Zünü beşinci mərtəbədən atan qadını neçə il həbs gözləyir? Hüquqşünas açıqladı FOTO
Oxu.Az-ın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 1 saylı Şəhər Klinik xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilmiş azyaşlı uşağın vəziyyəti stabildir. Eyni zamanda, reanimasiya şöbəsinə yerləşdirilmiş 1997-ci il təvəllüdlü ana Aytən Abbasovanın vəziyyəti ağırdır.
Xankəndi
Özünə qəsd edən Səbinə çoxlu həb içib. O, anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul edib.
Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas eətmək mümkün olub.
Jurnalist hazırda 1 saylı şəhər Kliniki Xəstəxananın toksikolojiya şöbəsindədir. Jurnalist səhər saat 11 radələrində həmin xəstəxanaya aparılıb və mədəsi yuyulub.
Həkimlər bununla zəhərlənmənin qana keçməsinin qarşısını alıblar. Hazırda xanım jurnalistin vəziyyəti yaxşıdır.
Özünü öldürmək istəyən jurnalist dünən sosial şəbəkədə KİV-nə müraciət paylaşıb. Onun yazdığına görə, faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: “Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı. Məqsədi baş tutmadığından məndən qisas almağa qərar verdi. Polisə şikayət edərək ona 18 min manat borclu olduğumu bildirdi. Hazırda mənə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb”.
Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003 cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xezer telekanallarında jurnalist olaraq çalışıb.
Özünü beşinci mərtəbədən atan qadını neçə il həbs gözləyir? – Hüquqşünas açıqladı + FOTO
“Yasamaldakı intihar hadisəsilə bağlı ilk növbədə intihar edən şəxsin qayınanası tərəfindən mütəmadi olaraq amansız rəftara məruz qalıb-qalmaması, ləyaqətinin alçaldılıb-alçaldılmaması, qayınanasından maddi və sair cəhətdən asılı olub-olmaması müəyyən olunmalıdır”.
BAKU.WS xəbər verir ki, bunu iyulun 18-də özünü və iki övladını beşinci mərtəbədən atan Aytən Abbasova və onu intihar həddinə çatdıran qayınanasını hansı hüquqi məsuliyyətin gözlədiyini Oxu.Az-a şərh edən hüquqşünas Turan Abdullazadə deyib.
O, özünü öldürmə həddinə çatdırma cinayətinin törədilməsini sübuta yetirməyin elə də asan məsələ olmadığını vurğulayıb:
“Şübhəli və təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi üçün əməldə cinayətin bütün tərkib əlamətləri olmalıdır. Ümumilikdə isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Zərərçəkmiş şəxsin özünü öldürməyə hazırlıq görməsi və ya özünü öldürəcəyini söyləməsi hələ Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə məsuliyyət yaratmır. Əməlin CM-nin 125-ci maddəsinə tövsif edilməsi üçün təqsirkarın hərəkətləri qeyri-qanuni olmalıdır. Lakin onun bütün qeyri-qanuni hərəkətləri deyil, zərərçəkmiş şəxslə amansız rəftarı, onun ləyaqətini mütəmadi olaraq alçatması və ya ona hədə-qorxu gəlmədə ifadə olunan hərəkətləri törətməsi zəruridir. Amansız rəftar, məsələn, döymək, əzab vermək, susuz, paltarsız qoymaq, ləyaqəti alçatma dedikdə isə onu mütəmadi təhqir etmək, məsxərəyə qoymaq, söymək və sair başa düşülür.
Habelə əməlin CM-nin 125-ci maddəsinə tövsif edilməsi üçün zərərçəkmişin təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı olması zəruridir”.
Hüquqşünas onu da diqqətə çatdırıb ki, özü ilə birlikdə başqasını həyatdan məhrum etmək intihar hesab oluna bilməz:
“Ana özü intihara cəhd etsə də, sağ qalıb. Lakin özü ilə birlikdə öldürməyə cəhd etdiyi övladlarından biri dünyasını dəyişib. Yəni ana öz övladının ölümünə səbəb olaraq cinayət əməli törədib.
İntihar dedikdə özünəqəsd başa düşülür. Özü ilə birlikdə başqasını həyatdan məhrum etmək intihar hesab oluna bilməz. Lakin burada nəzərə alınmalı məqamlardan biri ananın həmin vəziyyətdəki psixoloji durumudur. Aydın məsələdir ki, “ən pis ana” belə, övladının canına qıymaz.
Cinayət Məcəlləsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs və ya məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş biri barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.
Turan Abdullazadənin sözlərinə görə, əgər əməlin Aytən Abbasova tərəfindən anlaqsız vəziyyətdə törədildiyi sübuta yetirilərsə, ana cinayət məsuliyyətindən azad edilə bilər:
“Həmçinin ananın anlaqsız vəziyyətdə cinayəti törətməsi faktı öz təsdiqini tapmazsa, hesab edirəm ki, qeyd olunan işdə cəzanı yüngülləşdirən hallar var.
Belə ki, Cinayət Məcəlləsinə əsasən, cinayətin ağır həyat şəraiti nəticəsində, fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; şəxsin könüllü gəlib təqsirini boynuna alması, mərhumun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır”.
Oxu.Az-ın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 1 saylı Şəhər Klinik xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilmiş azyaşlı uşağın vəziyyəti stabildir. Eyni zamanda, reanimasiya şöbəsinə yerləşdirilmiş 1997-ci il təvəllüdlü ana Aytən Abbasovanın vəziyyəti ağırdır.
Qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Kamran Əliyev: “Özünü öldürməyə cəhd hadisələrində artım müşahidə edilir”
“Özünü öldürməyə cəhd hadisələri ilə bağlı qeydə alınan hadisələrdə təəssüflər olsun ki, artım müşahidə edilir. 2021-ci il üzrə özünü öldürmə və özünü öldürməyə cəhd hadisələrinin sayı 612 olub”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.
K.Əliyevin sözlərinə görə, bu kateqoriya üzrə 2020-ci il üzrə rəqəmlər 597 olub:
“Müqayisə etdikdə 15 hadisə artım müşahidə edilir. Baxmayaraq ötən il yeni qaydalara əsasən 81 cinayət işi başlanılıb, altı nəfər altı iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, beş iş isə məhkəməyə göndərilib. 2020-ci ildə isə 398 cinayət işi başlayıb cəmi iki iş məhkəməyə göndərilib. Cinayət işlərinin sayının az olmasına baxmayaraq, nəticə burada daha müsbətdir”.
O bildirib ki, bu istiqamətdə 2021-ci ilin iyun ayında aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbir həyata keçirilib:
“Tədbirin nəticəsini dərhal görmək olmasa da, ümid edirik ki, gələcəkdə müsbət nəticəsini verəcək”.
Könül Cəfərli
Comments are closed, but trackbacks and pingbacks are open.