Özümü məşğulluq mərkəzindən necə silə bilərəm
Məşğulluq mərkəzlərində vakant yerlər
Məşğulluq mərkəzləri hansı işləri təklif edir?
Prezidentin yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq müxtəlif qurumlarda müvafiq iş yerlərinin açılması ilə bağlı məlumatlar yayılır.
“Azərbaycan Dəmiryolları” ASC-dən verilən məlumata görə, 300 nəfər quruma işə qəbul olunub, mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.
“Azərsu” ASC-dən də 1200 nəfərin işə götürülməsinin planlaşdırıldırıldığı məlumatı verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində 40-ı regionlarda, 30-u Bakıda olmaqla 70 yeni iş yerinin açılacağı bildirilib.
İqtisadiyyat Nazirliyi isə ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı üçün pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacağını və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcəyini, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul ediləcəyini bəyan edib.
Nazirlikdən verilən məlumata görə, stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək.
Məşğulluq mərkəzlərində vakant yerlər
Yeni iş yeri açacaq qurumların əksəriyyəti isə bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və oradan sənəd təqdim etməyin vacib olduğunu bildirirlər. Məsələn, “Azərbaycan Dəmir Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, ASC-nin İnfrastruktur Departamentində 2 min nəfərin işləməsi nəzərdə tutulur, onlar əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Bunun üçün də həmin şəxslər öncə Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və oradan sənəd təqdim etməlidirlər.
ƏƏSMN-nin Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovun sözlərinə görə, məşğulluq mərkəzlərinə həm vakant yer olaraq, həm də iş üçün müraciətlərin sayı xeyli artıb. Vakant yerlərdə ən çox fəhlə, qulluqçu vəzifələrinə üstünlük verilib, yüksək ixtisaslı iş yerləri azdır: “Dövlət Neft Şirkəti 6500 nəfərin işə cəlb olunması ilə bağlı nazirliyə müraciət edib. AZAL 5 min nəfərlik iş yeri açıb. Vakant yerlər ən çox fəhlə, texniki xidmət, xadimə, bağban işi ilə bağlıdır. Misal üçün, AZAL elan verib 100 nəfər bağban, 100 nəfər xadimə, 100 nəfər fəhlə və sair bu kimi fəaliyyət üzrə işçi axtarır”.
Mətləb Mahmudov dedi ki, yüksək ixtisaslı kadrlarla bağlı iş yerlərinin açılması üçün hər qurumun özü qəbul aparacaq: “Məşğulluq mərkəzlərinə dövlət strukturlarının bəziləri öz saytı vasitəsilə müsabiqə elan edir, işçini işə özləri qəbul edir”.
Şöbə müdiri dedi ki, ƏƏSMN 10 illik milli məşğulluq planının hazırlanması ilə bağlı hazırda xaricdən ekspertlər dəvət edilib və bu istiqamətdə qızğın müzakirələr gedir: “Hazırda 10 illik məşğulluq siyasəti konsepsiyası üzərində iş aparılır. Bu konsepsiyanın iyun ayında hazırlanıb təqdim olunacağı gözlənilir”.
Nazirlik rəsmisi onu da bildirdi ki, regionlarda qısamüddətli – 6 aylıq işlərə də başlanacaq: “Bu aydan başlayaraq bütün rayon məşğulluq mərkəzlərinə tapşırıq verilib ki, rayonlarda mövsümi xarakterli işlərin qəbuluna başlansın: ağac əkmək, asfalt salmaq və sair”.
Hər çətin işdən sonra, asan mərhələ gəlir
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev yeni iş yerlərinin açılması ilə bağlı atılan addımları təqdir edir. Onun fikrincə, hazırkı çətin mərhələni aşmaq üçün hər bir sahəyə uyğun ixtisaslı kadrların cəlb edilməsi vacib məsələdir: “Hər bir çətin işin ardınca mütləq asan mərhələ gəlir. Ona görə çalışmalıyıq ki, bu çətin mərhələni ziyansız dəf edək.
Hazırda yeni iş yerlərinin açılması bir növ içsiz insanların evlərinə az miqdarda olsa da çörək aparmasına kömək edər. İndiki çətin vəziyyətdə də elə insanlar var ki, ailələrini dolandırmaqda çox çətinlik çəkirlər. Bizim təşkilatın təklifi belədir ki, bu yaxşı təşəbbüsü daha təkmil variantda istifadə edək. İşsizliyə görə növbəyə durmuş insanlara az məbləğdə maaş verməklə onlar işə götürülür və bu müvəqqəti bir xarakter daşıyır”.
“Hər sahənin öz kadrı olsa, iqtisadi səmərə də olar”
Xüsusən neft sahəsində çalışan kadrların işsizlik problemlərinin həlli yollarından danışan hüquqşünas qeyd etdi ki, 2008-ci ildə Dövlət Neft Şirkətində, eləcə də xarici şirkətlərlə birgə fəaliyyət göstərən digər yerli müəssisələrdə xeyli sayda kadrlar müxtəlif səbəblərdən işlərini itirməli olublar: “Bəzilərinin müqavilə müddəti bitdi, bəziləri isə iş həcminin azalması səbəbindən ixtisara düşdü, bəziləri isə yaşla əlaqədar təqaüdə göndərildi. Biz hesab edirik ki, naşı adamları bu sahəyə cəlb etməkdənsə, peşəkar kadrları bu işlərə cəlb etmək daha səmərəlidir. Çünki neft sahəsi çətin, çox əmək və yüksək intellekt tələb edən, ağır və dövlət üçün strateji əhəmiyyəti olan bir sahədir.
Ona görə bu sahə üzrə daha çox mütəxəssislərə ehtiyac var. 5 faizi əhatə edən aşağı ixtisaslı kadrları çıxmaqla, yerdə qalan ixtisaslar spesifikdir, bir neçə sadə peşələri çıxsaq, neft sahəsində sırf ixtisaslı kadrlar çalışmalıdır, mühəndis, mühasibindən tutmuş qaynaqçıyadək. Bu işi kurs keçməklə öyrənmək mümkün deyil.
Biz hesab edirik ki, son 5-10 ildə müxtəlif səbəblərdən işsiz qalan kifayət sayda mütəxəssislərimiz var. Bu kadrları yenidən işə cəlb etmək olar. İlkin vaxtlarda bir illik müqavilə ilə onları yenidən bu sahəyə cəlb etmək mümkündür. Heç işsiz qalmaqdansa, o adamlar az maaşla bu sahəyə yönləndirilə bilərlər. Biz güman edirik ki, həmin kadrlar da bu təklifi məmnuniyyətlə qəbul edər. Ona görə də ölkə başçısının yeni iş yerlərinin açılması təşəbbüsü bu istiqamətdə dəyərləndirilsə, həm iqtisadi baxımdan səmərə əldə edilər, həm də həmin şəxslər üçün ədalətli qərar verilmiş olar.
Əlbəttə, elə işçilər var, əmək intizamını kobud şəkildə pozduqlarına görə işlərini itiriblər. Belə şəxslərin yenidən işə cəlb olunması, hesab edirəm ki, heç bir fayda verməz. Bir daha təkrar etmək istəyirəm ki, söhbət hər sahənin peşəkar, ixtisaslı, amma hazırda işsiz qalan kadrlarından gedir.
Bu gün neft sahəsində əməkhaqları da müxtəlifdir. Vaxtilə 700-800 manat maaş alan mütəxəssisə 300 manat maaş vermək azdır. Amma ömür boyu bu sahədə peşəkarlaşmış bir kadrın tamam başqa sahədə çalışmasındansa, hər sahənin öz mütəxəssisini o istiqamətə yönləndirmək daha məqəsəduyğundur”.
ƏƏSMN-nin şöbə müdiri Mətləb Mahmudov isə bildirdi ki, yüksək ixtisaslı neftçi kadrların işlə təmin olunması ilə bağlı xüsusi birja proqramı hazırlanması nəzərdə tutulub, artıq onlar arasında peşəkar, işini bilən, əsasən də gənc kadrlar işə dəvət olunmağa başlanıb: “Həmin proqrama görə bir ay ərzində 6 min nəfər yüksək ixtisaslı kadr cəlb edilməlidir”.
Sevil Hilalqızı
Özümü məşğulluq mərkəzindən necə silə bilərəm
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.
“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.
Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.
“Kursa qoşulan hər tələbəyə 250 AZN məbləğində təqaüd veriləcək” – DMX-nin rəis müavini ilə Müsahibə
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən Məşğulluq haqqında qanunun 20-ci maddəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan işsiz və iş axtaran şəxslərin peşə hazırlığına göndərilməsi təsbit olunub.
Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tərəfindən hazırlanan qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu qaydanı BAKU.WS-ə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev şərh edəcək.
– Peşə hazırlıq kurslarının mahiyyəti nədən ibarətdir?
– Qaydaya uyğun olaraq işaxtaran və işsiz şəxslərin, xüsusi ilə də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarına çıxış və səmərəli məşğulluq imkanlarının artırılmasına köməklik göstərmək məqsədi ilə aktiv məşğulluq tədbirləri təşkil ediləcək.
Bu qaydaya əsasən işsiz və iş axtaran şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına göndərilir. Peşə hazırlığı işaxtaran şəxslərə pullu, işsiz şəxslərə münasibətdə isə pulsuzdur.
İş axtaran şəxs qeydiyyata alınandan sonra ona münasib iş təklif olunur. Əgər təklif olunan iş ondan aslı olmayan səbəblərdən qəbul edilmirsə 5 iş günü ərzində o işsiz kimi qeydə alınır.
İşsiz kimi qeydiyyata alınandan sonra aktiv məşğulluq tədbirlərindən birinə peşə hazırlığına göndərilə bilər. Daha sonra peşələrə uyğun ixtisaslar seçilib göndərişlər verilir.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin və “e-sosial” internet portalında aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işaxtaran və işsiz vətəndaşların qeydiyyatı, işə götürənlər tərəfindən vakansiyaların təqdim olunması o cümlədə peşə hazırlığı təlimləri yer alır.
– Təkminləşdirmə kursunun üstünlüyü nə olacaq?
– Bu şəxslərə İşsizlikdən Sığorta Fondu tərəfindən ölkədə nəzərdə tutulan minimum əmək haqqı məbləğində ödəniş təyin olunacaq. Bilirik ki, gələn aydan minimum əmək haqqı 250 AZN olacaq. Bu da o deməkdir ki, kursa qoşulan hər tələbəyə 250 AZN məbləğində təqaüd veriləcək.
– Bəs kursu bitirənlərə hansı sənəd veriləcək?
Peşə hazırlığın bitirən şəxsə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi sertifikatlar veriləcək. Bizim başqa planımız da var ki, Beynəxalq Akreditasiya Təşkilatının qeydiyyatından keçək. Bununlada tələbəyə beynəlxalq statuslu sertifikat vermiş olacağıq. Bu sertifikatların əhəmiyyəti ondan ibarətdir ki, müdavim dünyanın istənilən bir yerində işlə təmin olunmaq imkanı əldə edəcək.
– Peşə hazırlığı və təkminləşdirmə kursunda hansı yaş kateqoriyasından olan şəxslər iştirak edə bilər?
– Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununa uyğun olaraq əmək fəaliyyəti olan 15-64 yaş aralığında olan hər bir şəxs peşə hazırlığı və təkmilləşdirmə kursunda iştirak edə bilər.
– Maraqlıdır DMX-nin peşə hazırlığı ilə bağlı neçə təhsil mərkəzi var?
Ümumilikdə 4 təhsil mərkəzi var. Ən böyüyü Bakı Regional Təhsil Mərkəzidir. Gəncə Təhsil Mərkəzi tikilməkdədir. Naxçıvan Muxtar Respublikası və Göyçayda isə belə təhsil mərkəzləri mövcuddur. Məşğulluq Xidmətinin nəzdində olan peşə təhsil müəssisələrimiz publik-hüquqi şəxsə keçib. Bu peşə məktəblərində yalnız peşəkar kadrlar çalışmalıdır. Bura xaricdən də kadrlar dəvət edəcəyik. Eyni zamandan yerli universitetlərin professor və müəllim heyyətini də cəlb edəcəyik.
– Xaricdə peşə kursları təşkil olunacaq?
– Belə bir ideya Almaniya ilə düşünülür. Hazırda işlər sənəd üzərindədir. Kurs təşkil edən alman şirkəti əvvəlcə tələbələrə alman dilini B2 səviyyəsində öyrədəcək. Daha sonra tələbələr Almaniyada ixtisaslar üzrə kurslara cəlb olunacaq. Peşə hazırlığı və təkminləşdirmə kursunu beynəlxalq standartarlara uyğunlaşdırcağıq ki, nəticə yaxşı olsun.
– Bəs xərcləri hansı tərəf qarşılayacaq?
– Xərcləri Almaniya qarşılayır. Bu xərclərə gediş-dönüş bileti, sığorta və qonaqlanma daxildir.
– Kursların müddəti nə qədərdir?
– Almaniyada hər il təqribən 1000 nəfərin (seçilmiş peşədən asılı olaraq) 2 ildən 4 ilədək dual-peşə təhsilinin alınması təşkil olunması planlaşdırılır. (təhsil müddətində təqribən 800-1000 avrodan başlayan aylıq əməkhaqqı).
Müdavimlər təhsilini başa vurduqdan sonra müvafiq peşə üzrə 1 ildən 5 ilədək iş təcrübəsi əldə etmək məqsədilə Almaniyada iş yeri ilə təmin olunacaq (işlədiyi dövrdə təqribən 2000-2500 avrodan başlayan aylıq əməkhaqqı).
– Bu kurslar istənilən bir təhsil müəssisəsində tədris olunacaq yoxsa.
– Məşğulluq haqqında qanunda qeyd olunur ki, peşə hazırlığı kursları uyğun olaraq indi təhsil müəssisələrində keçirilir. Yəni qaydaya əsasən dövlət təhsil müəssisələri və lisenziyası olan təhsil ocaqlarına şamil olunur.
Gülşanə Mustafayeva
Comments are closed, but trackbacks and pingbacks are open.