Zünüzü qəbul etməyi öyrənin
– Bəs tarixi romanlar yazmağa sizi sövq edən nə olub?
Özümü olduğum kimi necə qəbul edə bilərəm?
Növbəti qonağımız tanınmış filosof, tarixçi və ədəbiyyatçı yazar Əlisa Nicatdır. Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. Onu çoxları tanıyır və əsərlərini oxuyub. Yaşadığı ömrü qələmə həsr edən bir alimdir. Qələmi, kitabı özünə ən yaxın dost seçən və bu yolda iri addımlarla irəliləyən insandır. Ömrü və yolu əsl müdriklik oldu. Kamillik axtarışına çıxaraq kamilləşdi. Öyrənərək öyrədən oldu. Sənəti üçün böyük əmək sərf etdi.
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirərək, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub və 1963-cü ildə oranı bitirib. 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Bircə söz” adlı ilk şeiri çap olunub. Dövrün yaratdığı əngəllər ucbatından 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilib.
1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr olunub. 1967-1969-cu illərdə Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində və 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb.
1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib.
SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə “Turan” jurnalını nəşr etdirib. Müstəqillik dövründə “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilib. Eyni zamanda, bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib. Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa, saysız tərcümələr, şeirlər, esselər, povestləri var.
Əlisa Nicatla görüşümüz “Kitabevim” mağazasında oldu. Görüş üçün çox tələsirdim. Əsərlərini maraqla oxuduğum insanı görmək həyəcansız keçə bilməzdi. “Kitabevim” mağazasına daxil olanda qarşımda stulda əyləşib kitab vərəqləyən qocaman insanı gördüm. Üzündə sevinc, xoşbəxtlik vardı. Sanki uzun illər sərf olunan əməyin bəhrəsinin sevincini yaşayırdı. Yaratdığı əsərlərlə yanaşı, yaşadığı mənalı ömürə də sevinirdi. Uca Allah hər kəsə belə ömür qismət etmir. Əlisa müəllimə yaxınlaşaraq salamlaşdım və stulların birində əyləşərək müsahibəmə başladım.
Modern.az Əlisa Nicatla müsahibəni təqdim edir:
– Əlisa müəllim, ilk olaraq yaradıcılığa necə gəlməyinizdən başlayaq.
– Mən orta məktəbdə əlifbanı öyrənən gündən oxumağa həvəs göstərmişəm. Kitablar mənə çox əziz olub. Yadımdadır, rəhmətlik atam mənə pul verən zaman kitab alardım. Pullarımı xərcləməzdim, yığaraq kitab alar və gecə-gündüz maraqla oxuyardım. Kitab oxumağımla heç ətrafımda olan insanlar belə maraqlanmırdı. Amma mən oxuyurdum. Kitab oxuyarkən rahatlıq tapırdım. Yaxşı yadımdadır, atam həmişə nağıllar danışardı, məndə həvəslə qulaq asardım. Elə olurdu ki, bu nağıllar bir neçə gün davam edirdi. Onları yadda saxlamaq belə olmurdu. Amma atam həmin nağılları iti hafizısinə həkk etmişdi. Anam bizə kitabları höccələyə-höccələyə oxuyardı. Elə olurdu anamdan əl çəkmirdim ki, mənə kitab oxu. Bax, beləcə, mən kitaba bağlandım. Düşünürəm ki, bu, genetik faktordan da asılıdır. Oxuduqca beynimdə biliklər zənginləşirdi və düşünməyə məcbur olurdum. Nəticədə yazmağa həvəsim artdı. Bu isə yaradıcılıqla nəticələndi. Hətta deyə bilərəm ki, ilk yazdığım şeirin adı “Armud ağacı” idi. “Ədəbiyyat” qəzetində çap olunan ilk şeirim “Bircə söz” idi. Bu şeir “Ədəbiyyat” qəzetində 1955-ci ildə çap olunub.
– Gənc vaxtlarınızdan həyat yolunuzu müəyyən edərkən özünüzü yaradıcılıqdamı gördünüz?
– Yazmaq və oxumaq mənim daxilimdən gələn bir tələbat və ilahi vergidir deyə düşünürəm. Bəli, özümü yaradıcılıqda gördüm. Buna həvəsim böyük idi və bu yolu seçdim. Bu gün isə bu yolu seçdiyim üçün peşman deyiləm. Əksinə, sevinirəm. Mən, hətta hərbi xidmətdə olmamışam. Çünki fiziki cəhətdən çox zəif idim. Ömrüm boyu heç bir təşkilat və partiyanın üzvü olmadım. Sizə deyə bilərəm ki, məni gənclik illərimdə tədbirlərə dəvət edirdilər, mən isə getmirdim. Hətta bir neçə dəfə kommist partiyasına üzv olmaq üçün mənə müraciət etdilər, amma qəbul etmədim. Yaradıcılığımı hər şeydən üstün tutdum. Sadəcə, yaradıcılığımla məşğul oldum. Bu yolla irəlilədim. Qələmə sarılaraq yazıb-yaratdım. Bu baxımından da özümü başqa sahədə görə bilmədim. Çünki həvəsim olmadı. Mən pul arxasınca yox, həvəsimin arxasınca getdim. Bu yolda öz heykəlimi özüm yaratdım. “Elm və Həyat” jurnalında, bir neçə radio və redaksiyalarda işlədim.
– Sizə ən böyük şöhrət qazandıran nə oldu?
– Əminliklə deyə bilərəm ki, köməyimə çatan və şöhrət qazandıran beynim oldu. Beynimin sayəsində bu günün Əlisa Nicatı oldum. Kitab və qələmin həyatımda oynadığı rolu danmıram. Gərək nəsə olsun ki, qələmə alıb, kitab çap edərsən. Beynim sayəsində çox uğurlara imza ataraq qalaq-qalaq əsərlər çap etdirdim. Bunu uca Allahın mənə bir hədiyyəsi və lütfü kimi qəbul edirəm. Beynimdə çoxlu fikirlər cəmləşdi və qələmə sarıldım. Bu zaman köməyimə fəlsəfə gəldi. Dünyada ondan gözəl sığınacaq, təsəlli verən nə var? Fəlsəfəyə böyük maraq göstərdim və bu sahədə çoxlu araşdırmalar apardım. Bir sözlə, həvəsim böyük oldu. Hətta elə olub ki, bir aylıq məvacibimi kitab çapına vermişəm. Bununla yanaşı, kitab çap etdirə bilmədiyim vaxtlar da olub. O günlər məni çox üzüb. Mən evimi belə kitab çap etdirmək üçün satdım. Sonradan bu kitablarım mənə qazanc gətirdi və özümə ev ala bildim. Bir sözlə, deyə bilərəm ki, əsas köməyimə beynim, qələmim və yazdığım kitablar gəldi.
– Əlisa müəllim, pedaqoji fəaliyyətlə niyə məşğul olmamısınız? Pedaqoji fəaliyyətlə məşğul olmamağı həyatınızda bir səhv kimi qəbul edirsiz?
– Bəlkə, hə, bəlkə də, yox. Sizə deyə bilərəm ki, millət vəkili Nizami Cəfərov məni tələbələrə mühazirə demək üşün bir neçə dəfə dəvət edib. Amma müəyyən səbəblərə görə qəbul edə bilmədim. Bəlkə də, getsəm yaxşı olardı. Düşünürəm ki, yazdığım əsərlər oxucu kütləsini tapıbsa, deməli, az da olsa, pedaqoji fəaliyyətim olub.
– Siz yaradıcılığınızda fəlsəfə, tarix, ədəbiyyat kimi elmlərə üz tutmusunuz. Bunlardan daha çox hansını sevirsinizz?
– Missiyam yazıçılıqdır. Ədəbiyyat, sonra fəlsəfə, tarix, musiqi. Musiqini çox sevirəm və bu sahədə araşdırmalarım olub. Fəlsəfəyə marağım daha çoxdur. Fəlsəfədə Nitşeni daha çox oxudum. Bəlkə, almanlar Nitşeni mənim qədər oxumayıblar. Azərbaycanda fəlsəfə adamları içərisində Mirzə Fətəli Axundova böyük maraq göstərirəm və ona dahi bir insan kimi hörmətim var. Ədəbiyyatda isə daha çox fransız yazıçısı Kafkanı oxuyuram. Tarixi mövzulara yaradıcılığımda ona görə müraciət etdim ki, dünya tarixi ərzində tariximizə, xalqımıza qarşı çox ədalətsizliklər olub. Bu ədalətsizliklər məni yazmağa vadar edib. Bununla yanaşı, türkçülük ənənələrinə olan bağlılıq məni yazmağa sövq edirdi. Elə bunlara görə tarixi mövzularda mənim bir neçə kitablarım işıq üzü gördü. Hətta deyə bilərəm ki, Herodotdan üzü bəri türkçülüyə aid bütün kitabları oxudum. Midiyalıların qədim türk tayfaları olması haqqında da kitab çap etdirdim. Rus tarixçiləri Bartold, Struve və başqa tarixçilər türklərin mövqeyini azaltmaq və onları Avropaya gəlmə olduqlarını qeyd etmək üçün midiyalıların fars olduqlarını yazırlar. Mən isə elmi faktlarla buna qarşı çıxaraq onların türk olmasını və əcdadlarımız olduğunu qeyd edirəm. Tarixin atası Heradot “Tarix” əsərində yazır: “Midiyalılar çörəyə “ipək” deyirdilər ki, bu da dilimizdəki “əpək” sözüdür, həyat yoldaşına “erpad”, “arpad” deyirdilər ki, bu da dilimizdəki “arvad” sözünün özüdür. Belə faktlar çox göstərə bilərəm.
– Bəs tarixi romanlar yazmağa sizi sövq edən nə olub?
– Öncə deyim ki, biz sovetlərin tərkibində olmuşuq deyə, xalqımıza qarşı ədalətsizlik çox olub. Müasir dövrdə isə gənclərimizin bir çoxunun milli dəyərlərə olan biganəliyi məni çox narahat edir. Tarixi romanları yazmaqla kommunizmdən, ifrat müasirlikdən qaçmağa çalışdım və etirazımı romanlarımla çatdırdım.
– Oxucuya sizi sevdirən nədir? Heç bu haqda düşünmüsünüz?
-Düzü, bəli, düşünmüşəm. Düşünürəm ki, məni oxucuya sevdirən həqiqətdir. Həqiqətlərim isə sütunsuz deyil.
– Əsərlərinizi necə yazırsınız?
– Öncə deyim ki, səs-küyü sevmirəm. Mənim üçün sakitlik əsas şərtdir. Yaradıcılığımı sakit bir otaqda aparıram. Sizə deyə bilərəm ki, Bakıda maşınların səs-küyündən yaza bilmədiyim üçün evimi satıb Masazırda ev aldım. Sakitliyi yaradıcılıq üçün əsas mənbə hesab edirəm. Səs-küy ən dəşətli şeydir.
– Ən çox sevdiyiniz əsər hansıdır və sizə hansı şöhrət qazandırıb?
– Düşünürəm ki, yazıçı üçün bu ən çətin sualdır. Amma yazıçı özünün əsərlərinin həm də oxucusu olduğu üçün bu seçimi edə bilər. “Artakserks və Midiya türkləri”, “Bülbül və gül” əsərlərimi çox sevirəm və mənə şöhrət qazandıran “Qızılbaşlar” tarixi romanıdır.
– Oxuculara nə arzu edirsiz?
– Oxucuya oxumaq arzu edirəm.
– Sonda gələcək planlarınızdan danışardınız.
-Hal-hazırda külliyyatım üzərində işləyirəm.
Söhbətləşdi: Mahmud Əyyub
Özünüzü qəbul etməyi öyrənin
Özünü qəbul etmək, özünün bütün cəhətlərini qeyd-şərtsiz qiymətləndirmək bacarığıdır. Yəni, hər iki yaxşı şeyi, yəni inkişaf etdirə biləcəyinizi düşündüyünüz şeyləri qiymətləndirmək. Prosesi qəbul etmək, özünüzə qarşı olan qərəzləri etiraf etmək və onları yüngülləşdirməklə başlayır ki, özünüzə hər bir tərəfə dəyər verə biləsiniz. Bundan əlavə, diqqəti tolerantlıq və mərhəmətdə mühakimə etməkdən və ittiham etməkdən dəyişmək öhdəliyi götürmək vacibdir.
hərəkət kurs
1-ci hissə Özünüz haqqında necə düşünəcəyinizi anlayın
- Mən sevən insanam.
- Mən güclü anayam.
- Mən istedadlı rəssamam.
- Mən yaradıcı problem həll edən adamam.
- Atamın vəfatı ailəmiz üçün ağır oldu, amma fəxr edirəm ki, bu çətin zamanda anama dəstək ola bildim.
- Mən yarım marafon qaçmağı qarşıma məqsəd qoymuşdum və altı aylıq məşqdən sonra evə gəldim!
- İşimi itirdikdən sonra tənzimləmək və hesabları ödəməyə davam etmək asan olmadı, amma güclü tərəflərim haqqında çox şey öyrəndim və indi özümü əvvəlkindən daha yaxşı hiss edirəm.
- Mən heç vaxt heç nəyi düzgün edə bilməmişəm.
- Mən həmişə başqalarının şərhlərini səhv başa düşürəm; məndə nəsə səhvdir.
- Mən çox kökəm.
- Qərar verməkdən qorxuram.
- Məsələn, ananız həmişə sizin xarici görünüşünüzü tənqid edirdisə, indi xarici görünüşünüzdən çox əmin olmaya bilərsiniz. Ancaq başa düşməlisiniz ki, onların sizi tənqid etməsi öz etibarsızlıqlarına əsaslanır.Bundan xəbərdar olduqdan sonra xarici görünüşünüzə olan inamınızı yenidən nəzərdən keçirməyə başlaya bilərsiniz.
2-ci hissə daxili tənqidçinizlə ziddiyyət təşkil edir
- Bu xoş fikirdir?
- Bu fikir mənə yaxşı gəlirmi?
- Sevdiyim birinə deyərdimmi?
- Cavabınız yoxsa, daxili tənqidçinizin yenidən danışdığını bilirsiniz.
- Məsələn, “mən axmaqam” deyərkən, bu fikri mehriban bir ifadəyə çevirin: “Bu mövzudan xəbərim olmasa da, mən başqa cür ağıllıyam və artıq hər şey qaydasındadır. ”
- Özünüzə güclü tərəflərinizi xatırladın: “Hamımızın eyni şeylər üçün istedadı yoxdur. Gücümün və ya təcrübəmin başqa sahədə olduğunu bilirəm və bununla fəxr edirəm. ”
- Mənfi iddianın yanlış olduğunu daxili tənqidçinizi xatırlayın. “Yaxşı, daxili tənqidçi, bilirəm ki, sən mənim ağıllı olmadığımı deyirsən, amma bu doğru deyil. Mən müəyyən mənada ağıllı olduğumu bilirəm və bu, ən vacib şeydir. “
- Daxili tənqidçinizlə yaxşı davrandığınızdan əmin olun. Unutmayın və öyrənin, çünki siz hələ də özünüz haqqında düşüncələrinizi dəyişdirməyi öyrənirsiniz.
- Məsələn, arıqlamaq istəyə bilərsiniz. Hazırkı bədən çəkinizi qəbul etməklə başlayın: “Arıqlamaq istəsəm də, özümü gözələm və olduğum kimi yaxşı hiss edirəm.” Sonra özünüzü müsbət və məhsuldar şəkildə təkmilləşdirmək üçün planınızı formalaşdırın. “İdeal çəkim yoxdur, cəmi 10 kq arıqlasam, gözəl və xoşbəxt olacağam” deyə düşünmək əvəzinə, “10 kq arıqlamaq istəyirəm, ona görə də daha sağlam və enerjim var” deyə düşünə bilərsiniz. “
- Məsələn, özünüzə “Mən çox tənbələm. Bu gün mətbəxi belə təmizləməmişəm” deyirsinizsə, özünüzə olan tələblərinizi dəyişdirə və “Bütün ailə üçün yemək hazırladım” deyə bilərsiniz. Sabah səhər yeməyindən sonra uşaqları mətbəxi yığışdıra bilərəm.
3-cü hissədə özünüzə mərhəmət var
- Mən çətin anlara dözə bilirəm; Mən düşündüyümdən daha güclüyəm.
- Mən mükəmməl deyiləm və səhv edirəm, amma bu yaxşıdır.
- Mən mehriban və diqqətli qızıyam.
- Şəfqətdən ara verin. Özünüzün müəyyən bir hissəsini qəbul etməyin xüsusilə çətin olduğu çətin bir gün keçirsinizsə, özünüzə qarşı mehriban olmaq və özünüzə şəfqət yaratmaq üçün bir az vaxt ayırın. Anlayın ki, özünüzlə bağlı mühakimələriniz çox sərt və zərərli ola bilər. Özünüzə qarşı mehriban olmağı unutmayın və özünüzü təsdiqləməyə çalışın.
- Məsələn: Əgər düşünürsünüzsə: “Mənim ideal bədən quruluşum yoxdur; Mən kökəm ”, başa düşsün ki, bu fikirlər sənə qarşı yaxşı deyil:“ Bunlar xoşagəlməz fikirlərdir və mən bunu dostuma deməyəcəyəm. Məni kədərləndirir və özümü dəyərsiz hiss etdirirlər. “
- Özünüzə yaxşı bir şey deyin: “Mənim bədənim mükəmməl olmaya bilər, amma bu mənim bədənimdir və sağlamdır və mən ondan uşaqlarımla oynamaq kimi sevdiyim şeyləri etmək üçün istifadə edə bilərəm.”
- Bəzən günahı özümüzə çəkərək özümüzə qarşı kobud davranırıq. Belə günaha xüsusi diqqət yetirin. Vəziyyətlə əlaqəli xarici amillərin olub olmadığını öyrənməyə çalışın. Bəzən vəziyyətləri idarə edə bilmirik və hələ də bu günahkarlıq hisslərini saxlayırıq. Həqiqətən bu hərəkətlərə tam nəzarət edib-etmədiyinizi müəyyənləşdirin və özünüzü səxavətlə bağışlamağı planlaşdırın.
- Özünü bağışlamağı öyrətmək üçün prosesə başlamaq üçün məktub yazmaq faydalı emosional və idrak aləti ola bilər. Kiçik və ya keçmiş özünüzə mehriban, sevgi dolu bir tonla məktub yazın. Kiçik özünüzü (daxili tənqidçinizi) xatırlayın ki, səhvlər etmiş ola bilərsiniz. Amma bilirsən ki, mükəmməl deyilsən və bu yaxşıdır. Səhvlərimiz çox vaxt bizə yeni bir şey öyrənmək üçün dəyərli imkanlar verir. Yadda saxlayın ki, hərəkətin baş verdiyi vaxtda indi fəxr etmirsiniz, indiki qədər ağıllı deyildiniz və bəlkə də daha yaxşısını bilmirdiniz.
- Kobud fikir / daxili tənqidçi: iyirmi yaşımda ailəm üçün çox dəhşətli idim. Özümü belə apardığım üçün çox utanıram.
- Minnətdarlıq ifadəsi: Bu yaşda bu davranışı öyrəndiyimə görə minnətdaram, çünki bu, öz övladlarımı böyütməyə kömək edir.
- Minnətdarlıq ifadəsi: Münasibətləri nizamlaya bildiyimə və gələcəkdə yenidən cəhd edə bildiyimə görə minnətdaram.
4-cü hissə Yardım alın
- Məsələn, müdiriniz daim işinizi tənqid edirsə, siz deyə bilərsiniz: “Mənə elə gəlir ki, layihəm üçün kifayət qədər dəstək ala bilmirəm. Mən yaxşı bir iş görmək istəyirəm, amma gözləntilərinizi qarşılamaqda çətinlik çəkirəm. Gəlin hər ikimiz üçün yaxşı olan bir həll üzərində işləyək. ”
Məsləhətlər
- Prosesin faktiki qəbulu bir müddət çəkə bilər. Axı, özünüzlə danışmağı özünüzə öyrətməlisiniz. Özünüzə qarşı səbirli olun.
Qohumlar görür
Özünə inamı artırın
Ayrıldıqdan sonra özünə inam yaradın
Özünə inamı gücləndirin
Aşağı özünə hörmətin öhdəsindən gəlin
Nəzarət bağımlılarını tanıyın
TSSB olan biri ilə yaşamaq
Dibinə çatanda yeni həyata başla
Çox düşünməyi dayandırın
Autizmli uşaqlarda epidemiyaları və tantrumları azaldın
Başqalarının hisslərini mənimsəməyi dayandırın
İçkidən sonra düzgün cavab verir
Bəzi şeyləri qəsdən unuda bilər
Bir sosiopatı ifşa edin
Comments are closed, but trackbacks and pingbacks are open.