Anar İsayev Ramil Rəhimov
Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar. Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.
Atropatena və Parfiya dövləti
Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar. Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.
Böyük Midiyaya gəldikdə isə, o, iki böyük qrup arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi. Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən partiyalılarla dil və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış edib parfiyalılaranı tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət göstərmişdir.
Məlum olduğu kimi, Atropatena hökmdarı Artavazd Antoni ilə Fraat arasında olan çəkişmələrdə əvvəllər Fraatın tərəfində olub Antoniyə qarşı vuruşmuş, sonralar qənimətin bölüşdürülməsi üstündə Fraatdan inciyərək Antoninin tərəfinə keçmişdi.Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib, I Artavazdı hakimiyətdən salmışdı. O, Atropatenanın idarə olunmasını müvəqqəti olaraq Ermənistan çarına tapşırmışdı. Belə olduqda, I Artavazd məcbur olub Antoniyə pənah gətirmişdi. Bu zaman I Artavazd, həm də Antoninin oğlu ilə qohumluq münasibəti yaratmışdı. Antonidən sonra Kiçik Asiyaya gələn Avqust I Artavazdın xidmətini bəyənmişdi.
Müasir Türkmənistan və Xorasan antik dövrdə Parfiya adlanırdı. I Dara tərəfindən yazılmış Bisütun, Presepol, Nəqş-e Rüstəm kitabələrində bu ad «Pərsəvə» formasında verilmişdir. Xəzər dənizinin cənub-şərqində yerləşən bu ölkə əkinçilik üçün əlverişli olmayan vadilərlə həmsərhəd idi. Ətrafında olan səhralara görə nazik zolaq olan bu ərazi Xəzər dənizindən şərqə doğru uzanırdı. Parfiyanın heç bir vaxt Assur dövlətinə tabe olmadığına baxmayaraq, bu ərazi haqqında ilkin məlumata Assur mənbələrində təsadüf edilir. Əhəməni imperiyasının Şimal satraplığını təşkil edən Parfiya I Daranın hakimiyyətə keçməsi ilə əlaqədar Midiyada Fraortanın rəhbərliyi altında baş verən üsyana qoşulub farsların zülmünə qarşı mübarizə aparmışlar.
Eramızdan əvvəl III əsrin ortalarından etibarən Selevki dövləti dağılmağa başlayır. Məhz bu zaman (e. ə. 250-ci ildə) Parfiya dövləti təşəkkül tapır. Bu dövlətin tərkibinə Orta Asiyanın cənub-qərb hissəsi, İranın isə şimal-şərqi daxil idi. Parfiya dövlətinin paytaxtı əvvəllər Nisa şəhəri, sonralar isə Ktesifon şəhəri olmuşdur. Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər (Əşkanilər) sülaləsindən olan çarlar idarə edirdi. Geniş ərazinin ayrı-ayrı vilayətlərinin idarəsi isə kiçik çarlara həvalə edilmişdi. Parfiya hökmdarları özlərini şahlar şahı adlandırırdı. Parfiya hökmranlığını 3 dövrə bölmək olar:
1. Parfiya dövlətinin yaranması və Selevkilərin İran ərazisindən tamamilə qovulması.
2. Parfiya dövlətinin Romaya qarşı apardığı müharibələr.
3. Parfiya dövlətinin tənəzzül dövrü.
Strabonun göstərdiyinə görə, Parfiya çox da geniş əraziyə malik deyildi. O, farsların hökmranlığı dövründə Hirkaniya ilə birlikdə İrana, onlardan sonra isə uzun müddət makedoniyalılara xərac verirdi. Əhəmiyyətsiz dağlıq hissəsinə gəldikdə isə, onu qalın meşələr örtmüş və olduqca kasıb ölkədir. Çarları böyük qoşun dəstələrini az müddət ərzində belə ərzaqla təmin edə bilmirdi. Halbuki indi onların ölkəsi genişlənmişdir. Parfiya ölkəsinə Komisen, Xoren, Kaspi darvazalarına kimi olan ərazi, o cümlədən, Raqa və tanurların ölkəsi də daxildir.
Strabonun göstərdiyinə görə, Atropaten varisləri ermənilərin, suriyalıların, sonralar isə parfiyalıların çarları ilə qohumluq münasibətləri yaratmışdılar.
Atropatena şahları öz müstəqilliyini qorumaq məqsədilə bu və ya digər qüvvətli ölkənin şahları ilə iqtisadi əlaqəyə meyil göstərməklə bərabər, eyni zamanda, həmin ölkələrlə diplomatik və siyasi əlaqə də yaradırdılar.
Əhəmənilər sülaləsinin son nümayəndəsi olan III Daranın Makedoniyalı İsgəndərlə sonuncu toqquşması eramızdan əvvəl 331-ci ildə Qavqameldə baş vermişdir. Beləliklə, Əhəməni imperiyası dağıldı və onun ərazisi Makedoniyalı İsgəndərin ixtiyarına keçdi. Lakin bu imperiya da Əhəmənilərin dövləti kimi möhkəm deyildi. Ona görə də, İsgəndərin vəfatından sonra (e. ə. 323-cü ildə) imperiya onun sərkərdələri arasında bölüşdürüldü. Sərkərdələrdən biri olan Selevk Suriya, Mesopotamiya, İran və Parfiyanın bir hissəsini özünə tabe etdi. Beləliklə, ellin dövlətləri adlanan dövlətlərdən biri — Selevki dövləti təşəkkül tapdı. Selevkilər Suriya, İran və Mesopotamiyanı tabe etdikləri kimi, Atropatenanı da zəbt etməyə cəhd göstərirdilər. Lakin bütün səylərinə baxmayaraq, bu işdə onlar müvəffəqiyyət qazana bilmirdilər.
E. ə. 222-223-cü illərdə Midiya satrapı Molonun üsyanı baş verən zaman Selevki çarı III Antiox Atropatenaya hücuma keçdi. Atropatena hökmdarı Artabaz düşmənə müqavimət göstərərək, onu geri çəkilməyə məcbur etdi. Artabaz düşməni paytaxt şəhəri olan Selevkiyə qədər təqib etmişdi (e. ə. 220-ci ildə).
E. ə. II əsrdə yaşamış yunan tarixçisi Polibinin yazdığına görə, Selevkilər dövləti «Midiya ilə yanaşı olub, ondan dağ silsiləsi ilə aypılır. Onun bəzi hissələri Fasisdən (Rion çayı) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir, digər tərəfdən Girkan dənizinə qədər çatır». Atropatena hökmdarı e. ə. 220-ci ildə Selevkilərlə müharibəni qurtarıb onlarla müqavilə bağladı. O, bu müqavilə ilə öz ərazisini genişləndirdi. Artabazın hakimiyyəti altında Ayrarat vilayətinin baş şəhəri olan Arşavirlə (Onun xarabaları Ermənistan SSR-in Oktamberyan rayonundadır) birlikdə, Araz vadisi də daxil olmaqla, Atropatenadan Kolxidaya qədər bir ərazi birləşdirilmişdi.
Beləliklə, Makedoniyalı İskəndərin vəfatından sonra onun imperiyası üzərində 3 dövlət yaranmış oldu. Selevkilər, Misirdə Ptolemeylər, Avropada isə Makedoniya və Yunanıstan. Bu üç birinci dərəcəli dövlətlərdən başqa digər dövlətlər də mövcud idi. İskəndər və onun canişinləri bu dövlətləri təhdid etsələr də, aradan çıxara bilmədilər. Bu qisim ölkələr aşağıdakılardan ibarət idi: Atropatena, Ermənistan, Kapadogiya, Pont, Bitiniyyə və Perqam.
Arrianın göstərdiyinə görə, Atropat Makedoniyalı İskəndərin III Dara ilə olan son vuruşunda Daranın sərkərdələrindən biri idi. Daranın məğlubiyyətindən sonra o, İskəndərin tərəfinə keçib Midiyanın hakimi olmuşdu. Suz təntənəsində isə İskəndərin sərkərdəsi Perdikka Atropatın qızı ilə evlənmişdi. Perdikkanın dövründə Atropat öz hökmranlığını bir daha möhkəmləndirmiş oldu. Atropatdan sonra onun nəsli 350 ilə yaxın həmin ərazidə hökmranlıq etmişlər.
Məlum olduğu kimi, midiyalıları, kaspiləri, albanları, sakasenləri və digər tayfaları Əhəmənilər öz ordularına cəlb etmişdilər. Midiyalılar və Kaspilər piyada qoşunları ilə yanaşı, həm də donanmada xidmət edirdilər. III Dara İskəndərlə müharibə etmək üçün bütün əyalətlərdən hərbi qüvvə toplanmışdı. Daranın ordusunda o dövrdə Kiçik Midiya satrapı olan Atropatın komandanlığı altında Midiya atlılarından təşkil olunmuş böyük bir süvari dəstəsi olmuşdur. Beləliklə, müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə eramızdan əvvəl 223-cü ildən etibarən təşkil edilmişdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi hakimiyyətdə olmuşdur.
Parfiya şahlarının Atropaten nəslindən olan qolu: III Artabanın anası parfiyalı IV Fraatın qızı, atası isə Atropatın nəslindən olmuşdur. Beləliklə, III Artabandan etibarən Parfiya şahları Atropatın nəslindən olmuşlar. IV Artaban Ermənistanın da şahı olmuş Pakor. (Atropatenanın şahı)
Balaş (Valaqez)
II Pakor
II Balaş
III Balaş
IV Balaş
V Artaban
Atropatena (e. ə. 250, eramızın 224-cü illəri) demək olar ki, tam müstəqil olmuşdur. Lakin Atropatena şahları bəzi hallarda öz istiqlaliyyətini qorumaq məsqədi ilə Parfiya şahlarına az miqdarda vergi verməli olurdular. Bundan başqa, müharibə zamanı əsgəri qüvvə ilə də onlara kömək edirdilər. Parfiya şahları bunun müqabilində bu vilayətin qayda-qanunlarına toxunmayaraq, həm də onların daxili işlərinə qarışmırdılar. Bəzi hallarda Atropatena şahları ölkəni Parfiya işğalından qorumaq məqsədilə romalılarla ittifaqa girdilər. Romalılar hələ birinci dəfə eramızdan əvvəl 190-cı ildə III Antioxun dövründə Asiya qitəsinə qədəm qoyub, Termopol döyüşündə Antioxu məğlub etmişdilər. Lakin onlar sülh bağladıqdan sonra geri çəkilmiş və e. ə. 92-91-ci illərə qədər Asiya qitəsinə gəlməmişlər. Selevkilər parfiyalıların ardı-arası kəsilməyən hücumlarına tab gətirə bilməyib məğlubiyyətə uğradıqdan sonra istər-istəməz işğal etdikləri ərazilərdən əl çəkməli oldular. Bu müharibələrdə atropatenalıların böyük rolu olmuşdur. Belə ki, e.ə 222-220-ci illərdə III Antioxun Atropatenaya hücumu Artavazd tərəfindən dəf edilmiş, eyni zamanda, atropatenalılar əks hücuma keçib düşməni paytaxt şəhərləri olan Selevkiyə kimi təqib edib sülh bağlamağa məcbur etmişlər. Lakin Selevkilərin süqutundan sonra Asiya qitəsinə yeni və güclü bir işğalçı olan romalılar gəlməyə başladılar. Selevkilərə qarşı Artavazd da üsyan qaldırmış, lakin məğlub edilmişdi. Onun ərazisi yenidən Selevki dövlətinin ixtiyarına keçmişdi. E. ə. 189-cu ildə isə Artaşes Selevki hökmdarlığına qarşı apardığı mübarizədə qalib gələrək, ölkəsində müstəqil dövlət yaratmışdı. Lakin bir qədər keçdikdən sonra, e. ə. 155-ci ildə Parfiya şahı I Mitridat Ermənistan adlanan ərazisini işğal etdi. I Mitridat Ermənistanın idarəsini öz qardaşı Valarşaqa tapşırmışdı. Beləliklə, qədim Oğuz yurdu Ermənistanda Parfiya mənşəli Arşakilər dövləti yaranmışdı. E. ə. 64-cü ildə isə Kiçik Ermənistan romalılar tərəfindən işğal edildi. Bu tarixdən etibarən Ermənistan uğrunda iki böyük dövlət arasında mübarizənin təməli qoyuldu.
Eramızdan əvvəl 66-cı ildə Roma qoşunları Kaspi dənizi sahilində möhkəmlənməyə çalışır və Albaniyadan keçib Hindistana gedən ticarət yolunu zəbt etmək istəyirdilər. Plini bu haqda yazır ki, Pompeyin yürüşü zamanı təsdiq edilmişdi ki, yeddi gün ərzində Hindistandan Baktriyaya, Oks (Amu Dərya) çayına tökülən Bentra (Belxa) çayına və bu çaydan Kaspi dənizinə, ordan Kir (Kür) çayına qədər gəlmək, buradan isə Hindistan mallarını beş gündən az müddətə quru yolla Ponta və Fazisə çatdırmaq olar. Görünür, romalılar Parfiya dövlətinə şimaldan zərbə endirmək və Asiyanın içərilərinə doğru irəliləmək üçün Albaniya ərazisindən istifadə etmək istəyirmişlər.
E. ə. 36-cı ildə Antoni 100 min nəfərlik ordu ilə Atropatenaya hücuma başladı. Romalıların 13 legionuna qarşı Parfiya çarı IV Fraat 50 minlik ordu çıxara bilmişdi. Atropatena şahı Artavazd bu müharibədə böyük rol oynaya bildi. O, romamılara qarşı IV Fraatın tərəfində çıxış edirdi. Antoninin 100 min nəfərlik qoşun dəstəsi o dövrün ən böyük hərbi qüvvəsi olmaqla bərabər, bütün Asiyanı təşvişə salmışdı. Antoni Araz çayını keçərək, Atropatena ərazisinə daxil oldu.
Atropatena şahları 350 ilə yaxın müstəqil hökmranlıq etmişdilər. Onlar öz ölkəsini yadellilərin hücumundan qurtarmaq üçün bu və ya digər qüvvətli dövlətlə iqtisadi və siyasi əlaqəyə girirdilər. O dövrün ən güclü dövlətlərindən olan Parfiya və Roma bu qəbildəndir. Antoni Atropatenaya hücum edən zaman atropatenalılar dərhal parfiyalıların müttəfiqi kimi romalılara qarşı vuruşdular. Bu müharibə Atropatena ərazisində baş verdiyinə görə, müharibənin əsas ağırlığı atropatenalıların üzərinə düşdü. IV Fraatın qoşun dəstələrinin romalılara qarşı arabir hücum etmələrinə baxmayaraq, onlar bu müharibədə həlledici rol oynaya bilmədilər. Atropatenanın hər iki paytaxt şəhəri işğalçıların hücumuna məruz qalmışdı.
Atropatenalılar bəzən də romalılarla qohumluq əlaqəsi yaradıb Parfiya şahlarına qarşı ittifaq bağlayırdılar. Hər halda atropatenalıların başqa ölkələrə nisbətən parfiyalılarla iqtisadi və ictimai əlaqələri daha möhkəm və səmimi olmuşdur.
Məlumdur ki, Selevkilərdən sonra İran yaylasında ən qüdərtli dövlət Parfiya dövləti olmuşdur. Parfiyalıların əsas peşəsi maldarlıq və qoyunçuluq olmuşdur.
Lakin onların yaşadıqları susuz, otlaqsız və böyük qumsallıqlara malik olan geniş ərazi maldarlıq, habelə, qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün olduqca əlverişsiz idi. parfiyalılar yarımköçəri həyat sürür, vaxtlarını müharibələrdə, yeni otlaqlar axtarmaqda, qonşu tayfaların hesabına varlanıb yaşamaqda keçirirdilər. Təqribən 500 ilə yaxın geniş bir ərazidə hökmranlıq etmiş parfiyalılar Yaxın və Orta Şərq xalqları ilə daima iqtisadi-ictimai və siyasi əlaqədə olduqları kimi, uzun müddət atropatenalılarla da iqtisadi-ictimai əlaqə çox hallarda atropatenalıların xeyirinə olmuşdur.
Müəllif : Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru
Mənbə: sesqazeti
- Teqlər:
- Atropatena
- , atropatena dövləti
- , Parfiya
- , Parfiya dovleti
Anar İsayev Ramil Rəhimov
Parfiya dövləti
Parfiya dövlətinin yaranması
Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu
qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı
ərazidə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla
məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata
keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra onun
yaratdığı imperiyanı sərkərdələri öz aralarında bölüşdürdülər.
Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi. Sonrakı illərdə
o, hakimiyyətini çox geniş ərazilərə yaydı. Lakin çox çəkmədi ki,
Selevkilər dövləti zəifləməyə başladı. Selevkilər dövləti
zəifləyərkən onun şərq vilayətlərində iki müstəqil dövlət –
Parfiya və Yunan-Baktriya dövləti yarandı.
E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. Arşak bəzi
ətraf əraziləri öz dövlətinə birləşdirdi. Arşakilər sülaləsinin nümayəndəsi I Mitridat Selevkilər dövlətinin zəifləməsindən
istifadə edib Midiyanı və Mesopotamiyanı işğal etdi.
Parfiya Roma münasibətləri
Parfiya dövləti II Mitridatın hakimiyyəti illərində daha da qüvvətləndi. II Mitridat
«şahlar şahı», «böyük» titullarını qəbul etmişdi. II Mitridatın dövründə Parfiya dövləti öz
ərazisini Qərb istiqamətində genişləndirməkdə davam edirdi. Bu zaman Roma imperiyası da
ərazisini Şərqə doğru genişləndirməyə çalışırdı. Romanın Şərqə doğru yürüşlərinə Parfiya
mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşma baş verdi.
Roma dövləti Krassın başçılığı ilə Parfiyaya qarşı böyük ordu göndərdi. E.ə. 53-cü
ildə Şimali Mesopotamiyada parfiyalılar Krassı ordusu ilə birlikdə məğlub etdilər. E.ə. 38-ci
ildə olan döyüşdə isə romalılar qələbə qazandılar. Lakin iki yüz ildən çox davam edən Roma
Parfiya qarşıdurmasında heç bir tərəf həlledici qələbə qazana bilmədi.
Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena və Albaniya ilə siyasi,
iqtisadi və mədəni əlaqələr saxlamış, Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar.
Parfiya dövlətinin süqutu
Çoxsaylı müharibələr Parfiya dövlətini zəiflədir, bir çox əyalət hakimləri mərkəzi hakimiyyətə tabe olmaq
istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi.
III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi.
Parfiya dövlətinin zəifləməsi ilə yaranmış əlverişli vəziyyətdən istifadə edən Fars vilayətinin hakimi Ərdəşir Babəkan
Parfiya ordusunu məğlub edərək paytaxt Ktesifonu tutdu, Parfiya dövləti süqut etdi, onur ərazisi 226-cı ildə yaranan
Sasanilər dövlətinin tərkibinə qatıldı.
Parfiya mədəniyyəti
Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun üzərində yerləşən
Parfiya dünya ticarətində vasitəçi rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir
verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiyanın mədəniyyətinə yunan
mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir.
Qədim türklər
Qədim türklərin ilk məskənləri
Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən
cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından
qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan
torpaqları əhatə edirdi. Bu ərazilər Böyük Türküstan adlanırdı.
Qədim türklərin tarixi arxeoloji qazıntılar nəticəsində
tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir.
Həmin maddi mədəniyyət nümunələri əsasında türklərin daş
dövrünə aid yaşayış məskənləri tədqiq edilmişdir. Arxeoloji
tədqiqatlar
nəticəsində
qədim
türklərə aid Deşikdaş,
Namazqan, Pazırıq və Esik abidələri tədqiq edilmişdir. Qədim
türklərin tunc dövrünə aid yaşayış məskənlərindən biri
Namazqan
yaşayış
məskənidir.
Namazqan
yaşayış
məskənindən
aşağıdakı maddi mədəniyyət nümunələri
tapılmışdır:
Möhrə evlər. metaləritmə kürələri, tunc oraqlar, ox ucları.
Bəzək əşyaları, boyalı qablar, gil qadın fiqurları.
Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus torpaq qəbirlər – kurqanlar
öyrənilmişdir. İssık gölü yaxınlığında yerləşən Esikdə zəngin avadanlığı olan kurqan açılmışdır. Esik kruqanındakı
qəbirdən V əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılıb oxunmuşdur.
Qədim türk tayfalarının köçü
Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yer tuturdu. Otlaq sahələri ələ keçirmək və yadelli
basqınlarından qorunmaq üçün türk tayfaları yeni torpaqlara köç edirdilər. Onlar ailə və ya toplum halında öz yaşayış
məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. Türklər Altaydan şərqə və cənuba köç etmiş, Ural və Volqa
çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişdir.
Şimali Qafqaza gələnlərin bir qismi Dərbənd keçidini keçərək Azərbaycan və Ön Asiyaya yayılmış, burada digər türk
tayfaları ilə qaynayıb-qarışmışlar.
Qədim Türküstan (Mərkəzi Asiya) dövlətləri
E.ə VI-IV əsrlərdə Mərkəzi Asiyanın qərbində Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana
kimi vahə (səhrada və ya çöldə suyu və yaşıllığı olan sahə) dövlətləri mövcud olmuşdur.
E.ə. VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin hücumuna məruz qaldı. Hücum nəticəsində Mərkəzi Asiya xalqları
iki əsrə yaxın Əhəmənilər imperiyasının əsarətinə düşmüş və ona xərac vermişdilər.
E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İsgəndərin
Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi.
Əhəmənilərin hakimiyyəti altında olan ölkələr, o cümlədən
Mərkəzi Asiya ölkələri müstəqillik qazandılar. Bu
dövlətlərdən biri də Xarəzm idi. Xarəzm hökmdarı siyasət
işlədərək oğlunun başçılığı ilə İsgəndərin yanına elçilər
göndərmiş və ona müttəfiq olmağı təklif etmişdi. Lakin buna
baxmayaraq, İsgəndər Səmərqəndi tutmuş və Sırdərya çayı
tərəfdə
istehkamlar
tikdirmişdi.
Mərkəzi
Asiyaya
Makedoniyalı İsgəndərin hücumuna məruz qalan zaman
baktriyalılar və soqdianalılar İsgəndərə qarşı mübarizə
apardılar. Sak tayfaları Sırdərya çayının sağ sahili boyunca
toplaşaraq İsgəndərlə döyüşə hazırlaşdılar. İsgəndər bu
təhlükəni aradan qaldırmaq üçün saklara qarşı yürüşə çıxdı.
Bu zaman Mərkəzi Asiyada Makedoniyalı İsgəndərin hücumuna qarşı baktriyalılar və soqdalılar mübarizəyə
başlayaraq Spitamenin başçılığı ilə üsyanı qaldırdılar. Qədim türklərə məxsus Soqdiana şəhəri uğrunda sərkərdə Spitamen
ilə İsgəndərin qoşunu arasında bir neçə döyüş oldu. İsgəndər bir neçə döyüşdə qalib gəldi, Spitamen döyüş meydanında həlak
oldu, Lakin İsgəndər xalqın mübarizə əzmini qıra bilmədi. Makedoniyalı İsgəndərin ölümündən sonra:
Yaratdığı böyük imperiya onun sərkərdələri arasında bölüşdürüldü.
Mərkəzi Asiya Selevklər dövlətin tərkibinə daxil edildi.
Türklərin ilk ana yurdu
Makedoniyalı İsgəndərlə Əhəmənilər arasında
döyüş (qədim təsvir)
Comments are closed, but trackbacks and pingbacks are open.