Səmradan səs-küy yaradan F1 şousu
İfaçının saç və makiyajı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.
Hacı Surxay böyük səs-küy yaradan sözü haqda: “Onların ruhuna dualar oxunur, siz isə toy edirsiniz”
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bu günlərdə toy mərasimlərinin keçirilməsinə qarşı çıxıb:
“Məhərrəm ayında qeyrət nümayiş etdirib mənə irad tutanlar, sözüm sizədir:
Bu aylar şəhidlərimizin ildönümü ərəfəsidir, anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur, siz isə toy edirsiniz. Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!”
Hacı Surxayın sözlərinə görə, Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədi bu günlər üçün idi.
“Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında imamımıza yas tutduğumuz kimi, bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram göstəririk”.
Səmradan səs-küy yaradan F1 şousu!
OLAY yazır ki, gənc ulduz bunun üçün səs-küyə səbəb olacaq xareoqrafiya hazırlayıb və ukraynalı rəqqaslarla performans sərgiləyib.
LED ekranlarda hər bir çıxışa uyğun vizual şou göstərilib.
Bundan başqa, Səmra 3 yeni mahnısını da səhnədə ifa edib. Nəğmələrdən ikisi ingilis dilində təqdim olunub.
Rəhimli səhnədə sosial mesajlar da verib. O, gender bərabərliyinə diqqət çəkmək məqsədilə “Bərabərik” mahnısını səsləndirib, insanların eyni hüquqa malik olduğunu vurğulayıb.
1 saat canlı performans sərgiləyən Səmra çıxışı boyunca rəqsləri ilə diqqət çəkib.
12 mahnı ifa edən Səmra səhnədə iki libas dəyişib. Sənətçi paltarlarında qara və qırmızı rənglərə üstünlük verib. Onun seçimində prodüser anası İlahə Bax yaxından iştirak edib.
İfaçının saç və makiyajı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.
Səmra obrazı, rəqsi, ifaları ilə səhnədə amerikan ulduzlarını xatırladıb.
Gecədən görüntüləri təqdim edirik:
Comments are closed, but trackbacks and pingbacks are open.