Böyrək xəstəliklərindən necə şübhələnmək olar
20. Bizi sevməyən kişiləri
Qadınların sevdiyi və sevmədiyi kişilər – FOTOLAR
AzNews.az Barbara de Anjelisin “HƏR BİR KİŞİNİN BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR“ kitabını ixtisarlarla sonuncu hissəsini təqdim edir. Məhəbbət, seks və qarşılıqlı münasibət haqqında olan bu əsərdə ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır.
Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.
→ Qadının seksdə sevmədikləri:
1. Qadın bədəni ilə tanış olmayan kişiləri
2. Qadın döşü ilə davranmağı bacarmayan kişiləri
3. Döş giləsi ilə kobud davranan kişiləri
4. İyrənc seksə meyil göstərən kişiləri
5. Öpüşməyi bacarmayan kişiləri
6. Olduqca kobud kişiləri
7. Şəxsi gigiyenasına fikir verməyən kişiləri
8. Bütünlüklə qadının xarici görünüşünə məftun olan kişiləri
9. Qadına orqazmına görə hökm çıxaran kişiləri
10. Qadını oral seksə məcbur edən kişiləri
11. Şəxsi seksual bacarığını həddən artıq qiymətləndirən kişiləri
12. Televiziya işləyə-işləyə sekslə məşğul olan kişiləri
13. İçəndən sonra seks istəyən kişiləri
14. Qadını ehtirasa gətirməyə vaxt sərf etməyi xoşlamayan kişiləri
15. Seksdən sonra dərhal “sönən” kişiləri
16. Xoş vərdişlərə malik olmayan kişiləri
17. Öz bədənini sevən kişiləri
18. Qadınla oral sekslə məşğul olmaq istəməyən kişiləri
19. Başqa insanları alçaltmaqdan xoşu gələn kişiləri
20. Bizi sevməyən kişiləri
→ Bədənimizlə tanış olmayan kişini sevmirik
Kişilər, əgər sizdə qadın bədəni ilə bağlı olan bəzi məsələlər haqqında əminlik yoxdursa, müstəqil olaraq öyrənin.
→ Öpüşməyi bacarmayan kişini sevmirik
Öpüş elə romantik, elə məftunedici, elə seksual, elə. iyrənc olur ki! Öpüşməyi bacarmayan kişidən pisi yoxdur. Bizi necə ehtiraslandırmasının, yataqda nə dərəcədə yaxşı olmasının əhəmiyyəti yoxdur. Həmişə onun öpüşməyi bacarmadığını bilirsiniz və bu ona sevgili kimi hörmət etməyə imkan vermir.
→ Həddən artıq kobud kişini sevmirik
Kişilər öz kobudluğunu başa düşmür. Onlar özlərini ehtiraslı, seksual və aqressiv hesab edir. Bütün bu keyfiyyətlər qadın üçün yalnız bir şeyi ifadə edər – adi kobudluğu. O, əzizləndiyini hiss etmir. Onu sıxışdırır, dürtmələyir və əzirlər.
Siz qadına sizə toxunulmanı istədiyiniz tərzdə toxunduqda, hərəkətiniz ona olduqca kobud, sərt və yol verilməz görünür. Təzyiqi bir az azaldın.
→ Şəxsi gigiyenasını gözləməyən kişini sevmirik
→ Qadınlar nəyə dözə bilmirlər
Səliqəsiz, didilmiş və çirkli dırnaqlar
Kobud codlaşmış ovuc
Tərli, qoxumuş, yuyulmamış bədən
Çirkli, üfunətli ayaq və corablar
Çirkli geyim və alt paltarı
Qoxulu nəfəs və fırçalanmamış dişlər
→ Qadının xarici görünüşünə məftun olan kişini sevmirik
Qadınlar sevdikləri kişinin gözündə gözəl və cazibədar görünmək istərlər. Ancaq kişi bütünlüklə qadının xarici görünüşünə diqqət verərsə, qadın özünü şəxsiyyətdən daha çox əşya kimi hiss etməyə başlayar.
Kişilərin biabırçı göründükləri halda bütünlüklə qadının xarici görünüşünə diqqət yetirməsini heç vaxt anlamamışam. Etiraf edin, əziz kişilər. Bizim xarici görünüşümüzü tənqid etməmişdən öncə, özünüzə güzgüdə bir baxın. Bəlkə bizi azad buraxıb, özünüzlə məşğul olmağa ehtiyac var?
→ Qadına onun orqazmına görə hökm çıxaran kişini sevmirik
“Ərim tərəfindən daim təzyiq hiss edirəm. Sevişirkən dəfələrlə məndən soruşur: “Hələ qurtarmadın? Hələ qurtarmadın?” Mən orqazma yaxın olsam belə onun sualları həmin an məni o vəziyyətdən çıxarır”.
Orqazm yaxşı şeydir, ancaq qadın heç də həmişə bu hissi yaşamır. Partnyorumuzla cinsi əlaqədə olanda yalnız sondakı on saniyəni deyil, bütün hiss etdiklərimizi ümumilikdə götürürük. Ancaq bəzi kişilər orqazmın olmasına o qədər diqqət verirlər ki, cinsi əlaqənin ən qızğın anında bu barədə soruşmaqdan əl çəkmirlər.
Seks qadın üçün olduqca mürəkkəb prosesdir. Partnyorun yanımızda uzanıb, qurtarmamız üçün saniyələri sayması heç arzulamadığımız haldır. Belə bir təzyiq bizim ehtirasımızı ani olaraq azalda bilər. Nə qədər çox istəsək də, rahatlanmağı və orqazm hiss etməyi bacarmırıq.
Siz bir şeyi anlamalısınız ki, seksual əlaqə zamanı qadına əsl həzzi sevgi verir..
→ Seksual bacarığına həddən artıq qiymət verən kişini sevmirik
Seksual bacarıqlarını yüksək dəyərləndirən kişilərin diqqəti yalnız özünə yönəlib. Texniki planda onların pis sevgili olduğunu deyə bilmərəm, bu əslində belə deyil. Ancaq onlar şəxsi eqo-sentrik (xudbin) dünyalarında yaşayırlar. Onları sizin məmnunluğunuzdan daha çox özlərinin gözəl işləri maraqlandırır.
→ Televiziya işləyə-işləyə sekslə məşğul olan kişiləri sevmirik
Məncə, bunun izahata ehtiyacı yoxdur. Bu kobuddur, diqqətsizdir, o bizi alçaldır. Ya səfehlər üçün nəzərdə tutulmuş o mavi qutunu işə salın və bizimlə sevişməyə başlayın, ya da təklikdə onu seyr edin.
→ İçdikdən sonra sekslə məşğul olmaq istəyən kişiləri sevmirik
Əgər kişiyə sekslə məşğul olmaq üçün içmək və ya narkotik maddə qəbul etmək lazım olarsa, onda qadın onu ehtirasa gətirə bilmədiyini düşünəcək.
→ Seksdən sonra dərhal “sönən” kişiləri sevmirik
Üzərimizdən enib, televiziyanın pultunu əlinizə alır və gözlərinizi televizora dikirsiniz; yataqdan qalxır və bir şey atışdırmaq üçün mətbəxə qaçırsınız; heç bizə gecəniz xeyrə qalsın demədən ölü yuxusuna gedirsiniz. Bəzi kişilər seksdən sonra məhz belə “gözəl” davranırlar. Qadının bu halı sevməməsi təəccüblü deyil. Biz elə indicə sevdiyimiz kişi ilə birlikdə idik, indi artıq o, yanımızda deyil.
Bəli, seks qadın qədər kişiyə fizioloji təsir göstərmir. Kişi orqanizmi yuxu doğuran maddə istehsal edir. Qadın üçün isə seks əsl stimulyatordur. Ancaq bu heç də sizin bağışlanılmanız demək deyil. Seksdən dərhal sonra “sönməniz” bizi emosional baxımdan çox incidir. Özümüzü tərk edilmiş, atılmış və istifadə olunmuş hesab edirdik.
→ Xoş vərdişlərə malik olmayan kişiləri sevmirik
→ Qadını özündən çıxaran kişi vərdişləri
● gəyirmə, xüsusilə də ucadan;
● qaz buraxma;
● dişləri qurdalama;
● burnundakı tükləri dartmaq;
● masa arxasında ağzını marçıldatmaq;
● siqaret çəkmək (əgər qadın özü siqaret çəkmirsə);
● güclü qoxuya malik odekolondan istifadə etmək;
● ağzı yeməklə dolu danışmaq;
● zibillə dolu çirkli maşın;
● çirkli mənzil (subaylarda)
● çirkli dırnaqları kəsib döşəməyə tökmək.
→ Öz bədənini sevən kişiləri sevmirik
Gənclər, bəlkə də sizə təəccüblü gələcək, ancaq qadınlar özlərinə vurğun olan kişiləri sevmirlər. Burada bizi özümüzdən çıxaran bəzi məqamlar var. Ola bilsin ki, bu eqosentrizm, ya da özünə vurulmuş adama gərəksizliyi hiss etməkdir.
Vaxtilə mənim bu tip kişi ilə münasibətim olub. O, daha çox öz bədənini fikirləşirdi, nəinki mənim bədənimi. Göstəricilərə baxsaq onun çox gözəl bədən quruluşu vardı və mütəmadi idmanla məşğul olmaqla xarici görünüşünü daha da yaxşılaşdırırdı. O, kişilər arasında “Cənab dünya gözəli” olmaq istəyir. Və o demək olar ki, bu arzusuna çatıb. Qəribədir, bundan sonra o mənim üçün heç də cəlbedici görünmürdü.
→ Başqa insanları alçaltmaqdan xoşu gələn kişiləri sevmirik
→ Bizi sevməyən kişiləri sevmirik
Bizim ehtiyaclarımıza məhəl qoymadığınızı, bizi özünüzdən uzaqlaşdırdığınızı hiss etdikdə, ürəyimizi sizə bağlayırıq. Qadının ürəyi bağlı olanda, onun bədəninin də sizin üçün açıq olmayacağını artıq anlamısınız.
→ Qadınların seksdə, sadəcə, sevdikləri
1. Sekslə asta-asta məşğul olan kişiləri
2. Yataqda söhbət edən kişiləri
3. Öpüşməyi bacaran kişiləri
4. Sevgisini baxışları ilə ifadə etməyi bacaran kişiləri
5. Qadını yavaş-yavaş soyundurmağa vaxtını əsirgəməyən kişiləri
6. Toxunuşları ilə qadını ehtiraslandıran kişiləri
7. Saçımızı tumarlayan kişiləri
8. Həm yataqda, həm də ondan kənarda qadını istədiyini gizlətmədən bəyan edən kişiləri
9. Qadını məmnun etməyi bilən kişiləri
10. Qadını seksual həyəcanlandırmağı bacaran kişiləri
11. Sekslə məşğul olmağa fiziki cəhətdən hazırlaşan kişiləri
12. Qadını özünü gözəl hiss etməyə məcbur etməyi bacaran kişiləri
13. Qadını masaj etməyi xoşlayan kişiləri
14. Qadının ovcunu sığallayan və seks zamanı əlindən tutan kişiləri
15. Qucaqlaşmağı xoşlayan kişiləri
16. Qadına həmişə sanki onunla elə indicə tanış olmuş kimi münasibət bəsləyən kişiləri
17. Qadını yeganə olduğunu hiss etdirməyi bacaran kişiləri
18. Qadın sevgisini ən başlıca sərvəti hesab edən kişiləri
19. Bizi sevən kişiləri
→ Sekslə asta-asta məşğul olan kişiləri sevirik
Ağıllı kişilər yataqda tələsmirlər. Qadının açılması üçün vaxt lazım olduğunu bilir və onu tələsdirmir. Bu qadın sirrini bilən kişi səbirli, incə və sevən olduqda, buna kimi heç kimin yaşamadığı həzzi yaşayacaq. Qadın heç kimlə olmadığı açıqlığı onunla edəcək.
→ Yataqda söhbət edən kişiləri sevirik
Bizimlə həmişə danışın – sevişmədən öncə, sevişmə zamanı və ondan sonra da.
→ Öpüşməyi bacaran kişiləri sevirik
Qadını öpəndə xoşuna gəlir, təkcə dodaqlarından öpəndə yox. Biz yüngül, incə, şirin öpüşləri, arxasında başqa bir məqsəd olmayan öpüşü sevirik.
→ Sevgisini baxışları ilə ifadə etməyi bacaran kişiləri sevirik
→ Bizi yavaş-yavaş soyundurmağa vaxtını əsirgəməyən kişiləri sevirik
→ Toxunuşları ilə bizi ehtiraslandıran kişiləri sevirik
Əgər siz iki qadının sevişdiyini görmüş olsanız, xarakterik əzizləməyə yəqin ki, diqqət yetirəcəksiniz: qadınlar bir-birinin bədəninə olduqca yavaşca, demək olar ki, hiss olunmaz şəkildə toxunur. Onlar dərhal erogen zonaya keçmir, onun ətrafında fırlanır, yaxınlıqdan üslubla sürüşüb keçir, yavaş-yavaş həmin hissəyə yaxınlaşır, ancaq toxunmurlar.
→ Saçımızı tumarlayan kişiləri sevirik
Bu çox sadə, ancaq olduqca səmərəli vasitədir. Birlikdə olanda və ya sevişərkən saçlarına toxunun. Qadınlar saçlarının tumarlanmasını sevər.
Bu, onlar üçün prelüdiyanın ən gözəl formasıdır.
→ Həm yataqda, həm də ondan kənarda bizi istədiyini bəyan edən kişiləri sevirik
Sevimli kişi bizə “Səni istəyirəm!” dedikdə, bu ifadədə sözlə deyiləsi mümkün olmayan bir cazibə var. Bu sözlər bizə olmazın ləzzəti yaşadır. Bədənimizin ən incə yerlərində xoş qızışma hiss edirik. Bu sözlər gizli qapıları açır və kişini bizi istədiyindən də çox sevməyə vadar edir.
→ Bizi məmnun etməyi bilən kişiləri sevirik
Qadın bədəni ilə tanış olmayan kişini qadınlar sevmir, onları anlayanları, onlara şövq yaşadan kişiləri isə, sadəcə, çox sevirlər.
→ Bizi seksual cəhətdən həyəcanlandırmağı bacaran kişiləri sevirik
→ Sekslə məşğul olmağa fiziki cəhətdən hazırlaşan kişiləri sevirik
İnanın mənə, cavanlar, bunu etmək çox asandır. Seksə hazır olmaq üçün duş qəbul edin, yüngül odekolonla ətirlənin, geyinin, yataq otağında şam yandırın və onun sevimli diskindən musiqi səsləndirin. Bütün bunları hər dəfə təkrar etmənizə ehtiyac yoxdur, ancaq hərdənbir etmənizdə fayda var və hər ikinizə xoş olar.
→ Özümüzü gözəl hiss etməyə məcbur etməyi bacaran kişiləri sevirik
Bir sirri də sizə açım. Qadın onu gözəl hesab etdiyinizə inananda, çöhrəsində güllər açır. Çöhrəsinin, bədəninin, qoxusunun, onun hərəkət etməsinin, etdiyi hər şeyin xoşunuza gəldiyinə inananda, o Sevgi İlahəsinə çevrilir. Onunla sevişməkdən xoşunuz gəldiyini biləndə isə o Seks İlahəsinə çevrilir.
→ Bizi masaj etməyi xoşlayan kişiləri sevirik
Toxunma – sevginin dilidir.
Ovcunuz, sadəcə, bədəninizin bir üzvü deyil. O, bədəninizdə qaynayan güclü həyat enerjisinin ötürücüsüdür.
→ Ovcumuzu sığallayan və seks zamanı əlimizdən tutan kişiləri sevirik
Ovuclarda olduqca şəxsi, incə və fövqəladə bir şey var. Seks zamanı çox vaxt partnyorumuzun ovcuna etinasız yanaşır, bədənin digər həyəcanlandırıcı hissələrinə diqqət yetiririk. Ancaq bir-birimizə toxunarkən ovucları unutmaq olmaz. Əllərin bir-birinə toxunması – ən yüksək yaxınlıq anıdır.
Oral sekslə məşğul olanda qadınınızın əlindən tutun. Onu öpərkən əlindən tutun. Onunla cinsi əlaqədə olanda da əlindən tutun. Seksdən sonra, yataqda ehtiras rayihəsinə bürünmüş vəziyyətdə uzanarkən də əlindən tutun.
→ Qucaqlaşmağı xoşlayan kişiləri sevirik
Kişilər, siz çox kobud səhvə yol verirsiniz! Qucaqlaşma – prelüdiyanın ən gözəl formasıdır. Sizcə, niyə qadın tez-tez sizdən onu qucaqlamağı xahiş edir?
→ Bizə həmişə sanki bizimlə indicə tanış olmuş kimi münasibət bəsləyən kişiləri sevirik
→ Bizə yeganə olduğumuzu hiss etdirməyi bacaran kişiləri sevirik
→ Sevgimizi ən başlıca sərvəti hesab edən kişiləri sevirik
Qadının dünyada ən çox istədiyi nədir? Onlar partnyorunun həyatında edəcəyi dəyişikliklərin köməkliyi ilə dünyada istədiyinə nail olmasını istəyir.
→ Bizi sevən kişiləri sevirik
Əsl ehtirasın bədən deyil, ürək olduğunu unutmayın.
Bu kitabın üzərində işləyərkən özüm də daxil olmaqla, bütün qadınlara qarşı daha güclü sevgi, həyəcan və minnətdarlıq hiss etdim. Bizim sevmək bacarığımız olduqca güclüdür, ən çətin anda sevdiyimizin əlini buraxmamaq bacarığı təəccüb oyadır. İndi bir şey mənə daha da aydın oldu: can atdığımız hər şeydə məqsədimiz sevdiyimiz insanla harmoniyada və birlikdə olmaqdır.
Dostlarım, Sevgidən imtina etməyin. Nə olursa olsun, heç vaxt Sevgidən imtina etməyin!
Barbara de Anjelis
27 fevral 2001-ci il
Qeyd: Əsər “Qanun” nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru Elçin Zahiroğludur. Kitabı əldə etmək istəyənlər Qanun Nəşriyyatına müraciət etsinlər.
Böyrək xəstəliklərindən necə şübhələnmək olar
Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur və yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisin müayinəsinə düşür.
Beləliklə, hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər:
– Ödemlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fəqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödemlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Ürək xəstəlikləri ilə bağlı olan ödemlər ayaqlarda əmələ gəlir.
Digər fərq – böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə bağlı ödemlər axşam əmələ gəlir.
– Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.
– Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.
Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı “aşağı” təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq).
Hər iki simptomun (hipertoniyanın uğursuz müalicəsi və “aşağı” təzyiqin 100 mm c.st-dan yuxarı olması) olması insanda böyrək patologiyalarına işarə edir.
– Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, azalmış, həddən artıq çoxalmış sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.
– Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər.
Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq nefroloqun (böyrək xəstəliklərinin müalicəsində ixtisaslaşdırılmış mütəxəssis) müayinəsindən keçin.
Saglamolun.Az
Trombun təbii yolla müalicəsi
Trombozdan əziyyət çəkən bir sıra insanlar bu xəstəliyin təbii yolla müalicəsi ilə maraqlanırlar. Xalq təbabətində olan reseptlərin əksəriyyəti trombların qarşısının alınmasına və əriməsinə kömək edir.
Trombun təbii yolla müalicəsi – əsas prinsiplər
Qan laxtasının inkişaf mərhələsi və yerləşdiyi yerdən asılı olmayaraq, aşağıdakı qaydalara əməl etdikdə trombun müalicəsi müsbət nəticə verir:
- Gündəlik rasiondan qanın laxtalanmasını artıran məhsulları (qoz, banan, qırmızı üzüm, hisə verilmiş ərzaqlar və kolbasa) çıxarmaq;
- Tromb kütlələrinin toplanmasına səbəb olan xolesterin tərkibli qidaların (yağlı və qızardılmış yeməklər, kərə yağı, yumurta, yüksək yağlılığıa malik süd məhsulları) qəbulunu məhdudlaşdırılmaq;
- Zərərli vərdişlərdən (siqaret, spirtli içki) imtina etmək;
- Piylənmə ilə mübarizə aparmaq və aktiv həyat tərzi sürmək;
- Mütəmadi şəkildə həkimə müraciət edib, damarların vəziyyətini yoxlamaq.
Bundan əlavə gündəlik olaraq, 1-2 xörək qaşıq rafinə olunmamış bitki yağı, 1 xörək qaşığı bal və 1 diş sarımsaq qəbul etmək məsləhətdir. Bu, damarlar üçün təmizləyici pəhriz sayılır.
Trombun təbii yolla müalicəsi – bitki dəmləmələri
Xalq təbabətində müalicəvi bitkilərdən hazırlanılan müxtəlif reseptlər vardır. Trombu əritməyə qadir olan ən məşhur bitki – gicitkandır. Bu otun özəlliyi ondan ibarətdir ki, o, hər yerdə bitir və xüsusi qulluq tələb etmir. Gicitkandan müalicəvi qarışıq hazırlamaq üçün onun yarpaqlarını xırdalayıb, üzərinə qaynar su tökülür. 1 saat saxladıqdan sonra süzüb, gün ərzində bir neçə qurtum içmək tövsiyə edilir.
Fitoterapevtlərin məsləhət gördüyü digər bitki nanədir. Bu ot nəinki qan laxtalarının profilaktikasında, həm də kiçik ölçülü trombların əriməsində iştirak edir.
Hazırlanma qaydası çox sadədir. 1 çay qaşığı xırda doğranılmış nanə 1 stakan suda dəmlənilir. Soyudulur, süzülür və səhər saatlarında yeməkdən əvvəl içilir. Müalicə kursu 2 aydan az olmamalıdır.
Trombun təbii yolla müalicəsi – bir neçə bitkinin qarışığı
Növbəti müalicəvi qarışıq boymadərən (tisyaçelistnik), solmazçiçəyi (bessmertnik), palıd qabığı (kora duba), ağcaqayın (beryoza) yarpaqları, mərcangilə (brusnika) əsasında hazırlanılır. Bütün inqrediyentlər eyni nisbətdə götürülür. Üzərinə qaynar su tökülüb, 5 saat saxlanılır. 1 stakan su üçün 1 xörək qaşığı ot qarışığının istifadəsi kifayətdir. Dəmləməni süzdükdən sonra gün ərzində 100 ml olmaqla 3 dəfə içilir. Bu yolla trombun yaranma ehtimalı və qanın qatılığı azaldılır.
Damarların təmizlənməsinə və trombun əriməsinə kömək edən digər resept nanə, bədrənc (melissa), adaçayı (şalfey) və şam ağacının cavan qozalarından hazırlanılır: bütün komponentləri bir yerə toplayıb, həmin qaba qaynar su tökülür. Dəmlədikdən sonra gün ərzində kiçik qurtumlarla qəbul edilir. Müalicəni 1 ay apardıqdan sonra mütləq fasilə verilməlidir.
Trombun təbii yolla müalicəsi – giləmeyvələr
Trombozun müalicəsində nəinki bitkilər, həm də bəzi giləmeyvələrdən istifadə edilir. Məsələn, qara qarağat qanın qatılığını tənzimləyir. Onu həm təbii halda, həm də qurudulmuş meyvələrindən çay hazırlayıb qəbul etmək olar. Trombun əridilməsində göyəm də faydalıdır.
Trombun təbii yolla müalicəsi – bal
Arıçılıq məhsullarının, o cümlədən balın müalicəvi xüsusiyyətləri hər kəsə məlumdur. Baldan hazırlanan vasitələr trombun qarşısını almaqla yanaşı, həmçinin orqanizmin ümumi müqavimətini qaldırır. Bu məqsədlə 1 stakan bala eyni miqdarda soğan suyu əlavə edilir. Qarışdırılır, isti yerdə bir neçə gün saxlanılır. Hər dəfə yemək qəbulundan əvvəl 1 qaşıq qəbul edilir.
1 ay ərzində hər səhər balla çuğundur şirəsinin qarışığı da tromb əleyhinə effektiv vasitədir.
Əslində xalq təbabətinin effektivliyi inkar edilməsə də, trombun təbii yolla müalicəsi ilə məşğul olmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.