Qozbel Kvazimodo Notre-Dame kilsəsinin rəmzinə necə çevrilib
Aprelin 15-də yanmış kilsə səkkiz əsrlik tarixi boyu insanları sənət əsərləri yaratmağa ilhamlandırıb.
Qozbel Kvazimodo Notre-Dame kilsəsinin rəmzinə necə çevrilib?
Notre-Dame kilsəsi dünyanın ən simvolik binalarından biridir, bu kilsəni görməyə gələnlərin sayı ildə 13 milyondan çox olub.

Ola bilsin ki, bu kilsənin adı çəkilən ən məşhur əsər 1831-ci ildə Viktor Hüqonun (Victor Hugo) yaratdığı “Notrdam kilsəsinin qozbeli” əsəridir. Bu roman fransızlara “Paris, Notre-Dame Kilsəsi” (Notre-Dame de Paris) kimi tanışdır.
Kitabda Notre-Dame kilsəsinin zənglərinə baxan Kvazimodo (Quasimodo) adlı qozbel insandan bəhs edilir
Sevgi və ağrı
Kitabda 15-ci əsrdə, kral Louis XI-in hökmranlığı dövründə Parisdə baş verən hadisələr haqqında danışılır.
Hadisələr Esmeralda adlı gözəl qadın ətrafında inkişaf edir – onu bir çox kişilər sevir, o cümlədən, Notre-Dame kilsəsinin arxidyakonu Claude Frollo.
Frollo Quasimodo-ya qadını oğurlayıb ona gətirməyi əmr edir.
Lakin kral Louis-in oxatanlar dəstəsinin kapitanı Phoebus de Châteaupers qozbeli tutur.
Quasimodo camaat qarşısında qamçılanır, ona işgəncə verilir, Esmeraldanın isə ona yazığı gəlir.
Esmeralda və Quasimodo-nun əhvalatı bir çox rejissorları bu əsər əsasında film çəkməyə ilhamlandırıb.
Kapitan Phoebus da Esmeraldanın vurğunu olur və Frollo onu öldürməyə çalışır – lakin sonda bu cəhddə Esmeralda ittiham olunur.
Quasimodo Esmeraldanı müdafiə etməyə çalışır, çünki o da ona vurulub, lakin son nəticədə, Esmeralda dar ağacından asılır.
Qəzəb və ağrı içində Quasimodo Frollo-nu Notre-Dame qüllələrinin birindən yerə atır.
Kitabın sonunda deyilir ki, Esmeraldanın qəbrində iki skelet aşkar edilib: bir qadın skeleti və onu qucaqlayan qozbel insanın skeleti.
Victor Hugo-nun kitabı əsasında kinofilmlər, teatr tamaşaları, operettalar və hətta 1996-cı ildə Disney studiyasında cizgi filmi də çəkilib.
Quasimodo-nun gerçək prototipi olubmu?
Bəzi tarixçilər hesab edir ki, Quasimodo-nun gerçəkdən prototipi olub.
2010-cu ildə tədqiqatçılar 19-cu əsrdə Notre-Dame kilsəsində çalışmış britaniyalı heykəltəraş Henry Sibson-un əlyazmalarını təhlil edərkən aşkar ediblər ki, onunla yanaşı orada bir qozbel insan da çalışıb.
“Cənab Trajan-la tanış oldum, çox ləyaqətli insandır, – Sibson öz əlyazmalarında qeyd edib. – O, hökumət üçün işləyən heykəltaraşdır və qozbeli var”.
Notre-Dame qozbeli obrazı üçün gerçək prototip olubmu?
Victor Hugo-nun Trajan-dan Quasimodo üçün prototip kimi istifadə etdiyi və ya onu tanıyıb-tanımadığı məlum deyil.
Lakin onun yaratdığı obrazın Notre Dame kilsəsini xilas etdiyi məlumdur.
Tarixçilərə görə, 1163-1345 illər arası tikilən kilsə Hugo-nun kitabı dərc edilən dövrdə təmir olunmaz vəziyyətə düşmüşdü.
Victor Hugo-nun kitabının populyarlığı kilsəyə ictimai marağı xeyli artırmış oldu.
Kitab işıq üzü görəndən 10 il sonra, 1841-ci ildə Fransa Eugène Viollet-le-Duc və Jean-Baptiste Lassus adlı iki memara Notre-Dame kilsəsinin bərpasını tapşırdı.
Görülən işlər siyahısına daş üzlüyüynün təzələnməsi, heykəllərin bərpası, binanın içərisində köməkçi otaqların bərpası, pəncərə şüşələrinin təzələnməsi, binanın arxitekturasına qarqoylların əlavə edilməsi – bütün bu işlərin görülməsinə 23 il vaxt sərf olundu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Qozbel Kvazimodo Notre-Dame kilsəsinin rəmzinə necə çevrilib?
1962-ci ildə çəkilmiş filmdə Kvazimodo (Quasimodo) rolunu Oscar mükafatçısı Anthony Hopkins ifa edib.
Notre-Dame kilsəsi dünyanın ən simvolik binalarından biridir, bu kilsəni görməyə gələnlərin sayı ildə 13 milyondan çox olub.
Aprelin 15-də yanmış kilsə səkkiz əsrlik tarixi boyu insanları sənət əsərləri yaratmağa ilhamlandırıb.
Ola bilsin ki, bu kilsənin adı çəkilən ən məşhur əsər 1831-ci ildə Viktor Hüqonun (Victor Hugo) yaratdığı “Notrdam kilsəsinin qozbeli” əsəridir. Bu roman fransızlara “Paris, Notre-Dame Kilsəsi” (Notre-Dame de Paris) kimi tanışdır.
Kitabda Notre-Dame kilsəsinin zənglərinə baxan Kvazimodo (Quasimodo) adlı qozbel insandan bəhs edilir.
- Notre-Dame kilsəsi: yanğından fotolar
- Notre-Dame yanğını: Kilsənin bərpasına milyonlar vəd edilir
Sevgi və ağrı
Kitabda 15-ci əsrdə, kral Louis XI-in hökmranlığı dövründə Parisdə baş verən hadisələr haqqında danışılır.
Hadisələr Esmeralda adlı gözəl qadın ətrafında inkişaf edir – onu bir çox kişilər sevir, o cümlədən, Notre-Dame kilsəsinin arxidyakonu Claude Frollo.
Frollo Quasimodo-ya qadını oğurlayıb ona gətirməyi əmr edir.
Lakin kral Louis-in oxatanlar dəstəsinin kapitanı Phoebus de Châteaupers qozbeli tutur.
Quasimodo camaat qarşısında qamçılanır, ona işgəncə verilir, Esmeraldanın isə ona yazığı gəlir.
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı,
Esmeralda və Quasimodo-nun əhvalatı bir çox rejissorları bu əsər əsasında film çəkməyə ilhamlandırıb.
Kapitan Phoebus da Esmeraldanın vurğunu olur və Frollo onu öldürməyə çalışır – lakin sonda bu cəhddə Esmeralda ittiham olunur.
Quasimodo Esmeraldanı müdafiə etməyə çalışır, çünki o da ona vurulub, lakin son nəticədə, Esmeralda dar ağacından asılır.
Qəzəb və ağrı içində Quasimodo Frollo-nu Notre-Dame qüllələrinin birindən yerə atır.
Kitabın sonunda deyilir ki, Esmeraldanın qəbrində iki skelet aşkar edilib: bir qadın skeleti və onu qucaqlayan qozbel insanın skeleti.
Victor Hugo-nun kitabı əsasında kinofilmlər, teatr tamaşaları, operettalar və hətta 1996-cı ildə Disney studiyasında cizgi filmi də çəkilib.
Quasimodo-nun gerçək prototipi olubmu?
Bəzi tarixçilər hesab edir ki, Quasimodo-nun gerçəkdən prototipi olub.
2010-cu ildə tədqiqatçılar 19-cu əsrdə Notre-Dame kilsəsində çalışmış britaniyalı heykəltəraş Henry Sibson-un əlyazmalarını təhlil edərkən aşkar ediblər ki, onunla yanaşı orada bir qozbel insan da çalışıb.
“Cənab Trajan-la tanış oldum, çox ləyaqətli insandır, – Sibson öz əlyazmalarında qeyd edib. – O, hökumət üçün işləyən heykəltaraşdır və qozbeli var”.
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı,
Notre-Dame qozbeli obrazı üçün gerçək prototip olubmu?
Victor Hugo-nun Trajan-dan Quasimodo üçün prototip kimi istifadə etdiyi və ya onu tanıyıb-tanımadığı məlum deyil.
Lakin onun yaratdığı obrazın Notre Dame kilsəsini xilas etdiyi məlumdur.
Tarixçilərə görə, 1163-1345 illər arası tikilən kilsə Hugo-nun kitabı dərc edilən dövrdə təmir olunmaz vəziyyətə düşmüşdü.
Victor Hugo-nun kitabının populyarlığı kilsəyə ictimai marağı xeyli artırmış oldu.
Kitab işıq üzü görəndən 10 il sonra, 1841-ci ildə Fransa Eugène Viollet-le-Duc və Jean-Baptiste Lassus adlı iki memara Notre-Dame kilsəsinin bərpasını tapşırdı.
Görülən işlər siyahısına daş üzlüyüynün təzələnməsi, heykəllərin bərpası, binanın içərisində köməkçi otaqların bərpası, pəncərə şüşələrinin təzələnməsi, binanın arxitekturasına qarqoylların əlavə edilməsi – bütün bu işlərin görülməsinə 23 il vaxt sərf olundu.
Comments are closed, but trackbacks and pingbacks are open.