PayPal ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? ARAŞDIRMA
Linking your Google account allows you to activate One Touch quickly and easily when you check out. You can always opt out later in Settings at PayPal.com.
Why connect my Google account?
Linking your Google account allows you to activate One Touch quickly and easily when you check out. You can always opt out later in Settings at PayPal.com.
Whenever you check out on a new device and browser when logged in with your Google account, you can automatically log in at checkout without typing your password.
Stay logged in for faster checkout
Skip typing your password by staying logged in on this device. For security, we’ll occasionally ask you to log in, including every time you update your personal or financial info. We don’t recommend using One Touch TM on shared devices. Turn this off at any time in your PayPal settings.
Log in to your PayPal account
Already set up to use your mobile number to log in? Type it below. Otherwise, click the link to log in with email.
Forgot your email address? Go to the PayPal website to recover it.
PayPal One Touch™ only works for checkout. Please login with your email.
Please login with your email and password.
Something went wrong on our end. Please login with your email and password.
- Approve login using mobile device
- Having trouble logging in?
“PayPal” ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? – ARAŞDIRMA
“PayPal” ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? – ARAŞDIRMA İnternet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri də ”PayPal” ödəniş sistemidir. Paypal ilə dünyanın bir çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir. Hazırda dünyada bir çox ölkələrində xeyli sayda biznesmen bu ödəmə sistemindən istifadə edir. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Belə ki, “PayPal” vasitəsilə onlayn ticarətdə (eBay kimi elektron ticarət platforması) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya “PayPal”-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər. Bunun üçün “PayPal” platformasında qeydiyyatdan keçmək lazımdır.
25 Noyabr , 2019 11:57
https://static.report.az/photo/c4b8ae6a-6b5e-4811-8cc3-de29f79dfbb8.jpg
İnternet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri də ”PayPal” ödəniş sistemidir. Paypal ilə dünyanın bir çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir. Hazırda dünyada bir çox ölkələrində xeyli sayda biznesmen bu ödəmə sistemindən istifadə edir. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Belə ki, “PayPal” vasitəsilə onlayn ticarətdə (eBay kimi elektron ticarət platforması) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya “PayPal”-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər. Bunun üçün “PayPal” platformasında qeydiyyatdan keçmək lazımdır. Azərbaycanda isə bu ödəniş sistemi bir o qədər geniş yayılmayıb. Ölkəmizdə bir çox ödəniş sistemlərindən istifadə edilsə də “PayPal” hələ əhali arasında kifayət qədər məşhur deyil. “Report” Azərbaycanda “PayPal”dan istifadənin dünya ölkələri ilə müqayisədə geniş yayılmamasının səbəblərini, “PayPal”la bağlı bizdə hansısa məhdudiyyətlərin olub-olmadığını, “PayPal”ın təqdim etdiyi bir sıra üstünlükləri və bunların hansından Azərbaycanda istifadə olunduğunu araşdırıb. Bunun üçün ilk növbədə ölkədə fəaliyyət göstərən bir neçə bankla əlaqə saxlamışıq. “Report”un suallarına cavab olaraq “Unibank”dan bildirilib ki, istifadəçi öz kartında olan balansı “PayPal” hesabına köçürə bilər: “Bəzən bir sıra ölkələrin kartları xarici alış-veriş saytlarında keçərli olmur. Həmin saytlar bu ölkələrə aid bank kartlarından ödəmə qəbul etmir. Elə ölkələr var ki, onların kartı hər yerdə tanınmır. Amma sizin “PayPal” hesabınız varsa rahat şəkildə istənilən xarici saytlardan alış-veriş edə bilərsiniz. Digər tərəfdən, “PayPal” vasitəsilə pul köçürmək də xeyli rahatdır. Yalnız e-mail ünvanı vasitəsilə qarşı tərəfə pul köçürmək mümkündür. Həm də “PayPal”ın müştəri xidmətləri çox yaxşı işləyir. Nə zaman hansısa istifadəçi bir problemlə əlaqəli müraciət etsə, operativ şəkildə cavablandırırlar”. Digər bir neçə bankdan isə topladığımız məlumata görə, Azərbaycanda heç bir bankda “PayPal” hesabda olan pulları nağdlaşdırmaq mümkün deyil, hansı ki, qonşu Gürcüstanda bu əməliyyatları həyata keçirmək olur. Eyni zamanda, xaricdən Azərbaycana “Paypal” hesabına pul göndərmək mümkünsüzdür. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanunun qəbul edilməməsi “PayPal”dan da geniş istifadə edilməsini ləngidir:
“Azərbaycanda “Paypal” sistemi tam funksional işləmir”.
Osman Gündüz Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru
“PayPal” dünyaca məşhur, qlobal, ən çevik, ən effektiv, ən təhlükəsiz və dünyanın bir çox ölkələrində tam funksional şəkildə işləyən ödəniş sistemidir. İnsanlar onun vasitəsilə həm ödəniş edə, həm də pul qəbul edə bilirlər. İstifadəçi öz bank kartını “PayPal”da qeydiyyatdan keçirdikdən sonra onun hesabına gələn pul kartına yüklənir. Azərbaycanda isə bu sistem vasitəsilə yalnız ödəniş etmək mümkün olsa da, pul qəbul etmək mümkün deyil. Siz Azərbaycanda “PayPal”dan istifadə edərək pul qazana bilməzsiniz. Ona görə də bir sıra azərbaycanlı biznesmenlər “PayPal”dan istifadə etmək üçün özlərinə Türkiyə və ya Gürcüstan banklarında hesablar açır və oradan “PayPal”a inteqrasiya olurlar. Yəni Azərbaycanda “PayPal” sistemi tam funksional işləmir. Azərbaycanda 3 ildir ödəniş sistemləri ilə bağlı qanun layihəsi müzakirə olunsa da, hələ ki, bu qanun qəbul edilməyib. Ona görə də ödəniş sistemləri ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Xatırlayıram ki, 5-6 il bundan öncə “PayPal” nümayəndələri Azərbaycanda onlar üçün müəyyən bir şəraitin olmamasından gileylənirdilər. Bununla bağlı Azərbaycanda ödəniş sistemlərinə aid qanunvericilik əsasları hazırlanmalı idi. Lakin hələ də bu qanun qəbul edilməyib. Səhv etmirəmsə layihənin hazırlanması Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Palata bu layihəni hazırlayıb. Qanunvericiliyə görə həmin qanun layihəsinə Maliyyə Nazirliyi , Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi rəy verməlidir. Bildiyimə görə İqtisadiyyat və Ədliyyə Nazirlikləri öz rəyini verib. Lakin düşünürəm ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən bu ilin sonuna qədər sözügedən məsələnin həlli yekunlaşmalıdır”. Maliyyə Bazarlarına Nəzarət Palatasından isə verilən məlumata görə, “PayPal”ın bəzi xidmətlərinin Azərbaycan üçün keçərli olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır: “Qeyd edilməlidir ki, “PayPal” sistemində açılmış hesablar üzərindən ödənişlərin aparılması və bu hesablara vəsaitlərin mədaxil edilməsi imkanı təşkilat tərəfindən istifadəçilərə təqdim edilir. Təşkilatın fəaliyyət istiqamətindən asılı olaraq bu ölkədən ölkəyə fərqlənir. Ölkəmizdə bu imkanın olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır. Qeyd edilməlidir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq ölkədə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, rəqabət mühitinin daha da inkişaf etdirilməsi, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bu sahədə Palata tərəfindən Dünya Bankından cəlb edilmiş texniki ekspertiza əsasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. Qanun layihəsi bank olmayan ödəniş xidməti təchizatçılarının, o cümlədən ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının fəaliyyətinin hüquqi əsaslarını, elektron pulun emissiyası və istifadəsi üzrə hüquqi bazanı müəyyən edəcək. Qanun layihəsinin qəbul olunması xarici bank olmayan ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün hüquqi bazanı da formalaşdırmış olacaq”.
Comments are closed, but trackbacks and pingbacks are open.