəl”, “Buruna dəymə”, “Boyungəzdirmə”, “Torpaqqazdı” adlı oyunlar məşhurdur.
Ayin, etiqad və mərasimlərlə bağlı oyunların hamısı inam və etiqadlarla, müəyyən rituallarla bağlıdır. Bu oyunlara “Qodu-qodu”, “Su üstündən atdanma”, “Od üstündən atdanma”, “Bacıya bir qurtum su ver”, “Od qalama”, “Atımı qarı apardı”, “Cin tutdu”, “Al gəldi”, “Aldı-qaçdı”, “Damdabaca apardı”, “Şir gəldi”, “Qurd yolu”, “Qurd dostluğu” və başqaları aid edilir. Sözügedən oyunlarda həm müxtəlif hərəkətlərdən elementlər, həm də nəğmələrdən istifadə olunur. Əyləncəli elementlərlə zəngin olan bu oyunlar uşaqların istedadlarının üzə çıxmasına, komplekslərinin aradan qaldırılmasına şərait yaradır.
Gözbağlıca oyunları da uşaqlar arasında məşhurdur. Sehr, uydurma, hissiyatla bağlı olan oyunlardan “Qızıl gülüm kimdədi”, “Xan babamın adını de”, “Yaylığı kim apardı”, “Kül sancağım kim açdı”, “Çeşmibənd”, “Yelli harda oturdu”, “Can gülüm hara getdi”, “Göz bağlıca” və onun variantları olan “Dolana-dolana”, “Haylana-haylana”, “Aylana-aylana” oyunlarının adlarını çəkmək olar. Bu oyunlar uşaqlarda hafizəni gücləndirir, çətin situasiyalardan çıxma vərdişləri aşılayır. Eyni zamanda onların psixoloji hazırlıqlarını möhkəmləndirir.
Bir qədər müasir dövrün məhsulları olan söz oyunları da uşaqların marağına səbəb olur. İlk vaxtlarda böyüklərin yaradıcılıqlarından asılı olan bu oyunlar son dövrlərdə incəsənətə, bədii təxəyyülə meyilli uşaqların sözləri ilə də zənginləşir, beləliklə, yeni söz oyunları yaranır. Söz oyunlarına daxil olan tapmacalar, yanıltmaclar, öcəşmələr, acıtmalar da uşaqların sevdikləri və tez-tez yararlandıqları janrlardır. Deyilən söz və cümlələr hamı tərəfindən gülüş doğurur. Öcəşmələr, acıtmalar zamanı əsasən iki nəfər iştirak edir. Onlardan biri qafiyələndirə biləcəyi hansısa bir sözü tərəf müqabilindən tələffüz etməyi tələb edir. O isə qafiyəli misra və ya söz ilə tərəf müqabilini bağlayır. İstər-istəməz acılanan uşaq da yeni qafiyəli söz tapıb cavab verməyə məcbur olur. Məsələn, denən “dəmir”, – “dəmir”, “get sümüyü gəmir”, yaxud
− Qoca-qoca qarılar.
− Nənəm yesin darılar.
− Barlı-barlı bağatlar.
− Gedib bağda kim otlar?
Bütün bu oyunlar uşaqlardan böyük məharət tələb edir. Onlarda sağlam rəqabət hissi meydana gətirir.
Qeyd etmək istərdik ki, xalq oyunları və tamaşalar haqqında araşdırma aparan gənc mütəxəssis Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda oyun və tamaşalar” adlı kitabında da uşaq oyunları, onların fərqli variantlarına geniş yer verilmişdir . Onun müxtəlif mənbələrdən toplayıb nəşr etdirdiyi oyun və tamaşalardan yararlanmaq, uşaqlar arasında yaymaq çox yaxşı olardı.
Bir sözlə, keçmişimizdən bizə yadigar qalmış milli-mənəvi dəyərlər sisteminə daxil olan uşaq oyunları uşaq və yeniyetmələrin təfəkkürünün, təxəyyülünün inkişafında, sosial-psixoloji keyfiyyətlərinin zənginləşməsində çox müsbət rol oynayır. Həmçinin oyunlar uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün faydalı məşğuliyyətdir. Təəssüf ki, bu gün belə oyunlar sıradan çıxmaqdadır. Hətta 80-90-cı illərdə məşhur olan, hər birimizin həvəslə oynadığı “Gizlənqaç”, “Yeddi şüşə”, “Beş daş”, “Ortada qaldı”, “Qaçdı-tutdu”, “Gözbağlıca”, “Xan-vəzir”, “İp üstündən hoppanma”, “Evcik-evcik” kimi oyunlardan belə müasir dövrün uşaqları imtina edirlər. Yəni milli uşaq oyunları öz yerini gənclərin beyinlərini manqurtlaşdıran kompüter texnologiyalarına, virtual oyunlara təslim etməkdədir. Bu tip oyunlar onların psixikalarına mənfi təsir edir, fiziki inkişafları üçün həddindən artıq ziyan vurur. Odur ki, uşaq oyunlarını bacardığımız qədər yaşatmaqda və gələcək nəsillərə ötürməkdə fayda var.
Comments are closed, but trackbacks and pingbacks are open.