Press "Enter" to skip to content

Oyunu necə saxlaya bilərəm

• Saat və Zaman Sayğacları — Bir çox yarışmalarda hər gedişə deyil, hər oyuna başdan sonadək keçirilən zamanı ölçmək üçün sahmat saatları işlədilir. Bütün oyun üçün hər oyunçuya eyni vaxt verilir və oyunçular bu vaxtı necə keçirəcəklərini özləri düşünür. Bir oyunçu gediş etdikdə rəqibin saatını çalışdırmaq üçün bir düyməyə basır. Bir oyunçunun zamanı bitərsə və onun rəqibi zamanın bitdiyini bildirərsə, vaxtı bitən oyunçu oyunu uduzur (bu durumda rəqibin mat etmək üçün yetərli daşı yoxdursa, oyun heç-heçə ilə bitir).

Giriş

Salamlar! Mən Rüfət Məmmədli. THU Games’in ortaq qurucularından biriyəm. Hazırda Tussle isimli FPS, qorxu oyunu üzərində işləyirik. Bu layihədəki vəzifəm Project Management, ssenari müəllifi və Gameplay Programming’dir. Komandamızda 17 işçi var və əksəriyyəti xarici ölkə vətəndaşlarıdırlar (məs. Polşa, İtaliya, Amerika, İngiltərə, Matabeleland, Yunanistan, Türkiyə və Azərbaycan.). Bu məqaləmdə oyunların hazırlanma prosesi və komanda toplamaq barədə danışacam.

Qeyd: Bu məqalənin sonunda sizə lazımlı olacaq bütün linkləri qeyd edəcəm.

Oyun bazarı

Bildiyiniz kimi yeni əyləncə növü olaraq bilinən oyunlar dünyada çox geniş yayılıb. Artıq bu bazar o qədər böyüyüb ki, bir çox yatırımcılar bu sektora yatırımlar edir. Oyun sektorundan çıxan böyük və uğurlu şirkətləri bilirik (EA, Ubisoft, Activision, Valve, CAPCOM, SEGA, Nintendo, Blizzard, Riot Games.). Bu şirkətlər fəaliyyətə başladıqları ilk zamanlar bu sektor çox da inkişaf etməmişdi. Sektor qədər onların ilk düzəltdiyi oyunlar da bəsit idi (2D və ya text əsaslı oyunlar.). Daha sonra PC və konsol oyunları partlayışa səbəb oldu. Əsasən də oyun konsolları və şəxsi kompüterlər bütün evlərə girdikdən sonra bu bazar çox dəyərli olmağa başladı. Bununla da bitmədi, mobil telefon bazarı yarandı. Mobil oyunlar son zamanlarda da ən çox qazandıranlar arasına girdi. Bu şirkətlərdən misal gətirərsək Supercell (Clash of Clans, Beach Boom.), Gameloft (Modern Combat seriyaları və digər oyunları.), Glu Games (Diner Dash, Contract Killer.), Zynga (FarmVille, Zynga Poker.) və King’i (Candy Crush.) bilirik. Mən sizlərə ilk öncə PC və konsol oyunları, daha sonra isə mobil oyunları haqqında danışacam.

Oyun necə olacaq və hansı texnologiyadan istifadə edəcəm?

İlk öncə hazırlayacağınız oyunun hansı üslubda olacağını qərarlaşdırmalısınız. Oyun mühərrikini seçmədən əvvəl oyunun tipini bilməlisiniz. 3D və ya 2D oyun hazırlamağa başlayırsınızsa, bu PC/Konsol üçün, yoxsa mobil üçün olacaq? Əgər PC və konsol üçün olacaqsa, Unreal Engine 4 sizin üçün ən yaxşı seçimlərdən biri olacaq. Yox, mobil üçün sadə oyun hazırlamaq istəyirsinizsə Unity 5 mühərriki tam sizə görədir. Əsasən güclü oyunlar (AAA keyfiyyətində.) Unreal Engine 4 ilə hazırlanır, kiçik sadə oyunlar isə Unity 5 ilə. Bu o demək deyil ki siz Unity 5 ilə AAA keyfiyyətdə oyunlar hazırlaya bilməzsiniz. Lakin bu bir az çətin olacaq sizin üçün, əgər yeni başlamışsınızsa. Əlbəttə Unity 5 ilə PC və konsol üçün, Unreal Engine 4 ilə Mobil üçün oyunlar hazırlaya bilərsiniz. Bu sizin istəyinizə qalmış bir şeydir. Lakin AAA keyfiyyətdə oyunların çoxu Unreal Engine 4 ilə hazırlanmışdır (məs. Batman seriyaları.). Bu iki mühərrik də pulsuzdur (bəzi şərtlər daxilində.) Bu linkdən Unreal Engine 4, buradan isə Unity 5 haqqında ətraflı məlumat ala bilərsiniz. Daha sonra oyunun ideyasını komanda yoldaşlarınıza asanlıqla izah etmək üçün konsept şəklində çəkməyiniz lazımdır. Oyuna ad fikirləşməli və ona uyğun icon, logo və digər qrafik işlərini hazırlatmalısınız.

Unreal Engine 4 ilə hazırlamış olduğumuz ArchViz layihəsinin demo videosu.

Qeyd: AAA oyunlarda ən yüksək səviyyə hesab edilir və bu oyunun keyfiyyətinin göstəricisidir. Ətraflı bu linkdə.

Komanda

Boom Beach oyununun komandası. (Supercell)

Hər bir layihədə, fərq etməz oyun, veb sayt və ya hardware işi olsun, sizə komanda lazımdır (əgər layihə həcmi böyükdürsə və ya tək gücünüz çatmırsa). Amma komandasız da kiçik işlər görə bilərsiniz (məs. Flappy Bird).

Bəs bu komanda yoldaşlarımı necə tapa bilər və öz işimə cəlb edə bilərəm?
Mən öz adıma danışsam əgər, Azərbaycanda yaşadığımdan burada bu sahədə təcrübəli şəxsləri tapmaqda çətinlik çəkdim. Bu sahədə olan təcrübəli şəxsləri axtarmaq məqsədi ilə internetdə hər yeri gəzdim (forumlar, qruplar və s.).

Tapdığım insanlara nə deyərək razı edib öz işimə cəlb etdim?
İlk öncə onlara oyun layihəmin detallarını izah etdim. Əgər qarşımdaki şəxsin layihəmə marağının artdığını gördümsə (bunu sizə verdiyi suallar ilə görə bilərsiniz.), həmin şəxsə “Mən təssüf ki sizə, maaş təklif edə bilməyəcəm, çünki biz indie qrupuq hazırda. Yalnız oyun çıxışında əgər uğurlu satış əldə edə bilərsə oradan sizə faiz verə bilərəm.” dedim. Bu təklifimi qəbul edənlər çox olduğundan hazırda komandamızda çox adam var. Əgər siz Kickstarter və ya Indiegogo kimi saytlarda kampanya açıb oradan “donate” almağı hədəfləyirsinizsə, aldığınız yardım məbləğindən satışların əvəzinə komandanızdakilara faiz verə bilərsiniz (mən belə etdim.). Əgər istəsəniz faiz yox, fix məbləğ də ödəyə bilərsiniz. Əgər o şəxs, məsələn, 3D Modeller’dirsə model başına $500 istəyə bilər və ya ümumilikdə bütün modellərinin qarşılığında bu məbləği istəyə bilər. Nəticə olaraq siz işə götürdüyünüz şəxslərə faiz və ya fix bir məbləğ təklif edə bilərsiniz.

Qeyd: Indie = independent yəni azad və asılı olmayan mənası verir. Indie Game Developers isə Asılı olmayan oyun təsisçiləri. Bu o mənaya gəlir ki, siz hansısa şirkətdən asılı deyilsiniz və azad şəkildə öz işinizi özünüz görürsünüz. Kickstarter və Indiegogo saytları sizə öz fikrinizi, ideyanızı hamıya açıqlayıb onlardan pul dəstəyi almağınıza kömək edir. Hədəflədiyiniz məbləğə (məs. $25.000) çatdıqda isə sizə bank və ya başqa üsullar ilə göndərilir.

Komanda strukturu necə olmalıdır?

  1. Layihə idarəçisi
  2. Hekayə yazan
  3. Environment (çevrə) modelləyən
  4. Organic modelləyən
  5. Texture üzrə çalışan
  6. 2D Qrafikaçı
  7. Level dizayneri
  8. Səs effektləri ilə çalışan
  9. Musiqi bəstələyən
  10. PR, Marketing üzrə çalışan

Sizin işiniz nə olacaq?

  1. Layihə Meneceri
    Vəzifələriniz:
    Layihə başlatma mərhələsi;
    Layihə planlama və dizayn mərhələsi;
    Layihə davam etdirmə və qurma mərhələsi;
    Layihəyə nəzarət etmə mərhələsi;
    Layihənin sonlandırılması.
    Bu linkdən ətraflı baxa bilərsiniz.
  2. Ssenarist
    Filmlərdə olduğu kimi, oyunlarda da ssenarinin olması vacib amillərdən biridir. Hekayənizin qəliz və sirli olması oyunçuların oyununuzu sıxılmadan oynamasına kömək edir. Hekayə özünü təkrarlamamalı və bir başqa tanınmış hekayənin oxşarı olmamalıdır. Hekayənizi oyunçunun oyun içində verəcəyi qərarlara görə dəyişməsinə imkan yaradın. Bu oyunu daha da maraqlı edir.
    Bu linkdən ətraflı baxa bilərsiniz.
  3. 3D/2D Modelləmə və Texture
    Layihədə modelləmə işinə siz baxırsınızsa, bunu bilməlisiniz ki, oyunun necə olacağı sizdən asılıdır. İşinizdə diqqətli və səliqəli olmaslısınız. Deyək ki, bu işə yeni başladınız, sizdə hansı biliklər olmalı və hansı alətlərdən istifadə etməlisiniz? Əgər heykəltaraşlıq bacarığınız varsa tez bir zamanda bu işdə professionallaşa bilərsiniz. Lakin heykəltaraşlıq bacarığı ilə birlikdə 3D proqramlarını da istifadə etməyi bilməlisiniz. Bəziləri soruşur həndəsi biliklər lazımdır mı? Xeyr. Artıq indiki dövrdə professional biliklər ilə yox fantaziyanız ilə mükəmməl işlər görə biləcəyiniz asanlaşdırılmış proqram təminatları mövcuddur. Bu sektorda ən çox istifadə edilən proqramlar 3Ds Max, Maya, Blender və ZBrushdır. Daha sonra modelinizi bitirdiyiniz zaman ona texture və material verməlisiniz. Texture üçün Photoshop istifadə edilir. Möhtəşəm materiallar hazırlamağınız üçün isə Substance adlı proqram təminatı sizə kömək olacaq.
    Link 1 və Link 2’yə baxa bilərsiniz.
  4. Level Dizayn
    Yuxarıda 3D Modeller’in oyunun necə alınacağına təsir edəcəyini qeyd etdim. Level Dizaynda isə oyunçunun sizin oyunu necə qəbul edəcəyindən siz məsuliyyət daşıyırsınız. Level dizayn mərhələsində siz oyun üçün ən başda qərarlaşdırdığınız oyun mühərrikindən istifadə edəcəksiniz. Bütün oyun mühərriklərinin level dizaynı üçün tool’ları var. Bu işi görmək üçün oyun mühərriklərindən ən azı 1 və ya 2’ni yaxşı bilməlisiniz.
    Bu linkə baxa bilərsiniz oyun mühərrikləri haqqında məlumat almaq üçün.
  5. Səs
    Film və oyunlarda əsas amillərdən biri musiqi və səs effektləridir. Hekayə ilə birlikdə oyun musiqiləri də oyunçulara xoş təsir bağışlayır. Oyununuzun konseptinə görə musiqilər və səs effektlərindən istifadə etməlisiniz. Əgər komandanızda səs effekti və ya musiqi bəstələyicisi üzrə çalışırsınızsa FL Studio kimi proqram təminatlarını çox yaxşı bilməlisiniz.

6. Tanıtım
Məhsulun keyfiyyəti kimi onun tanıtımının da güclü olması vacibdir. Sosial şəbəkələrdən güclü şəkildə istifadə etməyi bacarmalısınız. Marketinq sahəsində çox şey danışa bilməyəcəm, çünki təcrübəm yoxdur. Amma bu link’dən oyunların marketinqi haqqında çıxışı izləyə bilərsiniz.

Yayımlama (Publishing)

Fərz edək ki, artıq oyununuzun hazırlanma prosesi bitdi. İndi nə edəcəyik? Şəkildəki kimi GameStop mağazasında satışa buraxacayıq? Xeyr. İlk olaraq əgər indie game developersizsə buna gücünüz çatmayacaq. GameStop kimi fiziki mağazalarda indie oyunları çox çətin ki, satışa buraxılsın. Onlarla müqavilələr bağlamalı və ilkin ödənişlər etməlisiniz. Artıq demək olar ki, böyük şirkətlər belə oyunlarını virtual mağazalarda birbaşa satışa qoyur. Çox limitli şəkildə qutulu versiyalarını GameStop kimi mağazalarda satır. Bu dediklərim PC oyunları üçün keçərlidir. Lakin konsol oyunlarının hamısı demək olar ki, fiziki mağazalarda satılır. Biz indie game developer’lər olaraq oyunumuzu birbaşa əgər PC üçün hazırlanıbsa Steam, mobil üçün isə Google Play (Android) və ya AppStore (iOS)’da asanlıqla satışa çıxara bilərik. Steam üçün ilkin olaraq $100 ödəniş edib developer hesabı açırıq. Oyunumuzu Greenlight adlı səsvermə səhifəsində səs verməyə çıxarırıq. Əgər yetərli səs toplanarsa oyunumuz əsas mağazaya satışa əlavə olunur. Əgər səs toplaya bilməsək oyunumuz mağazada satışa çıxa bilmir. Amma mobil mağazalar üçün isə belə deyil. Appstore üçün $100, Google Play üçün isə $25 ödəniş edərək developer hesabı açıb oyunumuzu birbaşa satışa çıxara bilərik. Virtual mağazalara əlavə etdikdən sonra oyunumuz haqqında reklamlar yaratmalı və onu tanıtmalısınız. Amma oyununuz bənzərsiz fikirə və dizayna sahibdirsə, tanıtım və reklam etmək bəzən lazım olmur (bax. Flappy Bird.).

Məndən bu qədər… Ümid edirəm ki, yazımı bəyəndiniz. Əgər yenə belə yazılarımın gəlməsini istəyirsinizsə, bu məqaləmi sosial şəbəkələrdə paylaşın və dostlarınıza çatdırın (Recommend düyməsini sıxmağı unutmayın.)

Qeyd: Məqaləmi öz saytınızda yerləşdirmək istəyirsinizsə əvvəlcədən mənimlə əlaqə saxlayın. rufatmdl@gmail.com

Şahmatı necə oynayırlar?: Qaydalar və başlanğıc bilgilər

Dünyada ən məşhur oyun — Şahmat oynamağı öyrənmək heç vaxt gec deyil! Şahmatın qaydalarını öyrənmək asandır:

1-ci Addım. Şahmat taxtasını necə düzməli
Oyunun başlanğıcında şahmat taxtası elə qurulur ki, hər bir oyunçu tərəfdə sağ aşağı küncdəki xana ağ rəngdə olsun. Daha sonra şahmat fiqurları həmişə eyni qaydada düzülür. İkinci sıra tamamilə piyadalardan ibarət olur. Toplar künclərə gedir, onların yanında atlar olur, daha sonra isə fillər gəlir. Mərkəzdə öz rənginə uyğun xanada vəzir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada) və onun yanındakı xanada isə şah olur.

2-ci Addım. Şahmat fiqurları necə hərəkət edir
6 növ daşın hər biri başqa cür gediş edir. Daşlar digər daşların olduğu damalardan keçə bilməz (yalnız atlar başqa daşların üstündən tullana bilir) və öz daşlarının olduğu bir damaya gedə bilməzlər. Həm də daşlarınız rəqibin daşlarından birinin olduğu bir damaya gedərək, rəqibin daşını oyundan çıxara bilər. Daşlar başlıca olaraq, daha sonrakı gedişlərdə rəqibin daşlarını (rəqib daşların olduğu damalara yerləşib, onların yerini tutaraq) oyundan qırağa çıxara biləcəkləri damalara, öz daşlarını rəqibin oyundan qırağa çıxartma istəyinə qarşı qoruna biləcəkləri damalara, ya da oyundakı önəmli damalara hakim ola biləcəkləri damalara yerləşdirilirlər.

Şahmatda Şah necə hərəkət edir?
Şah ən önəmli daşdır, ancaq eyni zamanda ən zəyif daşlardan biridir. Şah istənilən yana — aşağı, yuxarı, yanlara və çapraz — yalnız bir dama irəliləyə bilir. Şah əsla şah deyilmiş olacağı bir damaya (vurulacağı bir damaya) gediş edə bilməz. Başqa bir daşın şaha hücum etməsi “şah demək” kimi adlandırılır.

Şahmatda Vəzir necə hərəkət edir?
Vəzir ən güclü fiqurdur. O istənilən istiqamətdə düzünə — irəli, geri, yanlara və diaqonal — öz fiqurlarının üstündən keçməmək şərtiylə ən uzağa qədər gediş edə bilər. Başqa bütün fiqurlar kimi, əgər vəzir rəqib fiqurunu vurursa, onun gedişi bitmiş olur. Aşağıdakı diaqramda vəzirin necə gediş etdiyini görə bilərsiz. Baxın, ağ vəzir qara vəziri vurduqdan sonra necə qara şah gediş etməli olur.

Şahmatda Top necə hərəkət edir?
Top istədiyi qədər uzağa gedə bilər, lakin yalnız önə, arxaya və yanlara doğru. Toplar xüsusən bir-birini müdafiə edəndə və bir yerdə çalışanda güclü fiqura çevrilirlər!

Şahmatda Fil necə hərəkət edir?
Fil yalnız çapraz xətt boyunca istədiyi qədər irəliləyə bilər. Hər fil bir rəng (açıq, ya da tünd) üzərində başlar və hər zaman bu rəng üzərində qalmalıdır. Fillər bir-birinin gücsüzlüyünün üstünü basdırdığı üçün birlikdə yaxşı çalışırlar.

Şahmatda At necə hərəkət edir?
Atlar digər fiqurlara nəzərən fərqli hərəkət edirlər — bir istiqamətdə iki gediş, daha sonra 90 dərəcə dönərək bir gediş, təxminən «L» hərfinə bənzər formada. Atlar yeganə fiqurlardır ki, digər fiqurların üzərindən keçə bilirlər.

Şahmatda Piyada necə hərəkət edir?
Piyadalar qeyri-adi fiqurlardır, çünki onlar hərəkəti və rəqib fiqurunu vurmağı başqa formada həyata keçirirlər, belə ki onlar irəliyə hərəkət edir, rəqib fiqurunu isə diaqonal götürürlər. Piyadalar eyni vaxtda bir xana hərəkət edə bilər, yalnız başlanğıc gedişlərində onlara iki xana hərəkət etməyə icazə verilir. Piyadalar qarşılarındakı bir xanada diaqonal olaraq rəqib daşını vura bilərlər. Onlar heç vaxt arxaya hərəkət edə bilməz və vura bilməzlər. Əgər piyadanın düz qarşısında başqa bir fiqur varsa, o həmin fiqurun yanından keçə bilməz və həmin fiquru vura bilməz.

3-cü Addım. Şahmatın xüsusi qaydalarını kəşf edin
Şahmatda bir-iki xüsusi qayda var ki, ilk baxışdan məntiqli görünməyə bilər. Onları oyun daha daha əyləncəli və maraqlı etmək üçün yaradıblar.

Şahmatda Piyadanı necə çevirməli?
Piyadaların başqa bir özəl bacarığı da bir piyadanın taxtanın başqa tərəfinə çatması zamanı başqa hər hansı bir şahmat daşına çevrilməsidir (piyadaların çevrilməsi adlanır). Bir piyada hər hansı bir daşa çevrilə bilər. Piyadaların yalnız daha öncə ələ keçirilmiş bir daşa çevrilməsi ilə bağlı yayılmış, ancaq yalnış bir düşüncə yaranmışdır. Bu doğru DEYİL. Piyadalar başlıca olaraq vəzirə çevrilir. Yalnız piyadalar başqa daşlara çevrilə bilir.

Şahmatdakı «keçiddə vurmanı» necə etmək olar?
Piyadalarla bağlı son qanun Fransızca «en passant» deyilən, bizim «keçiddə verma» kimi adlandırdığımız gedişdir. Əgər bir piyada ilk gedişində iki dama irəliləyərsə və bununla rəqib piyadalardan birinin yanına gəlirsə (başqa piyadanın onu ələ keçirmə imkanından qaçarsa), rəqip piyadanın yanına gələn piyadanı keçərkən ələ keçirmə haqqı var. Bu özəl gediş piyada ilk gediş etdikdən sonra edilməlidir, əks halda keçiddə vurma haqqı aradan qalxır. Bu çətin, ancaq önəmli qaydanı daha yaxşı anlamaq üçün aşağıdakı örnəyin üzərinə tıklayın.

Şahmatda necə qala qurmalı?
Daha bir özəl qayda isə qalaqurma adlanır. Bu gediş sizə iki önəmli işi eyni anda etmək imkanı verir: şahınızı güvənli damaya aparmaq (istəyə görə) və topunuzu küncdən götürüb, oyuna çıxartmaq. Oyunçu öz gedişində şahını yana doğru iki dama hərəkət etdirir və topu şahın hərəkət istiqamətinin əksində şahın yanına qoyur. (Aşağıdakı örnəyə baxın.) Ancaq qalaqurmanın yerinə yetirilməsi üçün aşağıdakı şərtlər olmalıdır:
— bu o şahın ən birinci gedişi olmalıdır
— bu o topun ən birinci gedişi olmalıdır
— şah və hərəkət etdiriləcək top arasında heç bir fiqur olmamalıdır
— şah hücum altında ola bilməz və hücum olan xanadan keçə bilməz.

Bir yana qalaqurma etdiyinizdə şahın taxtanın qırağına başqa yana edilən qalaqurmaya görə daha yaxın olduğuna diqqət edin. Buna «qısa qalaqurma» deyilir. Vəzirin oyuna başladığı damaya doğru qalaqurmaya «uzun qalaqurma» adı verilib. Hansı yana qalaqurma edilməsindən asılı olmayaraq qalaqurma zamanı şah hər zaman yalnız iki dama gediş edir.

4-cü Addım. Şahmatda ilk gedişi kimin etdiyini öyrənin
Ağ rəngli fiqurlarla oynayan oyunçu həmişə birinci başlayır. Ona görə də oyunçular hansı rənglə oynayacaqlarını püşklə, qəpik atmaqla, ya da bir oyunçunun digər oyunçunun əlində gizlədilmiş daşın rəngini güman etməsiylə müəyyən edirlər. Beləliklə ağlar, daha sonra isə qaralar gediş edir, daha sonra yenə ağlar və qaralar və bu oyunun sonunadək belə davam edir.

5-ci Addım. Şahmat oyununda qalib gəlməyin qaydalarını təkrarlayın
Şahmat oyununu bitirməyin 2 iki yolu var: mat olma, ya da heç-heçə ilə.

Şahmatda necə mat etməli?
Oyunun tələbi rəqibin şahını mat etməkdir. Bu, rəqibin şahına şah deyildiyi və rəqibin şahının bu basqıdan qaça bilmədiyi durumlarda baş verir. Bir şahın basqıdan qaça bilməsi üçün sadəcə üç yol vardır: Şah deyilməyən bir damaya oynamaq (ancaq qalaqurma edə bilməz!), başqa bir daşı araya qoyaraq basqını əngəlləmək, ya da şaha basqı edən daşı ələ keçirmək. Əgər bir şah, matdan kaça bilməzsə oyun bitər. Şahmatda belə durumda rəqib şah ələ keçirilməz, ya da taxtadan çıxarılmaz, sadəcə oyunun bitdiyi elan edilir.

Şahmatda necə heç-heçə etməli?
Bəzən şahmat oyunlarında qalib olmur və oyun heç-heçə ilə bitir. Şahmat oyununun heç-heçə bitməsi üçün 5 səbəb ola bilər:
1. Pozisiya o zaman pat olur ki, gediş sırası olan oyunçuya şah deyilməyib, ancaq onun edə biləcəyi qanuni gediş də yoxdur.
2. Oyunçular sadəcə heç-heçəyə razılaşa və oyunu dayandıra bilərlər
3. Mat etmək üçün taxtada kifayət qədər fiqur qalmayıb (məsələn: şah və fil şaha qarşı)
4. Eyni pozisiya üç dəfə təkrarlanarsa, oyunçu heç-heçə elan edir (bu pozisiyalar ard-arda olmaya da bilər)
5. Hansısa oyunçunun piyada hərəkət etdirmədiyi və ya fiqur vurmadığı əlli ardıcıl gediş edildi.

6-cı Addım. Əsas şahmat strategiyalarını öyrənin
Hər bir şahmat oyunçusunun bilməli olduğu 4 sadə şey var:

Şahınızı qoruyun
Taxtanın küncləri əsasən daha güvənli olduğu üçün şahınızı taxtanın künclərinə doğru aparın. Qalaqurmanı gecikdirməyin. Başlıca olaraq, bacardığınız qədər tez qalaqurma etməlisiniz. Unutmayın, əgər öncə siz mat olsanız, rəqibinizi mat etməyə nə qədər yaxın olduğunuzun heç bir önəmi qalmaz!

Fiqurları elə belə qurban verməyin
Daşlarınızı diqqətsizlikdən uduzmayın! Hər daş dəyərlidir və rəqibi mat etmək üçün daşlar olmasa heç bir oyunu uda bilməzsiniz. Hər şahmat daşının nisbi dəyərini izləmək üçün bir çox oyunçunun yararlandığı asan bir sistem var.

Şahmat daşlarının dəyəri nə qədərdir?
Piyada 1 xal dəyərindədir
At 3 xal dəyərindədir
Fil 3 xal dəyərindədir
Top 5 xal dəyərindədir
Vəzir 9 xal dəyərindədir
Şah sonsuz dəyərə malikdir

Oyunun sonunda bu xallar heç bir məna kəsb etmir — bu sadəcə olaraq oyun zamanı qərar verməyiniz üçün bir sistemdir, o sizə vurma, dəyişmə vəya başqa gedişləri nə vaxt etməyi bilməyə kömək edir.

Şahmat taxtasının mərkəzinə nəzarət edin
Mərkəzi öz fiqurlarınız və piyadalarınızla idarə etməyə çalışmalısız. Əgər mərkəzi idarə etsəniz, sizin fiqurlarınızı hərəkət etdirmək üçün daha böyük sahəniz olacaq və rəqibin fiqurları üçün yaxşı xanalar tapması çətinləşəcək. Yuxarıdakı nümunədə ağlar mərkəzi idarə etmək üçün yaxşı gedişlər etdiyi halda, qaralar zəif gedişlər edirlər.

Bütün Şahmat fiqurlarınızdan istifadə edin
Yuxarıdakı örnəkdə ağlar bütün daşlarını oyuna çıxartdı! Taxtanın ilk sırasında durarkən daşlarınız sizə heç bir fayda verməz. Daşlarınızın hamısını çıxartmağa çalışın ki, rəqib şaha basqı zamanı yararlanmaq üçün daha çox daşınız olsun. Bir, ya da iki daşla hücum etmək güclü rəqibə qarşı işə yaramaz.

7-ci Addım. Çox sayda oyun oynayaraq təcrübə qazanın
Sahmatda özünüzü gücləndirmək üçün edə biləcəyiniz ən önəmli iş bol şahmat oynamaqdır! Özünüzü gücləndirmək üçün yorulmadan oynamağınız gərəkdiyi üçün evdə yoldaşlarınızla, ailənizlə oynamağınız, ya da internet raqiblərlə oynamağınız arasında doğurdan da çox bir fərq yoxdur. Ancaq artıq internet şahmat oyunları tapmaq çox asandır! Rahatlıqla şahmat oynaya biləcəyiniz bir yer üçün bura tıklayın.

Şahmat variantlarını necə oynamalı?
Çoxlarının standart şahmat qaydaları ilə oynamaq istəməsinə baxmayaraq, dəyişiklikliklərlə oynamaq istəyənlər də var. Bunun üçün “şahmat variantları” var. Hər bir variantın öz qaydası var.

Şahmat 960 necə oynanılır?
Mümkün olan 960 yerdən təsadüfi birinə görə düzülən arxa sıradakı fiqurlardan başqa, standart şahmatın bütün qanunları Şahmat960-a da aiddir. Standart şahmatdakı kimi qala qurulur və Şah və Top yenə qalaqurmadan sonra həmişəki (g1 və f1, və ya c1 və d1) yerlərinə gedirlər. 960 da eyni standart şahmat kimi oynanılır. Fərq yalnız debütdə daha çox müxtəlifliyin olmasıdır.

Şahmat turnir qaydaları ilə necə oynamalı?
Çox turnir ortaq və bənzər qaydaları təqib edir. Bu qaydaların evdə vəya onlayn oynamaq üçün tətbiqi zəruri olmasa da onları təcrübə etmək istəyə bilərsiniz.

• Toxundun-Oyna — Əgər bir oyunçu daşlardan birinə toxunarsa və toxunduğu daşla bir gediş etmək olursa, oyunçu o daşla oynamalıdır. Əgər oyunçu rəqibin bir daşına toxunarsa, o daşı udmalıdır. Taxtadakı bir daşa yalnız düzəltmək üçün toxunmaq istədikdə, öncə «düzəldirəm» deyərək rəkibinə istəyini bildirməlidir.

• Saat və Zaman Sayğacları — Bir çox yarışmalarda hər gedişə deyil, hər oyuna başdan sonadək keçirilən zamanı ölçmək üçün sahmat saatları işlədilir. Bütün oyun üçün hər oyunçuya eyni vaxt verilir və oyunçular bu vaxtı necə keçirəcəklərini özləri düşünür. Bir oyunçu gediş etdikdə rəqibin saatını çalışdırmaq üçün bir düyməyə basır. Bir oyunçunun zamanı bitərsə və onun rəqibi zamanın bitdiyini bildirərsə, vaxtı bitən oyunçu oyunu uduzur (bu durumda rəqibin mat etmək üçün yetərli daşı yoxdursa, oyun heç-heçə ilə bitir).

Ən Çox Soruşulan Şahmat Sualları (FAQ)
Şahmatda daha yaxşı necə ola bilərəm?
— Qaydaları və sadə strategiyaları bilmək hələ başlanğıcdır — şahmatda öyrəniləsi o qədər çox şey var ki, siz onları bütün ömrünüz boyu öyrənə bilməzsiz! İnkişaf etmək üçün üç şey etməlisiz:
1. Çoxlu şahmat oynayın — Sadəcə oynamağa davam edin! Mümkün qədər çox oynayın. Hər oyundan öyrənməlisiniz — udduqlarınızdan da uduzduqlarınızdan da.
2. Study with chess lessons — If you really want to improve quickly then you should do some online chess lessons. You can find online chess lessons here.
3. Əylənin — Bütün oyunlarınızı udmasanız da həvəsdən düşməyin. Hər kəs uduzur — elə dünya çempionları da. Nə qədər ki, uduzduğunuz oyunlarla əylənməyə və öyrənməyə davam edirsiniz, siz hər zaman şahmatdan keyf alacaqsınız!

Şahmatda ən yaxşı ilk gediş hansıdır?
— Hər kəsin başlıca olaraq tək bir dənə ən yaxşı kimi gördüyü gediş olmasa da, bir an öncə taxtanın ortasını ələ keçirmək üçün çalışmaq önəmlidir. Bu da bir çox oyunçunun mərkəzdəki piyadalardan birini (yəni şahın, ya da vəzirin önündəki) iki dama irəliyə, dolayısıyla 1. d4, ya da 1. e4 gedişini oynamalarına gətirib çıxarır. Bəzi oyunçular 1. c4, ya da 1. Af3-ə üstünlük verir. Başqa gedişlərin çoxu bunlar kimi yaxşı deyil. Bobbi Fişer şah piyadasıyla 1. e4 oynamağın ən yaxşı açılış gedişi olduğunu düşünürdü.

Hansı rəng şahmatda birinci başlayır?
— Birinci gedişi həmişə ağ fiqurları olan oyunçu edir.

Piyada geri hərəkət edə bilər?
— Piyada geriyə gedə bilmir. Nə zaman ki, piyada taxtanın sonuna qədər irəlilədi, onda siz onu başqa fiqura (vəzir kimi) çevirməlisiniz. Onda həmin fiqur kimi gedişlər edər, və geriyə də qayıda bilər.

Bir dəfəyə iki fiquru hərəkət etdirmək olar şahmatda?
— Sizin gedişiniz olduqda bir şahmat daşı ilə yalnızca bir gediş edə bilərsiniz — ancaq bir ayrıcalıq var! Siz qalaqurma etdikdə bir gedişdə şah və topun hər ikisi ilə gediş edirsiniz.

Ən vacib şahmat fiquru hansıdır?
— Şah ən vacib şahmat fiqurudur. Əgər şahı itirsəniz bütün oyunu uduzmuş olursunuz. Amma vəzir ən güclü şahmat fiqurudur.

Şahmat nə vaxt kəşf edilib?
— Şahmatın mənbəyi dəqiq bilinməsə də, bir çoxları onun 2000 il əvvəl Hindistanda şahmata bənzər oyunlardan təkamül etdiyini düşünürlər. Bizim bildiyimiz şahmat oyunu 15-ci əsrdə Avropada məşhurlaşdığı dövrdən mövcuddur.

Şahmatın məqsədi nədir?
— Şahmat 64 xanalı, iki rəngin bir-birini əvəz etdiyi taxtanın müxtəlif tərəflərində oturan iki rəqib arasında oynanılan oyundur. Hər bir oyunçu 16 fiqura sahibdir: 1 şah, 1 vəzir, 2 top, 2 fil, 2 at və 8 piyada. Oyunun məqsədi rəqib şahını mat etməkdir. Mat o zaman baş verir ki, şaha hücum edilib (şah verilib) və onun xilas ola biləcəyi xana yoxdur.

Comments are closed, but trackbacks and pingbacks are open.