Cavabını yaz
1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir xan özünü şah elan etdi. Bununla da Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları cəzalandırıldı, hüquqları məhdudlaşdırıldı, Qarabağın Otuzikilər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Borçalı mahalları Kartli hakimliyinə tabe edildi. Əvvəlki inzibati-ərazi bölgüsü ləğv edildi. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini birləşdirərək Azərbaycan adı altında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. Dövlətin idarə olunmasında əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi.
Səfəvi dövlətinin süqutu.
1.1724-cü ildə Salyanda, Bakıda və b. yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzur, Qafan və Cənubi Qafqazda, xüsusilə Şirvanda, 1727-1730-cu illərdə Qarabağ, Şamaxı, Muğan, Astara, Təbriz, Xaçqala, Marağa, Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üsyanlar baş vermişdi. Xalq kütlələri yadelli işğalçılara qarşı kəskin müqavimət göstərir və onların əsarətindən azad olmaq istəyirdilər. Bu üsyanlar yalnız 1730-cu ildə amansızcasına yatırıldı. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Yadellilərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək vacib idi. Bu məsul vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürdü.
Əfqan tayfalarını İsfahandan qovan Nadir xan Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Marağa, Ərdəbil və Təbrizi azad etdi. Nadirin Xorasanda İran hakimiyyətinə qarşı qalxmış üsyanı yatırmaqla məşğul olmasından istifadə edən Səfəvi şahı II Təhmasib sarsılmış nüfuzunu bərpa etmək məqsədilə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı və Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında onu məğlub edən Osmanlılar Urmiya, Təbriz və Ərdəbili ələ keçirdilər. Nadir xan Əfşar II Təhmasibə məktub yollayaraq Osmanlı Türkiyəsi ilə sülh bağlamamağı və torpaq güzəştə getməməsini tələb etdi. Lakin, 1732-ci il 16 yanvarda II Təhmasib Kirmanşahda Osmanlılarla sülh bağladı: İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz isə Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd olmalı idi. 1730-cu ildə Nadirin Osmanlı üzərində qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yanvarın 21-də Rəşt şəhərində Səfəvilərlə 8 maddədən ibarət müqavilə imzaladı: I maddəyə əsasən Rusiya Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytardı, Səfəvilər isə Osmanlıları bu yerlərə buraxmamağı öhdələrinə götürdülər, II maddəyə əsasən isə Kürdən şimaldakı torpaqlardan rus qoşunları o vaxt geri çəkiləcək ki, Səfəvilər 20-ci illərdə Osmanlı imperiyası tərəfindən işğal olunan əraziləri geri qaytaracaqdır. Müqavilədə göstərildiyi kimi Səfəvi dövləti rus tacirlərinə müəyyən güzəştlər etdi: onlara İran dövlətinin hər yerində özləri üçün ev, karvansaray və dükan tikməyə icazə verilirdi. VII maddədə isə vaxtilə Rusiya təbəəliyinə keçən ərazilrə heç bir təzyiq göstərilməyəcəyi bildirilirdi.
2. Nadir xan Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata Xorasandan qayıdan Nadir xan 1732-ci ilin avqustunda II Təhmasibi taxtdan salaraq onun 8 aylıq oğlu Abbas Mirzəni III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv etdi və 1723-cü ildən sonra Osmanlıların tutduğu əraziləri boşaltmağı tələb etdi. Onların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin yanvarında Osmanlıları ağır məğlubiyyətə uğradan Nadir xanın bağladığı Bağdad müqaviləsinə görə, Osmanlılar son 10 ildə tutduqları Səfəvi ərazilərini tərk etməli idilər.
Bütün Cənubi Azərbaycanı Osmanlılardan təmizləyən Nadir xan 1734-cu ildə Şirvanı azad etdi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də osmanlılardan geri aldı və ruslardan Xəzəryanı bölgələrdən çıxmalarını tələb etdi. 1735-ci ilin martın 21-də imzalanan Gəncə müqaviləsinə əsasən, ruslar Xəzəryanı vilayətləri tamamilə tərk etməli idilər. 1735-ci ilin iyun ayında Eçmiədzinin şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı.
1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir xan özünü şah elan etdi. Bununla da Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları cəzalandırıldı, hüquqları məhdudlaşdırıldı, Qarabağın Otuzikilər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Borçalı mahalları Kartli hakimliyinə tabe edildi. Əvvəlki inzibati-ərazi bölgüsü ləğv edildi. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini birləşdirərək Azərbaycan adı altında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. Dövlətin idarə olunmasında əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi.
İstifadə olunmuş ədəbiyyatlar:
- Azərbaycan tarixi VII cilddə,III cild.
- İradə Nuriyeva.Azərbaycan qədim dövrlərdən zəmanəmizədək.
- Abbasqulu Ağa Bakıxanov.Gülüstani-İrəm.
Yazar:Zeynəb Hüseynzadə
- ← Qorxular
- 27 Sentyabr anım günü →
Parfiya dövlətinin yaranması və süqutu?
Azərbaycanda ilk manufaktura neçənci ildə və hansı rayonda acımışdır?
Nə vaxt Ərəblər Azərbaycanı tam işğal etdi?
Şah Süleymanın hakimiyyət illəri?
Teymurun Azərbaycana 1ci yürüşü?
Babəki aldadıb ərəblərə verən dostu kim idi ?
Qaraqoyunlular nə vaxt Azərbaycana köç etmişdir?
Quba üsyanında, avqustun 30-da neçə minlik kəndli ordusu Quba qalasını mühasirəyə almışdı?
Azərbaycan respublikasının himni neçənci ildə yazılmışdı?
A)1991
B)1998
C)1919
albaniya dovletinin suquta ugramasi?
Muasir emek aletlerinin hansi matariallardan hazirlanmasi haqqinda melumat aparin.
Amid doyusu ile Dizirav doyusunun esas ferqi nedir?
Lululubiler kimin dovrunde daha guclu dovlete cevrilib
Sefeviler dovletinin suqutu
911-ci ildə Azərbaycan tarixində nə baş verib?
Bagdad muqavilesi ecenci ilde olmusdur?
orta esrlerde din birliyi olmadiqda hansi hadiseler bas vere bilerdi
ilk insanlar yasamisdir
selcuq dovleti necenci ilde yaranib?
hemedan vurusmasi ne vaxt olub
1918-ci il 31 iyul-u ne gunudur?
Qərbi hun dövlətinin yaranması və paytaxtı hara olub?
Şah İsmayıl Xətainin Şeyx Şəfi mərtəbəsində dəfn olunması nəyi göstərir?
Berdeni slavyanlar adlandirirdilar:
Avropada feodal munasibetlerin movcud oldugu dovr
Monqolların I yürüşü nə xarakteri daşıyırdı və kimin başçılığı ilə olmuşdu?
Selevkilər dovletinin yaranmasi ve suqutu?
Bakıda əsas bank və ticarət kontorlarının yerləşdiyi kuçə hansıdır?
elince qalasi ne vaxt suqut edib? a.1400 b.1406 c.1405 d.1500
Səfəvilər və Osmanlılar arasındakı müharibənin 1-ci mərhələsi nə zaman başa çatmışdır?
XII əsrin memarlığına aiddir:
a)qız qalası
b)cavanşir qalsı
c)içəri şəhər
19. Mətndə hansı suala cavab yoxdur?
a) 20 il davam edən mübarizə ərəblərə necə təsir etdi?
b) Əhalinin güzəranının çətin olması nədən irəli gəlirdi?
c) Ərəblər vergiləri nə üçün artırdılar?
d) Babək yerli varlılara qarşı necə vuruşurdu?
e) Xalq qəhrəmanına niyə ehtiyac var idi?
Ehmeniler dovleti satrapliga bolunmusdur.Bu inzibati bolgunun onlar ucun mahiyyeti nden ibaret idi?
Çində ilk dövlət nə vaxt yarandı?
Səfəvi Dövlətinin süqütu ne vaxt olmuşdur?
879-941 ci ilde mövcud olan dövlet
sah ismayil xetai kime ata deye muraciet ederdi
feodal munasibetler necenci esirden baslayaraq yarandi
Iskit dovleti necenci esrde yaranmisdir?
ağqoyunluların birinci qolu nə zaman süqut eedib
Azərbaycan şimalında yaranmış dövlətlərə aid deyil
1.girdman
2.atropatena
3.eldənizlər
4.agqoyunlu
5.Şirvanşahlar
6.Səfəvilər
Mustye yer adıdır;
A)Almaniyada
B)İtaliyada
C)Fransada
D)Şimali Afrikada
das alti emeliyyatini meqsedi?
AZERBAYCAN ERAZISINDE YENI INSAN TIPLERI NECE FORMALASDI?
Abbasqulu Aga Bakixanov necenci ilde anadan olub
Urmu bəlası neçənci ildə olub?
Tragetiya nədir
28 may nə gunudur
Alban kilsəsi nə vaxt yaranıb?
ereb seyyahlari berdeni nece adlandirirdilar bunun sebebini nece izah ederdin
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Comments are closed, but trackbacks and pingbacks are open.