Özümüzü necə sifariş edək
İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz açaq. Heç bir insan ilk tanışlıqda özünün mənfi xüsusiyyətlərindən danışmır. Əgər danışırsa inanın ki, qarşıdakı şəxs sonrakı görüşlərdə onunla ünsiyyətə can atmayacaq.
Özümüzü necə təqdim edək?
İlk öncə onu qeyd edək ki, hər birimizin ən böyük təlabatı ünsiyyətdir.İnsanlarla əlaqədə, yeni tanışlıqlarda ünsiyyətin rolu əvəzedilməzdir. Biz həmişə bu barədə fikirləşirik: Necə edək ki, yeni tanış olduğumuz insanların xoşuna gələk. Fikrimcə əksəriyyət insanlar sevilməyi sevməkdən daha çox xoşlayırlar. Ətrafımızdakıların bizi sevməsi, bizə dəyər verməsi adama xüsusi bir zövq verir. Əhatəmizin bizə olan rəğbətini görmək üçün nə etməliyik? Necə edək ki, ətrafa özümüzü olduğu kimi təqdim edək?
İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz açaq. Heç bir insan ilk tanışlıqda özünün mənfi xüsusiyyətlərindən danışmır. Əgər danışırsa inanın ki, qarşıdakı şəxs sonrakı görüşlərdə onunla ünsiyyətə can atmayacaq.
Biz gündəlik həyatımızda belə hallara demək olar ki, tez-tez rast gəlirik. Belə ki biri özünü olduğundan daha yaxşı göstərir, məs: savadlı olmasa da elə hey savaddan, təhsilin vacibliyindən danışır. Başqa birisi çox savadlı olsada özünü olduğu kimi ifadə edə bilmir.
Özümüzü necə ifadə etmək dedikdə biz heç də özümüzü olmadığımız kimi göstərməyi, ətrafa xoş gəlmək üçün tamamilə başqa bir cilddə görünməyi nəzərdə tutmuruq. Olduğun kimi görün, göründüyün kimi ol. Gəlin, necə varıqsa, əslində necəyiksə elə də görünək yəni, dürüst olaq.
Yəqin ki, hamımız məktəb illərini xatırlayırıq. Gəlin, bir neçə dəqiqəlik 15 sentyabrı, bizə yad olan müəllimlərin sinfə necə daxil olması, özünü necə göstərməsini yadımıza salaq. Bəziləri sinfə girəndə özünü təqdim edəndə çox ciddi və tələbkar olduğunu aşkarca bizə çatdırır. Bəziləri isə zarafatcıl bir formada, daha mülayim, xoşgörüşlü tərzdə özünü təqdim edir. Şagirdlər hansı müəllimin dərsini daha yaxşı və məsuliyyətlə oxuyacaqlar?
Böyük ehtimalla ciddi və tələbkar müəllimin dərsini yaxşı oxuyacaqlar, digər tipli müəllimlərin dərsinə hardasa etinasız şəkildə yanaşacaqlar. Məktəb illərindən söz düşmüşkən bu misalı da göstərək. Şagirdlər hansı müəllimlərin savadlı olub-olmaması barədə müzakirlərdə belə deyirlər.Filan müəllim savadlı olsa da dərsi əhatəli çatdıra bilmir, filan müəllim isə o qədər də savadlı olmasa da bildiyini yaxşı izah edir.Bu göstərdiyimiz nümunələr özünü ifadə bacarığına aiddir.Nə üçün bəzi insanlar özünü təqdim edə bilir, bəziləri isə yox? Zənnimcə, insan özünü olduğundan daha aşağı təqdim edirsə, deməli o insanın özünə güvəni, inamı azdır. O insanlar özlərinə inam hissini daha inamla aşılamalıdırlar.Özünə inamsızlıq isə daha çox komplekslərlə bağlı ola bilər.
Özünü təqdim etmə – reklam
Özünü təqdim də bir növ reklamdır. Hamı nəyisə reklam edir. Kimisi biliyi, kimisi xarici və ya zahiri görünüşünü, kimisi istedad və bacarıqlarını, kimisi isə əslində heç nəyi reklam etmədiyini göstərsə belə yenə də reklam edir.Necə deyərlər reklamın özüdə bir reklamdır. Amma bu reklam ifratçılığa varmamalıdır. Çünki, daim özündən danışan insanlara özündənrazı ləqəbini qoyurlar.
Özünü təqdim etmə saatlarla özündən danışmaq demək deyil. Gərəkən yerdə, gərəkən dərəcədə reklam vacibdir. Yəni, harda nəyi, necə etməli olduğumuzu bilməliyik. Bu isə əsl ustalıq bacarığıdır. Onu deməyə çalışırıq ki, hər hansı bir tədbirdə və ya yığıncaqda özümüzdən qat-qat savadlı adama nəyisə diktə etsək, onun yalnış olduğunu desək yəqin ki, bu hərəkətimiz yaxşı qarşılanmaz. Amma imtahanda və ya işə götürüləndə bütün potensialımızı ortaya qoymağımız vacibdir. Məqaləmi Sokratın sözü ilə bitirmək istəyirəm: “Bir insanın özünə verə biləcəyi ən böyük zərər bacarıqlarından tamamilə istifadə etməməsidir”.
Mənbə: PCC jurnalı
Tərtib etdi: Allahverdiyeva Lalə
- Teqlər:
- psixologiya
- , özünü təqdim etmə
Özümüzü tanımaq üçün 11 ADDIM
Publika.az deyerler.org-a istinadən bildirir ki, yəni, insanın öz müsbət və mənfi tərəflərini tanımasıdır. İnsan özünü tanıyarsa, kamala çata bilər.
Özünü tanımağın addımları:
Birinci addım. Birinci etməli olduğumuz iş odur ki, öz əlaqə və meyillərimizi, istedadlarımızı tanıyaq və həyatdan nə istədiyimizi dərk edək. Cismi, əqli, əxlaqi, dini, ictimai meyillərin agah olanını və agah olmayanını ayırd edək.
İkinci addım. İnsan özünə aşiq olduğu üçün, nəfsini hər cür nöqsandan və eyibdən pak hesab edər. Çünki insan kamala çatmağı sevir və əgər sevirsə, gərək özünü kamala çatmaqdan məhrum etməsin. İlk növbədə yaxşı əməllərə və əxlaqa bürünməyə səy göstərsin. Hər gün daxilindəki halı təhlil etsin. Özünü aldatmaqdan çəkinsin.
Üçüncü addım. O zaman ki, dəyişmək qərarına gəldik, əxlaq mərhələsini bir-birinin ardınca tədrici olaraq getməyə çalışaq. Ona görə də əxlaq alimlərinə və kitablara ehtiyacımız olacaqdır.
Dördüncü addım. Yadda saxlayaq ki, nəfsi tərbiyə etmək çox həssas bir işdir. Həqiqi tərbiyəni dildə deyilən tərbiyədən ayırd etməyə çalışaq. Zahirə diqqət edənlərdən olmayaq. Özümüzü daxildən islah etməyə cəhd edək.
Beşinci addım. Özünü tanımağa mane olan amilləri tapmağa çalışaq.
– Ən böyük maneə – insanın təkəbbürüdür.
– İkinci maneə – eyiblərini qəbul etməməkdir.
– Üçüncü maneə – nəzərində yaratdığı yanlış şəxsiyyəti ilə ürəyini rahatlatmaqdır.
– Dördüncü maneə – başqaları tərəfindən təriflənməyi sevməkdir.
– Beşinci maneə – rahatlığı sevən olmaqdır.
O kəs ki, öz eybini etiraf edər, gərək onu aradan qaldırmaq üçün səy göstərsin.
Altıncı addım. Allahın bizə inayət etdiyi sağlam fitrətə diqqət etmək və insani meyillər ilə heyvani meyilləri bir-birindən ayırd etməyə çalışmaq.
Yeddinci addım. Ancaq eyiblərə diqqət etmək kifayət deyildir, bizim çox sayda əxlaqi fəzilətlərimiz vardır ki, onları üzə çıxartmağa çalışaq.
Səkkizinci addım. Malik olduğumuz istedad və fəzilətlərə görə qürurlanmayaq, onları kamala çatmaq yolunda istifadə etməyə çalışaq.
Doqquzuncu addım. Fəal və qeyri-fəal olan əxlaqi sifətlərə diqqət etmək.
Onuncu addım. Mənfi sifətlərimizlə mübarizə yollarını öyrənək. Yəni, təkəbbür, riya, həsəd və sair ilə necə mübarizə aparmaq yollarını öyrənməyə çalışaq.
On birinci addım. Müsbət sifətlərimizi gücləndirməyə çalışaq. (Həvzəh)
Bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, insan əgər özünü tanıyarsa, o zaman kamala çata bilər. Özünü tanıma da tədrici və proqram üzərindən olan bir işdir. Yəni, insan gərək hər gün özünə şərt qoysun ki, Allah bəndəliyini etməlidir. Sonra isə gün ərzində öz əməllərinə diqqət və nəzarət etməlidir. Çalışmalıdır ki, eyiblərini təkrar etməsin və şəxsiyyətini hərtərəfli inkişaf etdirə bilsin. Özünü başqaları ilə müqayisə etməsin. Çünki hər bir şəxsin özünəməxsus vəzifələri vardır.
Müqayisə yerinə vəzifələrinə əməl etməyə diqqət etsin.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.