Press "Enter" to skip to content

Paulo Coelho Kimyagər PDF

Bu, Azərbaycan nağılıdır.

Koelyo və Azərbaycan nağılı

Bir kişi səhər durur ki, “gecə yuxu görmüşəm, gedirəm yuxumu axtarmağa”.

Yolda bir çoban ona deyir ki, “gəl, yuxunu sat mənə”.

Yuxuya bir sürü qoyun verən çoban həmin yuxunun dalınca özü gedir və sonda yuxunu tapır.

Bu, Azərbaycan nağılıdır.

Braziliya yazıçısı Paulo Koelyodan soruşmağa imkan olsaydı, soruşardıq ki, o özünün ən məşhur kitabını – 150 ölkədə 67 milyon tirajla çıxan “Kimyagər” romanını yazanda bizim bu nağılı bilirdimi?

Çünki ideya eynidir, fərq bircə sonluqdadır.

Paulo Koelyo

Kitabı danışmaq istəmirəm, ləzzəti qaçar, ancaq “Kimyagər”də yuxusunu Misirdə tapan ispan çobana bir yerli misirli deyir ki, “. yuxuya da inanarlar? Mən də yuxuda görmüşdüm ki, İspaniyada. ”

Həmin ispan o saat başa düşür ki, axtardığı hardadır.

Ancaq bunu başa düşmək üçün yuxunun dalınca İspaniyadan Misirə getmək lazım idi.

-Bu, Koelyonun fəlsəfəsidir.

Ürəyinə damdısa, dalınca get.

Yolda eşidib, təsadüfi saydığın sözləri sənə insanların dili ilə kainat deyir.

Yolda təsadüfi görünən hadisələr sənin üçün yol işarələridir. Onları yoluna kainat düzüb.

Ürəyinə qulaq as, addım at, bütün kainat sənə kömək edəcək.

Paulo Coelho “Kimyagər” PDF

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.

Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.

Rio-de-Janeyroda Böyük Yaradılışla ciddi surətdə məşğul olan iki-üç alim tapdım, lakin onlar mənimlə görüşməkdən imtina etdilər. Özünü kimyagər sayan, laboratoriyası olan çoxlu adamla tanış oldum, onlar ağlagəlməz məbləğə öz məharətlərinin sirrini mənə öyrətməyi təklif edirdilər; indi başa düşürəm ki, onlar öyrətməyə hazırlaşdıqları şeydən heç nə anlamırdılar.

Comments are closed, but trackbacks and pingbacks are open.