Press "Enter" to skip to content

Qızlıq pərdəsi ilə bağlı bilinməyən həqiqətlər

Əksər hallarda gimenoplastikaya sosial və ya dini səbəblərdən müraciət edirlər. Bəzi mədəniyyətlərdə ilk nigah gecəsi zamanı kişi qızlıq pərdəsinin olmamasına şübhələndikdə qadının həyatı təhlükə altında ola bilər. Bu zaman ətrafdakıları, qızlıq pərdəsinin hansı şəraitdə zədələndiyi (ola bilsin ki, qız həqiqətən də hələ bakirədir, lakin pərdə gimnastika və s. ilə məşğul olarkən zədələnmişdir) maraqlandırmır. Əlbəttə ki, bu hallarda qızlıq pərdəsinin bərpası – kosmetik prosedurdan daha böyük bir şeydir.

Qızlıq pərdəsi haqqında 12 sual

Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir.

Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçün bir və ya bir neçə dəliyi vardır.

2. Bakirəlikdən məhrum etmə nədir?

Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın ilk cinsi əlaqəyə girməsindən sonra danışmaq düzgün olardı. Adətən ilk cinsi əlaqədən sonra qızın qızlıq pərdəsi zədələnir.

Buna baxmayaraq, elə hallar olur ki, qızlıq pərdəsi cinsi əlaqədən deyil, başqa səbəbdən zədələnir. Bu halda qız yenə də bakirə sayılır, çünki onun kişi ilə yaxınlığı olmayıb.

3. Qızlıq pərdəsi yalnız cinsi əlaqə zamanı zədələnir?

Qızlıq pərdəsi tək cinsi əlaqə nəticəsində deyil, digər səbəblərə görə zədələnə bilər.

Məsələn, qızlıq pərdəsi velosiped və ya at sürərkən, gimnastika ilə məşğul olarkən zədələnə bilər. Həmçinin qızlıq pərdəsi yuyunma zamanı uşaqlıq yoluna barmaqları saldıqda və ya menstruasiya zamanı böyük ölçülü tampondan istifadə etdikdə zədələnə bilər. Bəzən cinsi həyata başlamamış qıza ginekoloji müdaxilə tələb oluna bilər, və bu zaman həkim-ginekoloqun özü pərdəni zədələyə bilər.

Bütün bu hallar “qızlıq pərdəsinin travmatik zədələnməsi” adlandırılır termininə və bunun bakirəlikdən məhrum etməyə heç bir aidiyyatı yoxdur. Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın kişi ilə cinsi yaxınlığından sonra danışmaq olar.

4. Bakirəlikdən məhrum etmə zamanı həmişə qan olur?

Xeyr, heç də həmişə olmur. Qızın bakirə olub olmadığı haqqda, onda birinci cinsi əlaqə zamanı qanın olub olmaması əsasında fikir söyləmək düzgün deyil. Bir çox hallarda qan ilk cinsi əlaqədən bir neçə dəqiqə və ya saat sonra, və ya ümumiyyətlə meydana gəlmir.

Bəzən qızlıq pərdəsi çox elastik olur, cinsi əlaqə zamanı dartılır. Bu halda qızlıq pərdəsi yalnız doğuş zamanı cırılır.

5. Qızlıq pərdəsini özbaşına göz və ya əl ilə müəyyən etmək olarmı?

Baxmayaraq ki, qızlıq pərdəsi uşaqlıq yolunda o qədər də dərin yerləşmir, onu özbaşına göz ilə müəyyən etmək mümkün deyil. Həmçinin pərdəni barmaqlar ilə “əlləmək” məsləhət görülmür, çünki bu manipulyasiyalar zamanı pərdəni təsadüfən zədələmək və ya uşaqlıq yoluna infeksiya salmaq olar.

6. Ginekoloqa müraciət etmədən qızlıq pərdəsinin olub olmamasını öyrənmək mümkündürmü?

Heç bir qız onun qızlıq pərdəsinin nə “vəziyyətdə” olmasını dəqiq bilə bilməz. Qızlıq pərdəsi bir azca cırılmış ola bilər, hətta səndə seks olmayıbsa belə, və ya öz bütövlüyünü ilk cinsi əlaqədən sonra qoruyub saxlaya bilər.

Qızlıq pərdəsinin bütöv və ya zədəli olub olmamasını yalnız ginekoloji kresloda müayinə zamanı həkim ginekoloq müəyyən edə bilər.

7. Uzun müddət sekslə məşğul olmadıqda qızlıq pərdəsi yenidən “bitə” bilərmi?

Xeyr, bu praktiki olaraq mümkün deyil. Bir gün bakirəliyi itirdikdən sonra sən bir də heç vaxt bakirə olmayacaqsan, hətta bir neçə il ərzində cinsi əlaqəyə girməsən belə.

8. Qızlıq pərdəsini bərpa etmək mümkündürmü?

Bəli, mümkündür. Qızlıq pərdəsinin bütövlüyünü demək olar ki, hər bir ginekoloq bərpa edə bilər. Tibbdə bu prosedur gimenoplastika və ya, daha az hallarda, reflorasiya adlanır.

9. Qızlıq pərdəsinin bərpası kimə lazım ola bilər?

Əksər hallarda gimenoplastikaya sosial və ya dini səbəblərdən müraciət edirlər. Bəzi mədəniyyətlərdə ilk nigah gecəsi zamanı kişi qızlıq pərdəsinin olmamasına şübhələndikdə qadının həyatı təhlükə altında ola bilər. Bu zaman ətrafdakıları, qızlıq pərdəsinin hansı şəraitdə zədələndiyi (ola bilsin ki, qız həqiqətən də hələ bakirədir, lakin pərdə gimnastika və s. ilə məşğul olarkən zədələnmişdir) maraqlandırmır. Əlbəttə ki, bu hallarda qızlıq pərdəsinin bərpası – kosmetik prosedurdan daha böyük bir şeydir.

Həmçinin bir çox hallarda ginekoloqlara bir gün səhv etmiş və onu düzəltmək istəyən qızlar müraciət edirlər. Zorakılığın qurbanlarını da xatırlamamaq olmaz, hansıların ki, əlbəttə ki, heç bir günahları yoxdur.

Qadının qızlıq pərdəsini bərpa etmək istəməsi üçün bir çox səbəb mövcuddur, və gimenoplastika üçün əsas göstəriş qadının istəyidir.

10. Qızlıq pərdəsinin bərpası kimlər üçün qadağandır?

Qızlıq pərdəsinin bütövlüyünün bərpası üçün heç bir əks-göstərişlər mövcüd deyil. Buna baxmayaraq, sizə prosedurdan əvvəl bir sıra müayinələri keçmək lazım gələcəkdir, o cümlədən yaxma nümünəsinin götürülməsini. Əgər yaxma nümunəsi sizdə uşaqlıq yolunda iltihabın olmasını göstərərsə, pərdənin bərpası üzrə proseduru iltihabın keçməsinə kimi təxirə salmaq lazım gələcəkdir.

11. Qızlıq pərdəsini necə bərpa edirlər?

Qızlıq pərdəsinin bərpası üzrə bir neçə üsul mövcuddur; hər şey sizi ginekoloqun qəbuluna gətirib çıxaran səbəbdən asılıdır.

Qızlıq pərdəsinin tikilməsi

Əgər bakirəliyin bərpası təcili tələb olunursa (məsələn, toy bir həftədən sonra baş verəcək), o zaman qızlıq pərdəsinin xüsusi tikiş materialı (sapları) vasitəsi ilə adi tikişi həyata keçirilir. Bu saplar qızlıq pərdəsinin ayrı-ayrı fraqmentlərini bir yerdə saxlayır, bu isə cinsi partnyora bakirə qadınla seks zamanında olduğu hissləri yaşamağa imkan verir. Seks zamanı qadında həmçinin qan müşahidə oluna bilər (lakin həmişə deyil, çünki “həqiqi” bakirələrdə də qan heç də həmişə əmələ gəlmir)

Bu prosedurun üstünlükləri;

– ən çoxu 30 dəqiqə çəkir

– prosedurdan sonra bərpa cəmi bir neçə saat çəkir

Bu prosedurun çatışmazlıqları:

– effekt ən çoxu 2 həftə davam edir; artıq 2 həftədən sonra saplar sorulub gedir və qızlıq pərdəsi əməliyyətdən öncə olduğu kimi olacaqdır

– Müayinə zamanı digər ginekoloq qızlıq pərdəsinin bərpası üzrə əməliyyatın keçirildiyini anlaya biləcəkdir.

Bu prosedur ginekoloq tərəfindən daha çox vaxt və səy tələb edir, lakin üçqatlı gimenoplastikanın nəticələri buna dəyər. Bu prosedur zamanı ginekoloq uşaqlıq yolunun selikli təbəqəsinin sahələrini də tutaraq qızlıq pərdəsinin fraqmentlərini bir yerə yığaraq tikir. Bunun sayəsində”həqiqi”qızlıq pərdəsindən praktiki olaraq fərqləndirmək mümkün olmayacaq yeni pərdə formalaşır.

Bu prosedurların üstünlükləri:

– əgər qadın cinsi həyat keçirmirsə, bu “bakirəlik” effekti 2-3 il saxlanılır

– “yeni” bakirləlik pərdəsi cəmi 2-3 həftədən sonra “əsl”dən heç nə ilə fərqlənməyəcəkdir, və hətta təcrübəli ginekoloq anlaya bilməyəcək ki, sizə əməliyyat tətbiq edilmişdir.

Bu prosedurun çatışmazlıqları:

– iki saata yaxın davam edir

– əməliyyatdan sonra bərpa bir həftədən çox vaxt aparır

– cinsi əlaqə zamanı güclü ağrılar və ya çoxlu qan əmələ gələ bilər

12. Mənim partnyorum fərqi hiss edəcəkmi?

Qızlıq pərdəsinin bərpa üsulundan asılı olmayaraq sizin cinsi partnyorunuz fərqi hiss edə və sizin ondan əvvəl cinsi həyat sürdüyünüzü bilə bilməyəcəkdir.

Qızlıq pərdəsi ilə bağlı bilinməyən həqiqətlər

Gənc qızların ağlında cinsi həyatla bağlı çox sual var. Ən çox da qızlıq pərdəsi ilə bağlı mövzular qızları narahat edir. Uşaqlıqdan etibarən seksin qorxulu olduğuna inandırılan qızlar böyüdükdən sonra da bu qorxulardan xilas ola bilmirlər.

Onları ən çox qorxuya salan isə bakirəliyi itirməkdir.

Bəs cəmiyyətin qızlara ailə həyatı qurana kimi qoruyub saxlamağı təlqin etdiyi bu qızlıq pərdəsi nə olan şeydir? Qızlıq pərdəsinin hansı funksiyaları var? Qızlıq pərdəsi cinsi əlaqə olmadan da açıla bilər mi? İlk dəfə cinsi əlaqəyə girəndə qanama mütləq olmalıdır?

20 ildir bu mövzularda məktəblərdə və universitetlərdə dərslər deyən Dolunay Kadıoğlu bu suallara cavabı “Cinsi əlaqə və özünü yardım” kitabında verib. Həmin kitaba istinadən maraqlı məlumatları sizə təqdim edirik:

Qızlar ilk cinsi əlaqə zamanı çox qanama olacağından qorxurlar. Onların inandıqları digər yanlış bilgilər isə qızlıq pərdəsinin qalın olduğu, o aradan qalxarkən çox ağrı verəcəyidir. Ancaq bunların heç biri doğru deyil

Qızlıq pərdəsi vaginanın 2 və ya 3 sm içərisində ortası boş nazik bir pərdədir. Cinsi əlaqə zamanı pərdəyə çox vaxt çəhrayı və ya qəhvəyi rəngli maye gəlir.

Qanamanın olması normal deyil. Qanama qadını seksə hazırlamadan, sevişmədən, ona həzz vermədən birbaşa cinsi əlaqəyə girmənin nəticəsidir. Bunun təcavüz etməkdən heç bir fərqi yoxdur. Seks bir vəzifə deyil. Seksdən partnyorlardan hər ikisi zövq almalıdırlar. Bu zifaf gecəsi üçün də keçərlidir. Evlənməyə bakirə qız axtaran oğlanlara xatırladaq ki, elə bir qızı alıb toy eləmisinizsə, tələsməyinizə lüzum yoxdur. Artıq evlisiniz, ona görə də qadına əzab vermədən, seksə nifrət etdirmədən cinsi həyatınızı normal şəkildə qurun.

Qadının namusu olduğu deyilən bu kiçik pərdə doğurdanmı onların əxlaqını yoxlamaq üçün yaradılıb?

Əlbəttə ki, yox! Əslində bu pərdənin tək bir funksiyası var. O da gənc qız yetişkin yaşına çatana, hormonları düzgün ifraz olunana qədər onun bədəninə zərər verə biləcək qıllardan, mikroblardan və s. qorumaqdır.

Yəni qızlıq pərdəsi qadın bədənində baryer yaradaraq onu xarici aləmin mənfi təsirindən qoruyur.

Ancaq qız aybaşı olduqdan, yəni yetişkinliyə addım atdıqdan sonra bu pərdənin heç bir mənası qalmır.

Pərdənin və vaginanın quruluşu kişinin cinsiyyət orqanının içəri girməsini asanlaşdırır. Yəni seksdən qarşılıqlı həzz alınırsa, heç vaxt ağrı hissi olmamalıdır. Əlbəttə hansısa xəstəliklər, xüsusilə də vaginizm seks zamanı ağrıya səbəb ola bilər. Bu zaman mütləq həkimə müraciət edib, müalicə olunmaq lazımdır.

Onu da qeyd edək ki, sperma vaginanın üzərinə axıdılıbsa, hamiləlik riski ola bilər. Qızlıq pərdəsinin hamiləlikdən qoruması tamamilə yanlış fikirdir. Yəni bakirə bir qız da hamilə qala bilər. Qızlıq pərdəsi vaginaya girişi bağlamır. Əgər belə olsaydı, hər aybaşı zamanı oradan qan gələ bilməzdi.

Qızlıq pərdəsinə namus və əxlaq anlayışlarını yükləyənlər arada bir internetdən digər ölkələrin bu mövzudakı mentalitetini araşdırsınlar. Bu zaman görəcəklər ki, hər cəmiyyətdə bu fərqli qarşılanır. Məsələn elə qəbilələr var ki, onlarda qız evlənmədən öncə mütləq bakirəliyi pozulmalıdır. 15 yaşından sonra bakirə olmağa davam edən qızların gülüş obyektinə çevrildiyi cəmiyyətlər də var. Bu da çox yanlışdır. Cinsi əlaqəyə girib girməmək, qadının öz seçimi olmalıdır. Buna kimlərinsə başqa mənalar yükləməsi və ya qadını bakirə qalmağa ( ya da əksinə bakirəliyini itirməyə) zorlaya bilməz.

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

Elimizin adətinə görə gəlinin belinə qırmızı lent bağlayırlar. Bu lentin mənası isə ailə quran qızın bakirətini elan edir. Artıq qızın namusu ata evindən çıxıb, ailə qurduğu şəxsin ixtiyarına keçir. Bəzi hallarda isə zifaf gecəsindən pak çıxmayan gəlin işgəncələrə məruz qalır. Bu hadisə ən yaxşı halda ailənin dağılmasına və qadının el içində rüsvayçılığına səbəb olur. Bəzən isə bakirə çıxmayan təzə gəlin öz həyat yoldaşı tərəfindən qətl edilir.

Bəs qızlıq pərdəsi adlandırdığımız qadın orqanizminin bu önəmli ünsürü haqda nə bilirik? Ümumiyyətlə, qadınlarımız və qızlarımız öz orqanizmləri barədə nə dərəcədə məlumatlıdırlar?

Publika.az bu suallara cavab axtarmağa çalışacaq.

Qızlıq pərdəsi latın dilində “himen” adlanır. Bu ad qədim Yunan mifologiyasında nikah tanrısının adı ilə əlaqələndirilir. Himen əlində tutduğu məşəl ilə ailə quran cütlüklərə xeyir-dua verib, yollarına işıq saçarmış.

Qədim Yunanıstanda evlənən sevgililər Himenin şərəfinə zifaf gecəsi cinsi münasibətdə olurdular.

Qadın orqanizmində böyük funksiyanı daşıyan qızlıq pərdəsi döl ana bətnində ikən formalaşmağa başlayır. Hamiləliyin 7-12-ci həftələri arasında cinsiyyət orqanı formalaşır. Bu həftələr ərzində də himen, yəni qızlıq pərdəsi əmələ gəlir.

Bəzi alimlər hesab edirlər ki, bu pərdə heç bir funksiyanı yerinə yetirmir. Digərləri isə ilk cinsi əlaqəyədək orqanizmi infeksiyalardan, daxilə keçə biləcək viruslardan qoruduğunu iddia edirlər.

Qızlıq pərdəsinə bir sıra heyvanların dişilərində də rast gəlinir. Bu məməlilərdə at, lama, siçan, dağsıçanı, köstəbək və s. aiddir. Lakin bu canlılarda pərdə ilk cinsi əlaqədən qat-qat əvvəl yırtılır.

Tarix boyu qızlıq pərdəsini yenidən bərpa etdirib, təmiz adla ailə qurmağa cəhd edən hiyləgər qadınlara daha çox Şərq cəmiyyətlərində rast gəlinib. Günü bu günədək davam edən bu “əxlaqsızlığa” tibb işçilərinin də cəlb edilməsi acınacaqlıdır. Tarixi mənbələrə görə, bir sıra ərəb ölkələri və Osmanlı imperiyası dövründə qadınlar bakirəliklərini bərpa etmək üçün ən sərt üsullara da yol atırmışlar.

Ginekoloqlar hesab edirlər ki, qızlıq pərdəsinin bir neçə növü var. Bu pərdə hər qadının orqanizmində fərqlidir. Bəzi qadınlarda isə himen, ümumiyyətlə, olmur. Statistikaya görə 1000 qadından 1-də qızlıq pərdəsi yoxdur. 2000 qadından birində isə bu nayihə ümümiyyətlə qapalıdır.

Bəzən qızlıq pərdəsi cinsi əlaqə zamanı yırtılmaya bilər. Bu zaman isə qanama müşahidə olunmur. Araşdırmalar göstərib ki, bu durum 10 qızdan birində rastlanır.

Bakirəti hər şeydən üstün tutan, elmsiz cəmiyyətlərdə bəzən günahsız qızlarımız bu cür halların qurbanına çevrilir, insanların tənəsinə tuş gəlirlər. Lakin unutmaq lazım deyil ki, hərşeyin elmi səbəbi və cavabı var. Bundan əlavə qadının namusu qızlıq pərdəsi ilə deyil, əqidəsi, düşüncələri və daxili tərbiyəsi ilə ölçülməlidir.

Leyla Sarabi

Comments are closed, but trackbacks and pingbacks are open.