Keşiş görmək istəməyən Hüqo Notr-Damı necə xilas etdi
Təsadüfi deyil ki, Hüqo bu əsərinə qaraçıların doğub Notr-Dam kilsəsinə atdığı uşağı – sonradan rəqibinə çevrildiyi keşiş Klodun himayəsində böyüyüb qozbel bir kilsə zəngçisi olan Kvazimodonu baş qəhrəman seçmişdi. Çünki həmin dövrdə bu kilsə Kvazimodo kimi kimsəsiz fransızların sığınacaq yeri idi. Əsərdə əsas qəhrəmanlardan biri olan baş rahib Klod nəfsinə hakim ola bilməyən, istəklərinin qarşılığını görmədikdə qaraçı gözəli Esmeraldanı yox etməyi belə gözə alan dini fransız burjuasının obrazı idi. Qozbel və eybəcər olmasına baxmayaraq, Kvazimodo obrazı ilə Hüqo mənəvi gözəlliyin yoxsulluqla heç bir əlaqəsinin olmadığını göstərmişdi.
Paris Notr-Dam kilsəsi
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris-Notr-Dam kilsəsi”romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının – Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdir.
Oxşar kitablar
Qafqaz səfəri
Aleksandr Düma
Cild : Yumşaq
Sirli ada
Jül Vern
Cild : Yumşaq
Anna Karenina
Lev Tolstoy
Cild : Yumşaq
Qara pişik
Edqar Allan Po
Cild : Yumşaq
Cenni Herhardt
Teodor Drayzer
Cild : Yumşaq
Muncuq oyunu
Herman Hesse
Cild : Yumşaq
Qulaq Arxipelaqı 1918 -1956 l cild (1 ci və 2-ci hissələr)
Aleksandr Soljenitsın
Cild : Yumşaq
Çovdarlıqda uçurumdan qoruyan
Cerom Devid Selincer
Cild : Yumşaq
Hekayələr
Anton Çexov
Cild : Yumşaq
Maqbet
Uilyam Şekspir
Cild : Yumşaq
Hərb və Sülh (1- ci cild)
Lev Tolstoy
Cild : Yumşaq
Stokda yoxdur
Hərb və Sülh (2 ci cild)
Lev Tolstoy
Cild : Yumşaq
Pələng dərisi geymiş cəngavər
Şota Rustaveli
Cild : Yumşaq
Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi
Jan Pol Sartr
Cild : Yumşaq
Uşaqlıq
Lev Tolstoy
Cild : Yumşaq
Qulaq Arxipelaqı 1918-1956 II cild (3-cü və 4-cü hissələr)
Aleksandr Soljenitsın
Cild : Yumşaq
Dirilmə
Lev Tolstoy
Cild : Yumşaq
Cinayət və cəza
Fyodor Dostoyevski
Cild : Yumşaq
Qorio Ata
Honore de Balzak
Cild : Yumşaq
Zəfər Tağı
Erix Mariya Remark
Cild : Yumşaq
Qırılmış dostluq
Etel Lilian Voyniç
Cild : Qalın
Dahi
Teodor Drayzer
Cild : Yumşaq
Maliyyəçi
Teodor Drayzer
Cild : Yumşaq
Emma
Ceyn Ostin
Cild : Yumşaq
Rəylər
Aytac 19 March 2020
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan “Paris Notr-Dam kilsəsi” romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılır və beləliklə, tarixi şüur, dünya və insan haqqında təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Viktor Hüqonun qələmi ilə ilk tanışlığım idi. Və qəribə , digər yazarlardan daha yad bir üslubu var . Bunun şahidi oldum əsəri oxuyarkən. Əsərin təhlilinə keçid edəndə isə bir çoxları Esmeraldanı çoxxx sevsə belə, mənə ən maraqlı gələn Kvazimodonun olduğu səhnələr idi. Onun olduğu səhnələri ayrı bir oxucu iştahı ilə oxuyurdum deyə bilərəm. İnsanların onunla davranışı, cəmiyyətdən xaric etmələri, onun xarici görünüşünü gülüş mənbəyinə çevirərkən özlərinin ən çirkin varlıqlar olduğunu görməmələri insana o qədər təsir edir ki. Əfsus ki, günümüzdə də belə insanlar çoxdur. Və mən bu əsərdə Kvazimodonun qəlbinə, ruhuna, sonuna vuruldum deyə bilərəm. . Hüqonun təsvir etdiyi dövrün əlamətləri əsərin əsas qəhrəmanları- Esmeralda, Kvazimodo, Klod Frollonun xarakterlərində və talelərində təcəssüm edilib. Və mən çox nadir hallarda əsərdəki hansısa bir obraza nifrət edirəm. Bu obraz Klod Frollo idi. Niyəmi? Çünki o, bütün zəhərli “sevgi”lərinin timsalı idi mənim üçün. Və Hüqo elə gözəl bacarıb ki, bu zəhərli “sevgi”ni izah etməyi. Qiymətləndirməyə keçməli olsaq isə , tarixi təsvirlərə çox yer verildiyini, Hüqonun əsəri çox uzatdığını düşünürəm, elə ona görə də ilk dəfə bir əsəri bitirmək bu qədər uzun vaxt keçdi. Amma səbrlə oxumağınızı tövsiyə edirəm. Çünkii bu əsərdə cahillərin dünya və insan haqqındakı düşüncələri insana çox qəribə təsir bağışlayır, həmçininn zəhərli insanlar və zəhərli sevgilərin sonumuza necə təsir etdiyini, əsl sevginin və gözəlliyin isə ruhda, qəlbdə , mərhəmətdə gizli olduğunu görməmizə kömək edir. #parisnotrdamkilsəsi#viktorhüqo#parisnotredame#notredame#paris#notredamekamburu 10 ч. Фото профиля aytajsbooks aytajsbooks . Həyat yenə öz haqqını tələb etməyə başlamışdı. . -Siz məndən qorxursunuz.Mən çox çirkinəm, eybəcərəm, deyilmi? Yaxşı, elə isə siz mənim üzümə baxmayın, söylədiklərimə qulaq asın. . Bu zaman sanki görünməz bir əl uzun müddətdən bəri ürəyindən asılmış ağır daşı qaldırdı; bu daş onun qəlbini əzirdi; artıq ağlaya bilərdi; göz yaşları axdıqca onlarla bərabər qəm-kədərinin də azalmağa başladığını hiss edirdi. . Onun səsi söylədiyi sözlərin məzmunundan daha ağrılıydı. . -Mən heç vaxt öz bədbəxtliyimin dərəcəsini indiki kimi başa düşməmişdim. Özümü sizinlə müqayisə etdikdə dəhşətə gəlirəm. Özümü o qədər yazıq, bədbəxt və eybəcər hiss edirəm ki. Mən sizə yırtıcı heyvan təsiri bağışlayıram, eləmi? Halbuki, siz, siz- günəş ziyasısınız, siz-gül yarpaqlarının üzərinə qonmuş şəbnəmsiniz. Siz-nəğmə oxuyan bir quşcuğazsınız. Mən isə dəhşətliyəm: insan kimi insan deyiləm, heyvan kimi heyvan; mən – küçə daşlarından da çirkin və murdaram, tapdalanmış möhkəm bir şeyəm. . İfrat kədər, yaxud ifrat sevinc o qədər də uzunömürlü olmayan coşqun duyğular əmələ gətirir. İnsan qəlbi bu gərginliyə uzun müddət tab gətirə bilməz. . Artıq özünü təhlükəsiz hiss etdiyindən ümid bəsləməyə başlamışdı. Doğrudur, hal-hazırda cəmiyyətdən, hətta həyatdan belə təcrid edilmişdi, lakin hər ikisinə qayıtmaq imkanlarından da tamamilə məhrum olduğunu dumanlı şəkildə olsa da, hiss edirdi. Demək olar ki, öz məzarının açarını əlində tutmuş ölüyə bənzəyirdi. Uzun müddət onu təqib edən qorxunc xəyalların yavaş-yavaş uzaqlaşdığını hiss edirdi. . Sevgi isə ağaca bənzəyir: o, öz-özünə böyüyür, bütün varlığımızda dərin kök salır, çox zaman xarabazara dönmüş sınıq bir qəlbdə göyərməyə və çiçəkləməyə başlayır. Sevginin gözü nə qədər kor olsa, bir o qədər çox yaşar. Bu da qəribə bir şeydir. #kvazimodo #parisnotrdamkilsəsi #esmeralda#notredameparis #vuktorhuqo
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Keşiş görmək istəməyən Hüqo Notr-Damı necə xilas etdi?
Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, üç gün əvvəl Qiyamət çarəsizliyi ilə yanıb kül olan Notr-Dam Kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar.
Ona görə yox ki, məşhur Hüqonun “Paris Notr-Dam kilsəsi” adlı əsəri var, ona görə ki, hələ XIX əsrin əvvəllərində Paris Şəhərsalma İdarəsinin məmurları uçub-dağılmış viranə görünüşü ilə “Parisin gözəlliyi”nə xələl gətirdiyi üçün bu kilsəni sökməyə qərar vermişdilər. Xəbəri qəzetdən oxuyan Hüqo bu müqəddəs abidəni qorumaqdan ötrü altı ay ərzində məşhur “Paris Notr-Dam kilsəsi” romanını yazdı və romanda baş verən hadisələr; biri bakir öləcəyinə tanrı qarşısında söz versə də, qadın gözəlliyi qarşısında şəhvət hissinə əsir olan keşiş Klod Frollo, digəri, bəlkə də, dünyanın ən eybəcər adamı, qozbel kilsə zəngçisi olan Kvazimodo ilə kilsəyə sığınmış qaraçı qızı Esmeralda arasında yaranan “məhəbbət üçbucağı” parisliləri elə heyran qoydu ki, romanın nəşrindən sonra kilsənin qədim şöhrəti, “uçub-dağılmış” müqəddəsliyi sanki bir anda yenidən özünə qayıtdı.
Xalqın kilsəyə “yenidən doğulan” sevgisini görən Paris Şəhərsalma İdarəsinin məmurları tarixi binanı sökməyə cəsarət etmədilər; çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı.
Bu əsərlə inşası VII Lüdoviq dönəmində, daha doğrusu, 1163-cü ildə başlamış və 182 il davam etmiş Notr-Dam kilsəsini ilk dəfə Viktor Hüqo fəlakətdən xilas etdi.
Bəs bu romanda Notr-Damı (Azərbaycan dilində bu sözün mənası “bizim xanımımız” deməkdir) fransızlara sevdirən nələr vardı? Və ölüm ayağında “Tanrıya inanıram, axirətə inanıram; ancaq başımın üstündə heç bir kilsə keşişini görmək istəmirəm” deyən Hüqonu dini abidə olan Notr-Dam kilsəsinə nə bağlayırdı?
Bu kitaba aid yazdığı qeydlərdə Hüqo “Paris Notr-Dam kilsəsi” romanını Paris memarlığına yazılmış “mərsiyə” adlandırır və romanın bir fəslində Notr-Dam kilsəsinin qülləsindən Parisə baxaraq, 1480-ci ildən üzü bəri, özünün yaşadığı dövrə qədər məhv edilmiş memarlıq incilərini xəyali təsvir edərək, sanki “ölü Parisi” xatırlayır.
Romanın yazılmasından cəmi bir il əvvəl – 1830-cu ilin iyulunda Fransada növbəti inqilab baş vermişdi, Fransanı konstitusiyalı monarxiyadan respublikaya çevirəcək 1848-ci il inqilabına gedən yol açılmışdı. Bütün həyatını Fransanı respublika görmək arzusu ilə yaşayan Hüqo 1848-ci il inqilabından sonra Fransa prezidentliyinə namizədliyini irəli sürsə də, Luis Napoleona uduzdu. Napoleon imperatorluğunu elan etdikdə isə respublikaçı yazıçı Fransadan üz çevirib özünü Şanel adalarında könüllü sürgünə məhkum etdi. Məşhur “Səfillər” əsərini də burada yazdı.
Hüqo “Paris Notr-Dam kilsəsi” romanında da “Səfillər”də olduğu kimi, monarxik rejimlərin sadə fransızların həyatını necə alt-üst etdiyini göstərən ədəbi mövqeyinə sadiq idi. Romandakı hadisələr üçün qəsdən XI Lüdoviqin dövrünü seçmişdi. O zamanlarda Notr-Dam kilsəsinin yerləşdiyi Qreve meydanı və ətrafı qaraçıların, dilənçilərin, evsiz-eşiksiz fransızların məskəni idi.
Təsadüfi deyil ki, Hüqo bu əsərinə qaraçıların doğub Notr-Dam kilsəsinə atdığı uşağı – sonradan rəqibinə çevrildiyi keşiş Klodun himayəsində böyüyüb qozbel bir kilsə zəngçisi olan Kvazimodonu baş qəhrəman seçmişdi. Çünki həmin dövrdə bu kilsə Kvazimodo kimi kimsəsiz fransızların sığınacaq yeri idi. Əsərdə əsas qəhrəmanlardan biri olan baş rahib Klod nəfsinə hakim ola bilməyən, istəklərinin qarşılığını görmədikdə qaraçı gözəli Esmeraldanı yox etməyi belə gözə alan dini fransız burjuasının obrazı idi. Qozbel və eybəcər olmasına baxmayaraq, Kvazimodo obrazı ilə Hüqo mənəvi gözəlliyin yoxsulluqla heç bir əlaqəsinin olmadığını göstərmişdi.
Esmeralda isə öz gözəlliyi və köməksizliyi ilə bir növ fransız xalqının özünü rəmzləşdirirdi; burjuanın öz nəfsinin qurbanı kimi gördüyü, yoxsulların uğrunda mübarizə apardığı fransız xalqını. Hüqo özü bu cür səfil, çarəsiz insanlar haqqında italyan tərcüməçisi Daelliyə yazırdı: “İçində yaşadığımız mədəniyyətin bu çox qaranlıq anında səfilin adı insandır; o, hər yerdə can çəkişməkdə, hər dildə inləməkdədir”.
“Paris Notr-Dam Kilsəsi” romanı haqqında uzun-uzadı danışmaq istəmirəm, çünki aramızda çox az adam tapmaq olar ki, bu kitabı oxumamış olsun.
Bu yanğın hər il 13 milyon turistin ziyarət etdiyi Notr-Damın başına gələn ilk fəlakət deyil. Belə ki, Böyük Fransız İnqilabından sonra kilsənin bir zəngi saxlanılmaqla qalan bütün zəngləri top düzəltmək üçün əridilmişdi.
Bundan başqa, Böyük İnqilab zamanı kilsələri uçurub-dağıdan, keşişləri linç edən, ikonaları, müqəddəs təsvirləri küçələrə atıb od vuran inqilabçı kütlə Notr-Dama girdikdə Krallar qalereyası bölümündə Yahuda və İsrail krallarına aid olan 24 heykəlin Fransız krallarına məxsus olduğunu zənn edib hamısının başlarını qopardılar. Sonralar bu “baş”lar Fransanın ayrı-ayrı bölgələrindən tapılaraq Kluni muzeyinə gətirildi.
Onu da deyim ki, 1334-cü ildə inşası başa çatan Notr-Dam Kilsəsinin şöhrəti təkcə Viktor Hüqonun romanı ilə ölçülmür. Qotik üslubun ən gözəl örnəklərindən biri hesab olunan bu binada vaxtilə Janna Dark cadugərlikdə ittiham olunaraq tonqalda yandırılmışdı. Napoleon imperator tacını başına bu binada qoymuşdu. İkinci Dünya Müharibəsi illərində Bakıya səfər etmiş Fransa Müqavimət Hərəkatının lideri Şarl de Qollun cənazəsi bu kilsədən qaldırılmışdı.
Üç gün əvvəl təkcə Notr-Dam kilsəsi yanmırdı, başda Viktor Hüqonun ruhu olmaqla, Fransa tarixinin böyük bir hissəsi yanırdı…
Comments are closed, but trackbacks and pingbacks are open.