Press "Enter" to skip to content

Mən başa düşmürəm ki, özümü məmurlara necə saydıra bilərəm” — Anar

İkinci ən vacib məqam isə günü planlamaqdan keçir. Oyandıqdan sonra ilk işiniz günüzü planlamaq olsun. Yəni To Do List hazırlamalısınız, gün ərzində etməli olduğunuz işlərin siyahısını tərtib edin. Məsələn, 13:00-da dərs çalışacam, 15:00-da yürüyüşə çıxacam və s. bu tipli siyahı hazırlayın ki, gününüz daha səmərəli keçsin. İlk sıralara isə gün ərzində etməli olduğunuz ən vacib işləri daxil edin, çünki bəzən fors-major halları olur və vacib işlərə zaman ayırmaq alınmır.

İngilis dilində özümü necə tanıda bilərəm.

Həyatımızın hər anında yeni insanlarla tanışırıq. Gündəlik həyatda, iş görüşmələrində, sosial tədbirlərdə və ya xaricə səyahət kimi bir çox fərqli vəziyyətdə özünüzü İngilis dilində tanıtmaq lazım ola bilər. Bu səbəblə, özünüzü ingilis dilində tanıtmaq üçün istifadə edə biləcəyiniz və ya qarşı tərəfi daha yaxından tanımağa kömək edəcək cümlələri sizə təqdim edəcəm.

İNGİLİZCE ÖĞRENMENİN KOLAY YOLU

Wordly’nin kullandığı özel yöntemle kolayca kelime öğrenin. ŞİMDİ ÜCRETSİZ DENEYİN!

Nazrin Akhundova Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

✓ Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin

✓ Örnek cümle ve anlamlarını öğren

✓ Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma

Bir neçə gün öncə Xalq yazıçısı Anarın məmurlarla bağlı səsləndirdiyi fikirlər hələ də müzakirələrə səbəb olub. Həmkarları buna görə elə Anarın özünü “topa tutdular” və bildirdilər ki, baş verənlərdə onun da günahı az deyil.

Anar onu günahkar çıxaranları həmkar yox, düşmən adlandırıb:

“Onlar haqlı deyillər və həmkarlarım yox, düşmənlərimdirlər. Çünki mənim həmkarlarım namuslu adamlardır, onların üzünə isə qapım və telefonum həmişə açıqdır. Mən başa düşmürəm ki, özümü məmurlara necə saydıra bilərəm. Qaldı ki, bu haqda mən xalqa yox, ictimaiyyətə açıqlama verdim. Özü də ki, şikayət etmədim, sadəcə sual verdilər və fikrimi bildirdim”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə Moderator.az-a açıqlamasında Anar müəllimin həm sonuncu dəfə mətbuatda gedən hekayəsində, həm də açıqlamasında məmurlarla bağlı məsələlərə toxunduğunu bildirdi:

“Anar müəllim həmişə ictimai proseslərə münasibətini bildirir. Bu yaxında yeni hekayəsi çıxdı, ictimai və ədəbi fikri də bu qədər müzakirə olundu. Həm də o hekayənin içində də müəyyən qüsurlara münasibət bildirdi. O cümlədən də məmurlarla bağlı dediklərində də həqiqət var. Hər halda Azərbaycan Yazıçlar Birliyinin sədrinin, Xalq yazıçısının fikirlərinə, zənglərinə etinasız qalmaq düzgün deyil. Çünki Anar müəllim məmurlara təkcə özünün xahişiylə bağlı müraciət etmir. Təxminən 2000 nəfərə yaxın yazıçı var və onların problemləriylə bağlı müraciətlər edir. Ona da cavab olmayanda yazıçılar özlərini məyus, baxımsız hiss edirlər. Buna görə də onun dedikləri məmurlara görk olmalıdır ki, yazıçıların, ədəbiyyat adamlarının fikirlərinə biganə qalmasınlar. Mən bu haqda Vahid müəllimin (Vahid Əziz) də fikirlərini oxudum. O, otuz il əvvəlin söhbətin edir, o küçədə indi də olur ki, maşın saxlamağa yer olmur. Vahid müəllim adi ictimai prosesi Anar müəllimin fikirləri ilə müqayisə etməli deyildi. Hesab edirəm ki, Vahid Əziz bu məsələyə ədalətsiz yanaşıb”./Moderator.az

Zamanı Yox, Özünüzü İdarə Etməlisiniz! – 2023 Təhsildə Motivasiya

“Zamanın idarəsi yoxdur, özünü idarə vardır.” deyib yazıçı Rory Vaden TedX çıxışında. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı həqiqətən yanlışdır” deyə düşündüm, çünki biz zamanı necə idarə edə bilərik ki, saatın əqrəblərini tutub saxlamaq imkanımız olmadığına görə biz zamanı deyildə, özümüzü idarə etməyə çalışmalıyıq. “Zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və produktiv keçsin?” sualı ilə əvəz etməliyik.

Bəs Özümüzü Necə İdarə Etməliyik?

İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar ele tez keçir ki, heç fərqində olmuram”, “Heçnəyə vaxtım çatmır” bəhanələrindən əl çəkməlisiniz. Çünki hər dəfə zamanım yoxdur dedikcə hər dəfə mövcud olan zamanıda yox etmiş olursunuz. Hərkəs üçün 24 saat vardır və bu zaman müddətində özünüzü elə idarə etməlisiniz ki, günün sonunda nələr etmiş olduğunuzun hesabatını etdikdə üzülməyəsiniz. “Bu günüm çox boş keçdi” deyə pis olmaq yerinə “bu gün nə qədər iş çatdıra bildim, günüm çox produktiv keçdi” deyə hüzurlu və xoşbəxt olmalısınız. Bəs bunun üçün nə etməli?

Aşağıdakı metodlardan istifadə edərək gününüzü daha səmərəli və produktiv keçirə bilərsiniz:

1.Vərdişlər Qazanın!

Hər gün edə biləcəyiniz və sizə faydalı olan, produktivliyinizi artıracaq vərdişlər qazanın. Bütün uğurlu insanların həyat hekayələrinə nəzər yetirsək, həmin insanların hər gün etdiyi və dəyişilməyən vərdişləri olduğunun fərqində olarıq. Əsas 3 vərdişləri olur və həmin vərdişlər isə əsasən bunlar olur:
-Hər sabah erkən saatlarda 5-6 arasında oyanarlar;
-Hər gün idmanla məşğul olarlar;
-Və hər gün meditasiya edərlər;
Daha sonra isə onlar üçün vacib olan işlərlə davamlı və uzunmüddətli məşğul olarlar. Beləliklə uğur qazanmanın tək sirrinin bu kiçik detaylarda və vərdişlərdə gizli olduğunun müşahidə edə bilərik. Hər gün eyni saatlarda oyanmalı və eyni saatlarda sizin üçün vacib olan işləri görməlisiniz.

2.Planla Hərəkət Edin!

İkinci ən vacib məqam isə günü planlamaqdan keçir. Oyandıqdan sonra ilk işiniz günüzü planlamaq olsun. Yəni To Do List hazırlamalısınız, gün ərzində etməli olduğunuz işlərin siyahısını tərtib edin. Məsələn, 13:00-da dərs çalışacam, 15:00-da yürüyüşə çıxacam və s. bu tipli siyahı hazırlayın ki, gününüz daha səmərəli keçsin. İlk sıralara isə gün ərzində etməli olduğunuz ən vacib işləri daxil edin, çünki bəzən fors-major halları olur və vacib işlərə zaman ayırmaq alınmır.

3.Sosial Mediada Keçirdiyiniz Zamanı Azaldın!

Çünki zamanımızın bəlkədə çox bir hissəsini sosial medialarda sərf edə bilirik. Telefonu əlimizə alıb “5 dəqiqə baxıb çıxacam” deyərkən belə, bir anda saatlarımızı keçirdiyimizin fərqinə vara bilirik. Buna görədə bu kimi halları yaşamaqdan ötrü, sosial medialara gün sonunda və ya işlərinizi bitirdikdən sonra daxil olun. Hətta sosial medialarda keçirdiyiniz zamanı minumuma endirin, çünki bunun sizə təsir edən həm fiziki, həm də mənəvi faydalarını görmüş olacaqsınız.

4.Evinizi Səliqəli Saxlayın!

Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Hər zaman evinizi ya da çalışma otağınızı səliqəli saxlayın. Hər bir əşyanızın bir yeri olmalı və səliqəli olmalısınız.

Son olaraq isə sizinlə bəlkədə bir yerlərdə görmüşsünüz amma yenədə o möhtəşəm cümlələri paylaşmaq istəyirəm: “Bir ilin dəyərini yekun imtahanlardan keçə bilməmiş bir tələbədən soruş. Bir anın dəyərini isə bir qəzadan sağ çıxan birindən soruş.” Hər bir saatımızın və anımızın dəyərini bilmək ümidi ilə hər birimizə uğurlar arzu edirəm!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.