Press "Enter" to skip to content

Pedaqoji mühazirlr

Pedaqoji gerçəklik:

Pedaqoji proses əhatə olunan məsələlər

“Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatda əsasən belə təqdim olunur:

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə

pedaqoji proses deyilir. Bu qarşılıqlı təsir qabaqcadan nəzərdə tutulmuş şəkildə

şagirdlərin vəziyyətinin, xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa

sözlə desək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin keyfiyyətinə

Professor B.A.Əhmədov göstərir ki, “harada ki, təcrübənin verilməsi vardır,

orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə pedaqoji gerçəklikdən dar

anlayışdır. Yəni, o, ümumiyyətlə təcrübənin verilməsi deyil, yalnız müəyyən tip

müəssisələrdə özünü göstərən pedaqoji gerçəkliyi əhatə edir.” Onun fikrincə,

“pedaqoji proses” təcrübənin verilməsi və qəbul edilməsi prosesidir, düz və əks

əlaqələr vəhdət halında fəaliyyət göstərir. Əgər idarə edən (təsir göstərən)

komponenti “U”, idarə olunan (təsiri qəbul edən) komponenti “S”, onların

arasındakı vasitələr sistemini, o cümlədən şəraiti “V” ilə işarə etsək, onda pedaqoji

gerçəkliklə pedaqoji prosesin fərqini belə göstərə bilərik.

Pedaqoji gerçəklik: U  V S

Pedaqoji proses: U⇄ V⇄ S.

“Pedaqoji gerçəklik” və “pedaqoji proses” anlayışlarının məzmununa,

B.A.Əhmədovun″ fikrincə, konkret şəkildə aşağıdakılar daxildir, hansı ki, biz onun

fikirləri ilə şərik deyilik:

Pedaqoji gerçəklik:

“Pedaqoji proses” anlayışı bütövlükdə bura daxildir;

İstehsal prosesində peşənin öyrənilməsi, usta-şagird “münasibətləri”;

Əmək-islah düşərgələrində həyata keçirilən tərbiyə işləri;

Dövlət orqanları və ictimai təşkilatların tərbiyəvi fəaliyyəti;

Səhiyyə, mədəni-maarif orqanlarında aparılan tərbiyə işləri;

İdman təşkilatlarının tərbiyəvi fəaliyyəti;

Kütləvi informasiya vasitələrinin, ədəbiyyat və incəsənətin

Pedaqoji prosesə:

Başlıca olaraq, ölkənin təhsil sisteminə aid olan təlim-tərbiyə

müəssisələrində həyata keçirilən pedaqoji fəaliyyət daxildir;

Hərbi məktəblər, doktorantura sistemi, mütəxəssislərin ixtisasının

artırılması üzrə fəaliyyət daxildir.

Prof. B.A.Əhmədov yazır ki, pedaqoji proses pedaqoji gerçəkliyin digər

qollarından düz və əks əlaqələrin vəhdətinə, eləcə də öz məqsədinə görə fərqlənir:

burada başlıca məqsəd insanı həyata, yəni əmək fəaliyyətinə və ictimai fəaliyyətə

“Pedaqoji gerçəklik” anlayışına daxil olan digər sahələrin əsas məqsədi insanı

bilavasitə həyata hazırlamaq deyildir. Məsələn, istehsal kollektivlərində birinci

məqsəd maddi nemətlər istehsal etməkdir. İnsanı həyata hazırlamaq məsələləri tabe

mövqe tutur. Bu cür prosesləri, pedaqoji prosesdən fərqləndirmək üçün “pedaqoji

ünsürlərə malik proses” adlandıra bilərik .

Deyilənlərdən belə qənaət hasil olur ki, sosial mənada “tərbiyə” məfhumu ilə

“pedaqoji gerçəklik” sinonim anlayışlardır. Təbii olaraq sual yaranır: elmi

ədəbiyyata daxil olan “sosial mənada tərbiyə” anlayışını sinonim sözlə əvəz

etməyə ehtiyac varmı?

Əvvəlki illərin pedaqoji ədəbiyyatında bu anlayışın əvəzində daha çox “təlim-

tərbiyə” prosesi işlədilmişdir. Tədqiqatlar göstərir ki, bu anlayış dardır, tam deyildir,

prosesin bütün mürəkkəbliyini, hər şeydən əvvəl, onun tamlığını və ümumiliyini əks

etdirmir. Tamlıq və ümumilik əsasında təlim, təhsil, tərbiyə və inkişafın birliyini

təmin etmək pedaqoji prosesin əsas mahiyyətini təşkil edir. Son dövrün pedaqoji

ədəbiyyatında bu anlayışlar tam pedaqoji proses kimi təqdim olunur. Bu da təbiidir,

çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-birindən ayrılıqda həyata keçirilən proseslər

deyil. Onlar eyni məqsədə xidmət edən vahid pedaqoji prosesin bir-biri ilə üzvi

əlaqədə olan ayrılmaz cəhətlərdir .

Yeri gəlmişkən qeyd edək ki, təlimin, tərbiyənin, təhsil və inkişafın vəhdəti,

yəni pedaqoji prosesin vahidliyi həmin anlayışların spesifikasını, hərəsinə xas olan

xüsusiyyətləri inkar etmir. Əksinə, təlimin, tərbiyənin, təhsil və inkişafın ayrılıqda

mahiyyətini, əsas funksiyalarını dərindən başa düşmək də vacibdir. Ona görə yox ki,

bunları bir-birindən ayıraq və qarşı-qarşıya qoyaq: ona görə ki, həmin proseslərin

Pedaqoji mühazirlr

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN HƏYAT BİLGİSİ FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (I-IX SİNİFLƏR)

Direktor / Təhsil / Əmək / Pedoqoji mühazirələr / Kurikulum / Əməyin mühafizəsi / Pdf sənədlər / Texnologiya

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN TEXNOLOGİYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURRİKULUMU) (I-IX SİNİFLƏR)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Kurikulum / Pdf sənədlər / T/İncəsənət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNIN I – IX SİNİFLƏRI ÜÇÜN TƏSVİRİ İNCƏSƏNƏT FƏNNI ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Kurikulum / Pdf sənədlər / Kimya

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN KİMYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (VII-XI siniflər)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Kurikulum / Pdf sənədlər / Fizika

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN FİZİKA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (VI-XI siniflər)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Pdf sənədlər / Riyaziyyat İnformatika

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN RİYAZİYYAT FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (I-XI SİNİFLƏR)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Kurikulum / Pdf sənədlər / Pedaqoqika / Azərbaycan dili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (V-XI siniflər)

Direktor / Təhsil / Pedoqoji mühazirələr / Kurikulum / Pdf sənədlər / Pedaqoqika / Azərbaycan dili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN AZƏRBAYCAN DİLİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (I – XI siniflər)

Direktor / Təhsil / Əmək / Əmək haqqı / Tibb / Pedoqoji mühazirələr / Bilirsinizmi? / Əməyin mühafizəsi / Pdf sənədlər

Comments are closed, but trackbacks and pingbacks are open.