Pedaqogika mühazirlr
Вu аdlаrın уаrаnmаsı təbii qəbul edilir. Belə ki, uşaq öz həyatının bir mərhələsindən digərinə-kiçik məktəb yaşından, uşaqlıqdan-yaşlılığa, orta məktəb yaşına keçir, digər tərəfdən, yeniyetmənin fiziki və psixoloji cəhətdən sürətlə inkişaf etməsi həm müəllimlər, həm də vаlidеуnlər üzərinа daha böyük məsuliyyət qoyur
Pedaqogika mühazirlr
Mövzu № 2. Pedaqogika elminin obyekti,predmeti və əsas kateqoriyaları. (Müəllim-Ə.Nazim) .
Plan: 1.Pedaqogikanın əsas funksiyaları hansılardır. . 2.”Pedaqogikanın obyekti” və ” Pedaqogikanın predmeti” . anlayışları. . 3.Pedaqogikanın əsas kateqoriyaları . Pedaqogika nəzəri və tətbiqi elmdir Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun təlim və tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesifik sahəsinə aiddir. Bəşəriyyətin tərəqqisi dünyaya gələn yeni nəslin özündən əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnməsi, onu daha da zənginləşdirilmiş halda yeni nəslə ötürülməsi sayəsində mümkün olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və inkişafına zəmin yaratmışdır. İstehsalın daha da inkişafı və mürəkkəbləşməsi sayəsində elmi biliklərin həcmi artmış, böyüməkdə olan nəslin həyata hazırlanması daha da mühüm əhəmiyyət kəsb etmiş, təhsil-tərbiyə işinin xüsusi təşkil olunmuş şəraitdə həyata keçirilməsi zərurəti yaranmışdır. Təhsil cəmiyyətin obyektiv tələbatına çevrilmiş və onun inkişafının mühüm şərti olmuşdur. Nəticədə, təlim və tərbiyə işi xüsusi ictimai funksiya kimi ayrılmış, yəni xüsusi təlim, tərbiyə və tədris müəssisələri və uşaqları oxudan, öyrədən, tərbiyə edən peşə sahibləri – pedaqoqlar meydana gəlmişdir. Təlim və tərbiyə nəzəriyyəsinin intensiv inkişafına baxmayaraq, XVII əsrə qədər pedaqogika bir sıra digər elmlər kimi fəlsəfənin tərkib hissəsi olmuşdur. Bir çox alimlər pedaqogikanı onun özündən kənarda və özündən asılı olmayaraq işlənib hazırlanan normativ biliklər sistemi hesab etmişlər. Ona görə də həm müstəqil bir elm sahəsi, həm də tədris fənni kimi pedaqogikanın bir elm kimi formalaşması uzun sürən və mürəkkəb proses olmuşdur. Hələ vaxtı ilə İ.Kant (1724- 1804), G.V.Hegel (1770-1831), İ.F.Herbart (1776-1841) fəlsəfə kursundan mühazirələr oxuyan zaman pedaqogika onun bir hissəsi kimi qalmaqda idi. Bununla belə, alman alimləri H.Myunşterberq (1863-1915), E.Meyman (1862-1915), Amerika psixoloqu U.Ceyms (1842-1910), rus pedaqoqu K.D.Uşinski (1824-1870) pedaqogikanın mümkün qədər müstəqil bir elm olmasını istəyirdilər. XX əsrin 20-30-cu illərində nəzəriyyəçi pedaqoqlar göstərdilər ki, pedaqogikanın statusu haqqındakı təsəvvürlər yanlışdır. Onlar belə hesab edirdilər ki, pedaqogika digər elmlərin məlumatlarını assimilyasiya etməklə yanaşı, nisbi müstəqil elm sahəsidir. Buna baxmayaraq, elmi biliklər sisteminin modeli qurularkən ənənəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elmləri orada əsas yer tutur. Nəzəri problemlərin intensiv həlli metodikalarının formalaşması, metodoloji məsələlər üzrə tədqiqatların nəticələri pedaqogikanın müstəqil bir elm kimi öz hüquqlarını bərpa etməsinə imkan verdi. Artıq XX əsrin 30-40-cı illərində pedaqogikanın həm nəzəri və həm də tətbiqi bir elm olması təsdiq olundu. Məlum olduğu kimi, vahid olan elmin hər bir sahəsi başqa sahələrindən üç mühüm əlamətinə görə fərqlənir: a) hər bir sahənin özünün xüsusi tədqiqat obyekti və buna uyğun predmeti vardır; b) hər bir sahə özünün obyektini öyrənmək üçün tədqiqat metodlarından istifadə edir; ç) hər bir sahənin tədqiqat obyektinə uyğun olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa elmlərdən fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat obyektinə malik olmasıdır. Bu obyekt bəşəriyyətin əldə etmiş olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə xarakterizə olunur. Təcrübənin verilməsinin qanunauyğunluqlarını, prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir elm özü üçün spesifik obyekt hesab edə bilməz. Həmin obyektdə (yəni təcrübənin verilməsi prosesində) fəaliyyət göstərən qanunauyğunluqlar, prinsiplər, metodlar və s. məhz pedaqogikanın anlayışlar sistemini təşkil edir. Pedaqogika öz obyektini öyrənmək üçün pedaqoji müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi tədqiqat metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özünü pedaqogikada olduğu şəkildə büruzə vermir . Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər elmlərdən bəzi ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün nəzəri tədqiqatlarına əsaslanır. Nəzəri pedaqogika pedaqoji elmlər sisteminə daxil olan bütün elm sahələri üçün baza elmidir. Onların hamısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika təşkil edir. Pedaqogika elminin sürətlə diferensiasıyası nəticəsində o, artıq adi pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona bu statusun verilməsi həm şaxələnmə hadisələrinin baş verməsi, həm də baza elmi statusunu saxlaması ilə əlaqədardır. Hər bir elm kimi pedaqogika da öz müstəqilliyini saxlamaqla bir sıra başqa elmlərlə sıx əlaqədardır. Bu əlaqə ilk növbədə insanı başqa istiqamətlərdə öyrənən elmlərlə bağlıdır. Pedaqogika hər şeydən əvvəl ümumi psixologiya, uşaq psixologiyası, pedaqoji psixologiya və sosial psixologiya ilə əlaqədardır. Bioloji elmlər, fiziologiya, gigiyena ilə pedaqogikanın əlaqəsi qaçılmazdır. Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun predmeti ilə şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji olmaqla iki yerə bölünür. Unutmayaq ki, pedaqogika özünün nəzəri və texnoloji funksiyalarını vəhdətdə həyata keçirir. Nəzəri funksiyalar üç səviyyədə təzahür edir: 1. Təsviredici və izahedici səviyyə (bu, qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir); 2. Diaqnostik səviyyə (bu, pedaqoji hadisələrin vəziyyətini, pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur); 3. Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur). Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata keçirilir: 1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması və s. daxildir); 2. Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilə tətbiq olunur); 3. Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) . Bir elm sahəsi kimi pedaqogika elmi özündə üç hissəni birləşdirir: O nəyi öyrənmişdir? O nəyi öyrənməlidir? O nəyi öyrətməlidir? Bu üç hissə arasında tarixilik, inkişaf və təkmilləşmə prosesi vardır. Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi olaraq fərqləndirilən bölmələr bunlardır: pedaqogikanın ümumi əsasları, didaktika, tərbiyəşünaslıq və məktəbşünaslıq. Bu bölmələrin hər biri nisbi müstəqil nəzəriyyə kimi (elmi idrakın forması olmaqla) pedaqogikanın strukturunda yer tutmuşdur. Pedaqogika elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. . Pedaqogika nəyi öyrənir: Pedaqogika elminin obyekti və predmeti. Pedaqoji tədqiqatlarda ən mürəkkəb məsələlərdən biri tədqiqatın obyekti və predmeti problemidir. Uzun illər obyektlə predmeti ayırmağa, onlar arasındakı sərhədləri müəyyənləşdirməyə cəhdlər göstərilmişdir. Bu günədək “Pedaqogika elminin tədqiqat obyekti və predmeti nədir?” – sualına birmənalı cavab verilməmişdir. “Obyekt” və “predmet” anlayışları bir-biri ilə sıx bağlı və bunların arasında oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək olmaz. Bunların başlıca fərqi ondan ibarətdir ki, əvvəla “obyekt” anlayışı “predmet” anlayışından genişdir; məsələn, fizikanın da, kimyanın da obyekti təbiətdir, lakin həmin elmlər təbiəti müxtəlif aspektdə öyrənir – biri maddələri və onların çevrilmələrini, digəri isə fiziki hadisələri tədqiq edir. İkincisi obyekt orijinalla, predmet isə həmin orijinalın modeli ilə, hissəsi ilə əlaqədardır. Eyni orijinalın müxtəlif modeli ola bilər, lakin bu modellər əsla bir-birini təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, həm də evin fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində çıxış edir. Çertyoj və fotoqrafiya müxtəlif elmlərin mövzularına daxil olan modellərdir: çertyoj həndəsə, fotoqrafiya isə fizika elmi ilə əlaqədardır. Pedaqogika da, psixologiya da insan haqqında elmdir, lakin psixoloqun əldə etdiyi modellə pedaqoqun əldə etdiyi model bir-birini əsla təkrar etmir. Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsi, yəni orijinalın pedaqoji modeli və ya hissəsidir. Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Pedaqoji gerçəklik dedikdə insanın həyata hazırlanmasını, onun hərtərəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, həyata hazırlayanla həyata hazırlanan arasındakı qarşılıqlı əlaqəni nəzərdə tuturuq. Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin pedaqoji modelindən ibarətdir. Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları eyniləşdirmə halları da müşahidə olunur. Əslində isə bunları eyni mənada işlətmək doğru deyildir. Harada ki, təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə təcrübənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlimtərbiyə müəssisələrində özünü göstərən pedaqoji gerçəkliyi əhatə edir. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırlamaqdan ibarətdir. Bu mənada pedaqogikanı insanın həyata hazırlanması haqqında elm adlandırmaq olar. “Təcrübə” anlayışına aşağıdakılar daxildir: biliklər sistemi; münasibətlər sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təcrübəsi. Biliklərin yeni nəsillərə verilməsi sayəsində təbiət, cəmiyyət və təfəkkürün ümumi sirləri öyrədilir; münasibətlərin öyrədilməsi geniş mənada davranış qaydaları sistemini, davranış normalarını mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri maddi və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; yaradıcılıq təcrübəsi isə mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır. Pedaqoji prosesdə əlaqənin ikitərəfli olması mühüm şərtdir ki, bunu belə formulə edə bilərik: təcrübəni verən, istiqamətləndirən əlaqə yaradan vasitələr sistemi təcrübəni qəbul edən, araşdıran, tədqiq edən. Nəhayət, söylənilənlərə yekun vuraq: pedaqoji tədqiqatın yönəldiyi sistem təlim, tərbiyə, təhsil və inkişafı vahidin tərəfləri kimi özündə birləşdirir. Pedaqogika bu təbiətə malik prosesin – sistemin variantlarını öyrənir, onun mahiyyətinə adekvat nəzəriyyələrin və texnologiyaların işlənilməsinə yönəlir. . .Pedaqogikanın anlayışlar sistemi. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, inkişaf edərək zənginləşmişdir. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmlərdən biri olduğu üçün özünün anlayış sisteminin təkmilləşməsinə həmişə ehtiyac duymuşdur. Bu sistemə çoxsaylı anlayışlar, terminlər daxildir. Pedaqogika onların köməyi ilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Son dövrlərdə pedaqogikanın əsas anlayışları xeyli artmışdır. Şərti olaraq təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas analayışları hesab oluna bilər.. Təlim – öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkan yaradır . Tərbiyə anlayışı. Tərbiyə – davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir. Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilməsidir. Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi mövcuddur. Tərbiyə – təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir. . Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından olan təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını verən” həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda yazılmışdır: “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inkişafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli” adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz. Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması; özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə etmək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədəniyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeniləşdirilməsi; insanın bütün həyatı boyu fasiləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə istifadə olunması; təhsilalanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin edilməsi; peşə mobilliyi və s. . . İnkişaf – insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir. . . Pedaqoji proses. Pedaqoji proses deyərkən təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. İctimai-iqtisadi formasiyanın, yəni istehsal üsulunun və istehsal münasibətlərinin dəyişməsi ilə pedaqoji prosesin təşkili formalarının, metodlarının dəyişməsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Pedaqoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksiyalarından biri olmuşdur. Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağlıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prosesin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, birmənalılığı onun əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir. İnsanlara formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tətbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli və düzgün münasibət yaratmalıdır.
.Ədəbiyyat: 1. Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prinsipləri. . Bakı: Maarif, 1993. . 2.İbrahimov F.N. Hüseynzadə R.L. “Pedaqogika” dərslik. . . Bakı . 2012.шаблоны для dle 11.2
Bizim İstedadlar
. Qan Yaddaşımız.
Video
Faydalı Keçidlər
Copyright 2o17. Bütün hüquqları qorunur!
Sayt Tural Rasuloff tərəfindən hazırlanmışdır
Pedaqogika
Ad: Nİlufər soyad: Əlİzadə FAKÜLTƏ: TArİX İxtİSAS: Tarix müəllİMLİYİ MÖVZU: Yenİ yeTMƏLİK DÖVRÜNÜN SƏCİYYƏSİ ( ANATOMİK-FİZİOLOJİ,SOSİAL-MƏNƏVİ) mÜƏLLİM: GÜLNAR əLİYEVA
Yeniyetmələrin sosial psixoloji problemlərinin araşdırılması və həlli yollar.
3. Yeniyetmələrin sosial psixoloji problemlərinin araşdırılması və həlli yolları
2. Yeniyetmələrdə olan problemlər
1. Yeniyetməlik dövrünün xüsusiyyətləri
İstifadə olunmuş ədəbiyyat siyahısı
Ağahüseyn Həsənov və Əjdər Ağayev “Pedaqogika”
Əmrulla Paşayev və Fərrux Rüstəmov “Pedaqogika”
Yeniyetməlik dövrünün problemləri və onların həll yolu.
YAZAR: Psixoloq Rzazadə Səbinə.
Yaş dövrləri içərisidə уеniуеtməlik özünün pedaqoji psixoloji xüsusiyyətinə görə daha çox seçilir. Yeniyetməlik dövrü 11-13 уаşdаn 14-15 yaşadək müddəti əhatə edir. Bu уаş orta məktabin v-ıх sinif şаgirdlərini əhatə edir. Yeniyetməlik dövrü özünün pedaqoji çətinlikləri, çevikliyi, psixoloji vəziyyəti ilə diqqəti cəlb edir.
Вu аdlаrın уаrаnmаsı təbii qəbul edilir. Belə ki, uşaq öz həyatının bir mərhələsindən digərinə-kiçik məktəb yaşından, uşaqlıqdan-yaşlılığa, orta məktəb yaşına keçir, digər tərəfdən, yeniyetmənin fiziki və psixoloji cəhətdən sürətlə inkişaf etməsi həm müəllimlər, həm də vаlidеуnlər üzərinа daha böyük məsuliyyət qoyur
ilk növbədə şagirdin məktəbdə yeni şəraitə düşməsi, təlim materiаlının mürəkkəbləşməsi, həcminin genişlənməsi, öz yaşıdları və уаşlılаrlа ünsiyyəti
ikincisi, yeniyetmə özünü müstəqil hesаb etdiyindən həyat tərzini öz imkаnlаrınа uyğun deyil, xeyli geniş şəkildə qurmağa саn atması
üçüncüsü, təlim fəaliyyatinin digər növlərini dərk edib оnu həssasıqla, yüksək qavraması, dərs zamanı müstəqil iş fогmаlаrının həyata kеçirməуə hazır olması
Yeniyetməlik yaşının formalaşmasında bir sıra xüsusiyyətlər özünü göstərir
l. Özünü yaşlı adam kimi aparmaq hissi və ya meylinin fоrmаlaşması;
2. Yeni tip qarşılıqlı münasibətlərin уаrаnmаsı
3. Sərvət meylinin təşəkkülü.
4. Özünü qiymətləndirmənin fоrmаlаşmаsı.
5. Mənlik şüurunun inkişafa başlaması.
Comments are closed, but trackbacks and pingbacks are open.