Press "Enter" to skip to content

Düşüncələr – İmamverdi İSMAYILOV

l Xəyanət – uzunömürlü, yetişə-yetişə, böyüyə-böyüyə gələr.

Ölüm özündən əvvəl bu əlamətləri göndərir

Ölüm dünya yaranandan insanları ən çox qorxudan məsələdir. Nə qədər qorxulu olsa da, bu reallıqdır. Bəs ölüm haqqında nə bilirik? Məsələn, ölümün bir anda deyil, 3 ay əvvəldən başladığını bilirsinizmi?

Publika.az Türkiyə mətbuatına istinadən ölümə addım-addım yaxınlaşmağınızı göstərən məlumatları təqdim edir.

Əvvəlcə insanlar ölümü qavrayıb və öz ölümünə inanır. Daha sonra bu barədə düşünməyə başlayır, sanki kəşf etməyə hazırlaşır.

Ölümə 1-3 ay qalmış

Bir insan ölümə yaxınlaşdığını hiss edib və onu qəbul etməyə başlayanda ətrafından uzaqlaşır. Dünyadan sanki uzaqlaşma mərhələsinə başlayır. Dostları, qonşuları və hətta ailə üzvləri ilə belə görüşmək istəmir. Qonaq getməyi istəmədiyi kimi, qonaq qəbul etməyi də istəmir. Daim keçmişi və yaşadıqları barədə düşünür.

Ölmək üzrə olan insanların iştahı azalır və arıqlayırlar. Əvvəllər olduğu kimi artıq yediyi yeməklərdən ləzzət almır. Bir vaxtlar ona əyləncəli görünən hadisələr, işlər artıq maraqsız görünməyə başlayır. Ancaq yatmaq istəyir. Bu zaman insan yemək yeməsə belə özlərini ac hiss etmir. Bu ölümə gedən yolun başlanğıcıdır.

Ölümə 1-2 həftə qalmış

Bu dövrdə insan günlərini yatmaqla keçirir. Onun ətrafdakıları dərk etmək qabiliyyəti dəyişir. Gizli düşmənlərinin olduğunu düşünür və daim məğlub olacağı kimi düşüncələrə qapılır. Bəzən yanında olmayan insanlarla danışır. Adətən danışdığı adam ölmüş biri olur. Hərəkətlərində isə heç bir məqsəd olmur. Çünki onlar getdikcə dünyadan uzaqlaşırlar.

Ruhi dəyişikliklərlə yanaşı bəzi fikizi dəyişikliklər də olur. Bədən temperaturu, qan təzyiqi azalır, nəbz bəzən yavaş, bəzən isə çox sürətli vurur. Tez-tez tərləyir. Dərisinin rəngi dəyişir. Solğun, maviyəçalan bir rəng alır. Xüsusən də, bu dəyişiklik dodaqlarda və dırnaqlarda olur.

Nəfəs alma da dəyişir. Nəbz kimi o da bəzən çox sürətli, bəzən isə zəif olur. Danışmaq qabiliyyəti azalır, sonda tamamilə dayanır.

Ölümə bir neçə gün və ya saat qalanda

Bu zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir. Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki ifadələridir.

Nəfəs alma tədricən daha nizamsız və yavaş olur. Tez-tez nəfər almadan sonra birdən tamamilə nəfəs kəsilir.

Əllər və ayaqlar bənövşəyi rəng olur, ləkələr yaranır, bu ləkələr yavaş-yavaş digər üzvlərdə də hiss olunur. İnsan yavaş-yavaş ərtafdakılara reaksiya vermir. Gözləri açıq olsa da, ətrafı görə bilmir. İnanclara görə, bu zaman sevdiyi şəxslərin yanında oturub onunla danışması tövsiyə edilir.

Sonunda nəfəs tamamilə kəsilir, ürək dayanır, artıq ölüm baş verib.

Milli.Az

Düşüncələr – İmamverdi İSMAYILOV

l Ehtiyaclarında qane olan davranışda qarşılıq gözləməyən ol!

l Səmimi söhbəti sev, ülviliyi, riyakarlıq və qürurdan seç.

l Vərdişlər – narkotikdir, çətin əl çəkmək olur.

l Qəhrəmanlığın – sənin yox, başqalarının öyünməsi üçündür!

l Hər oğulu şəhadət barmağı ilə göstərmirlər.

l Övlad dağının nə keçmişi olur, nə zamanı – ölənəcən, sən ölsən də, o dağ ölmür.

l Barmaqları təkcə saymaq üçünmü?

l Çörəyi sənə kim verdi, yaxşı adamdımı, ya pis adam, Sən çörəyin yolunu gətir.

l Düşmənin yanında dik yeriyirsənmi, dostunu görəndə üzünə təbəssüm qonurmu, axşam evinə sağ-salamat qayıda bilirsənmi – min şükür – qazancdır.

l “Dansanda hıqqıldıyırsansa, danışmağın nə mənası?

l Qazanc öyünc deyil, lovğalanma.

l Qapını açan – özü də vaxtı yetəndə örtəcək.

l Yaş – ömrün pilləsidir.

l Qanadlı quşun ümidi yoxdursa, uçmağının nə mənası nə?!

l Son sözünü deyən də ziyan çəkəcək, eşidən də.

l Qabarma, qabartma – bu, nə verəcək sənə?!

l Səbrin əyləci ayağında deyil, ürəyindədir.

l İlk Vətən – Ana Bətnidir!

l Süd Ağ, Qan Qırmızı. Fərqindəsənmi?!

l Hər şey Allahın əlindədir, – deyirsən, amma elə hey. – qaçırsan.

l Getdiyin yolun qədrini bil ki, səni qaytara da bilsin!

l Beş dəfə qabağa baxarsan, bir dəfə də arxana boylan!

l Üstünə tökülən kirvəlik qanı, dizinə düşən çörək qırıntıları – müqəddəs yükdür.

l Çətinə düşüb, çətinlik çəkməmişdən əvvəl Allahı yadına salmalı idin.

l Qəlbinə dolan hər sualı dilinə gətirməyə tələsmə!

l Ürək qan yığmaq üçün deyil, qanı işlətmək üçündür.

l Evin pərdəsini açsan, işıq düşəcək, sözün pərdəsini yırtsan, ziyan gələcək, zülmət çökəcək.

l Allah bütün naz-nemətləri sənin üçün yaratdı. Sənin üçün. Bəs niyə eşib-dağıdırsan?

l İnsafın, kərəmin yoxdursa, yaşamağın nəyə və kimə lazım?!

l O dualar ki, əməli-salehdir, səmimidir, zərrəsi Günəşə qədər gedib çatacaq.

l Canım çıxanacan gələ bilmədin, ay həsrətlim, bəs nə vədəyə qoydun məni?

l Mübahisəyə və münaqişəyə meyilli adam heç vaxt yaxşılığı dəyərləndirməz.

l Yol yolluğunda, yal yallığında – sizə nə gəlib?

l Əyri ox heç vaxt nişana dəyməz.

l Qəzəb başı korlar, sonra dilə axar.

l Təmkin və səbr insanın gərəyində köməyinə yetər.

l Xəyanət – uzunömürlü, yetişə-yetişə, böyüyə-böyüyə gələr.

l Satılan malın qiyməti üstündə deyil, içindədir.

l Sırtıqlıq – iylənmiş bədən kimidir, çiyrindirir.

l İçinə dolan kin-küdurəti hansı məlhəmnən sağaldacaqsan?

l Özünü yükləmə, bil ki, daşıyan da özün olacaqsan.

l Yalançı sevgi bədbəxtlik gətirər.

l Çirkli duyğuları suyla yox, ümidnən yuyurlar.

l Başın daşdan-daşa dəyəndən sonra barmağını dişləməyinin nə mənası?!

l Əmim hirslənəndə, bığlarını yeyirdi, bu vərdişini.

l Ölüm hardan gəlibsə, ordan da başlayacaq.

l Yeriyəndə səmtini düz tut – Allah kərimdir!

l Saxsı gözlərin saxta baxışı olacaq!

l Hələ bilmək olmaz: kefdənmi oxuyur, ya dərddənmi?

l Ağız kilidləməklə sirr qalmaz.

l Quşlar – həm də səninlə səma arasında bir əlaqələndiricidir.

l Nə əməlin varsa, gizlədirsənsə gizlət, amma gözlərin gizlətməyəcək.

l Günəş – doğanda da, batanda da – Günəş kimi gözəldur, başqa vaxt yox.

l Əmim deyərdi ki, bu yaza çıxsaydım, sümüklərim isinərdi.

l Ölümü gətirən xəbərin ayağı da əsər.

l Payızın xəzəli torpağın sərvətidir – yenə özünə qayıdar.

l Ağılın ölçüləri çoxdur – baxır sən hardan yanaşırsan.

l Uzun burun bir şeydir, dik burun başqa.

l Şax yeri, yoxsa şah yeri?!

l Gözü sındırmırlar, çıxarırlar.

l Könül bulağını nə doldurar?!

l Yaz gələndə ümidlər də çiçək açar.

l Düz olmayan qəlbi necə düz tutarlar?!

l Dilini çeynəyib qanını udsan, daha yaxşıdır.

l Yorulmadınsa – oturma.

l Qəlbinə dolan xoş duyğular yaz günəşi kimidir.

l Gələnlə gəl, gedənlə getmə!

l Səni söysünlər, amma sən öyünmə.

l Tərbiyə – ölüncə səninlədir.

l Məqsədin, məramın yoxdursa, hara gedirsən?

l Sualların cavabını sən vermirsən ki, həyat verir.

l Nəyi gözləyirsən, gəlmirsə, gəlməyəcək!

l Necə də ağıllı gözləri vardı. Niyə bəs gözləri?!

l Yollar-irizlər torpağın qan damarlarıdır, insan həniri, addımları və əməli ilə yaşadır torpağı.

l Can sağalsa da, ölüm gəlsə də. təki ümid saralmasın.

l “Heydən-hənrdən düşdünsə, ayağını uzat öl” – deyərdi dədəm.

l İçini didib-dağıdacaqsan, sonra da heç kimsənin əli gəlib içinə çatmayacaq!

l Kədərlənməyi, ağlamağı bacarmayan insan heç doyunca ürəkdən sevinə də bilməz.

l Dərd elə yükdür ki, sən onu daşımasan da, o səni yükləyəcək.

l Nənəm deyərdi ki, ölüm bir yaz səhəri gələydi kaş, uzun qış gecəsi zülm olar.

l Üstündə gəzdiyin torpağın altını da fikirləş.

l Yaxşı övlad Tanrının ən böyük bəxşişidir sənə.

l Kiminin qəlbinin açarı kimin əlindədir – tanrı qismətidir!.

l Atının, itinin qədrini bilməyən heç sənin də qədrini bilməz.

l Hər canlının ürəyi özünə bəsdir.

l Yeriyəndə utanan adam abırlı olar.

l Dədəm deyərdi ki, kəsdiyin çörəyi kəsmə, bala!

l Çəmənliyi gərək elə gedəsən ki, qayıdanda utanmayasan.

l Artıq – hər yerdə və hər şeydə – artıq idik.

l Acılıq dilindən yox, içindən gəlir.

l Gözünü qırpmasan, göz yaşların damlalara çevrilməyəcək.

l Əlini üzsən də, ümidini üzmə!

l Bivec adamın zaman ölçüsü olmaz.

l Atdığın addımlar sənin həyat yolunun ritmləridir.

l Kefli adam kefinə düşəndə kefiylə də məzələnər.

l Yeriyəndə də özünü qoru.

l Təsadüflər həm də səni ağıllandırmaq üçündür.

l Odunu içinə töküb özünü yandıracaqsan.

l Əmim can ayağında olanı görən kimi deyərdi: “Qalx ayağa, ölmək vaxtı deyil!”.

l Yol çəkən gözlərini yoldan tale yığacaq!

l Daş baxışlar daş ürəkdən gələr.

l Səxavətin miqdarı yoxdur, dəyəri var.

l Çəkə bildiyin qədər yüklən.

l Tanımaza, bilməzə yolun nə ağına çıxarlar, nə bozuna.

l Əlindəki qamçının yolu uzundur, gedəcək və. qayıdacaq.

l Boynunu bükən ya dərddir, ya da azar.

l Altındakı altun səni dolandıracaq, amma öləndə tək qoyacaq, ağlamayacaq.

l Əmim deyərdi ki, çöldə-bayırda tox tut özünü, qırx üzünü, şax dur ki, bilən olmasın içində nələr çəkdiyini.

l Altındakı ulax çəkə biləcəksə, yüklə!

l Dil ürəkdən, əl cibdən gəlsə, yaxşıdır.

l Taleyi azrulayırlar, istəmirlər.

l Ayağın nə aparıb, nə gətirəcək – bunu fikirləş.

l Qazanın qaynayırsa, Allahın lütfüdür.

l Doğulanını fikirləş, ölüm sənlik deyil.

l İnsanı qocaldan təkcə yaş deyil, həm də başdır.

l Çörəyini ye, suyunu iç, uzan yat. Bəs fikrini kim çəksin?!

l Külfət sənin yükündür, altına deyinə-deyinə girməzlər.

l Anam deyərdi ki, qaşları çatılı adam yolu da fikirlə gedər.

l Bostanın qonşunundusa, malını da şərik bil.

l İtin də öz qiyməti var, bala! – anam deyərdi.

l Bir də deyərdi ki, ət tapmasan da, həyətdəki xoruzunu kəsmə, qoy banlasın, səhər açılsın.

l Bəhrə verməyən ağacı kəsməzlər, o da onun qisməti və taleyidir.

l Çəmənlik ya çiçək açar, ya qanqal basar. İkisi bir yerdə isə torpağın bağrın dələr.

l Əkdiyinin, biçdiyinin qədrini bilməyən, ağzının da dadını bilməz.

l “Atın yox, itin yox, xoruzun yox. Bəs, sənə kim hayan olacaq?!” – Əmimin sözlərdir.

l Qapını döyənin əlini uzanılı qoyma.

l Nənəm deyərdi ki, filankəsin yanları deşildi, sonra öldü bədbəxt. Ölümdən betər zillətdi bu.

l Yatağın isti olanda soyuq yada düşməz.

l Kövsəyən adamın əsəbi olmaz.

l Yalın artıqlığı tamahdan gələr.

l Üzülsən yaxşıdır, ya qırılsan?!

l Qarğış məsafə bilməz, göylərdən, dağlardan, dərələrdən aşıb gələcək.

l Namərd adam duyğusuz olar.

l Bədənin hər yeri gərəklidir – vaxtı çatanda karına gələcək.

l Bal yeməklə şirin olmayacaqsan.

l Özünü daşıya bilmirsən, amma başqasının yükünə girişirsən.

l Başını göyə tutmaqnan duaların eşidilməyəcək.

l Qəddarın zülmü qarşısında göz yaşlarının, ahu-zarın heç bir faydası olmur.

l Dedin eləmədi, day dirəşmə.

l Bibim deyərdi ki, bala, “ver əli” Allahdan gəlmədir, hər adamda olmaz.

l Ümidi qırılmış, ya boynu sınmış.

l Çox nazlansan, aldanarsan.

l Hər açıq göz görə bilmir.

l Vəsiyyəti əvvəlcə qazanarlar.

l Arzularını çox sıralama, sıra səni də qarışdıracaq.

l Küsənin dalınca getməyə ar eləmə, ziyan gətirməz.

l Fikri qarışıq adam kölgəsiz söyüd ağacı kimidir.

l Qibləni itirdinsə – xınanın nə xeyri.

l Peşmançılığı da vaxtında bacarmaq lazımdır.

l Yolun ortasında ümidsizliyə qapılmazlar.

l Ya qarala-qarala, ya sarala-sarala – bu nə ömürdür ki?!

l Salam verəndə, “sağ ol”a da yer qoy.

l Səmimiyyətin və sevgin qəlbinin hansı dərinliyindən gəlir, geci, ya tezi bilinəcək.

l Nənəm deyərdi ki, qonaq otura-otura, süfrəni yığışdırmazlar, bala.

l Dilin uzunluğu başqa, əlin-qolun uzunluğu bir başqa.

l Harada doğuldun, harada yaşadın, harada öldün. Bilən yox, kimə lazım?!

l Hər göz yaşları, təmiz və nurlu ola bilməz.

l Mərifət – sən gedəndən sonra qazandıqlarındır.

l Bahalı mal səni qiymətə mindirməyəcək.

l Əkdiyini biçdin, biçdiyini yedin, bəs qonum-qonşu?

l Sevinci də tək yaşamazlar.

l Taleyi axtarmırlar, özü gələr.

l Dilin tutmayanı, sözün də tutmaz.

l Yaranı təkcə dərman sağaltmır ki?!

l İlanı öldürmək müşkül deyil, baxaq görək quyruğu kimə dəyəcək?!

l Hər işdə xurcun tayı.

l Səni oynadan nədir və ya kimdir?

l Yük daşıya bilmirsə, deməli, yükə çevriləcək.

l Deyəsən, sənin ağzınla qulağının arasındakı məsafə çoxdur.

l Sən istəyirsən ki, hər şey axıracan sənin olsun?!

l Kölgədən çıxmayanın heç vaxt kölgəsi olmayacaq.

l Tərəddüd – şübhələrə qapı açar.

l Hər şeyin başında ürək durar.

l Hər daşdan tərəziyə çəki olmaz.

l Ağzında bal tutan arının quyruğunda tikan olduğunu unutma.

l Hər dağın başı bir qartala bağlanar.

l Yalançı dilə qulaq da öyrəşəcək.

l Acıqlı başla, ağıllı baş bir-birinə yol verməz!

l “Buyruq Allahındır!” – deyirsən, bəs niyə buyruqda durmursan?

l Əkən kimi meyvə gözləmə.

l Sulanan, sellənən torpaq göz yaşına olsa belə, zəhmətini yarıda qoymaz, nəsə bitirər.

l Tülkü nə hoqqadan çıxsa da, nə oynasa da – yenə tülküdür.

l Su verdim, çiçək açdı, amma yellər apardı.

l Bəzən şirin röyalar görən insan ayılır, ancaq yenə də o röyaların arxasınca yürümək üçün gözünü yumub yatmaq istəyir.

l Nəfsin boğazında bir həlqədir, hara istəsələr, dartacaqlar.

l Göy üzünün Nur yağışları təkcə əkin-biçin üçün deyil, həm də dünyanı yuyub təmizləmək üçündür.

l Günahlar – istəkdən və əməldən qaynaqlanar.

l Qara qarğalar boşa gələr, gəlməsə yaxşı!

l Elə bədən var ki, üstündə hansı başı gəzdirdiyini, dərk etməz, yiyəsinin və öz izinin iyini heç vaxt unutmaz.

l Dar vaxt və dar macal ağlı imtahana çəkər.

l Qarşındakı inildəyirsə, o iniltini də dinləməyi bacarmalısan.

l Hamı eyni cür düşünsəydi, bəlkə də dünyanın sonu çatardı.

l Satdığın taxıl cücərməyəcəksə, aldığın para da göyərməyəcək.

l Yaşıl zəmi həm də ümiddir.

l Ürəyi duymayanın gözü də görməz.

l Dədəm deyərdi ki, cəfakeş insan ölənəcən dizini büküb oturmaz.

l Ağlın kəsmirsə, ayağın da kəsməsin, yolçu qardaş.

l Qurdlar süfrəsində qarın doysa da, gözlər doymaz.

l Başın səni qorumursa, əlin də işləməyəcək.

l Qapını və pəncərəni necə bağlayırsan bağla, xeyri yoxdur, bəla hardan gəlməlidisə, elə ordan da gələcək.

l Əminsənsə, qalibsən.

l Tanımadığın yol səni tanıdacaqmı?!

l Ova çıxan qurd quduz olar.

l Güvənc yeri – böyük qazancdır, “alver” yeri deyil!

l Açıq qəlbin, açıq qolların varsa, yolların da açıq olacaq.

l Görünəndən yox, görünməyəndən qorx.

l İlanı zəhərli bilirsən, amma cibinə qoyursan. Nədən belə?!

l Ancaq səbirli, ancaq səbirlə!

l Dünyaya gələn insan nəyə gəlir, nəylə gəlir və niyə gəlir?!

l Sənin günahınmı bu?! At izi it izinə qarışıb.

l Əmim qonşusuna dedi: “Yaz deyil, gün deyil, xeyirdimi, bu qış vaxtı hara belə atlanmısan?!

l Göz yaşlarıynan gətirdiyin qazancı xırman yelə verəcək.

l Yaydan çıxan ox geri qayıtmaz.

l Sənin də zəhərin dilindədir.

l Fərqlər qanan üçündür.

l Yol kəsənin, su kəsənin nəsibi qarğış və söyüşdür.

l Ölənin də gözünü çəkməsən, gözünü çəkməyəcək bu dünyadan.

l Tülkü yerində də oynayır.

l Hər ağac yananda köz verməz.

l Kəmfürsət adamın gözləri daim sənin arxancadır.

l Hər canlının öz gözəlliyi var. Baxır, kim necə yanaşır.

l Qılınc qınından çıxanacan sülhə gəl!

l Çörəyi də tıxsan, boğacaq səni.

l Cığırlar, irizlər yolların qan damarlarıdır.

l Dədəm deyərdi: “Bir tikə qazancın xatirinə boynumu əymə, ya rəbbim. “.

l Baş para, mədə boş – hara belə atlanmısan?!

l Barmaqlarını bük, biləyini bükmə.

l Dərdlər çoxrənglidir, çoxqütblüdür, çoxfəsillidir, çeşid-çeşid – hərəni bir cür tapar.

l Elə insan var ki, Əzrayıla bir şey saxlamır.

l Məhlulun nədisə, məhsulun da odur!

l Hər şeyin başında elə başın durur.

l Həqiqət nə Vətən bilər, nə dil, nə də sərhəd.

l Qapılar kilidlənməmiş qayıt gəl.

l İpək səs – qəlbinin saf bulağından qopan damlalardır.

l Çöl qapını bağlı, amma iç qapıların açıq qalsın!

l Allah sənə verdiyi qazancı lovğalığına bağışlamaz.

l Qapından axan arxın qabağını kəsməzlər.

l Yoluynan gedən canlı ilə sənin nə işin var, yolçu qardaş?!

l Səhər doğan Günəş haranı isitdi, axşam batanda biləcəksən.

l Salamnan alver olmaz.

l Torpaq əlin bərəkəti ilə urvatlı olur.

l Hürən it quyruğunu qısar.

l Odu üfürdün, bil ki, söndürə bilməyəcəksən.

l Gətirdiyin ovu təkmi yeyəcəksən, ovçu qardaş?!

l Əsən yel sənin içinnən keçmirsə, demək, duyğuların korşalıb.

l Ziyanı da qarşılamağı bacar, bəlkə xeyrinədir?!

l Daşmı dəydi, düşmənmi vurdu?!

l Sevincin də göz yaşları var və öz mənbəyindən, öz yoluyla axar.

l “Döyüşək” deyib qalxdığını devrikmə.

l Allahın sənə verəcəyinə hara qədərdisə – duaların da ora qədərdir.

l Anam deyərdi ki, Allah sənə iki döl verdisə, birini qonşuna, ya da dostuna arzula bala.

l Xain qəlbi bıçaq kəsməlidir.

l Yerə doğulursan, yerə də basdırılırsan. Fərqindəsənmi?!

l Əmim zəhləsi gedən birisinə deyərdi ki, Allah məni səndən qabaq öldürüb, sevindirməsin səni.

l Tez açan tumurcuq tez də tələf olar.

l Əkdiyin ağacın qulluğunda dur, təkcə sənin üçün deyil!

l Ağıl da qidalanmalıdır.

l Xəyanət yarası çətin sağalar.

l Şübhələr – dünyanın bu dolanbac yollarını dolaşan ən inadkar yolçulardır.

l Pis öyrətdiklərini pis də göstərəcəklər sənə.

l Sallanmaq ayrı şeydir, yollanmaq ayrı.

l Ümid səni üzəndə sən ümidini üzmə.

l Dərd səni ağuşuna alanda yanında həmdərdin varmı, atam balası.

l Xəyanət – böyük sarsıntılar gətirər və dağıdıcı olar.

l Nifrət – müqavimət gətirər.

l Özünü gizlətmə, üzün, gözün ki açıqdır və hər şeyi göstərir.

l Qurd almanın içərisindədirsə, kəsməsən, çıxmayacaq.

l Əmim deyərdi ki, qurd çaqqal deyil, bala, qarışdırma.

l İnanclar – böyük və işıqlı ümidlərdir.

l Bəylik – sonradan yaranmır, gendən gəlir.

l Gələni gələn kimi, gedəni gedən kimi – yola salarlar.

l Qəlbinə dolan beynindənmi gəlib?!

l Hər zaman öz şərtlərini diktə edər.

l Qəlbimin ucalığında yerin var, orda da qal, sən Allah.

l Ağrısız baş saxlamaq istəyirsənsə, kəfənə bürün, məzara gömül.

l Corab corabdı – bir telini qırsan, söküləcək, üzülücək.

l Su yatar, dərdli yatmaz.

l Fitnə-fəsad, şər-böhtan – çayır otu kimidir.

l Rəhmətlik anam nəsihət edərdi: “Ədalət səni yavaşıdar, qəflət yatırdar, kin-küdurət, ikrah və təkəbbür də isə çürüdər. Sənin əvəzinə heç kim gəlib səni qorumayacaq, bala!

l Namərd quyunu sənə su vermək üçün qazmır.

l Əcəlin evi çox dardır, hara qaçacaqsan?!

l Qonşumuz deyərdi ki, adam var ki, etdiklərinə görə ölüm ayağında çox zillət çəkir.

l Geydiyin libas sənin üstündə qiymətə minəcək.

l Hər canlının, hər otun-çiçəyin öz toxumu var: biri-birinə oxşamayan. Nədir bu möcüzə?

l Dənizin və çayların altını və üstünü Yaradanın qüdrətinə qurban olum.

l Həyatda mübarizənin sonu varmı görən?

l Güvənc – əminlik deyil.

l Zornan qamışlıqdan çıxarılan donuz karıxacaq və ölümə doğru qaçacaq.

l O qədər vərdişkarsan ki, axırda özünlə də oynayırsan.

l Yuyunmaq – hələ halallıq deyil.

l Körpələr sevə bilmir, amma sevilməyə, əzizlənməyə daha çox ehtiyac duyurlar.

l Ana südündə hər şey var: Günəş də, od-hərarət də, qan, ilik, sümük də.

l Sağmı, ölümü? Nə dəxli – bədəlini mütləq ödəyəcəksən.

l Bəla və azar – üzlü qonaqlardır.

l Yaddaş – taxıl anbarıdır, daşıdıqca, tükənər.

l Ayağının altındakı yerin ürəyi necə də döyünür, duymursanmı?!

l Mərdüməzarlıq tayfalıqca olar.

l Bayquş gələr, uçar gedər, amma. nəfəsi qalar.

l Tətiyi və tətikdən barmağını vaxtında çək.

l Əslində hamı ölümə tərəf tələsir.

l Bu gələn atlı nə gətirir görəsən?!

l Taxıl da ovucla, su da ovucla.

l Nə vurursan vur, axırı bölünəcək.

l Qazanc gətirənin pişvazına el çıxar.

l Getdiyin yol qayıdanda da sənə lazım olacaq!

l Kiminsə axırına gülmə, sənə də qayıdar.

l Yaranı bağlayanın, doyunca ağlayanın varmı sənin?!

l Əməlin düz deyilsə də, yenə “Ya Allah” de, bəlkə qorudu səni.

l İzini küləklər aparsa da, torpaq saxlayacaq.

l Meyvəsini apardın, budağı niyə qoparırsan?!

l Ümidlər kəsilmir, arzular qurtarmır – insan neyləsin.

l Sevginlə verdiyin ərköyünlüyün ziyanını çox çəkəcəksən.

l Göz yaşları səni təkcə boşaltmaq üçün deyil, həm də saxlamaq üçündür.

l Əmim qonşusunun dəfnində özünü saxlaya bilməyib dedi: “Bu kəfən də səni qorumayacaq, ay yazıq. “.

l Payız niyə yarpaqlar töküləndə yadına düşdü?

l Əlinin duzu olmayan aşının duzunnan gileylənməz.

l Elə sevgilər öləndən sonra yandırmaq və yaşatmaq üçündür.

l Sağlığına sevinən ölümünə ağlayar?!

l Nənəm deyərdi ki, bostanına göz olanın meyvəsi də ələ gəlməz, bala.

l Barmaq tətiyə gəldisə, geri qanrılma.

l İtin də yalını kəssən, küsəcək.

l Əkdiyin hər xoşbəxtlik toxumunun içərisində bir bədbəxtlik toxumu da olur.

l Nifrəti sərhəd bilməyən adam çox qorxuludur.

l “Dur” bilmirsən, “vur” deyirsən!

l Əl saxla, ayaq saxla, dil saxla, udan sən olacaqsan!

l Acı sözü, küskün sözü tam axıracan söyləmə.

l Dumanlar çəkilib gedəndə, kim peşman olacaq?

l Sevinc insanı atlandırar, qəm isə sallandırar.

l Uca boy ucalıq əlaməti deyil, qəlbin uca olsun!

l Dualar – kədərdənmi, sevincdənmi – elə duadır, müqəddəs dərgaha ünvanlanır.

l “Malın yelini, elin bərəkətidir” – deyərdi dədəm.

l Qurbanlıq – arzulardır, vaxt-zaman bilməz, kəs, payla, Allah xeyrini versin!

l Hər çəpərdən boylanmazlar, hər daşdan hoppanmazlar.

l Sınan qolunu sarıdılar, sınan içini nəynən sağaldacaqlar.

l Səni göstərən güzgünü niyə sındırırsan?!

l Sellənən çayın qabağını kəsməzlər, sellənib-sulanıb durulacaq.

l Əmim qonşusuna söylənərdi: “Ot biçə bilmir, kəfən biçir, bəduğur köpəyoğlu. “.

l Şeytan elə oynayır ki, heç özü də öz oyunundan qurtara bilmir.

l Yağış var, çölə-çəmənə həyat verər, yağış var daşa-divarlara, ot-əncərə şeytan, iblis dırmaşdırar.

l Hər adam Günəşdən od alıb isinə bilmir.

l Ağzı tam olmayanın qarnı doymaz.

l İki atı bir çəməndə otlaya bilməyən dostun yolu düz gəlməz.

l Həqiqət – bəzən zülmnən gəlib tapır yerini.

l Xeyirxah, əl tutan insanların əli də, ayaq da bərəkətli olar.

l Bəşər övladı yaranandan xainlər, pusquda duranlar, fürsət gözləyənlər fırlanıb, fırladıb bu dünyanı.

l Ətəyinə yığdığın daşları onsuz da bir gün tökməli olacaqsan.

l Rəbbim bir hörümçək toru ilə Peyğəmbərimizi xilas etdi, sənə də bir ümid çırağı yandıracaq, bala, – nənəm deyərdi.

l Adam var ki, çağrılan kimi ölümdən danışır.

l Hər kəs öz taleyinin sürgünüdür.

l Hər şeyin tamını bilmək sənin qazancındır.

l İmdad diləyəndə əməllərini də yada sal.

l Tək fikir və tək qərar fayda verməz.

l Düşməni öldürməklə “düşmən” sözü dəfn olunmaz.

l Duaların boyundan ucadırsa, eşidilməyəcək.

l Məğlubiyyət acıdır, çətindir, yenə vaxtında etiraf etməyi bacarmaq lazımdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Azərbaycanda polis özünü necə güllələdi? – Binanın arxasındakı otaqda. – TƏFƏRRÜAT

Sumqayıtda ehtiyatsızlıqdan özünü güllələyən polis əməkdaşı, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlunun ölümü ilə bağlı bəzi faktlar məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə “Kapital Bank”ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Lent.az hadisənin səhər saatlarında, bankın binasının arxa hissəsindəki otaqlardan birində baş verdiyini yazıb.

O, sözügedən otağa keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.

İlkin məlumatlara görə, dünyasını dəyişən polis əməkdaşı, R. Mütəllimovun psixoloji problemləri olub.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihar olduğu araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.