Press "Enter" to skip to content

Özümü mirasdan necə məhrum edə bilərəm

CAVAB

“Mənim dünyam yıxılıb, Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir. “

“Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərəm sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də ki, danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”.

BiG.AZ bildirir ki, Moderator.az-a açıqlamasında xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib.

“Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir (kövrəlir)” deyə sənətkar bildirib.

Elmira İsmayılova bildirib ki, gəlini, əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.

“Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir” deyə xalq artisti bildirib.

Şou biznes Baxılıb: 1034 Tarix: 20 may 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Şeyma Subaşı izləyicilərini sevindirəcək

Xəbər verdiyimiz kimi məşhur türk fenomeni Şeyma Subaşı abunəlik sistemi ilə hər izləyici sayına görə 134 tl (təqribən 11.53 azn) qazanacağını açıqlamışdı. türk mediasına istinadən xəbər verir ki, bundan sonra Subaşının izləyiciləri günü-gündən azalaraq 5 min abunəçiyə düşüb. Bunu görən Şeyma kampaniy

Özcan ad gününü xanımı ilə qeyd etdi – FOTO

Türkiyənin məşhur müğənnisi Özcan Deniz ad gününü qeyd edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənətçinin xanımı Samar Dadqar sosial media hesabında paylaşım edib. O, 51-ci yaşını tamamlayan müğənni ilə fotosunu paylaşıb. Qeyd edək ki, S. Dadqar müğənnidən 22 yaş kiçikdir. Görüntülər

“Yalı çapkını”nda şok ayrılıq

Sezon finalına hazırlaşan “Yalı çapkını” serialında şok ayrılıq yaşanıb. OLAY yazır ki, əsas obrazlardan birini canlandıran Doğukan Polat layihə ilə vidalaşıb. Onun həyat verdiyi Fuat obrazı ölüb. Xanımı Asumanı oynayan Öznür Serçeler isə ekran işində rol almağa davam edəcək

“Ana olmaq istəmirəm”

Türkiyəli aktrisa Şebnem Bozoklu şəxsi həyatı barədə danışıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ana olmaq istəmədiyini açıqlayıb:. “Kanat Atkayaya əlim ayağım titrəyərək aşiq olmuşam. Hələ də çox aşiqəm. Kanatla planlarımız arasında övlad sahibi olmaq yoxdur”. Qey

Gövhər Həsənzadə: “Sənətlə bağlı olan proqramların sayı azalıb”

“Bugünkü konsert Muradın uğurunun nəticəsidir”. ” “a istinadən xəbər verir ki, bu sözləri Murad Arifin solo konsertində iştirak edən bəstəkar Gövhər Həsənzadə deyib. G.Həsənzadə qeyd edib ki, solo konsert sərf edilən illərin nəticəsidir:. “Murad ilk solo konsertini verir. Muradı

Üzeyir 50 min söhbətindən danışdı

Müğənni Üzeyir Mehdizadə repçi Paster ilə müğənni Damla arasındakı mahnı qonorarı barədə danışıb. OLAY yazır ki, ifaçı “Gül kimi şou” proqramının aparıcısı Cavid Gülün “Səndən mahnı istəsələr, 50 min manata satarsan” sualını cavablandırıb. Sənətçi deyib ki, bu məbləğlər real deyil:

Səhnədən yıxılaraq xəstəxanalıq olan Kibariyedən günlər sonra ilk paylaşım

Ötən həftə verdiyi konsertdə səhnədən yıxılaraq zədələnən türkiyəli məşhur müğənni Kibariye günlər sonra ilk paylaşımını edib. Məşhur müğənni özünün fotosunu paylaşıb və şəklə göz muncuğu emojisi əlavə edib. Xatırladaq ki, müğənninin mühafizəçisi səhnəyə çıxan pərəstişkara müdaxilə etdiyi zaman Kibariy

Kübra Əliyeva: “Oğlumu narkotikə qurşandıran şəxs həbsxanada özünü asıb”

“Həyat yoldaşım sağdır. Onun 83 yaşı var. O məndən 9 yaş böyükdür. Türkiyədən qayıdanda mənə zəng vurdu. Söylədi ki, gəlmişəm, Bakıdayam. İş adamı idi. O, hazırda İsmayıllıdadır. Mən orada yox, Bakıda yaşayırdım. 10 il birlikdə yaşadıq”. Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artis

Emin müharibədə dostunu itirdi

Xalq artisti Emin Ağalarov Rusiya-Ukrayna müharibəsində yaxın dostunu itirib. OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:. “Saşa, əzizim… Deməyə sözüm yoxdur, sən əbədi bizimlə olacaqsan. Aleksandr Satalkin şərəfli döyüşçü kimi dünyasını dəyişdi. Onu illərdir tanıyıram, yeri cənnə

Miras

Sual: Miras bölüşdürülmədən bir hissəsini hədiyyə etmək caizdirmi?

CAVAB

Həcm və ya çəki ilə ölçülən ortaq malı hədiyyə etmək faiz hökmündədir. Ev, tarla, parça, ev əşyası kimi əşyaları hədiyyə etmək olar.

Sual: Atamın pensiyasında qardaşımın haqqı varmı?

CAVAB

Miras olmadığı üçün yoxdur.

Sual: Atam sağlığında, “Filan tarla qardaşın Əhmədə verdim” dedi. Əhməd bunu eşitmədi. Hədiyyə səhihdirmi?

CAVAB

Xəbər çatan kimi hədiyyə tamam olur.

Sual: Bir nəfər, tarlamı təmannasız ək-becər, dedi. Həmin şəxs vəfat etdi. Varisləri əvəzin istəyir, verməliyəmmi?

CAVAB

Bəli. Çünki həmin şəxs sağ ikən səlahiyyəti var idi. İndi isə o tarla vəsələrindir. Vərəsələrlə razılaşmaq lazımdır.


Sual: Varisin haram mal olduğunu bildiyi halda mirası alması caiz olarmı?

CAVAB

Sual: Doğulduqdan sonra dərhal ölən uşağın mirası necə həll edilir?

CAVAB

Uşaq ölən qohumuna varis olur. Uşaq öldükdə tərk etdiyi mal varisləri arasında bölüşdürülür.

Kafir övladın haqqı

Sual: Almaniyada yaşayırıq. Bir oğlumla bir qızım var. Oğlum dinsiz, imansız bir ateist oldu. Qızım da bir neçə il əvvəl Xristian bir nəfərə ərə getdi. Qeyri-müsəlmanla evlənən müsəlman qızın mürtəd olacağını bildirsək də bizi dinləmədi. Həyat yoldaşım övladlarımızın bu hərəkətlərindən dolayı onları övladlıqdan çıxardı. İndi isə yoldaşım vəfat etdi. Bu iki övladımızın dinimizə görə miras haqları varmı?

CAVAB

Tam Elmihalda deyilir ki:

Müsəlman övladı olduğu halda halala, harama, fərzlərə, məsələn, namaza, qüslə əhəmiyyət verməyən, oruc tutmaq istəməyən, günah işlədikdə peşman olmayan mürtəd olur, müsəlmandan miras ala bilməz. Bir hədisi-şərif məalı belədir:

“Müsəlman kafirə, kafir də müsəlmana varis ola bilməz”. [Buxari, Müslim, Əbu Davud, Tirmizi]
Nuh (əlehissəlam) “Ya Rəbb, mənim ailəmdən olanları xilas edəcəkdin. Oğlum suda boğuldu” dedi. Allahu təala, “Ey Nuh, o oğlun etdiyi pis hərəkətindən dolayı sənin ailəndən sayılmır” buyurdu. (Hud 46)

Buradan məlum olur ki, bir müsəlmanın dinsiz, imansız oğlu onun ailəsindən sayılmır. Ailədən sayılmadığı üçün də miras düşmür.

Fəraiz elmində Avl hesabı

Sual: Bir ateist Quranda miras paylaşımında xəta olduğunu zənn edib, Nisə surəsi 11 və 12-ci ayəti-kərimə məallarını yazaraq deyir ki:

Tutaq ki, bir adam öldü və geridə üç qız övladı, ana-atası və xanımı qaldı. Üç qıza mirasın üçdə ikisi, ana-atasına altıda biri, xanımına səkkizdə biri qalacaq. (2/3)+(1/6)+(1/6)+(1/8 ) = 1,125 edir.Tam 1 olmalı deyildimi? Ölən adamın 1000 manat pulu var, amma hesaba görə 1125 manat miras paylaşılmalıdır. O çatışmayan 125 manatı Allah yollayacaq?

CAVAB

Ateist fəraiz elmini bilmədiyi üçün belə yanlış hesablayır. Əvvəlcə fəraiz elminə görə hesablayaq, sonra nəticəsini bildirək. Fəraiz elminə görə fəraiz proqramları düzəldilmişdir. Onlardan biri saytda mövcuddur.

3 QIZ + 1 ANA + 1 ATA + 1 XANIM varsa, qızların hər biri 16/ 81 alır. Üçü 48/81-ni alır. Ana 12/81, ata 12/81, xanım 9/81 alır. 48+12+12+9=81 edir.
Ateistlər avl nədir onu bilmirlər. S. Əbədiyyə kitabında avl bəhsi belə açıqlanır:

Məsələn, xanım, ana, iki bacı və anadan iki bacı olduğu zaman miras 12 yerə bölünüb, xanıma 3 hissə, anaya 2 hissə, iki bacıya 8 hissə [hər birinə 4 hissə], ana bir bacıya 4 hissə [hər birinə 2 hissədən] verilir ki, hissələrin cəmi 12 olur. Belə halda məsələnin əsli 17 “avl” etdi deyilir və miras 17 yerə bölünür.

Məsələn, Zövc və 5 bacı olduğu zaman məsələnin əsli 6-dan olsa da hissələrin cəmi 7-ə avl edilir [yəni hissələrin cəmi yeddi olur] və beş bacıya dörd hissə düşür. Dörd hissə, beş bacıya bölünə bilməyəcəyi üçün məsələnin əsli 5×7=35 olur. Beş qıza [4×5=20] iyirmi hissə verilir. Zövc [3×5=15] on beş hissə alır.
“Fətava-yı Hindiyyə”də deyilir ki, vəfat edən qadının əri, bacısı və atadan bacısı olsa, əri yarısını və bacısı da yarısını, atadan bacısı 1/6-ni alıb, məsələnin əsli 6-dan 7-yə avl edər. Atadan qardaş da olsaydı atadan bacısı mirasdan çıxılıb qohum (ata tərəfdən) edər. Ər və bacıdan sonra bir qalmadığı üçün atadan bacı heç bir şey almazdı.

Avl: Ölənin oğlu yoxdursa, zövc və zövcə, qız və qardaş-bacılar olsa, avl vəziyyəti gündəmə gəlir və hissə sayı avtomatik yüksəlir. Bununla bağlı nümunələr:

1 zövc 3/7, 2 ədəd bacı – hər biri 2/7 ortaq payda 6 idi, lakin avl edərək 7 oldu. Ortaq payda = 6, cəmi 7 hissə. Məsələnin əsli 6-dan isə də hissələrin cəmi 7-yə avl edir. Yəni hissələrin cəmi 7 edir.
1 zövcə 3/17, 2 ədəd bacı – hər biri 4/17, 2 ədəd anadan qardaş – hər biri 2/17
1 ana 2/17 Ortaq payda 12 idi, lakin avl edərək 17 oldu. Ortaq payda = 12 cəmi 17
1 zövc 9/21, 6 bacı – her biri 2/21, Ortaq payda 18 idi, amma avl edərək 21 oldu.
1 zövc 21/49, 7 bacı – hər biri 4/49, Ortaq payda 42 idi, lakin avl edərek 49 oldu.

Malının tamamı üçün vəsiyyət

Sual: Bir şəxs ölmədən əvvəl malının tamamını istədiyi şəxsə verə bilərmi və ya tamamını varislərindən birinə verilməsini vəsiyyət edə bilərmi?

CAVAB

Sağlığında malının hamısnı arzu etdiyi şəxsə hədiyə edə bilərsə də saleh övladları arasında ayrı-seçkilik etməməlidir. Maının tamamını varislərindən birinə və ya başqasına vəsiyyət etsə, vəsiyyət edilənə ancaq 1/3-i verilir.

Varisi olmayanın vəsiyyəti

Suak: Heç varisim yoxdur. Malımın neçə hissəsini vəsiyyət edə bilərəm?

CAVAB

Varisi olmayan malının bütününü də vəsiyyət edə bilər. Varisi olan isə üşdə birindən artığını vəsiyyət edə bilməz. Vəsiyyət etsə də üçdə birindən artığını yerinə yetirmək olmaz.

Miras və səfərlilik

Sual: “Kişi valideynlərinin olduğu şəhərə getdikdə heç bir zaman səfəri olmaz, ora onun vətəni-əslisi olur. Çünki kişi valideyninin varisidir, o ev və içindəkilər onlar öldükdə o kişiyə qalacaq. Qadın da kişiyə bağlı olduğu üçün səfəri olmaz” deyilir. Bu doğrudurmu?

CAVAB

Xeyr, doğru deyil. Ağılla, məntiqlə din olmaz. Dinimiz nəqlə əsaslanır. Mirasın səfərliliklə və ya səfərliliyin mirasla heç bir əlaqəsi yoxdur. Din kitabları vətən-əslini belə tərif edir:

1- Bir şəxsin vətəni-əslisi doğulduğu yerdir.

2- Bu şəxs evlənsə, doğulduğu yer vətəni olmaqdan çıxır, vətəni-əslisi evləndiyi yer olur.

3- Daha sonra başqa bir yerə bir dəfəlik köçsə son köçdüyü yer vətəni əslisi olur. Başqa şəkildə vətəni-əsli olmaz. (S. Əbədiyyə)

Maaş və miras

Sual: Ölən atamın təqaüdünü anamla bacım alır. Mən də oğlu olaraq varisiyəm. Bu maaşda mənim də haqqım yoxdurmu?

CAVAB

Təqaüd miras malı olmadığı üçün sadəcə kimlərə verilirsə, onlar alır.

Ölünün sovxası

Sual: “Sovxanı evdə saxlamaq olmaz” deyirlər. Ölən şəxsin bütün paltarlarını yoxsullara vermək lazımdır, bəzi paltarları xatirə olaraq evdə saxlamaq olmaz?

CAVAB

Sovxa [ölünün paltarları] varislərinindir. Varisləri paylaşdıqdan sonra istədikləri kimi istifadə və ya başqasına verə bilərlər. Ev, torpaq, paltar kimi bölünməyən mallar hədiyyə etmək və halallaşmaq şərtilə də paylaşıla bilinər.

Miras hesabları

Sual: Dinimizə görə edilən miras hesablarında əlimizdə ölçü olması üçün bir neçə bəsit nümunə verilə bilərmi?

CAVAB

Saytda linklər bölümündə miras proqramı vardır. O proqramda asanlıqla hesablamaq olar.

Ölənin mirasçıları olaraq aşağıdakılar qalarsa, miras payları bu şəkildə olur:

1 qız 1 oğul = qız 1/3, kişi 2/3 hissə alır.
1 qız 2 oğul = qız 1/5, kişilərin hər biri 2/5 hissə alır.
2 qız 2 oğul = qızların hər biri 1/6, kişilərin hər biri 2/6 hissə alır.
2 qız 1 oğul = qızların hər biri 1/4, kişi isə 2/4 alır.
3 qız 1 oğul = qızların hər biri 1/5, kişi isə 2/5 hissə alır.
1 qız 3 oğul = qız 1/7, kişilərin hər biri 2/7 hissə alır.
3 qız 3 oğul = qızların hər biri 1/9, kişilərin hər biri 2/9 hissə alır.

Ölənin xanımı da varsa
1 qız, 1 oğul, 1 xanım =
1 qız 7/24, 1 kişi 14/24, xanım 3/24 hissə alır.
1 xanım, 1 qız, 1 oğlun qızı, 1 bacı, 1 ana = 1 qız 12/24, 1 oğlun qızı 4/24, 1 xanım 3/24, 1 ana 4/24, 1 bacı 1/24

Ölənin əri də varsa
1 qız, 1 oğul, 1 ər =
qız 1/4, oğul 2/4, ər 1/4 hissə alır.
1 ər, 1 oğlun oğlu, 1 oğlun qızı, 1 qız, 1 qardaş = 1 qız 6/12, 1 ər 3/12, 1 oğlun oğlu 2/12, 1 oğlun qızı 1/12 hissə alır. Qardaş hissə ala bilməz.
1 ər, 1 atası, 3 oğlun qızı, 1 ananın anası = 1 ər 9/45, 1 ata 6/45, oğlun qızının hər biri 8/45, 1 ata 6/45, 1 ananın anası 6/45 hissə alır.
1 əri, 1 anası, 1 atanın anası, 1 ananın anası, qardaşın 2 oğlu= 1 əri 6/12, 1 anası 4/12, qardaş oğlunun hər biri 1/12 hissə alır. 1 ananın anası ilə 1 atanın anası hissə ala bilməz.

Ölənin oğlu yoxdursa
1 qız, 1 bacı, 1 oğlunun oğlu
= 1 qız 1/2, oğlunun oğlu 1/2 hissə alır.
1 qız, 1 qardaş, 1 oğlunun qızı = Qız 3/6, qardaş 2/6, oğlun qızı 1/6 hissə alır.
1 xanım, 1 oğlunun qızı, 1 bacı, 1 ana = 1 oğlunun 1qızı 12/24, 1 xanım 3/24, 1 ana 4/24, 1 bacı 5/24 hissə alır.

Ölənin nəslindən heç kimi yoxdursa
1 ər, 1 ana, 1 atanın atası, 1 bacı = ər 3/6, ana 2/6, atanın atası 1/6 hissə alır, 1 bacı hissə ala bilməz.
1 xanım, 1 ana, 1 qardaş, 1 bacı = xanım 9/36, ana 6/36, 1 qardaş 14/36, 1 bacı 7/36 hissə alır.
1 xanım, 1 atanın anası, 1 bacı, 2 əmi = xanım 6/24, atanın anası 4/24, 1 bacı 12/24, 2 əmilərin hər biri 1/24 hissə alır.
1 ər, 1 ana, atadan 2 qardaş, 1 atadan bacı, 1 anadan qardaş = ər 15/30, ana 5/30, atadan 2 qardaşın hər biri 2/30, 1 atadan bacı 1/30, 1 anadan qardaş 5/30 hissə alır.

Ölənin atası da varsa
1 xanım, 1 qız, 1 oğlun qızı, 1 bacı oğlu, 1 ata
= 1 xanım 3/24, 1 qız 12/24, 1 oğlun qızı 4/24, 1 ata 5/24 hissə alır.
1 xanım, 1 qardaş, 2 bacı, 1 baba = 1 xanım 1/4, 1 ata 3/4 hissə alır. Bacı və qardaşlar hissə ala bilməz.
1 ər, 1 qız, 2 bacı, 1 oğlun qızı, 1 ata, 1 ana = 1 qız 6/15, 1 oğlun qızı 2/15, 1 ər 3/15, 1 ata 2/15, 1 ana 2/15 hissə alır.

Ölənin anası da varsa
1 ər, 2 qardaş, 2 bacı, 1 ata, 1 ana
= 1 ər 3/6, 1 ana 1/6, 1 ata 2/6 hissə alır.
1 ər, 1 qardaş, 1 ana, 1 atanın atası, 1 atanın anası = 1 ər 3/6, 1 ana 2/6, 1 atanın atası 1/6 hissə alır.
1 ər, 1 qız, 1 bacı, 1 qardaş oğlu, 1 ana = 1 qız 6/12, 1 ər 3/12, 1 ana 2/12, 1 bacı 1/12 hissə alır.

Ölənin cəddindən heç kim yoxdursa
1 xanımı, 1 qızı, 2 qardaşı, 1 bacısı
= xanımı 5/40, 1 qızı 20/40, 2 qardaşın hər biri 6/40, 1 bacısı 3/40 hissə alır.
1 xanımı, 1 oğlu, 2 qardaşı, 1 bacısı = xanımı 1/8, 1 oğlu 7/8 hissə alır. 2 qardaşı ve 1 bacısı hissə ala bilməz.

Subay ölənlər
1 bacı, 1 ana, 1 ata
= 1 ana 1/3, 1 ata 2/3 hissə alır. Bacı hissə ala bilməz.
1 qardaş, 1 ana, 1 ata = 1 ana 1/3, 1 ata 2/3 hissə alır. Qardaşı hissə ala bilməz.
1 qardaş, 1 ana = 1 ana 1/3, 1 qardaş 2/3 hissə alır.

Nəslindən və cəddindən heç kim yoxdursa
1 əri, 1 qardaşı, 2 bacısı =
əri 4/8, 1 qardaşı 2/8, 2 bacısının hər biri 1/8 hissə alır.
1 xanımı, 2 bacısı, atadan 2 qardaşı = xanımı 6/24, 2 bacısının hər biri 8/24atadan 2 qardaşın hər biri 1/24 hissə alır.
1 xanımı, 1 bacısı, anadan 2 qardaşı, 2 əmisi = xanımı 3/13, 1 bacısı 6/13, anadan 2 qardaşın hər biri 2/13 hissə alır. 2 əmisi hissə ala bilməz.
1 xanım, 2 bacısı, atadan 2 bacısı, qardaşın 2 oğlu = xanım 6/24, 2 bacının hər biri 8/24, qardaşın 2 oğlundan hər biri 1/24 hissə alır. Atadan 2 bacısı hissə ala bilməz.
1 əri, 1 anası, 1 anadan qardaşı, qardaşın 2 oğlu = əri 3/6, anası 2/6, 1 anadan qardaşı 1/6 hissə alır. Qardaşın 2 oğlu hissə ala bilməz.
1 xanımı, 1 anası, 1 qardaşı, anadan 3 qardaşı = xanımı 9/36, anası 6/36, 1 qardaşı 9/36, anadan 3 qardaşın hər biri 4/36 hissə alır.

Ölənin atası olmayıb oğlu ve cəddindən kimsə varsa
1 xanımı, 2 oğlu, 1 qızı, 1 ananın anası, 1 atanın atası
= xanımı 15/120, 2 oğlun hər biri 26/120, 1 qızı 13/120, ananın anası 20/120, atanın atası 20/120 hissə alır.
1 əri, 3 oğlu, 2 qızı, 1 anası, 1 atanın atası, 1 atanın anası = əri 24/96, 3 oğlun hər biri 10/96, 2 qızın hər biri 5/96, anası 16/96, atasının atabası 16/96 hissə alır. 1 atasının anası hissə ala bilməz.

Ana qarnında varis varsa
Ana qarnında varis varsa, bir oğlan bir qız imiş kimi hesablayaraq hissəsi çox olana görə miras paylaşılır.
1 xanımı, 1 xanımın qarnındakı uşağı, 1 ana, 2 qardaş:
Doğulacaq uşaq qızdırsa:
xanımı 6/48, 1 qızı 24/48, ana 8/48, 2 qardaşın hər biri 5/48 hissə alır.
Doğulacaq uşaq oğlandırsa: xanımı 3/24, 1 oğlu 17/24, ana 4/24 hissə alır. 2 qardaşı ala bilməz.
17/24, 24/48’dən böyük olduğuna görə miras, ana qarnındakı varis oğlan imiş kimi paylaşılır.
Uşaq qız da olsa, oğlan da olsa hissəsi 17/24 olaraq ayrılır və özünə verilir.

Ölənin oğlunun xanımının qarnında nəvəsi varsa
1 oğlunun xanımının qarnındakı uşağı, 1 ər, 1 ana, 1 ata:
Qızdırsa:
1 oğlunun qızı 6/13, ər 3/13, ana 2/13, ata 2/13
Oğlandırsa: 1 oğlunun oğlu 5/12, ər 3/12, ana 2/12ata 2/12
6/13, 5/12’dən böyük olduğundan miras, ana qarnındakı varis qız imiş kimi paylaşılır. Uşaq, qız da olsa, oğlan de olsa, hissəsi 6/13 olaraq ayrılır və özünə verilir.

Cinsiyyət bilinirsə

Sual: Bu gün fənnin inkişaf etməsilə ana qarnındakı uşaqğın cinsiyyətini öyrənmək olur. Ana qarnındakı varisin hissəsi cinsiyyətinə görə müəyyən edilə bilməzmi?

CAVAB

Ölüm zamanında ana qarnında olan varis bir oğlan və ya bir qız imiş kimi iki cür miras hesabı edilib, ikisindən hissəsi çox olanı ayrılıb, geri qalan digər varislərə bölüşdürülür. (Dürr-ül-müntəqa)
Göründüyü kimi ana qarnındakı uşağın cinsiyyəti bəllidirsə, ona görə miras paylaşımı edilir deyilmir, iki cür miras hesablaması edilir, hissəsi çox olana görə hissəsi ayrılır deyilir. Dinimizin bildirdiyi hökm bu olduqda, ana qarnına yerləşdirilmiş, döllənmiş yumurtanın cinsiyyəti bilinsə belə yenə bu şəkildə miras bölüşdürülməsi edilir. Dinimiz bizə doğmamış uşağın cinsiyyətini bilib ona görə miras bölüşdürməsini deyil, iki şəkildə hesablayıb hissəsini ona görə ayırmağı əmr edir. Miras bu hesaba görə bölüşdürülməzsə, varislərin haqları olan hissələri dəyişə bilər. Bu da həm dinin əmrinə tabe olmamaq, həm də qul haqqına girmək sayılır. Məsələn, ölmüş şəxsin varisləri aşağıdakı kimi olsa və ölmüş qardaşının xanımı da hamilə olsa, bu uşaq da mirasdan hissə alır. Belə edilməzsə, həm dinin əmrinə tabe olunmamış olur, həm də daha doğulmamış bir uşağın haqqı alınmış olur.
Ölənin varisləri:
1 əri, 1 anası, 1 qızı, 2 qardaşın qızı, 1 ana qarnındakı qardaşının uşağı:
Qızdırsa:
əri 4/16, qızı 9/16, anası 3/16 hissə alır, (2+1) qardaşının qızları hissə ala bilməz, yəni 0 hissə alır.
Oğlandırsa: əri 3/12, anası 2/12, qızı 6/12, 1 qardaşının oğlu 1/12 hissə alır, 2 qardaşının qızları hissə ala bilməz.
1/12, 0’dan böyük olduğundan miras ana qarnındakı varis oğlan imiş kimi bölüşdürülür. Uşaq, qız da olsa, oğlan da olsa, hissəsi 1/12 olaraq ayrılır ve özünə verilir.

Ard-arda ölərlərsə

Sual: Atam və böyük qardaşım yol qəzasında ağır yaralandılar. Əvvəlcə atam, bir neçə saat sonra da qardaşım öldü. Mirasları necə paylaşılır?

CAVAB

Sonra ölən digərinə varis olur. Məsələn, iki qardaşdan biri Çində, digəri Avropada eyni gün günəş çıxarkən ölsələr, Avropada ölən digərinə varies olur, çünki günəş Çində daha əvvəl çıxır. (Dürr-ül-müntəqa, Rədd-ül-muxtar)

Atanız əvvəl öldüyü üçün əvvəlcə atanızın mirası varislərə bölüşdürülür. Atanız öləndə qardaşınız həyatda olduğu üçün atanızın mirasından hissə alır. Bu hissəsi əlavə oldunduqdan sonra ölən qardaşınızın mirası varislərinə bölüşdürülür.

Evlənib ölən

Sual: S. Əbədiyyədə, “Doğulduqdan sonra dərhal ölən uşaq varis olur və mirası qalır” deyilir. Bunun üçün evlənib, lakin daha zifaf gecəsi olmadan ölən şəxs də varis olur və mirası qalırmı? Varis olması və mirasının qalmasına bir nümunə verə bilərsinizmi?

CAVAB

Bəli, doğulduqdan sonra dərhal ölən uşaq varis olub mirası qaldığı kimi, evlənib dərhal ölən şəxs də varis olur və mirası qalır.
Uşaq doğulan kimi ana-atası kimi həyatda kimi varsa onlara varis olur. Onlar zəngirdirlərsə, uşaq zəngin doğulmuş sayılır. Anası uşaq doğulduqdan sonra ölsə, uşaq da ölsə, uşaq anasına varis olur. Uşaq öldükdə alacağı mirası varislərinə qalır.

Miras malı

Sual: “Haram qarışıq miras malı vərəsələrə halal olur” deyilir. Haram necə halal olur?

CAVAB

Vərəsə haram olduğunu bilsə də mirası alması caiz olur deyilmişdir. Sahibləri bilinməyən haram malın varislərə halal olması da bildirilmişdir. (S. Əbədiyyə)

Üzüm halal bir qidadır, şərab hazırlandıqda haram olur. Şərab sirkəyə çevrildikdə halal olur. Haram mal da, miras olaraq kaldıqda, vərəsələr üçün haram olmaz qövlü vardır.
Qadın ərinin haram puluyla satın aldığı haram qarışıq malını yeyə bilər və istifadə edə bilər. Günahı ərinə olar. (S. Əbədiyyə)

Baba yetiminə miras

Sual: Ata öldükdən sonar baba da ölsə babanın vərəsə olaraq bir oğlu və ya bir qızı həyatda olsa, atası ölən nəvələrə miras düşərmi?

CAVAB

Əgər babanın bir oğlu varsa, atası ölən nəvəyə miras düşməz. Bütün hissə tək oğluna qalır. Xalq arasnda, “Baba yetiminə miras düşmür” deyimi bunun üçün deyilmişdir. Əgər ölən babanın sadəcəbir qızı vara, o zaman babanın ölən oğlunun oğluna, yəni babanın bu ölən oğlundan olan nəvəsinə də miras düşər. Babanın mirasının yarısı qzına, yarısı da bu nəvəsinə düşər.

Ölənin qardaşına miras

Sual: Bir şəxs öldükdə, onun sadəcə xanımı ilə bir oğlu və ya bir qızı qalsa, ölənin qardaşına (bacısına) da miras düşərmi?

CAVAB

Oğlu varsa qardaşına (bacısına) miras düşməz. Xanımına 1/8, oğluna 7/8 hissə düşər.

Əgər sadəcə bir qızıyla xanmı varsa xanımına 1/8, qızına 4/8 və qardaşına (bacısına) 3/8 hissə düşər. Bu vəziyyətdə bacısının və ya qardaşının olması nəticəni dəyişdirməz.

Ölünün sovxası

Sual: Ölünün sovxalarnı vərəsələrdən biri başqalarına verə bilərmi?

CAVAB

Sovxa – ölünün paltarı deməkdir. Bu kəlimə bəzi yerlərdə “mane olan əşya” mənasında işlənilir. Məsələn, “Gəl bu sovxa qalmışlarını götür burdan” şəklində deyilir.

Ölünün paltarları vərəsələr arasında bölüşdürülür. Yaxud vərəsələr hər hansı bir şəxsə, “Bunları istədiyinə ver” deyə bilərlər. Hamısının rizası ilə vərəsələrin birində də qala bilər, başqalarına da verilə bilər.

Miras malını yemək

Sual: Bölüşdürülmədən miras mallarını vərəsələrin istifadə etməsi günahdırmı? Bölüşdürülmədən hədiyyələşsələr caiz olarmı?

CAVAB

Bölünməi mümkün olmayan ev və ev əşyası kimi mallar, hədiyyə edilməklə də paylaşıla bilər. Məsələn, vərəələrin hamısının rizası ilə vərəələrdən birinə və ya vərəsə olmayan başqa birinə verilə bilər. Sayıla bilən, ölçülə bilən əşlayar və pullar bölüşdürülmədən əvvəl hədiyyə edilə bilməz. Miras bölüşdürülmədən, xüsusən bölünə bilən mallar istifadə edilməməli və ya yeyib-içilməməlidir.

Atasını öldürənin miras alması

Sual: Dinimizə görə atasnı, anasını öldürən bir şəxs onların tərk etdiyi maldan, yəni mirasdan pay ala bilərmi?

CAVAB

Kölə, meyidin qatili, başqa dindən olanlar və mürtədlər, yəni müsəlman ikən müsəlmanlıqdan çıxanlar miras ala bilməz. Qatilə, öldürməyə kmək edən də qatil kimi miras ala bilməz. Bunların ağıllı və büluğ olmaları da şərtdir. Mürtədə varis olunur, lakin mürtəd müsəlmana varis ola bilməz.

Sual: Müsəlmanlıqdan çıxan bir şəxs Müsəlman olan atası vəfat etdiyi zaman, atasının mirasından pay alması dinən uyğundurmu?

CAVAB

Müsəlman övladı olduğu halda halala, harama, fərzlərə, namaza, qüslə əhəmiyyət verməyən, bunları inkar edən, peşman da olmayan imanı gedər və belə olan bir şəxs müsəlmandan miras ala bilməz.


Haramdan qalan miras malı

Sual: Bir şəxs haram yollarla, məsələn, oğurluq, qəsb edərək və buna bənzər şəkildə mal yığsa və daha sonra vəfat etsə, bu şəxsin arxasınca tərk etdiyi haram yoldan gələn malları vərəsələr ala bilərmi?

CAVAB

Mövzu ilə əlaqədar olaraq İbni Abidində buyurulur ki:

“Alimlərin çoxuna görə müəslman ölüb, spirtli içkidən qazandığı pulu qalarsa, vərəsələrin bu pulu alması halal olmaz. Qəsb edilmiş mal, zülmlə alınan və rüşvət, çalğı, qumar pulları da bunlardandır. Vərəsələrin bu pulları sahiblərinə qaytarması, sahibi bilinmirsə, yoxsullara paylaması lazımdır. İstifadə etmələri haramdır. Ölənin haram qazandığını bilib, lakin hansı malın haramdan gəldiyini ayıra bilməzlərsə, mirasın bütünü halal olar isə də yoxsullara vermələri yaxşı olar. İstifadə edilməsi haram olan malı verərək satın aldıqlarını yemələri və istifadə etmələri halal olur. Sahibləri məlum olmayan haram malın vərəsələrə halal olacağı da bildirildi. Seygah, çalğı qazancları, bazarlıq etmədən pulsuz oxusa, hədiyyə olaraq aldıqları pul xəbis olmaz, halal olur. Dilənçinin yığdığı pul və mal xəbisdir, təmiz deyildir. Bir şəxs haram olaraq əldə etdiyi malı başqasına versə, o da başqa birinə versə, haramdan gəldiyini bilənlərin bu malı alması haram olur. Fasid satış mütəsnadır. Zövcənin, ərinin haram pulu ilə satın aldığını, haram qarışıq malını yeməsi, istifadə etməsi caizdir. Günah ərinə olur.

Comments are closed, but trackbacks and pingbacks are open.