Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduruna dair yeni tələblər müəyyənləşib
Dəyişikliyə əsasən vərəsələr hüquqi və fiziki şəxslərə bölünür, mirasın açıldığı yerin notariusu həm də əvvəlki qaydada dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcək. Bundan əlavə, artıq vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir.
Bu vasitələrlə siz gözünüzün görmə qabiliyyətini yaxşılaşdıra bilərsiniz
Bu vasitə ilə gözün görmə qabiliyyətini yaxşılaşdırmaq mümkündür, amma, nədənsə bu sirri heç kimlə bölüşmək istəmirlər. Əgər siz görmənizin zəiflədiyini hiss edirsinizsə, və ya gözlərinizi gün ərzində çox yorursunzsa o zaman aşağıdakıları diqqətlə oxuyun.
Bu məşqi etməklə sizin dünyaya baxışınız dəyişəcək və daha aydın görəcəksiniz.
Göz əzələlərinin məşqi aşağıdakı qaydada aparılır.
Əl qabağa doğru uzadılır.
Baş barmaq açılır və dik saxanılır.
Tələsmədən 1 dəfə dırnaqlarınıza baxa-baxa əlinizi gözünüzə yaxınlaşdrın və yenidən uzaqlaşdırın.
Aşağıdakı vasitələrlə gözlərinidəki yorğunluğu aradan qaldıra və görmənizdə meydana çıxa biləcək zəifləmənin qarşısını ala bilərsiniz.
1. Hər 3 saatdan bir gözlərinizi yumub bir-neçə dəqiqə dayanın.
2. Hər gün yerkökü şirəsi için.
3. Linzadan istifadə etmək istəsəniz gün ərzində bir-neçə dəfə çıxarıb gözlərinizə dinclik verin.
4. Hər gün göz ətrafınızı massaj edin.
5. Hər səhər və axşam gözlərinizi isti su ilə yuyun.
6. Kompyuter qarşısında çox oturursunuzsa o zaman bir saatdan bir 10 dəqiqə gözlərinizə dinclik verin.
7. Yatmazdan 2 saat əvvəl gözlərinizə dinclik verin.
8. Yaxın məsafədə bir nöqtəyə baxın. Sonra uzaqda olan hündür biq ağacın zirvəzinə baxmağa çalışın. Bunu gün ərzində bir neçə dəfə edin.Milli.Az
Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduruna dair yeni tələblər müəyyənləşib
Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduru təkmilləşdirilib, yeni tələblər müəyyənləşdirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Qüvvədə olan Təlimata əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Təlimata əlavə edilən yeni müddəalara görə, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab ediləcək. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılacaq. Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilibsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab ediləcək. Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə və şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı hesab ediləcək. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil ediləcək. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçəcək.
Qüvvədə olan Təlimata əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
Dəyişikliyə əsasən vərəsələr hüquqi və fiziki şəxslərə bölünür, mirasın açıldığı yerin notariusu həm də əvvəlki qaydada dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcək. Bundan əlavə, artıq vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir.
Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “. mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “. mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “. 1/3 hissə, yaxud . 2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edəcək. O cümlədən əvvəlki qaydada notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
İndiyə qədər əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməyibsə, notarius ərizəni qəbul edib, lakin vərəsəyə təklif edib ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin. Dəyişikliyə əsasən bundan sonra birmənalı olaraq poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmayacaq. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat kontoruna mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanacaq.
Qüvvədə olan Təlimata əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılıb. Bundan sonra isə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.
İndiyə qədər ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilib. Bu maddənin yeni redaksiyasında bildirilir ki, ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq ediləcək.
Qüvvədə olan Təlimata əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti ilə sübut edilir. Bundan əlavə indiyə qədər ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilərdi, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin. Dəyişikliyə əsasən artıq bu halda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar qəbul edilməyəcək.
Qüvvədə olan Təlimata görə notarius vərəsəlik işlərinin uçotu kitabını aparır. Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə) qeydə alınır.
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır. Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir. Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir. Dəyişikliyə əsasən bu prosedur da təkmilləşdirilib, əlavə tələblər müəyyənləşdirilib. Başqa sözlə, vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınacaq. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunacaq və notariat qaydasında təsdiq ediləcək. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil ediləcək. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılacaq.
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılacaq. Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikiləcək. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstəriləcək. Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat kontorunun adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı varsa, notarius ona təklif edəcək ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin.
Bu ərizədə mirasın qəbul edilməsi barədə iradə ifadəsi əks olunmalı və ünvanlandığı notariat kontorunun adı, ərizəçinin soyadı, adı və atasının adı, ünvanı, mirasın açıldığı vaxt, miras qoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilməlidir. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən veriləcək. Ərizədə onun yetkinlik yaşına çatmamışın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd ediləcək.
Vərəsə tərəfindən ərizəsinə əlavə edilmiş miras qoyanın ölümü haqqında şəhadətnamə, onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd və ya ləğv edilməmiş və yaxud dəyişdirilməmiş vəsiyyətnamə, eləcə də mirasın açıldığı yer barədə müvafiq sənəd və ya məlumat əsasında ölənin adına vərəsəlik işi açılacaq və bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil ediləcək. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də daxilolma kitabında qeydə alınacaq. Ərizələrin yuxarı sağ küncünə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi qeyd ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat kontorunda saxlanılan nüsxəsi notariat işinə tikiləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Şikayət necə yazılmalıdır? – QAYDALAR
Hazırda bu və ya digər məsələnin həll olunması ilə bağlı şikayətlə müraciət etmək praktikada geniş yayılmış vasitələrdən biridir. Bu praktikanın müsbət tərəfləri ondan ibarətdir ki, vətəndaşlar öz hüquqlarının qorunmasına daha ciddi yanaşırlar. Digər tərəfdən isə, şikayətlərin çox olması həm də həllini gözləyən səbəblərin kifayət qədər olduğunu göstərir. Hər bir halda, onun şikayətinin əsaslı araşdırılması və adekvat tədbirlərin görülməsi hər bir vətəndaşın arzuladığı məqamlardan biridir.
Bir sıra şəxslər çox tez-tez şikayətlə müraciət etdiklərindən müraciətlərin hazırlanması onlar üçün heç bir çətinlik yaratmır və hesab edirlər ki, ərizə və şikayələrə baxılması prosesini yaxşı dərk edirlər.
Digər bir qism insanlar isə şikayət etmək lazım olduqda çox çətin bir vəziyyətdə düşürlər. Nəticədə onların qarşısında çoxlu suallar yaranır: görəsən, şikayət nəcə olur? Digər sənədlərdən nə ilə fərqlənir? Şikayətdə nələr qeyd edilməlidir? İstədiyimi əldə etmək üçün necə yazsam daha yaxşı olar?
Lakin hər iki kateqoriyaya aid olan şəxslər müraciətlərin tərtib edilməsi zamanı bir çox xətalara yol verirlər.
Şikayət digər sənədlərdən nə ilə fərqlənir?
Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.
Ona görə də digər müraciətlədən (ərizə, təklif) və sənədlərdən (protokol, pretenziya və s.) aşağıakı xüsusiyyətlərinə görə fərlənir. Belə ki,
1) Siz qanunla müəyyən olunmuş müvafiq hüquqlara maliksiniz.
2) Sizin həmin hüquqlarınız pozulmuşdur.
3) Pozulmuş hüquqlarınızın bərpası və müdafiəsi üçün şikayəti ünvanladığınız orqan və ya vəzifəli şəxs tərəfindən müəyyən hərəkətlərin həyata keçirilməsini gözləyirsiniz.
Şikayəti düzgün tətib etmək üçün nələrə diqqət yetirməliyəm?
Azərbaycan Respublikasının qanunvericiliyi (müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, eləcə də müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), habelə imzası və tarix istisna olmaqla) yazılı müraciətin hər hansı standart fomada olmasını tələb etmir.
Lakin buna baxmayaraq, şikayətin düzgün tərtib olunması gələcək perspektiv baxımından çox əhəmiyyətlidir.
1. Şikayətin strukturu.
Şikayətiniz bütöv bir mətn kimi görünməməlidir. Onu hissələrə bölərək tərtib etsəniz həm vizual olaraq görünüşü xoş təsir bağışlayar, həm də oxucunun, daha doğrusu, müraciət etdiyiniz orqanın əməkdaşının şikayətinizlə tanış olması prosesini asanlaşdırmış olarsınız.
Şikayət aşağıdakı elementlərdən ibarətdir:
• başlıq – şikayətinizi kimə ünvanlamısınız və siz kimsiniz;
• sənədin adı – mərkəzdə “Şikayət” sözü;
• hadisənin təsviri – hüquqlarınzın pozulmasının mahiyyəti;
• tələb və xahişin özü – bu hissə “Xahiş edirəm” ifadəsi ilə başlamalı, yaxud da həmin ifadə ilə bitməlidir. Yaxşı olar ki, xüsusi olaraq nəzərə çarpması üçün digər hissələrdən ayrı verilsin;
• şikayətə əlavə edilmiş sənədlərin (mövqeyinizi müdafiə edən sübutların) siyahısı;
• tarix və imza.
2. Şikayətdə həyatın bütün çətinliklərindən söz açmağa ehtiyac yoxdur.
Üç vərəqli şikayət yazmayın. İstənilən hadisə və şəraiti bir və ya iki vərəqdən ibarət mətndə təsvir etmək mümkündür. Danışacaq daha çox hekayəniz olsa belə, unutmayın ki, oxumaq üçün nə qədər az vaxt tələb olunarsa müraciətinizin effekti də bir o qədər çox olar.
Şikayət yalnız işin “quru” faktlarını ehtiva etməlidir. Öz vəziyyətinizi kənar, qərəzsiz müşahidəçi kimi nəzərdən keçirin. Elə təsəvvür etməyə çalışın ki, sizə həll edilməsi üçün hansısa riyazi məsələ (yaxud kazus) yazmaq tapşırılıb.
3. Qanunlara istinadlar.
Müəyyən problemi təqdim edərkən hüquqlarınızı qoruyan və tələblərinizi əsaslandıran qanun və qaydaları nəzərə çatdırmağınız çox yaxşı olar. Məhz burada qənaət etmək lazım deyil.
Konstitusiyanın müddəalarından başlaya bilərsiniz (maddə 57 – müraciət etmək hüququ, III fəsil – bütün əsas insan və vətəndaş hüquqları və azadlıqları). Ən əsası odur ki, qeyd edəcəyiniz normalar şikayəinizin mahiyyətinə uyğun olmalı və onlara yerində istinad edilməlidir.
Bununla da, həm mövqeyinizi etibarlı şəkildə əsaslandırmış olursunuz, həm də savadlı və kifayət qədər maariflənmiş bir insan təəssüratı yaradırsınız. Bu, şikayətlərə dair qərar verilərkən heç də az rol oynamır.
Tibb müəssisəsi ilə bağlı şikayətdə əsaslandırılmış mövqe nümunəsi:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə uyğun olaraq, hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.
Həmin Qanunun 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir.
4. Tələbinizə xüsusi diqqət yetirin.
Çox vaxt vətəndaşlar bu bənddə qənaət edərək tələblərini bir cümlə ilə və ya ən yaxşı halda “Sizdən müvafiq tədbirlər görməyinizi xahiş edirəm” şəklində göstəməklə kifayətlənirlər.
Birincisi, bu halda, səlahiyyətli orqanlar və məmurlar müraciətinizə sadəcə bir şəkildə reaksiya verilməsini istədiyinizi düşünəcəklər. Bəlkə də, hesab edəcəklər ki, hansı konkret nəticəni gözlədiyinizi heç özünüzün də bilmirsiniz.
İkincisi, bu şəkildə qısa və ümumi tələb qoymaqla ünvan sahibinə necə cavab verəcəyini seçmək üçün ən geniş imkanlar təqdim edirsiniz. Bu halda səlahiyyətli orqan tabeçilik üzrə daha aşağı vəzifəli şəxsə müraciətinizi “tədbir görüməsi üçün” göndərə bilər. Axı bu da “müvafiq tədbir” hesab oluna bilər. Gördüyünüz kimi, bununla da probleminiz heç vaxt həll olunmaya bilər.
Bəs nə etmək lazımdır?
Şikayəti ünvanlamaq üçün seçəcəyiniz, yaxud seçdiyiniz orqanının və ya vəzifəli şəxsin hüquq və vəzifələrinin nədən ibarət olduğunu, səlahiyyətlərinin dairəsini müəyyən edən normativ aktlara, qanun və qaydalara nəzər yetirin. Bu elə də çətin məsələ deyil. İnternetdə axtarış sitemlərinin köməkliyi ilə bunları asan şəkildə tapa biləsiniz.
Hüquq və vəzifələr siyahısından probleminizin həll olunması üçün sizə lazım olanları seçin. Başqa sözlə, probleminizlə əlaqədar vəzifəli şəxs nə edə bilərsə və hansı hərəkətləri etməyə borcludursa, onlar arasından həyata keçirilməsini gözlədiyiniz tədbirləri bir bir sadalayın.
5. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları.
Müraciətinə baxılan vətəndaşın bir sıra hüquqları vardır. Onlar Qanunla müəyyən olunmuşdur. Lakin onların bir neçəsinin üzərində durmaq istərdim.
Belə ki,
• müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
Yəni, şikayətizə baxılması zamanı siz müvafiq sənəd və mateiallarla tanış ola bilərsiniz, eyni zamanda şikayətinizin yerində araşdırılmasına ehtiyac varsa həmin araşdımada iştirak edə bilərsiniz (əlbəttə ki, yuxarıda qeyd edilən istisnanı gözləmək şərti ilə).
• müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
Bu hüquq heç də yuxarıda qeyd edilən imkandan geri qalmır. Müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə məlumat almaq ona istinad edilməsinə, eləcə də vaxtında baxılmasını tələb etməyə imkan verir.
• müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
Bəli, sizin hər zaman müraciət barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququnuz var.
İnzabati qaydada, yəni müraciətinizə baxmış dövlət orqanı və ya vəzifəli şəxsin yuxarı orqanı və ya vəzifəli şəxsinə şikayət verə bilərsiz. Həmçinin, müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə birbaşa məhkəməyə də şikayət edə bilərsiniz.
İkisini birdən də edə bilərsiniz.
Əslində, siz müraciət etdiyiniz orqanı və ya vəzifəli şəxsi probleminizin öz həllini tapmayacağı təqdirdə yuxarı orqanlara şikayət etmək niyyətinizdə olduğunuz barədə məlumatlandıra biləsiniz.
Məsələn: “Şikayətimə qanunla müəyyənləşdirilmiş müddətdə yazılı cavab almasam və göstərilən . tədbirlər görülməsə, işin bütün materialları və ona əlavə edilmiş sübutlarla birlikdə . müraciət edəcəyəm”
Unutmayın ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.5-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
Ona görə də hər zaman müraciətə verilmiş cavabın əsaslandırımış olmasına diqqət yetirin.
6. Şikayət etmək imkanlarından səmərəli istifadə edin.
Çalışın dəfələrlə eyni məzmunlu müraciətlər ünvanlamaqla özünüzə qarşı etinasızlıq yaratmayasız. Bu hal müraciətlərinizin effektliyini azalda bilər.
Vətəndaşlarımızın hər bir məsələ ilə bağlı eyni anda aidiyyəti qurumdan tutmuş, bütün mərkəzi orqanlara – nazirliklərə və dövlət komitələrinə, Milli Məclisə və hətta ölkə Prezidentinə müraciətlər ünvanlaması adət halını almışdır. Məsələyə bu cür yanaşmanın sizə heç bir faydası yoxdur və dövlət orqanlarının işini lüzumsuz olaraq artırmaqdan başqa bir işə yaramır. Çünki, bu zaman həmin orqanlar müraciətlərin əksəriyyətini onların səlahiyətlərinə aid olmasa da, qanuna və kargüzarlıq qaydalarına uyğun olaraq formal prosedurlardan keçirmək məcburiyyətində qalırlar. Son nəticədə isə bu cür müraciətlər qaldırılan məsələ ilə bağlı səlahiyyətli orqana yalnız aidiyyəti üzrə göndərilir.
Nəzərə alın ki, çoxlu sayda eyni məzmunlu təkrar müraciətlərin mövcud olması müraciətə baxan subyektə imkan verir ki, müraciətiniz baxılmamış saxlanılsın.
Çünki, yuxarıda qeyd edilmiş Qanuna əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Ona görə də, yaxşı olar ki, şikayətə ilk olaraq aidiyyəti üzrə ən aşağı orqandan başlayasınız. Müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə isə şikayət vermək imkanlarınız (instansiyaların) daha geniş olur. Eyni zamanda, yuxarı orqanlar da həmin məsələ ilə bağlı sizin aşağı orqanların imkanlarından tam istifadə etdiyinizi görüb, bu sahədə fəaliyyətin yaxşılaşdırılmasına eytiyac olduğu və növbənin artıq onlarda olduğunu dərk etmək məcburiyyətində qalırlar.
Başqa sözlə, qanununun sizə verdiyi imkanlardan maksimum səmərəli istifadə edin!
Unutmayın ki, Qanuna əsasən, standart olaraq vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Müraciətiniz korrupsiya halları ilə əlaqədardırsa, bu barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin etməli və həmin xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
Yadda saxlayın ki, müraciətlərinizi aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət etdiyiniz müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmçinin, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Nəticə.
Probleminizi həll etməkdə həqiqətən maraqlanırsınızsa, şikayətinizi ciddi şəkildə hazırlayın. Bu zaman qarşınızda duran məqsəd bundan ibarət olmalıdır:
Özünüzü kömək istəyən çarəsiz bir şəxs kimi deyil, öz hüquqları barədə məlumatlı olan bir vətəndaş kimi təsəvvür edin. Əmin olun ki, hüquqlarızı, onların haradan qaynaqlandğını, pozuntunun nədən ibarət olduğunu və bunun hansı faktlar əsasında təsdiq edildiyini, səlahiyyətli şəxslərin və orqanların bu hüquqların həyata keçirilməsini təmin etmək üçün nə etməli olduqlarını, bu hüquqların pozulması halında hansı tədbirləri görməyə borclu olduqlarını, səlahiyyətlərinə əsasən onlardan nə tələb olunmalı olduğunu bilirsiniz. Baxmayaraq ki, müraciətiniz özündə “şikayət” sözünü və “xahiş edirəm” ifadəsini ehtiva edir, tələbin bu şəkildə qoyulmuş olması heç də kimdənsə bir şey istəmək və ya ona yalvarmaq anlamına gəlmir. Əksinə siz qanunla onlara həvalə olunan vəzifələrin icrasını tələb edirsiniz.
Ümid edirəm bu məqalə müraciət edərkən bilməli olduğunuz əsas məqamları anlamağınıza kömək etdi. Müraciətlərinizin sonrakı taleyinin bir hissəsi bu məqamlardan asılıdır.
Absələddin Əliyev
Vəkillər Kollegiyasının üzvü, vəkil
Comments are closed, but trackbacks and pingbacks are open.