WordPressdə abzas qoymaq
Əgər siz bloqunuzun ləğv edilməsini istəyirsinizsə, Delete Blog bölməsinə keçib orada bloqunuzu silə bilərsiniz.
Səməni necə qoyulur?
Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür.
Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.
Səməni hər evə şadlıq, sevinc gətirir, çünki ona baxan qoca da, cavan da qeyri-ixtiyari xeyirxah olur, daxilən şadlanır.
Səməni necə qoyulur? Yəni ev şəraitində necə cücərdilir?
Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir.
Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna arpa, noxud, qarğıdalı və s. toxumdan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun.
Səmənini qoymaq istədiyiniz qabı seçib ona uyğun miqdarda buğda götürün.
Buğdanı əvvəlcədən arıtlayın. Xarab buğdaları sağlamlardan seçin ki, cücərməyən buğda az olsun, daha çox buğda cücərsin və səməniniz dolu görünüşlü olsun. Daha sonra başqa hər hansı bir qaba həmin buğdaları tökün və üzərini keçəcək qədər su əlavə edin. Buğdanı cücərməsi üçün günəşli bir yerdə, pəncərə kənarında yerləşdirin. Vaxtlı-vaxtında ona su əlavə edin ki, susuz qalmasınlar və cücərə bilsinlər.
Buğdaları otaq temperaturunda saxlayın. Bir neçə gündən sonra buğdaların azca şişdiyini və cücərməyə başladığını görəcəksiniz. Bundan sonra onların suyunu yaxşıca süzün və səmənini qoymaq istədiyiniz qaba tökün.
Buğdaları qabın içinə hər tərəfdə bərabər miqdarda sərin. Üzərini yaş tənzif və ya yaş pambıq parça ilə örtün və quruduqca üstdən sulayıb örtüyü yenidən isladın.
Cücərtilər bir az uzandıqdan sonra tənzifi götürün və səməninizi vaxtı-vaxtında sulayın.
Qurumasından asılı olaraq 1-2 gündən bir sulamaq lazım gələcək. Yaxşı olar ki, səmənini qoyduğunuz qabın altında deşiklər olsun. Misal üçün marketlərdə satılan bir istifadəlik plastik qabların altında dəliklər açaraq səməninizi həmin qablarda qoya bilərsiniz.
Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtlı-vaxtında fırladın. Çünki cücərtilər daim günəş gələn tərəfə meyl edəcəklər. Səmənini vaxtında çevirdikdə isə onun bütün tərəfləri eyni ölçüdə olur.
Bayrama qədər buğda 8-12 sm. qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayın, sonra səmənini masanın üstünə qoyun.
Bahar bayramınız – Novruzunuz mübarək, əziz Azərbaycan xalqı!
WordPressdə abzas qoymaq
Salam normal wordde abzası TABla qoya bilirik, amma wpda bu necə olir bilmirəm. Justify rejimində yazıram deyə boşluqlar qoymaq sərf eləmir. bir boşluq qoyur, abzas böyüklüyündə boşluq necə qoya bilərəm?
Sualı verdi: cancavid ( 08/01/2017 )
Kateqoriya: Sual . Abzas. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu dediyində bütün abzas 1 addım qabağa gəlir, mənə ancaq başlıq lazımdı axı
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
gul56 cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (5 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (5 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (13 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (24 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (27 gün əvvəl)
E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (38 gün əvvəl)
Bloq aç!
WordPress PHP ve MySQL-ilə qurulmuş bloq sistemdir. WordPress ən güvənli, pulsuz bloq sistem (platforma) kimi dünyada yayılmışdır. Güvənli olduğuna baxmayaraq zəif cəhətlərindən biri sürətinin aşağı olmasıdır. Amma buna baxmayaraq dünyaca məşhurlaşmış bir sistem sayılır. WordPress-də bloq yaratmaq onu idarə etmək üçün sizə məlumat vermək istərdim. Bloqun idarəsi çox sadədir.
WordPress blog yaratmaq ucun:
http://en.wordpress.com adresə baxmaq lazımdı. Burada gördüyünüz kimi START THE BLOG var. Buraya daxil olandan sonra qeydiyyat səhifəsini görürsünüz. Gördüyünüz forumda bloqunuzun adını, parol və emailinizi yazırsınız. WordPress sizin bloqunuzu email vasitəsilə aktiv edəcək. Bunun üçün email-ə gələn məktubu açırsınız və orada gördüyünüz linkə daxil olursuz. Bu zaman sizin bloqunuz aktivləşmiş olacaq. Bundan sonra qeydiyyat səhifəsinə qayıdıb adınızı, soyadınızı və özünüz haqda qısa məlumatları yazıb qeydiyyatı bitirirsiniz.
Qeydiyyat bitmişdir. Bloqa daxil olmaq üçün bloqunuzun adını yazıb bloqa daxil oluruq.
Login parol daxil olunub, səhifəmizi görürük.
Bloqu idarə etmək üçün idarə panelimizə daxil oluruq.
Bunun üçün aşağıdakı ünvana daxil olursunuz.
Daxil edib idarə panelinə daxil olursunuz.
Bloqumda necə yazı yaza bilərəm?
Gördüyünüz kimi burada new post var. Buradan siz səhifənizdə Post yarada bilərsiniz. Bloqa mətn əlavə edib, mətnin başlığını, tam mətnini və bu mətnə şəkil əlavə edə bilərsiniz. Bundan başqa buradan siz səhifədə mətn yerinə text, link və şəkil əlavə edə bilərsiniz. Postları dəyişmək və ya silmək istəyirsinizsə edit funksiyasının köməyilə bunu edə bilərsiniz. Bu səhifəyə daxil olarkən gürürsünüz ki, burada blogda olan postların qısa başlığı, müəllifi, hansı kateqoriyaya aid olması və yaradılması tarixi göstərilib. Siz istədiyiniz postu dəyişib, silə bilərsiniz. Posta istədiyiniz tarixi vermək də mümkündür. Bunun üçün panelin sağ tərəfində Preview Change bölməsində publish on funksiyasına edit etmək lazım gələcək.
Bloqumda necə kateqoriya yarada bilərəm?
Bloqunuza kateqoriya əlavə etmək də mümkündür. Bunun üçün Post menyusundan Categories funksiyasına daxil olub kateqoriya yaradırsınız. Kateqoriyanın adını yazıb Add Category edirsiniz.
Bloquma necə şəkil əlavə edə bilərəm?
Bunun üçün media funksiyasından istifadə edəcəksiniz. İstədiyiniz şəkli kompyuterinizdən seçib onu bloqa daxil edirsiniz. Şəkili upload etdikdən sonra şəkil haqqında qısa başlığı, təsvirini və şəkilaltı imzanızı yazıb əməliyyatı tamamlayırsınız.
Bloqdakı yazılarımda başqa saytlara və ya bloqlara keçid vermək üçün nə etməliyəm?
Burada Link funksiyasından istifadə edəcəksiniz. Bloqunuza yerləşdiriləcək saytın və ya bloqun adını, adresini, təsvirini, və hansı kateqoriyaya aid olduğunu daxil edirsiniz. Bundan başqa istəsəniz ki, daxil etdiyiniz link başqa səhifədə açılsın bunun üçün Target bölməsindən _blank aktiv edirsiniz. Bu zaman linki tıklayanda link başqa səhifədə açılacaq.
Bloqda səhifələr düzəltmək üçün nə etməliyəm?
Bu bloqun ən önəmli funksiyalarindan biridir. Səhifə yaratmaq üçün Page funksiyasından istifadə etmək lazımdır. Buradan add new seçib yeni səhifə yaratmaq mümkündür. Yeni səhifənin adını daxil edirsiz ve səhifənin tam mətnini daxil edib save düyməsini sıxırsınız. Bu zaman dəyişikliklər yadda saxlanılır. Bunları səhifədə görmək üçün isə publish düyməsini sıxırsınız.
Bloqdakı şərhləri necə redaktə edim?
Bloqunuzda yazılarınıza verilən şərhlərə baxmaq üçün Comment funkiyasından istifadə edirsiniz. Buradan bloqdaki yazılara verilən şərhləri görə bilərsiniz. Bundan başqa yazılarınıza verilən şərhləri bloqunuzda görmək istəmədikdə onları silə bilərsiniz və ya şərhləri dəyişib səhifənizdə göstərə bilərsiniz.
Bloqumda necə sorğu göstərə bilərəm?
Blogunuzda sorğu göstərmək istəyirsinizsə poll funkiyasından istifadə edirsiniz. Buradan add new seçib sorğu yaradırsınız. Sorğunun sualını daxil edib ,sonra cavablarınızı istədiyiniz sayda daxil edə bilərsiniz. Bundan başqa sorğunuzun görünüşünü(dizayn) dəyişdirə bilərsiniz.
Bloqumun görünüşünü (dizayn) dəyişmək üçün nə etməliyəm?
Bloqunuzun görünüşünü dəyişmək istəyirsinizsə, Appearance menyusundan Theme funksiyasını seçirsiniz. Themaya daxil olduqda burada temaları və onlar haqqında qısaca məlumatlar göstərilir. Hər hansı birini seçib böyük ölçüdə baxa və onu səhifəniz üçün aktiv edə bilərsiniz.
Bloqumda özüm haqqımda məlumatı necə dəyişə bilərəm?
Settings-in alt funksiyalarından general funksiyasını görürsünüz. Bura baxdıqda görürürük ki, bloq haqqında əsas məlumatlarımız buradadır. Bloqunuzun adı, şəkiliniz, bloqun idarə panelinin dili və s. Buradan istədiyiniz dəyişiklik apara bilərsiniz. Yazdığınız postun formatını dəyişmək, yazının uzunluğu, bir səhifədə neçə postun görünməsini settings-dən idarə edə bilərsiniz. Yüklədiyiniz şəkillərin bloqa çıxmasından öncə onun ölçülərini buradan tənzimləmək mümkündür.
Əgər siz bloqunuzun ləğv edilməsini istəyirsinizsə, Delete Blog bölməsinə keçib orada bloqunuzu silə bilərsiniz.
Mənbə : Medialaw.az
Bunu da Oxu : WordPress nədir?
Comments are closed, but trackbacks and pingbacks are open.