Press "Enter" to skip to content

Paketi ticarət mərkəzinə necə qaytara bilərəm

Bizimlə *2016 çağrı nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan başqa saytımızın çat hissəsinə, Instagram və Facebook səhifələrimizin mesaj bölümünə yaza bilərsiniz.

Sual / Cavab

Marketlərimizdə hər həftə həftəlik endirimlər, həftəsonu endirimləri, hər çərşənbə “Möhtəşəm çərşənbə” endirimləri, “Sən seç, biz edək!”, “Xüsusi endirimlər” və “Həftənin fürsətləri” kimi kampaniyalar bütün həftə boyu davam edir.

Endirimləri harada izləmək olar ?

Marketlərimizdəki endirim və kampaniyaları “OBA MARKET” mobil tətbiqinindən, saytımızdan (https://oba.az/) və sosial şəbəkələrdəki rəsmi hesablarımızdan (İnstagram, Facebook, Telegram) izləyə bilərsiniz.

Sizinlə necə əlaqə saxlamaq olar ?

Bizimlə *2016 çağrı nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan başqa saytımızın çat hissəsinə, Instagram və Facebook səhifələrimizin mesaj bölümünə yaza bilərsiniz.

Vakansiya ilə bağlı necə məlumat ala bilərəm ?

Əgər hər hansı mövcud olan vakansiya ilə bağlı məlumat əldə etmək istəyirsinizsə https://hr.oba.az/ səhifəsində daim yenilənən vakansiyalarımızla tanış ola bilərsiniz.

Məhsulların qiyməti ilə bağlı məlumatı necə əldə edə bilərəm ?

Qiymətlərlə bağlı marketimizin mobil tətbiqindən, saytımızdan (https://oba.az/), hər gün yenilənən İnstaqram və Facebook səhifələrimizdən əldə edə bilərsiniz.

Daşınmaz əmlak icarəsi ilə bağlı necə müraciət edə bilərəm?

Daşınmaz əmlak təklifi ilə bağlı *2016 çağrı nömrəsinə zəng vura bilərsiniz və ya rəsmi https://oba.az/ səhifəsində icarə formunu doldura bilərsiniz.

Əməkdaşlıqla bağlı necə müraciət edə bilərəm?

Əməkdaşlıq təklifi ilə bağlı *2016 çağrı nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.Operatorlarımız sizə bu barədə ətrfalı yardımı göstərəcəkdir və ya rəsmi https://oba.az/ səhifəsində əməkdaşlıq formunu doldura bilərsiniz.

Məhsulu necə qaytara bilərəm?

Marketimizdən aldığınız istənilən məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz. Bunun üçün mütləq kassa çeki təqdim olunmalıdır.

“OBA” Marketlər şəbəkəsinin ofisi harada yerləşir?

Şirkətimizin baş ofisi Hüseyn Cavid pr. 91, Mirvari Park yaşayış kompleksində yerləşir.

Marketdə hansı ödəniş növlərindən istifadə edə bilərəm?

Marketlərimizdə aşağıdakı ödəmə üsullarından istifadə edə bilərsiniz: – Nağd pul – AZN ilə; – Bütün növ bank kartları: – PayPass (Mastercard) texnologiyası ilə kart istifadə edərək; – Pay Wave (Visa) texnologiyası ilə kart istifadə edərək; – NFC texnologiyası ilə ödəniş.

Əgər aldığım məhsulun keyfiyyətindən narazı qalmışamsa, nə etməliyəm?

Qarşılaşdığınız vəziyyətlə bağlı sizdən üzr istəyirik. Əgər belə bir halla qarşılaşmısınızsa, məhsul və kassa çeki ilə birlikdə aldığınız marketə yaxınlaşmağınızı xahiş edirik. Əməkdaşlarımız qarşılaşdığınız vəziyyətlə bağlı sizə köməklik göstərəcəklər. Həmçinin, şikayət və təkliflərinizi *2016 çağrı mərkəzinə bildirə bilərsiniz.

Kassa çekində və rəfdə məhsulun qiymətinin uyğun gəlmədiyini gördüm. Mən nə etməliyəm?

Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Əgər belə bir vəziyyət yaranıbsa xahiş edirik çek və məhsul ilə birlikdə marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər. Ətraflı məlumatı müştəri hüquqları bölməsinə klikləyərək əldə edə bilərsiniz:

Ümumi dəyişdirilmə və ya geri qaytarma siyasətiniz hansı qaydalara və prinsiplərə əsaslanır?

Dəyişdirilmə və ya geri qaytarma barəsində ətraflı məlumat üçün saytımızın müştəri hüquqları ilə bağlı bölümünə keçid etməyiniz xahiş olunur. “OBA” üçün müştərilərin mənfəəti qısa müddətli yüksək qazancdan daha önəmlidir; “OBA” keyfiyyətli məhsulları müştərilərinə sərfəli qiymətlərlə təqdim edir; Müştərilərimiz aldığı məhsulu 14 gün ərzində geri qaytara bilər. Bunun üçün kassa çeki təqdim olunmalıdır; Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir; Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir. Marketimizdə alış-veriş edən hər bir müştərinin kassa çeki və ya qəbz tələb etmək hüququ var.

E-ticarət. E-ticarətin növləri və üstünlükləri

E-ticarət, kompüter şəbəkələrinin köməyi ilə həyata keçirilən bütün maliyyə və ticarət əməliyyatlarını, bundan əlavə belə əməliyyatlar aparılmasına aid biznes proseslərini əhatə edən iqtisadiyyatın bir sahəsidir və biznes qurmaq üçün qlobal kompüter şəbəkəsi texnologiyalarının istifadəsini nəzərdə tutur. Müasir biznesdə yaranan demək olar ki, bütün prosesləri tək bir sistem halında birləşdirməyə imkan verir. E-ticarət internet vasitəsilə məhsul və ya xidmətlərin satışı və satın alınmasıdır.

İstehlakçılar internetdən istifadə edərək məhsul və ya xidmətlər üçün axtarış edə bilər, bununla yanaşı həm də sifariş verərək ödəniş edə bilərlər. Bundan başqa digər istifadəçilərlə məhsul və ya xidmət haqqında fikir mübadiləsi apara və məlumat paylaşa bilərlər. Hökumət təşkilatları internetdən vergi bəyannamələri toplamaq və rəsmi məlumatları yaymaq üçün istifadə edə bilərlər.

  • elektron informasiya mübadiləsi (Electronis Data Interchange, EDI),
  • Elektron Fon Transferi (EFS),
  • elektron ticarət (e-trade),
  • elektron pul (e-cash),
  • elektron marketinq (e-marketing),
  • elektron bankçılıq (e-banking),
  • elektron sığorta xidmətləri (e-insurance).
  • Qlobal miqyasda olması
  • Xərclərin azaldılması
  • Təchizat Zəncirinin Təkmilləşdirilməsi
  • İşin həmişə açıq olması (24/7/365)
  • Bazarda malların sürətli çıxışı
  • Anonimlik
  • Geniş çeşidli məhsul və xidmətlər
  • Şəxsiləşdirmə
  • Ucuz məhsullar və xidmətlər
  • Çatdırılma
  • Geniş xidmətlər (məsələn, təhsil, səhiyyə, ictimai xidmətlər)
  • Yaşayış standartlarının yaxşılaşdırılması
  • Milli təhlükəsizliyin gücləndirilməsi

Mənbə: seven.services

  • Teqlər:
  • elektorn ticarət
  • , online ticarət
  • , online satış və alış
  • , E ticarət
  • , E ticarətin növləri

Comments are closed, but trackbacks and pingbacks are open.