Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək
Bu bölməyə aid digər xəbərlər
Pedaqoji mühazirələr
2019-07-17 15:07:00
Respublika pedaqoji mühazirələrinin yekunları
2018-2019-cu dərs ilində keçirilən respublika pedaqoji mühazirələrinin yekun nəticələri məlum olub. Belə ki, nəticələrə əsasən 13 nəfər I, 18 nəfər II, 24 nəfər III dərəcəli diplomla təltif edilib. Həmçinin 53 nəfərə isə “Tərifnamə” təqdim olunub. AzEdu.az xəbər verir ki, pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 məruzə dinlənilib, onlardan 182-si respublika turuna təqdim olunub. Məruzələr mütəxəssislərin ekspertizasından keçirildikdən sonra onlardan 155-i yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 18 bölmədə 149 mühazirə dinlənilib. Proqrama “Ümumi pedaqoji məsələlər”, “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “Şəxsiyyətyönümlü təhsil: təcrübə və metodika”, “Metodiki xidmətin təkmilləşdirilməsi”, “Qabaqcıl təcrübə”, “Məktəbəhazırlıq təhsilin təşkili”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Ümumtəhsil məktəbində psixoloji xidmətin təşkili”, “Məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili”, “Tərbiyə işlərinin təkmilləşdirilməsi” bölmələri daxil edilib. Yekun mərhələdə Bakı şəhəri 16, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 11, Naxçıvan Muxtar Respublikası, Psixologiya Elmi-Tədqiqat İnstitutu 5, Gəncə, Mingəçevir şəhərləri, Cəlilabad rayonu 4, Sumqayıt şəhəri, Samux rayonu 3, Təhsil İnstitutu 1, respublikanın digər şəhər və rayonları 93 məruzəçi ilə təmsil edilib.
Bu bölməyə aid digər xəbərlər
Emin Əmrullayevdən Novruz paylaşımı
2023-03-20 11:47:38
Nazirlik deputatı təkzib etdi
2023-03-17 20:16:02
Daha 10 məktəbin inkişaf planı hazırlanır
2023-03-17 16:41:58
Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN
2023-03-17 15:32:38
Məktəblərin istilik təminatı – nazirliyə 1,7 min müraciət daxil olub
2023-03-17 13:36:01
Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub
2023-03-16 17:54:00
Nazirlik 5 universiteti təltif etdi – SİYAHI
2023-03-16 17:42:58
Pilot məktəblərin direktor müavinlərinə təlim keçilir
2023-03-16 15:41:19
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir
2023-03-16 14:12:00
Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı
“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək
“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, pedaqoji mühazirələrin cari ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya mayında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur.
BŞTİ tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə iki mərhələ üzrə ictimai əsaslarla təşkilat komitəsi yaradılıb.
Pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər.
2017-2018-ci dərs ilində təşkil olunacaq pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.
Mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək.
Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək.
Rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə təşkilat komitəsinə təqdim ediləcək.
Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.