Книга Paris və Londonda qara qəpiksiz, автор Corc Oruell (KPB-2016000129)
1785ci ildə Bentam, layihə şəklinə saldığı konsepsiyasını yeni bir inşa modeli kimi təqdim etmişdi. Məqsəd məhbusların izlənilməsini rahatlaşdırmaq idi. Filosof bu fikri, bir yerdə yaşayan çox sayda insan arasında baş verə biləcək münaqişələrin nizamlanması üçün qardaşı Samuelin ilk dəfə düşündüyü Parisdəki bir hərbi məktəbin planından almışdır. “Pan” – “bütün”, “opticon” – “müşahidə etmək” mənasına gələn bu model, bir neçə mərtəbəli və tək hücrələrdən ibarət böyük bir həbsxana binası olmalı idi. Binanın dairəvi formadakı konstruksiyası, mərkəzdə müşahidəçi üçün əla görünüş sahəsi yaradır ki, bu da məhbusların izlənildiyi hissindən yaxa qurtarmamasına hesablanmış uğurlu bir variantdır. Növbətçilərin hər bir hücrəyə, hansıki gizlənmə yeri yoxdur, işıq salaraq məhbusları daimi nəzarətdə saxlaması, qarşıdakıları rasional davranaraq (hər hansı yanlış hərəkət nəticədə cəza yaradırsa) məhkumluq müddətini mütləq şəkildə çəkməyə vadar edir. Bentam özü panoptikonu “bir üst ağlın, gücü əldə etməsinin yeni bir modeli” olaraq tanıtmışdır…
Oruel’in sinfi mübarizəsi
Corc Oruel‘in bioqrafik naxışlarla bəzədiyi “Paris və Londonda qara qəpiksiz” romanı, vaxtilə Çarlz Dikkens‘in romantizmlə bağladığı bu iki şəhərin ağuşuna düşmüş qəhrəmanın yaşadığı aclıq və səfaləti təsvir edir. Olduqca realistik baxışa sahib olan roman sakinlərinin həyat tərzləri detallı şəkildə incələnmiş və sol-fikirli Oruel’in aşağı təbəqə gözündən sistemə olan kəskin tənqidlərilə ortaya mükəmməl bir əsər çıxmışdır.
“…PLONGEUR otelin ya da restoranın quludur və işinin elə də əhəmiyyəti, faydası yoxdur. Çünki, böyük otellər və dəbdəbəli restoranların mövcud olmağı nə qədər vacibdir? Bu cür yerlərdə müştərilər təmtəraqlı qulluq görməlidirlər, amma əslində sadəcə olaraq bunun imitasiyasını görürlər. Demək olar ki, hamının otellərdən zəhləsi gedir. Bəzi restoranlarda digərləri ilə müqayisədə vəziyyət daha yaxşıdır, amma yenə də evdə hazırlanan yemək qədər keyfiyyətlisini heç bir yerdə tapa bilməzsən. Təbii ki, otellər də, restoranlar da olmalıdır, amma daha yüzlərlə insanın bu yerlərdə qul kimi işlədilməyinin mənası yoxdur. Çünki bu yerlərdə yaxşı qulluq deyə bir şey yoxdur, sadəcə olaraq bu uğurlu formada imitasiya edilir. Dəbdəbə dedikləri isə, işçilərin daha çox əziyyət çəkməsi və müştərilərin daha çox hesab ödəməsindən başqa bir şey deyil. Bunun isə otel və restoran sahiblərindən başqa heç kimə faydası olmur. Onlar da bu pulla Dovilldə özlərinə əzəmətli bir malikanə alırlar. Dəbdəbəli dediyimiz oteldə təxminən yüz insan heyvan kimi işləyir ki, iki yüz müştəri, əslində onlara lazım olmayan şeylər üçün hesab ödəsinlər. Əgər heç bir mənası olmayan xidmətlər ortadan qaldırılsa PLONGEUR-lar – on beş saat əvəzinə, gündə altı, ya da səkkiz saat işləməli olarlar.
Gəlin qəbul edək ki, PLONGEUR işinin elə də böyük faydası yoxdur. Onda da belə bir sual yaranır, niyə hələ də onların işindən istifadə olunur? İşin iqtisadi tərəfini bir kənara qoyub ömrünün sonuna qədər zirzəmidə qab yuyan insanların mövcudluğu hissinin adama necə təsir etdiyi haqda düşünmək istəyirəm. Şübhəsizdir ki, vəziyyəti yaxşı olan insanlar bunu düşünməkdən zövq alırlar. Mark Katonun da dediyi kimi, qul yatmadığı saatlarda ancaq işlə məşğul olmalıdır. Bu işin vacib olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Qul sadəcə olaraq işləməlidir, çünki işləmək vacibdir – təbii ki, qullar üçün. Bu fikir hələ də aktualdır və buna görə də yüzlərlə lazımsız iş var olmağa davam edir.
Məncə bu cür işlərin hələ də var olmasının əsas səbəbi kasıb insanların təhlükə olaraq görülməsidir. Kasıb insanlar (hakim olan əsas düşüncə belədir) o qədər səviyyəsiz və lazımsız təbəqədir ki, boş vaxtları olsa təhlükəyə çevrilərlər. Ən yaxşısı onları bütün günü işlətmək və düşünməyə vaxtlarının olmamasını təmin etməkdir. Hələ də, hər necəsə, dürüst düşünə bilən varlı bir insan, iş şərtlərinin yaxşılaşdırılması haqqında fikirlərini bildirsə, təxminən belə bir şey deyər: “Yoxsulluğun yaxşı bir şey olmadığını bilirik; amma əslində, bizdən çox uzaqdı deyə, biz bunun necə əzabverici bir şey olduğunu düşünüb vaxtımızı xoş keçiririk. Amma bizdən bu vəziyyətin düzəldilməsi üçün nəsə edəcəyimizi gözləməyin. Sizin bu vəziyyətinizə pis oluruq; amma bu qotur tutmuş pişik üçün üzülməklə eyni şeydir. Hətta sizin vəziyyətinizin düzəlməməsi üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, siz elə buna da layiqsiniz. Hal-hazırda mövcud olan şərtlər bizi tam qane edir və biz risk edib sizi bir saatlıq belə boş vaxtla təmin edə bilmərik. Buna görə də, əziz qardaşlar, siz gecə gündüz tər tökməlisiniz ki, biz pul qazanıb İtaliyaya gedə bilək. Heyvan kimi işləyin, siz buna layiqsiniz!”.
Ağıllı və təhsilli insanın düşüncələri təxminən belədir; bu düşüncə tərzini təsdiq edən yüzlərlə məqalə var. Təhsilli, savadlı insanlar arasında illik təxminən dörd yüz sterlinqdən az gəliri olanına rast gəlmək çətin məsələdir və bu da o deməkdir ki, onlar da təbii olaraq varlı insanlara daha yaxındırlar. Buna görə də kasıb insanların vəziyyətindəki kiçik inkişaf belə onların da azadlıqları üçün təhlükə mənbəyi hesab olunur. Bu vəziyyətin alternativi olaraq görünən Marksist Utopiyadı deyə təhsilli insanlar mövcud sistemin dəyişmədən davam etməsinin tərəfdarı olurlar. Bəlkə də, onlar, öz varlı dostlarını da sevmirlər, amma yenə də ən axmaq, qaba varlı belə, bu təbəqəyə, kasıblardan daha yaxındır və ən yaxşısı elə varlıların yanında olmaqdır. Savadlı insanlardakı mühafizəkar düşüncənin əsas mənbəyi kasıb insanlara qarşı qorxu hissidir.
Kasıb insanlara qarşı var olan qorxu, mövhumatçı qorxudur. Bu qorxunun əsas mənbəyi, varlı və kasıblar arasında fundamental fərqliliklərin olduğu mifdir. Bu fərqin ağ və qara insan arasındakı fərqlilik kimi bir şey olduğu düşünülür. Amma əslində belə bir fərq yoxdur. Varlı və kasıb insan arasındakı tək fərq sahib olduğu puldur və hər hansı bir milyonçu əslində təzə və dəbdəbəli kostyum geyinmiş adi qabyuyandan başqa bir şey deyil. Bir anlıq bunların yerini dəyişin, budur, indi hansı mədəni, hansı oğru oldu? Yoxsul həyat yaşamış bütün insanlar bunu çox yaxş bilirlər. Amma əsas problem də budur ki, liberal düşüncə tərzinə sahib olmalı olan təhsilli və savadlı insanlar heç vaxt kasıblarla eyni şərtlərdə yaşamırlar. Bu insanların əksəriyyəti aclq və yoxsulluq haqqında nə bilirlər? Viyonun şeir kitabının məndəki nüsxəsində kitabın redaktoru “NE PAİN VOYENT QU’ AUX FENESTERS” (“Çörəyi ancaq vitrində görürlər”) misrasına belə bir şərh yazıb: “Bu cür yoxsulluq təhsilli insandan çox uzaqdır.”
Bu cür ayrı-seçkiliyin təməlində yoxsul insana qarşı duyulan o qorxu hissi yatır. O düşünür ki, bircə gün belə azad olsalar, bu insancıq sürüsü gəlib onun evini qarət edəcək, kitablarını yandıracaq, özünü də qul kimi işlədəcək, misal üçün paltar yudurdacaq. Bu insanlar düşünür ki, hər şey, bütün ədalətsizliklər belə kasıb insanların azadlığından daha vacibdir. Amma onlar, varlı insan sürüsü ilə kasıb insan sürüsü arasında elə də bir fərq olmadığını görmürlər. Kasıb insan əslində azaddır və qarşımıza varlı insan timsalında çıxır. Bunlar “dəbdəbəli” otellər inşa edib insanları istismar edirlər.
Uzun sözün qısası, PLONGEUR quldur, lazımsız qul və gördüyü işin böyük hissəsi də lazımsız və əhəmiyyətsizdir. Bu işin hələ də mövcud olmasının tək səbəbi “kasıb insanlar boş olsa çox təhlükəli olar” qorxusudur. Bu insanların yanında olmalı olan təhsilli və savadlı adamlar da mövcud vəziyyətin tərkib hissəsi olurlar, çünki gündəlik həyatlarında heç vaxt yoxsul insanla qarşılaşmadıqlarına görə onların təhlükəli olduğuna inanırlar. PLONGEUR haqqında dediyim hər şey sadəcə olaraq bu peşə üçün keçərli deyil, bunu sadə bir misal olaraq gətirirəm. Bu tərzdə yüzlərlə peşə var. Bunlar mənim PLONGEUR həyatı haqqında, işin iqtisadi tərəfini bir kənara qoyub, düşündüklərimdir və təbiidir ki, çox bayağı görünə bilər. Bunları, oteldə işləyən bir insanın nələr düşünə biləcəyini göstərmək üçün yazıram…
“It’s easy to imagine the end of the world — an asteroid destroying all of life, and so on — but we cannot imagine the end of capitalism. So what are we doing here. ” by Zizek…
2 + 2 = 5
“2+2=5” 1994-cü ildə yaranmış məşhur Britaniya kollektivi “Radiohead”in 2003-cü ildə işıq üzü görmüş “Hail to the Thief” adlı altıncı studiya albomunun üçüncü “single”ıdır. Mahnının mətnində albomun adı da xatırlanır. Kompozisiyanın alternativ adı isə “The Lukewarm” dur. Mahnının ərsəyə gəlməsində əsas ideya məşhur ingilis yazıçısı Corc Oruellin antiutopiya (və ya ingiliscə “dystopia”) cərəyanı əsasında yazılmış “1984” əsərindəki “2+2=5” fraqmentidir. Bəlli olduğu kimi bu əsərdə xəyali totalitar ölkənin sakinləri “ikifikirlilik” (doublethink) məfhumunun təsiri altındadırlar və bütün hərəkətləri,fikirləri “yuxarılar”ın gücü ilə idarə olunur. İnsanlar üzərindəki təsir o qədər güclüdür ki, artıq hərkəs əslində “2+2=5” fikrinin carçısına çevrilir. Əsərin axırı baş qəhrəman Winston Smith in şəxsiyyətinin mənəvi məğlubiyyəti ilə nəticələnir və sonda o da “2+2=5” fikrinin doğruluğuna inanır. Bundan başqa, mahnıda bir sıra təzadlar var; məsələn mahnıda işlənmiş “yanvarda yağan aprel leysanı” buna misal ola bilər. Qrupun solisti Tom York‘un dediyinə görə kompozisiyanın ikinci adı “The Lukewarm” (tərcümədə “biganə” mənasını verir) məşhur italyan şair Dante Aliqyeri‘ nin əsərləri əsasında yaranmışdır. Mahnının bəzi sətirlərinin ,məsələn “All hail to the thief, but I’m not” sətrinin sabiq ABŞ prezidenti Corc Buşun 2000-ci ildə yekdil səslə qazandığı qələbənin tərənnümü olduğu haqda bəzi şayiələr var. Lakin, qrup üzvləri bu fərziyyəni qəti şəkildə rədd edirlər. Bundan başqa, mahnı Britaniya chartlarında 15-ci yerə çatmışdır.
Qısacası, dinlənilməyə dəyən bir kompozisiyadır…
“In the name of the father”: Hakimiyyət mexanizmi – 2
“If you can’t say “Fuck”, you can’t say “Fuck the government.” Lenny Bruce (1)
Britaniyalı filosof Ceremi Bentam müasir utilitarianizm nəzəriyyəsinin yaradıcısı kimi tanınmışdır. Liberalizm və insan hüquqlarının inkişafında müstəsna əməyə malik olmuşdur. Onun dəstəklədiyi məqamlara fərdi və iqtisadi azadlıq, dövlət və kilsənin ayrılması, azad ifadə (və ya söz azadlığı), qadınlar üçün də bərabərhüquqluq, boşanma hüququ və eləcə də homoseksual davranışlara tolerant münasibət də var. Həmçinin o, ilk heyvan haqları müdafiəçisi kimi tanınır. Bəşəriyyətin məmnuniyyət (14 pleasures) və ağrı (12 pains) çərçivəsində ikili yaşam tərzinə düçar olduğunu demiş ateist Bentam, 84 yaşında vəfat etmişdir; özündən sonrakı siyasi nəzəriyyəçilərə və utopik sosialistlərə ilham mənbəyi olmuşdur…
Ceremi Bentamın “Panoptikon” adlı konsepsiyasında yaratdığı həbsxana sistemi artıq təkcə həbslərdə deyil, gündəlik həyatımızın hər dəqiqəsində görünə bilər (not physically). Dövlətin kütləni idarə etmək üçün zamanın tələblərinə uyğun olaraq dəyişən istifadə mexanizmidir panoptikon. Dost-tanışla etdiyimiz söhbətin haradasa dinlənilə biləcəyi və ya həyatımızın növbəti günlərinə necə təsir edəcəyi barədə düşünmədiyimiz anlar nadir tapıntılardır (2). Bu artıq mövcud panoptikon formasının texnologiya ilə uyğunlaşmasıdır ki, bu nöqtəyə də toxunacağıq, amma əvvəlcə 18ci əsrə qayıdırıq…
1785ci ildə Bentam, layihə şəklinə saldığı konsepsiyasını yeni bir inşa modeli kimi təqdim etmişdi. Məqsəd məhbusların izlənilməsini rahatlaşdırmaq idi. Filosof bu fikri, bir yerdə yaşayan çox sayda insan arasında baş verə biləcək münaqişələrin nizamlanması üçün qardaşı Samuelin ilk dəfə düşündüyü Parisdəki bir hərbi məktəbin planından almışdır. “Pan” – “bütün”, “opticon” – “müşahidə etmək” mənasına gələn bu model, bir neçə mərtəbəli və tək hücrələrdən ibarət böyük bir həbsxana binası olmalı idi. Binanın dairəvi formadakı konstruksiyası, mərkəzdə müşahidəçi üçün əla görünüş sahəsi yaradır ki, bu da məhbusların izlənildiyi hissindən yaxa qurtarmamasına hesablanmış uğurlu bir variantdır. Növbətçilərin hər bir hücrəyə, hansıki gizlənmə yeri yoxdur, işıq salaraq məhbusları daimi nəzarətdə saxlaması, qarşıdakıları rasional davranaraq (hər hansı yanlış hərəkət nəticədə cəza yaradırsa) məhkumluq müddətini mütləq şəkildə çəkməyə vadar edir. Bentam özü panoptikonu “bir üst ağlın, gücü əldə etməsinin yeni bir modeli” olaraq tanıtmışdır…
Bəs panoptikon adlı konsepsiyanın bu yazıda qeyd etməyimdəki məqsəd nədir? Filmlə yazı arasında bağlılıq axtaraq…
Əslində hər şey aydındır, sadəcə obrazlı ifadəyə ehtiyac var. Əvvəla bütün həbsxana yaşadığınız ölkə, məhkumlar əhali, nəzarətçilər isə dövlət aparatları – hakimiyyət mexanizmləridir. Rəhbərliyin, cəmiyyətin toplu halda idarəsini asanlaşdıracaq vasitələrə ehtiyacı var, ən azından potensial etiraz qığılcımlarını söndürmək üçün, xoşbəxtlik olan yerdə kim narazıçılıq edə bilər ki (3) ?! Nəticədə qarşılıqlı inam azlığı tərəflərdən birinin, təbii ki dövlətin, sakinləri müşahidəyə cəlb etməyə məcbur edir. Sözlər arasındakı fərqi mütləq şəkildə vurğulamalıyam: “müşahidə” ilkindir, hərəkətin davamı “nəzarət”dir. Nəticədə insanlar arasında soyuqqanlılıq və şüurlu şəkildə özünü göstərən fərdləşmə prosesi başlayır. Bu individuallaşma nə Bakunin və Ştirnerin anarxist fərdiyyətçiliyi, nə də Ayn Rand’ın liberal fərdi obrazıdır. Fikrimcə məsələyə daha uyğun olanı özünəqapanmaya yaxın olan variant: sosial ekzistensializmdir. Digər adı ilə yadlaşma. Öz növbəsində bu da əhali arasında “atomlaşma”ya səbəb olur. Artıq cəmiyyətdə mizantropiya (insan sevməmə) səviyyəsi get-gedə artır ki, bunun da fəsadları adi yol ilə gedərkən belə görünə bilir (4).
Yadınızdadırsa mexanizmin işləmə prinsipini “məhkum görünür, amma görmür” üzərində qurmuşduq. Hakimiyyətin siyasi texnoloji növü olan panoptikon mövcud ierarxik strukturların təşkilatı və nəzarətini həyata keçirmək üçün əvəzsizdir: hərb, məktəb, xəstəxana, zavodlar bu əsasda işləyir. İqtidar artıq metaforalarla göstərilə bilməz. Metafora metafiziki dünyaya aiddir, ancaq indi (iqtidar) maddiləşib (7). Və kütlə üzərindəki müşahidənin onlar üçün qorxuya çevrilməsi, kütlənin hər hansı sosial-siyasi hərəkatlara təşqivinin üstündən xətt çəkir. Artıq atacağın hər bir addım Paskalın şeytanı tərəfindən bilinir. Özünü qoru! Çünki “Böyük Qardaş” (2) səni izləyir…
İndi isə qısa olaraq panoptikonun uyğunlaşma xarakteristikası haqda: Super Panoptikon. Konsepsiyanın işlənib hazırlanması amerikalı professor Mark Poster’ə aiddir. Marka görə müasir dövrdə “iqtidarın gözü” (5) bu günün “kommunikasiya vasitələri”dir. Telefonların bu məsələdəki yerini bilməyən yoxdur. İnternet sferasının mövcud siyasi balansları necə dəyişdirə biləcəyinin (facebook inqilabları) də şahidi olmuşuq. Ancaq bu proses təktərəfli getmir. Təbii ki, dövlətin də sizin üstünüzdə gözü var. İnternetdə çap etdiyiniz hər hansı yazıdan 1 saat sonra özünüzü hansısa hücrədə tapmaq ehtimalınız böyükdür. Hər kəs Julian Assanj qədər (6) şanslı deyil ki…
Qeyd etdiyim rəqəmlərlə bağlı:
- Amerikan komediya ustası. Çıxışlarına görə təqib və həbsə məruz qalmış. 41 yaşında, yüksək doza narkotikdən vəfat etmişdir.
- Corc Oruellin “1984” adlı kitabını xatırlayın.
- Bentamın davamçılarından Con Stüart Mill’in “böyük xoşbəxtlik prinsipi” ilə bağlı vikipediya məqaləsindən məlumat ala bilərsiz.
- Təsir özünü əvvəlcə fərd, sonra ailə, sonra qruplar və nəhayət bütün cəmiyyət üstündə göstərir. Davranışların dəyişmə strukturunun səbəblərində başlıca yeri sosial həyat tutur.
- Həmin cümlənin hərtərəfli təsvirini görə biləcəyiniz, baş rolunda Şia Labof’un oynadığı Şahin gözü (“Eagle eye”) filminə baxın.
- Vikiliks sənədləri ucbatından adı “qara siyahı”da olan Assanj’ın Ekvador səfirliyindəki vəziyyətinə eyham vurulur.
- Mişel Fuko‘nun “iqtidarın görünməzliyi” ilə bağlı fikirlərinə müraciət edin.
- 123. 208 Cüt Göz
Son Yazılar
- aEsTHetICs
- Adieu tristesse!
- Futbol meydançasında qəhrəmanın ölümü
- Şəhər simfoniyaları
- Ozymandias
Книга Paris və Londonda qara qəpiksiz, автор Corc Oruell (KPB-2016000129)
Джордж Оруэлл (Эрик Блэр), оставивший свой пост колониального полицейского в Бирме (ныне Мьянма) и решивший стать писателем, ведет очень трудную и бедную жизнь в Париже и Лондоне. Хотя большинство литературных критиков воспринимают его как автобиографический, до сих пор ведутся споры о том, являются ли события романа 1933 года «Фунты лиха в Париже и Лондоне», повествующего об этих тяжелых временах, реальными или вымышленными. В этом двухчастном произведении рассказывается о днях, проведенных в Париже осужденными на бесплатную и тяжелую работу, и днях, проведенных в Лондоне – среди бедняков и во временных приютах. Эта работа Джорджа Оруэлла, наиболее известная благодаря «1984» и «Зоопарку», считается одним из лучших изображений бедности и страданий. В книге «Фунты лиха в Париже и Лондоне» вы увидите оруэлловское изображение бедности и страданий.
Рейтинг и отзывы о товаре
Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв
Описание
Джордж Оруэлл (Эрик Блэр), оставивший свой пост колониального полицейского в Бирме (ныне Мьянма) и решивший стать писателем, ведет очень трудную и бедную жизнь в Париже и Лондоне. Хотя большинство литературных критиков воспринимают его как автобиографический, до сих пор ведутся споры о том, являются ли события романа 1933 года «Фунты лиха в Париже и Лондоне», повествующего об этих тяжелых временах, реальными или вымышленными. В этом двухчастном произведении рассказывается о днях, проведенных в Париже осужденными на бесплатную и тяжелую работу, и днях, проведенных в Лондоне – среди бедняков и во временных приютах. Эта работа Джорджа Оруэлла, наиболее известная благодаря «1984» и «Зоопарку», считается одним из лучших изображений бедности и страданий. В книге «Фунты лиха в Париже и Лондоне» вы увидите оруэлловское изображение бедности и страданий.
Comments are closed, but trackbacks and pingbacks are open.