Özbkistanın iqtisadiyyatı
16:40 24 Mart 2023
Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:
M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK, aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
M E Q A İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.
- Teqlər:
- iqtisadi nəzəriyyə
- , ekonomiks
Özbkistanın iqtisadiyyatı
10:00 25 Mart 2023
Azərbaycan Dəmir Yolları – MƏHKƏMƏYƏ VERİLİB – SƏBƏB
09:50 25 Mart 2023
Mebel inventarlarının alınması ilə bağlı – TENDER ELANI
09:41 25 Mart 2023
Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
09:33 25 Mart 2023
Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
09:25 25 Mart 2023
“Erlab MMC”-yə 164 minlik reaktiv sifarişi – TENDER NƏTİCƏSİ
09:14 25 Mart 2023
Qazax Suvarma Sistemləri İdarəsi – TENDER ELAN EDİR
09:04 25 Mart 2023
Bakı Baş Gömrük İdarəsi – MƏHKƏMƏYƏ VERİLİB – SƏBƏB
08:53 25 Mart 2023
Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini – MƏHKƏMƏYƏ VERDİ – SƏBƏB
08:40 25 Mart 2023
Balakən Rayon Mərkəzi Xəstəxanası – TENDER ELAN EDİR
08:30 25 Mart 2023
Neft 3 faizdən çox ucuzlaşıb – SON QİYMƏT
17:24 24 Mart 2023
Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir – MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ – VİDEO
17:12 24 Mart 2023
Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə – QƏRARI DƏSTƏKLƏDİ
16:40 24 Mart 2023
“Togg”un sifarişləri – 100 MİNİ KEÇDİ
16:20 24 Mart 2023
SOCAR Qazaxıstan neftinin – TRANZİTİNƏ BAŞLAYIB
15:38 24 Mart 2023
Twitterin “mavi” nişanının qiyməti açıqlandı – Bütün dünyada istifadə oluna bilər
15:13 24 Mart 2023
Azərbaycana düyü idxalı – 46% ARTIB
15:09 24 Mart 2023
Rusiyanın daha bir şəhərindən Bakıya – TƏYYARƏ REYSİ AÇILIR
14:49 24 Mart 2023
Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
14:34 24 Mart 2023
Azərbaycan MN Rusiya sülhməramlıları qarşısında qəti tələb qoyub: “Belə hallara dərhal son qoyulmalıdır”
14:14 24 Mart 2023
Azərbaycan MN: Xankəndi yolu ilə növbəti qanunsuz hərbi daşımalar davam edir – VİDEO
14:07 24 Mart 2023
Avropada satılan balın təqribən yarısı – KEYFİYYƏTSİZDİR
13:24 24 Mart 2023
Azərbaycanın ən böyük bankı – ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA
13:19 24 Mart 2023
Laboratoriyada hazırlanan brilyantın satışı artır – TƏBİİ BRİLYANT İLƏ EYNİDİR, AYIRMAQ MÜMKÜN DEYİL
13:05 24 Mart 2023
Darknetdə nə baş verir? – Xakerlərin qurbanına çevrilməmək üçün – 4 VACİB TÖVSİYƏ
12:47 24 Mart 2023
Şənbə gününün – HAVA PROQNOZU
12:32 24 Mart 2023
2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro – SƏRF EDİB
12:15 24 Mart 2023
ABB Sumqayıtda daha bir – FİLİAL AÇDI!
12:05 24 Mart 2023
2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro – SƏRF EDİB
11:50 24 Mart 2023
Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu – 4,4% AZALIB
11:44 24 Mart 2023
“Qarabağ”-“Qalatasaray” matçına gedəcək – AZARKEŞLƏRİN NƏZƏRİNƏ!
11:34 24 Mart 2023
Türkiyədə nar souslarının satışı – QADAĞAN OLUNDU
11:16 24 Mart 2023
Neft bahalaşıb – SON QİYMƏT
11:13 24 Mart 2023
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə – 2% KEŞBEK HESABLANACAQ
11:03 24 Mart 2023
Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına – CAVAB VERİB
10:42 24 Mart 2023
Su qıtlığı niyə yaranır? – 5 SUALA CAVABDA
10:29 24 Mart 2023
Bağlanan bankın əmlakı 57 min manata – SATIŞA ÇIXARILIR
10:10 24 Mart 2023
Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı – 5% CASHBACK
10:01 24 Mart 2023
Cəbrayılda tikilən evlər belə olacaq – VİDEO
09:53 24 Mart 2023
“Twitter Blue” ödənişli abunəliyi artıq bütün dünyada istifadəçilər üçün əlçatandır
09:45 24 Mart 2023
“Rusiya və Çin üçün dollara alternativ yaratmaq çox çətin olacaq”
09:38 24 Mart 2023
İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə – DƏVƏT EDİLİB
09:32 24 Mart 2023
Azərbaycan nefti bahalaşıb – SON QİYMƏT
09:30 24 Mart 2023
Azərbaycanın dəqiq elmlər üzrə – Ən reytinqli alimləri açıqlandı – “Google Scholar”ın siyahısı
09:18 24 Mart 2023
Onlayn alış-veriş zamanı aldanan istehlakçı – NƏ ETMƏLİDİR?
09:13 24 Mart 2023
Füzuli şəhəri yenidənqurmadan sonra belə olacaq – FOTOLAR
09:04 24 Mart 2023
“Norm Sement” işçi axtarır – VAKANSİYA
20:45 23 Mart 2023
Azərbaycan şirkətləri işçilər axtarır – MAAŞ 2500-2500-3000-3500 MANAT- VAKANSİYALAR
20:22 23 Mart 2023
“NOVCO Group of Companies” işçilər axtarır – MAAŞ 700-900 MANAT – VAKANSİYALAR
20:09 23 Mart 2023
“Kristal Abşeron” işçilər axtarır – VAKANSİYALAR
20:03 23 Mart 2023
“ATA PACK” MMC işçilər axtarır – MAAŞ 500 MANATDAN – VAKANSİYALAR
19:57 23 Mart 2023
“Carlsberg Azerbaijan” çoxsaylı işçilər axtarır – VAKANSİYALAR
19:51 23 Mart 2023
Azərbaycanda vələmir əkini 5%-dən çox artıb
17:33 23 Mart 2023
Azərbaycanda buğda əkini 16%-ə yaxın azalıb
17:23 23 Mart 2023
Azərbaycanda sürtkü yağlarının istehsalı 54%-dən çox artıb
17:12 23 Mart 2023
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
17:03 23 Mart 2023
İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
16:45 23 Mart 2023
Azərbaycandan dizel yanacağı istehsalı 1%-ə yaxın azalıb
16:34 23 Mart 2023
Azərbaycanda ağ neft isthesalı 7%-dən çox azalıb
16:20 23 Mart 2023
Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi – BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
16:07 23 Mart 2023
SOSİAL MEDİA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır
© 2016 – 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!
ƏMƏYİN İQTİSADİYYATI VƏ SOSİALOGİYASI
Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil olan bakalavrlar, iqtisadçılar, mütəxəssislər və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Əməyin, əmək fəaliyyətinin, insan resurslarının iqtsiadi problemlərinin sistemli, kompleks öyrənilməsi müasir dövrün başlıca tələbidir. Əməyin səmərəli və gəlirli nəticə əldə etmə problemi birinci növbədə insan potensialı, onun yaradıcı imkanları ilə şərtləşir. Bunu insan iqtisadiyyatı adlandırmaq olar. Bazar münasibətləri şəraitində demoqrafik proseslərin, miqrasiyanın, insanın inkiaşfı, sosial-əmək münasibətləri, əmək bazarı, məşğulluq, həyat səviyyəsi, həyat tərzi və həyat dəyəri problenilərnin kəskinləşməsi, insan iqtisadiyyatını hər hansı bir iqtisadiyyat sferasından ön plana keçirir.
Müasir elmi – texniki tərəqqi və bazar münasibətləri şəraitində firmadaxili planların tərtib edilməsində, istehsal daxili ehtiyatların elmi əsaslar üzrə təhlil və istifadə olunmasında iqtisad elmi qarşısında çox ciddi vəzifələr durur. Ona görə də, başqa iqtisadi problemlərlə yanaşı əməyin, iqtisadiyyatından irəli gələn ən ümdə məsələlərin öyrənilməsi ön plana keçməkdədir.
Yeni münasibətlər sistemi insana sosial-iqtisadi inkişafın əsas, zəruri şərti kimi yanaşmağı, onun potensial imkanlarından daha səmərəli istifadə etməyi tələb edir. Bu özünü hər bir sfera və prosesalərdə göstərməlidir: insan kapitalının reallaşmasında iqtisadi, sosial-əmək, təşkilati, idarəçilik, siyasi, psixoloji, etnik amillər və onların formalaşdığı mühit də aparıcı əhəmiyyətə malikdir. Lakin sistemli iqtisadi təfəkkür, məqsədyönlü fəaliyyət insana, iqtisadi fəal əhaliyə xas olduğuna görə iqtisadi nəticələr birinci növbədə əmək və əmək resurslarına istinad edir, onun fəallığı səviyyəsi ilə şərtlənir. İnsan da digər resurslar kimi səmərəli və keyfiyyətli olmalıdır, daima təkmilləşməlidir. Təkmil, kamil insan ölkənin ən qiymətli sərvəti, millətin şərəf və iftixar simvoludur.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.