Zünü sevməyin mənası
6. Keçmişi unudun!
Özümüzü necə sərinləşdirək
Özümüzü necə motivasiya edək? Bunun üçün nə etməliyik?
Özünüzü motivasiya etməyin ən güclü mənbəyi səbəbdir. Hər hansı bir ciddi səbəb ki, bu səbəb sizi ruhlandıracaq, daha da irəli getməniz üçün güc verəcək. Bu səbəb sizə mümkün olmayan görünəni mümkün edəcək.
“Şübhə edilməyən arzular hər zaman, həyata keçən arzulardır” A. Düma
Səbəb motivasiya üçün güclü mənbədir. Lakin buna baxmayaraq o mücərrəd formaya malikdir. Arzu isə daha konkret formaya malikdir. Bu arzular real, bir o qədər də sizi rahat həyatınıza aparacaq yolda mürəkkəb bir vəzifə olmalıdır. Bir təsəvvür edin ki, gələcəkdə həyatınızı necə görmək istərdiniz? Arzusu olmaq çox vacibdir. Arzusuz insan gələcəyə doğru addımlaya bilməz və özünü yaşamaq üçün motivasiya edə bilməz. Basketbol oyununu xatırlayaq. İdmançılar meydanda basketbol səbəti olmasa, nə edərdilər? Onlar mənasız dairəvi hərəkətlər edəcək, vaxt və güc itirəcəklər. Hər bir insanın məqsədi olmalıdır. Qoy sizin arzularınız sizin üçün basketbol səbəti olsun ki, siz hər bir qarşınıza çıxan maneəni keçərək arzunuzu həyata keçirməyə nail olasınız.
“Sadəcə istəmək kifayət deyil. Siz ehtirasli olmalı, qarşınıza çıxan maneələri dəf etmək üçün inamlı addımlar atmalısınız.” Les Braun
İstədiyiniz hər şeyi ehtirasla, inamla istəməlisiniz. Ehtiras sizə çətin günlərdə çox yardımçı olacaq. Əgər hər hansı məqsədinizə çatmaq istəyirsinizsə, bunun üçün daxilinizdə ona qarşı güclü ehtiras olmalıdır. Özünüzü motivasiya etməlisiniz ki, mən bunu edəcəyəm, buna qadirəm və s.
4. Özün ilə yarışmaq
“Mən başqalarından yaxşı rəqs etməyə çalışmıram. Mən yalnız özümdən daha yaxşı rəqs etməyə çalışıram.” Mixael Barişnikov
Unutmayın, özünüzü hər zaman başqaları ilə müqayisə etsəniz, tez ruhdan düşəcəksiniz. Siz məqsədinizə doğru ruh yüksəkliyi və iri addımlarla getsəniz belə, başqaları ilə müqayisə sizi tez yoracaq. Hər bir insanın şəxsi işi, şəxsi həyatı var. Özünüzü heç bir zaman heç kimlə müqayisə etməyin. Bu lap üzgüçünün marafon idmançısı ilə, futbolçunun velosipedçi ilə mübarizəsinə bənzəyər. Bizim yeganə rəqibimiz biz özümüz olmalıyıq. Hər dəfə özümüzdən bir pillə yüksək olmağa çalışmalıyıq.
5. Daha bir addım
“Uğur hər zaman olmur, uğursuzluq da ölüm deyil, əhəmiyyətli olan sona qədər getmək üçün cəsarətli olmaqdır.” Uiniston Çörçill
Bəzən uğursuzluqla rastlaşdığımız zaman tez təslim oluruq və daha məqsədimizə çatmayacağıq deyə düşünürük. Amma bu qəti belə deyil. Əlbəttə, bu cür düşünərsəniz, qarşınıza çıxan maneələri dəf etmək əvəzinə qorxar, geri çəkilərsiniz və arzunuz və məqsədiniz sizin üçün əlçatmaz olar. Arzunuza çatmaq üçün mübarizə aparmalısınız. Gələcəkdə sizi daha nə qədər maneə və çətinliklər gözlədiyini düşünməkdənsə, indi daha hansı addımı atacaqsınız, bu barədə düşünün.
6. Keçmişi unudun!
“Gün bitdisə, bu günü unudun, siz bacardığınızı etdiniz.” Uoldo Emerson
İnanırsınız yoxsa yox, ancaq sizi ruhdan salan ən güclü mənbə sizin keçmişinizdir. Keçmişdə yaşadığınız bəzi hadisələr, uğursuzluqlar ağır yük kimi çiyinlərinizə çöküb və sizi irəli getməyə imkan vermir. Bunun üçün keçmişi unudun. Gələcəyə inamla baxın.
Özünü sevməyin mənası
Özünü sevməkdir özümüzə dair qəbul, hörmət, qavrayış, dəyər, müsbət düşüncə və düşüncələr və bunu ətrafımızdakılar qiymətləndirə bilər.
Özünə sevgi özümüzü sevmək istəyimizdən asılıdır, ətrafımızdakılardan və ya inkişaf etmədiyimiz vəziyyətlərdən və bağlamlardan deyil.
Özünü sevmək, əlaqənin necə olduğunu və özümüz üçün hiss etdiyimiz hisslərin bədən quruluşumuza, şəxsiyyətimizə, xarakterimizə, davranış və davranışlarımıza əks olunmasıdır.
Fərdlər lazımi sevgini tanıdıqda, bunun səbəbi ruhi vəziyyətlə özümüzə hörmət etmək arasında bir tarazlığın əldə edilməsidir. Bu tarazlıq xaricdə müxtəlif yollarla ifadə olunan və istifadə olunan bir rifah hissi kimi proqnozlaşdırılır.
Ümumiyyətlə, deyilir başqa bir insanı sevmədən əvvəl əvvəlcə özümüzü sevməliyik Özümüzü necə qiymətləndirəcəyimizi bilmək üçün həyat boyu yaxşı və gözəl şeylərə layiq olduğumuzu və sevilməyə və sevilməyə layiq olduğumuzu qəbul edin.
Xoşbəxtlik, özünü sevməyin əsas məqsədi, ailənizdən və yaxınlarınızdan kənar və kənar insanlara müdaxilə etməsinə icazə vermədən özümüzü olduğu kimi qəbul etməkdən xoşbəxt olmaqdır.
Ailə və təhsil özünə sevgi yaratmaq və gücləndirmək üçün təməl əsaslardır.
Evdə, kiçik yaşlarından etibarən özümüzə olan inamı gücləndirmək və özümüzü olduğu kimi qəbul etməyimizin, güclü və zəif cəhətlərimizi necə tanımalı olduğumuzu bilmək üçün məsuliyyət daşıyanlar valideynlər və sevdiklərimizdir. güclü və zəif tərəfləri.
Özünə sevgi hiss edən insanlar səmimi, hörmətli, sevgi dolu, müstəqil olmaqla xarakterizə olunur, fərdi böyümələri, sağlamlıq vəziyyətləri, təhsilləri ilə maraqlanır və başqaları arasında inkişaf etdikləri bütün fəaliyyətlərdə əllərindən gələni edirlər.
Sevginin mənasına da baxın.
Özünə sevgi və özünə hörmət
Hər gün özümüzü tanımaq, qiymətləndirmək, hörmət etmək, qəbul etmək və inkişaf etdirmək özümüzə hörmətin bir hissəsidir. Özümüzə sevgi hiss etmiriksə, yüksək hörmətə sahib olmaq çox çətin olacaq.
Özünə hörmət özümüzə dair qiymətləndirmə və qavrayışın nəticəsidirBir sözlə, bu özünü bilməkdir.
Özünə hörmət, xoşbəxtliklə qorunub saxlanıla bilər, həyat tərzimiz konsepsiyasını müsbət bir şəkildə düzəldir, xüsusən də həyat boyu, xüsusilə də gənclik dövründə çətin vəziyyətlər yaşananda. Bu, həyatımızı idarə etmənin bir hissəsidir.
Qeyd etmək lazımdır ki, yüksək bir hörmətə və ya özünə hörmətə sahib olmaq eqoistlik, mənasızlıq və ya qürurla sinonim deyil. Həqiqətən vacib olan şey özümüzlə yaxşı olmaq və xaricdə layihə qurmaqdır, çünki bizi belə görəcək və qavrayacaq.
İndi özünə hörməti olmayanların da özünə hörməti azdır, bu da ciddidir, çünki kim olduqlarını və nə istədiklərini bilməməzlik yaradır, eyni zamanda kədər, asılılıq, etibarsızlıq, devalvasiya, diskvalifikasiya, hörmətsizlik və digər hisslər yaradır .
Özünə hörmətin mənasına və özünə hörməti ən yaxşı təyin edən 8 şəkilə baxın.
Özünə sevgi ilə bağlı ifadələr
Özünü sevməyin nə olduğuna dair başqaları arasında mütəfəkkirlərdən, yazıçılardan, aktyorlardan bəzi ifadələr var.
- “Siz də, bütün kainatdakı hər kəs kimi, sevginizə və məhəbbətinizə layiqsiniz.” Buddha (Buddizmin banisi)
- “Zarafatla belə edə bilməyəcəyimi söyləməyin, çünki şüursuzların mizah hissi yoxdur, bunu ciddiyə alacaq və hər çalışdığınız zaman sizə xatırladır.” Facundo Cabral (Argentinalı bəstəkar)
- “Özünə sevgi bütün sevgilərin mənbəyidir.” Pierre Corneille (Fransız dramaturqu).
- “Başqa bir kişidən üstün olmağın üstün bir şey yoxdur. Əsl zadəganlıq əvvəlki nəfsinizə üstünlüyünüzdədir. ” Hindu atalar sözü
- “Özünü sevmək, qüsurlarını görməməzlikdən gəlmək deyil. Özünə məhəbbət qüsurlarınızı və güclü tərəflərinizi daxil etmək üçün şüurunuzu genişləndirir ”Veronika Tugaleva (Ukrayna yazıçısı)
- “Özümü sevməyə başladığımda özümü sağlamlığım üçün yaxşı olmayan hər şeydən azad etdim: yeməklərdən, insanlardan, şeylərdən, vəziyyətlərdən və məni yıxıb özümdən uzaqlaşdıran hər şeydən. Əvvəlcə bu münasibəti “sağlam eqoistlik” adlandırdım. Bu gün bunun “özünə sevgi” olduğunu bilirəm. Charlie Chaplin (amerikalı aktyor)
- “Əslində öz qabiliyyətlərimizdən daha çox nə edə biləcəyimizi qərarlarımız həll edir.” J. K. Roulinq (İngilis yazıçısı)
- “Sən həmişə özünsən, bu səbəbdən şirkətdən də zövq almalısan.” Diane Von Furstenberg (Belçikalı modelyer)
Özümüzü necə təqdim edək?
İlk öncə onu qeyd edək ki, hər birimizin ən böyük təlabatı ünsiyyətdir.İnsanlarla əlaqədə, yeni tanışlıqlarda ünsiyyətin rolu əvəzedilməzdir. Biz həmişə bu barədə fikirləşirik: Necə edək ki, yeni tanış olduğumuz insanların xoşuna gələk. Fikrimcə əksəriyyət insanlar sevilməyi sevməkdən daha çox xoşlayırlar. Ətrafımızdakıların bizi sevməsi, bizə dəyər verməsi adama xüsusi bir zövq verir. Əhatəmizin bizə olan rəğbətini görmək üçün nə etməliyik? Necə edək ki, ətrafa özümüzü olduğu kimi təqdim edək?
İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz açaq. Heç bir insan ilk tanışlıqda özünün mənfi xüsusiyyətlərindən danışmır. Əgər danışırsa inanın ki, qarşıdakı şəxs sonrakı görüşlərdə onunla ünsiyyətə can atmayacaq.
Biz gündəlik həyatımızda belə hallara demək olar ki, tez-tez rast gəlirik. Belə ki biri özünü olduğundan daha yaxşı göstərir, məs: savadlı olmasa da elə hey savaddan, təhsilin vacibliyindən danışır. Başqa birisi çox savadlı olsada özünü olduğu kimi ifadə edə bilmir.
Özümüzü necə ifadə etmək dedikdə biz heç də özümüzü olmadığımız kimi göstərməyi, ətrafa xoş gəlmək üçün tamamilə başqa bir cilddə görünməyi nəzərdə tutmuruq. Olduğun kimi görün, göründüyün kimi ol. Gəlin, necə varıqsa, əslində necəyiksə elə də görünək yəni, dürüst olaq.
Yəqin ki, hamımız məktəb illərini xatırlayırıq. Gəlin, bir neçə dəqiqəlik 15 sentyabrı, bizə yad olan müəllimlərin sinfə necə daxil olması, özünü necə göstərməsini yadımıza salaq. Bəziləri sinfə girəndə özünü təqdim edəndə çox ciddi və tələbkar olduğunu aşkarca bizə çatdırır. Bəziləri isə zarafatcıl bir formada, daha mülayim, xoşgörüşlü tərzdə özünü təqdim edir. Şagirdlər hansı müəllimin dərsini daha yaxşı və məsuliyyətlə oxuyacaqlar?
Böyük ehtimalla ciddi və tələbkar müəllimin dərsini yaxşı oxuyacaqlar, digər tipli müəllimlərin dərsinə hardasa etinasız şəkildə yanaşacaqlar. Məktəb illərindən söz düşmüşkən bu misalı da göstərək. Şagirdlər hansı müəllimlərin savadlı olub-olmaması barədə müzakirlərdə belə deyirlər.Filan müəllim savadlı olsa da dərsi əhatəli çatdıra bilmir, filan müəllim isə o qədər də savadlı olmasa da bildiyini yaxşı izah edir.Bu göstərdiyimiz nümunələr özünü ifadə bacarığına aiddir.Nə üçün bəzi insanlar özünü təqdim edə bilir, bəziləri isə yox? Zənnimcə, insan özünü olduğundan daha aşağı təqdim edirsə, deməli o insanın özünə güvəni, inamı azdır. O insanlar özlərinə inam hissini daha inamla aşılamalıdırlar.Özünə inamsızlıq isə daha çox komplekslərlə bağlı ola bilər.
Özünü təqdim etmə – reklam
Özünü təqdim də bir növ reklamdır. Hamı nəyisə reklam edir. Kimisi biliyi, kimisi xarici və ya zahiri görünüşünü, kimisi istedad və bacarıqlarını, kimisi isə əslində heç nəyi reklam etmədiyini göstərsə belə yenə də reklam edir.Necə deyərlər reklamın özüdə bir reklamdır. Amma bu reklam ifratçılığa varmamalıdır. Çünki, daim özündən danışan insanlara özündənrazı ləqəbini qoyurlar.
Özünü təqdim etmə saatlarla özündən danışmaq demək deyil. Gərəkən yerdə, gərəkən dərəcədə reklam vacibdir. Yəni, harda nəyi, necə etməli olduğumuzu bilməliyik. Bu isə əsl ustalıq bacarığıdır. Onu deməyə çalışırıq ki, hər hansı bir tədbirdə və ya yığıncaqda özümüzdən qat-qat savadlı adama nəyisə diktə etsək, onun yalnış olduğunu desək yəqin ki, bu hərəkətimiz yaxşı qarşılanmaz. Amma imtahanda və ya işə götürüləndə bütün potensialımızı ortaya qoymağımız vacibdir. Məqaləmi Sokratın sözü ilə bitirmək istəyirəm: “Bir insanın özünə verə biləcəyi ən böyük zərər bacarıqlarından tamamilə istifadə etməməsidir”.
Mənbə: PCC jurnalı
Tərtib etdi: Allahverdiyeva Lalə
Comments are closed, but trackbacks and pingbacks are open.