Paytaxt fahişəsi: Axıra qədər bu işlə məşğul olmayacağam ki… – Müsahibə
– Ev yıxanam? Barışdılar indi bir yerdə yaşayırlar.
Paytaxt Bakıda bu şəxslər həbs edilə bilər
Bizim.Media xəbər verir ki, ictimai məkanlarda aşkarlanan koronaviruslu xəstələr həbs edilə bilər.
“İşgüzar səhər” verilişinə açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, evdə müalicə alan şəxslərin qaydalara riayət etməsi üçün ciddi nəzarət tədbirləri görülür:
“Hüquq qaydalarının təmin olunması məqsədi ilə laborator analizləri pozitiv çıxan aktiv koronavirus xəstələrinin ünvanları barədə məlumatlar müvafiq səhiyyə qurumları tərəfindən polisin üzərində olan elektron cihazlara yerləşdirilir.
Xidmətə cəlb olunan post-patrul, eləcə də sahə müvəkkilləri və rəisləri bununla nəzarətində olan ərazidə kimin koronavirus xəstəsi olmasından xəbərdar olur. Həmin ərazidə xidmətə cəlb olunan naryad qruplarımız tərəfindən onların yaşadığı ünvana vaxtaşırı baxış keçirir.
Xəstə yerində olmazsa, müvafiq prosedur qaydaları gözlənilməklə onların ünvana qaytarılması təmin olunur.
İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələr artıq təqsirli şəxsə çevrilir və barəsində istintaq hərəkətləri aparılır. Bu proses çərçivəsində vətəndaşın bir və ya bir neçə şəxsi virusa yoluxdurması aşkarlanarsa, həmin şəxs barəsində daha ağır cəza tədbirləri görülə bilər, yəni həbs təhlükəsi yaranar”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Paytaxt fahişəsi: Axıra qədər bu işlə məşğul olmayacağam ki… – Müsahibə
“Televiziyada işləyənlər, reklamlara çəkilənlər baha qiymətə çıxırlar”.
Oxu.Az bir fahişənin qadınlar.biz-ə müsahibəsini təqdim edir:
– Neçə yaşın var?
– Lalə, birinci dəfə nə vaxt fahişəliyə başladın?
– Gəlin belə edək, mənə fahişə deməyin. Siz jurnalistlər hər yerdən xəbər tapıb qəzetdə yazırsız. Onda belə çıxır ki, siz də “xəbərçisiz”?
– Yaxşı, ilk dəfə nə vaxt bu yola düşdün?
– Ərimdən boşanandan sonra…
– Niyə boşandın?
– Çıxıb getdi Rusiyaya, qayınanam da mənlə yola getmədi. Dolanmaq üçün gəldim Bakıya…
– Bakıda bu “dünya”da vəziyyət necədi?
– Qabaqlar çox pis günlər keçirdim. Bazarların yanındakı gecə barlarında olurdum. İki dəfə xəstəlik tapdım. Sonra bir nəfərlə tanış oldum. İki ay məni saxladı. Ondan sonra hər şey dəyişdi.
– Necə yəni dəyişdi?
– Yeni “kruq” yarandı… Məni saxlayan axır vaxtlar deyəsən, məndən bezmişdi. Həftədə bir iki dostu ilə məni tanış edirdi. Onların da imkanları yaxşı idi.
– Bir sözlə, bazar alverçilərindən varlı adamların əhatəsinə düşdün?
– Maddi baxımdan fərq necədi?
– Bazarda 15-30 manat idi, amma indi eləsi var ki, 300-500 dollar da verir.
– İndiki həyatından narazı deyilsən?
– İndi daha qorxuludu.
– Niyə?
– Bilirsən, həm xərc çox çıxır, həm çətinliklər olur…
– Məsələn.
– Məsələn, işimə uyğun olaraq ingilis dilini öyrənirəm… Qabaqlar 2-3 manatlıq bəzək əşyalarından istifadə edirdimsə, indi gündə bəlkə də saç düzəltməklə bir yerdə xərcim 50-100 dollara çatır. Yəni, baxır, “kliyentə”.
– Müştərilərin arasında tanınmışlar var?
– Onlarla rahatdı, ya?
– Onlar pul baxımından sərf edir. Amma bir şey deyim; son vaxtlar imkanlı, vəzifəli adamların çox hissəsi intimual baxımdan zəifləyiblər. Bəlkə də narkotikdən-markotikdən istifadə etdiklərinə görə belə olur. Eləsi olur ki, bir sutka adamı yanında saxladır, başımıza yüz hoqqa gətirir, amma heç bir şey edə bilmir. Biri varıydı, zavod direktoru, yaşlı kişi idi, hər dəfə mənimlə görüşəndə ən azı 500 verirdi. Eləcə məni öpüb, danışdırıb çıxıb gedirdi. Amma 10-15 manat verənlər nəfəsimizi kəsirdilər.
– Bəs döyülmə halları da olur?
– Eh… hər dəfə evdən çıxanda Allaha dua edirəm ki, bıçaqlanmayım. Bir “kliyentim” var, onda alınmayanda məni döyür.
– Onda niyə onunla görüşürsən?
– Həm çox pul verir, həm də qorxuram “otkaz” eləyəndən sonra məni tutdura…
– Niyə onların heç olmasa, birinin adını çəkmirsən?
– Bəs bu yolun yolçusu olan qadın jurnalistlər var?
– Var nədi, doludu. Televiziyada işləyənləri, reklamlara çəkilənləri isə baha qiymətə çıxırlar. Birini tanıyırdım. Gəzmədiyi adam qalmadı. O qədər “abort” etdirmişdi ki, uşağı da olmurdu. O günü eşitdim ki, özündən on-on beş yaş cavan bir oğlana ərə gedib. Onlar bizim kimi hər zəngə çıxmırlar. Əllərində bir-iki restoran müdiri, zavod direktoru, nə bilim imkanlı adam olur, pullarını da onlardan çıxarırlar.
– Bəs, xaricilərlə münasibətin necədi?
– Dili təzə öyrənirəm. Ona görə bir-ikisini tanıyıram. Əşi, onlar da bir kişi deyil. Elə öpməklə məşğul olurlar.
– Lalə, maraqlıdı, bu boyda həyatdan sonra kimisə yenə sevə bilərsən?
– Elə indi də sevirəm. Ailəli, mərifətli bir oğlandı. O, mənə zəng vuranda nə işim olur-olsun atıb gedirəm. Bir dəfə də olsa pul almamışam. Onu görməyəndə artıq darıxıram. O da nə qədər istəyir pul versin götürmürəm. Bir ara ailəsində problem olmuşdu. Dedi, gəl evlənək. Razılıq vermədim.
– Niyə?
– Ev yıxanam? Barışdılar indi bir yerdə yaşayırlar.
– Onu sevdiyini bilir?
– Nə bilim… Yəqin bilər…
– Nə yaxşı uşağın yoxdu?
– Hələ tezdi. Ev almışam… bəzi işləri də görüm, sonra baxarıq.
– Bəs, evdəkilər sənin kim olduğunu bilir?
– Yəqin ki, bilirlər. Amma demişəm ki, firmada işləyirəm. Bir də ki, pulun varsa, bakirə qız kimi də qəbul edərlər səni…
– Lalə, bəs bu işdən nə vaxtsa ayrılmaq istəyirsən?
– Əlbəttə ki, istəyirəm… İngilis dilini öyrənirəm, kompüteri artıq bilirəm. Hər şey qaydasına düşəndən sonra, banklardan birində işləmək istəyirəm. Belə yaşamaqdan bezirəm.
– Heç kitab oxuyursan?
– Axır vaxtlar “kliyentlərimiz” şeiri sevirlər. Ona görə, şeir kitablarını arada bir oxuyuram.
– Kimləri?
– Axırıncı dəfə biri üzümə tüpürdü ki, niyə “Gedək bir Qazaxa salam verək” şeirini bilmirsən… Buna görə, kimdən gəldi, bir-ikisini öyrənirəm.
– Müsahibənin əvvəlində dedin ki, mənə fahişə demə. Bəs sənə nə deyək?
– Gəzəyən, fahişə, q…. adlarından xoşum gəlmir. Özü də axıra qədər bu işlə məşğul olmayacağam ki…
Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215 şagird elektron qeydiyyatdan keçib
Sentyabrın 10-na (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215, məktəbəhazırlıq qruplarına isə 23048 şagird elektron qeydiyyatdan keçib.
Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
BŞTİ-nin İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.
Həmçinin, elektron sistemin “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.
Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.