Peşəkar əsgərləri necə axtara bilərəm?
Müsahibə mərhələsində ulduzu necə müəyyən etmək olar?
Azərbaycanda sahibkarlığın inkişafı və dövlət dəstəyi
2.ci dünya müharibəsindən sonra darmadağın edilən Yaponiya. 1950.ci illərdə “Made in Japan” sözləri dünya bazarlarında ucuz keyfiyyət və aşağı qiymət anlamına gəlirdi. Bu gün bu sözlər tamamilə əks məna deməkdir. Bir zamanlar bataqlı bir ada olan və ərazisi Bakıdan 3 dəfə kiçik olan Sinqapur bu gün, qüdrətli dövlətə çevrilmişdi.
Hesab edirəm ki, Azərbaycanın 50 il sonra dünyada sözü keçən intellektual mərkəz və iş dünyası üçün cənnətə çevrilməsi, bu gün aparılan işlərə birbaşa bağlıdır və bunların nəticəsi olacaq.
Hər zaman dediyim bir məqamı bir daha qeyd edərək yazıma başlamaq istəyirəm : “Azərbaycanın gələcəyi 2 vacib məqama bağlıdır : elm və biznes və ya təhsil və iş dünyası”. Və Azərbaycanın sahib çıxması gərəkən 2 vacib sərmayəsi var : müəllimləri və sahibkarları.
Bu gün Azərbaycan olduqca vacib bir yol ayrıcındadır.
Öncəki dövrdə uğurlu olan biznes bu gün yeni iqtisadi reallıqlarda öz ölkəmizin daxilində belə fəaliyyətində əziyyət çəkir – mən hələ bizim məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxmasını demirəm. 2014.cü ilin sonunda neft qiymətlərinin kəskin enməsi və 2015.ci ildə baş verən devalvasiya örtüyü qaldırdı və biznesimizin vəziyyəti bütün çılpaqlığıyla önə çıxdı : qeyri-effektiv biznes, nəzarətsiz xərclər, sürətli böyümə ilə bərabər real inkişafın olmaması, korrupsiyaya bulaşmış idarəçilər, vs.
Bir neçə il ərzində ciddi “lomka” dövrünü keçən biznesimiz anladı ki, artıq yeni iqtisadi reallıqlarda fərqli davranış və idarəçilik alətləri istifadə edilməlidir. Məmurlara və nazirlərə bağlı və idarəçilərinin korrupsiyaya batmış bir neçə “uğurlu” holdinqlərin çökməsi biznesimizin sağlamlığı haqda ən yaxşı göstərici oldu.
Hesab edirəm ki, bu gün Azərbaycanda biznesin önündə bir neçə ciddi məsələ var :
- Sahibkarlarımızın və işadamlarımızın vizyonunun genişləndirilməsi;
- Güclü idarəçilərin yetişdirilməsi və ümumilikdə insan potensialının gücləndirilməsi;
- Dövlət qurumlarının sahibkarlarla DOĞRU ünsiyyəti;
- Dünya bazarlarına çıxarmaq üçün müasir idarəçilik sistemlərinin təhlil və tətbiq edilməsi.
BU MƏQALƏMDƏ ANCAQ BİRİNCİ MADDƏ HAQDA YAZIRAM – SAHİBKAR-LARIMIZIN VƏ İŞADAMLARIMIZIN VİZYONUNUN GENİŞLƏNDİRİLMƏSİ
Böhrandan öncəki dövrdə biznesimizin əksər hissəsinin alver tərzdə işə yanaşması ilə bərabər olduqca müsbət tərəflər də vardı : uzun müddətli düşünən, sistem quran məşhur holdinqlərimiz möcvud idi. Bunlardan Azərsun holdinqdi nümunə kimi göstərə bilərəm. Uzun müddət ərzində əməkdaşlarının inkişafına böyük yatırmlar edən, idarəçilik sistemini quran, idarəçilər və personalının şirkətlə sadiqliyini təmin etmək üçün uzun müddətli düşünən bu holdinqin fəaliyyətini hər zaman böyük maraqla izləmişəm. Təsəvvür edin ki, holdinqin daxili inkişaf akademiyası, bir çox ali təhsil öcaqlarından daha yaxşı biznes təhsili verir; şirkətdə 15-20 il işləyən insanlar kifayət qədər çoxdur, və bu da loyallığı göstərir; üst idarəçilərinin əksəriyyətini şəxsən tanıyıram və çox savadlı insanlardır.
1 il öncə Azersun Holdinqdə işləyən bir idarəçidən möhtəşəm sözləri eşitdim : “Mənim işçim bilir ki, mənə qarşı onun arxasında holdinq və İK (İnsan Resursları) var”. Düşünün – holdinqin sıravi işçisi öz müdirinə qarşı güvənir holdinqə və buna əlavə olaraq holdinq insan resursları, insanların haqqlarını qorumaqda onlara etibar verib!
Misal olaraq digər bir şirkətlər qrupunu da göstərə bilərəm : Caspian Express, Bank Respublika, Səba və bir sıra Yapon istehsalı avtomobil brendlərin aid olduğu BİNCO qrupu göstərmək mümkündür. 2004.cü ildən BINCO.nun bütün şirkətlərində işlərə sistemli yanaşma, standart və prosedurların yazılması və bunlara tam riayət edilməsi, korporativ dəyərlərin müəyyən edilərək onlara uyğun davranması BINCO.nun əsas fəlsəfəsi olmuşdur.
BU HOLDİNQLƏRİN UĞURLARININ SİRRİ ÇOX SADƏDİR : SAHİBKARIN VİZYONU GENİŞDİR.
Şirkət sahibləri və rəhbələri ilə görüşlərdə “şirkətim, komandan, idarəçilərim necədir?” sualının cavabını hər zaman qısa verirəm “Eyni Sizin kimi”. Şirkət, əməkdaşlar, komanda, Müştəriyə qarşı davranış tərzi, şirkət sahibinin birbaşa etdiyi kimidir.
Burada çox vacib bir digər məqam daha var : peşəkarlarla işləməyin əhəmiyyətini anlayan bir sahibkar, işə xaricdə təhsil almış bir neçə gənc mütəxəssisi cəlb edir. Bir müddət sonra isə mütəxəssislər işdən ayrlılr. Və ya buna bənzər digər vəziyyət. Şirkət sahibi işə çox peşəkar və tanınmış bir insanı dəvət edir. Bir neçə il sonra o insan işdən ayrılır və cəmiyyətdə suallar yaranır o peşəkar haqda : “getdi o şirkətə – nə etdi ki? Heç nə də etmədi?”. Əslində günah peşəkarda deyil.
Bu cümləmi diqqətlə oxuyun – istənilən sahədə peşəkar bir insanın şirkətdə edə biləcəyi HƏR ŞEY, sahibkarın vizyonu ilə məhduddur və o mütəxəssis, ANCAQ sahibkarın icazə verdiyi bir koridor içində hərəkət edə bilir.
Buna görə də hesab edirəm ki, Azərbaycanda biznesin və işgüzar mühitin inkişafı, məhsullarımızın daha keyfiyyətli olması və dünya bazarlarına çıxarılaraq beynəlxalq rəqabətə dözə bilməsi, ölkədə istihdamın artması məqsədi ilə birinci növbədə biznes sahiblərimizin vizyonu genişlənməlidir.
NƏ ETMƏLİ?
Bəzi böyük holdinqlər inkişaf etmək məqsədi ilə idarəçilərinin yetişdirilməsi üçün daxili inkişaf akademiyasını qurma imkanı var (belə bir akademiyanı mən AAAF Holdinqdə 2016.cı ildə qurmuşdum); ciddi konsultasiyaya ehtiyacı olanda ən bahalı xarici və yerli mütəxəssislərə müraciət etmək üçün imkanları var.
BƏS KİÇİK və ORTA SAHİBKAR NƏ ETSİN?
Böyük holdinqlərin, şirkətlərin bu mövzularda çox da sıxıntısı yoxdur – yetər ki, sahibkarın bu mövzularda biliyi olsun. Bəs kiçik və orta sahibkar nə etsin?
Ölkə biznesində kiçik və orta sahibkarlığın rolu olduqca böyükdür və hesab edirəm ki, bu kimi mövzularda dövlət qurumları vəziyyəti ələ almalıdırlar.
Sadə bir neçə sual :
- işini inkişaf etdirmək istəyən kiçik və ya orta sahibkar biznesin idarəçiliyi mövzusunda konsultasiya almaq üçün hara müraciət edə bilər?
- İşini böyütmək istəyən və İnsan Resursları olmayan bir orta miqyaslı şirkət sahibi peşəkar kadrları necə və hardan seçməlidir? Kimdən məsləhət ala bilər?
Azərbaycanda iş dünyasında bu gün qeyri-rəsmi haqsız bir rəqabət var : böyük holdinq və şirkətlər əllərində olan vəsaitlər sayəsində daha da böyüyürlər, kiçik və orta sahibkar isə gündəlik dava-dalaşdan inkişaf etmək, böyümək üçün başını belə qaldıra bilmir və aradakı uçurum artdıqca artır.
Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatı üçün əhəmiyyəti haqda bir neçə vacib informasiya :
- Beynəlxalq standartlaşdırma təşkilatının (İSO) saytında kiçik və orta biznes haqda belə bir cümlə var : “Around the world, the small and medium-sized enterprise (SME) sector is a vital engine of innovation and job creation”;
- Bu gün inkişaf etmiş ölkələrdən kiçik və orta biznesin sayı, ümumi şirkətlərin saıynın 70-90 %.nı təşkil edir;
- ABŞ.da kiçik və orta şirkətlərdə əhalinin 53 %.i, Yaponiyada isə 71.7 %.i işləyir.
Mən isə kiçik və orta sahibkarlar haqda belə deyirəm : “kiçik şirkətlərin böyük biznesləri”.
Yaponiya, ABŞ, Sinqapur və Avropa ölkələrində kiçik və orta bizneslərə və sahibkarlara ciddi dəstək göstərən və onları irəli çəkmək üçün agentliklər, qurumlar var.
Dünyada uzun illər istifadə edilən və çox məşhur lean production, just-in-time, istehsalatda effektivlik, agile kimi olduqca vacib müasir idarəçilik alətləri var. Dövlət səviyyəsində bu mövzularda beynəlxalq mütəxəssislərin Azərbaycana dəvət edilməsi, şirkət sahibləri üçün xüsusi geniş tədbirlərin keçirilməsi, zavod, fabrik, klinika, firma və fərqli sahələrdən biznes sahiblərinin bu tədbirlərdə dövlət dəstəyi ilə iştirak etməsi olduqca vacibdir.
Hesab edirəm ki, bu mövzuda dövlət qurumları tərəfindən ÇOX CİDDİ ADDIMLAR atılmalıdır. Əks halda isə klassik bir vəziyyət olacaq – böyüklər böyüyəcək, kiçiklər əziləcək, dövlət qurumlarımız da artım faizləri haqda hesabatlar verərək biri-birilərini təbrik edəcək.
Azərbaycanda sahibkarlığın inkişafı və dövlət dəstəyi
http://agaev.az/wp-content/uploads/2019/02/small3-2-150×150.jpg
2.ci dünya müharibəsindən sonra darmadağın edilən Yaponiya. 1950.ci illərdə “Made in Japan” sözləri dünya bazarlarında ucuz keyfiyyət və
Məlumatlandırma
YOUTUBE KANALIMDA ( https://www.youtube.com/fahriagayev ) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin
Leave a Reply Cancel reply
Bölümlər
- A Konsultasiyalar (4)
- A TƏLİM və KURSLAR (32)
- Biznes Roman (5)
- Düşüncələrim (93)
- Fexri YOL (6)
- Gördüklərim, eşitdiklərim (142)
- Kitabların xülasəsi (20)
- Məqalələrim (229)
- Müsahibələrim (17)
- SAXLA ZAMANI, GƏLƏR ZAMANI (29)
- Seminarlar (1)
- Sual və cavablar bölməsi (43)
- Uğur hekayələri (1)
- Videolar (13)
Xəbər və yeniliklərə abunə olun
Son məqalələr
- Sahibkarlar üçün KONSULTASİYA
- RƏHBƏR və idarəçilər üçün FƏRDİ KONSULTASİYA
- GƏNCLƏR üçün KARYERA və İNKİŞAF KONSULTASİYASI
- Sahibkarlar üçün KONSULTASİYA
- KARYERA və PEŞƏKAR İNKİŞAF təlimi
- MENTORLUQ proqramı
- Zamanın İdarə Olunması və Şəxsi Effektivlik TƏLİMİ
Peşəkar əsgərləri necə axtara bilərəm?
“Biznesə peşəkarlar lazımdır!” – Bu sözlər artıq sahibkarlarımız arasında yayılmış bir sloqan olmuşdur. İş dünyası artıq çox yaxşı anlayır ki, biznesin inkişaf etməsi, idarəçilikdə sistemin qurulması, müştərilərlə əlaqələrin qurulması, şirkətin brendinin möhkəmləndirilməsi üçün işə mütəxəssislər cəlb edilməlidir.
Bütün çıxışlarımda dediyim bir cümlə var : “peşəkarlarla işləmək bahalıdır, ancaq qeyri-peşəkarların verəcəyi zərər qədər bahalı deyildir.”
Peşəkarlarla işləmə qərarı alan sahibkar ilk öncə onlarla görüşlərə başlayır. Müsahibələrdən sonra özünə verdiyi ilk iki sual bunlar olur : “peşəkar kimdir?” və “peşəkarlıq nədir?”
Daim tanış işadamlarından qarşılaşdıqları vəziyyət haqda eşidirəm : işə özünü peşəkar kimi təqdim edən insan cəlb edilir və bir müddət sonra müəyyən olunur ki, insanın iddiaları və sözləri ilə əməlləri və nəticələri üst üstə düşmür. Başqa hallar da baş verir : insan işə götürmə mərhələsində elə bir təəssürat yaradır ki, öz işini yaxşı bilir, lakin daha sonra anlaşılır ki, insanın ancaq nəzəri bilikləri vardı
Əslində isə peşəkarlıq ancaq bilik və təcrübə demək deyildir. Bununla bərabər hər özünü təsirli şəkildə təqdim edən insan da mütəxəssis deyil.
Bu məqaləmdə oxucularla mənə iş həyatımda çox faydalı olan, namizədlər arasında əsl mütəxəssisləri müəyən etməkdə köməklik edən və rəhbər işlədiyim uzun illər nəticəsində peşəkarların sinifləndirməsini göstərmək istəyirəm.
Beləliklə. peşəkarları necə sinifləndirmək olar?
Birinci kateqoriya – danışanlar.
Gözəl nitq. Xarici dildə terminlər hər cümlədə. Əminlik nümayiş edən bədən dili və duruş. Hər şey gözəl təqdim edilir – bacarıqlar, bilik, təcrübə, öncəki işlərdə olan nəticələr. İşdə edəcəkləri dəyişikliklər və inkişaf barəsində ciddi vəədlər verirlər. Rəhbərin təsəvvüündə aktiv, müsbət və öz işini bilən peşəkar obrazını yarada bilirlər. Danışanları həm də sabun köpüyü adlandırmaq olar – içi boş olan gözəl görüntü.
Belə bir danışan mütəxəssislərlə ünsiyyət təcrübəsi olmayan şirkət sahibi ilə görüşəndə əmin duruşu, terminlər ilə və gələcəklə bağlı verdiyi sözlərlə gözəl təsir bağışlayır.
Danışanın nəticələrini maksimum 3 ay sonra görmək olur : onun ən yaxşı halda potensialı dediklərinin 20 %i etməkdir. Pis nəticələrin müzakirəsinə bu insan şirkətdə pis mühit, komanda tərəfindən dəstəyin olmaması, zaman çatışmazlığı kimi səbəbləri dilə gətirir. Hərkəs günahkardır. Maraqlı olan odur ki, bu halda belə o bütün hadisələri gözəl şəkildə ifadə edə bilir.
Bu tərz insanı müsahibə mərhələsində necə müəyyən etmək olar?
Şirkətinizlə bağlı real bir tapşırıq vermək və çözümünü xahiş etmək.
Yazılı şəkildə istəmək və daha sonra öz təkliginin təqdimatını xahiş etmək
Məni təcrübəmdə belə bir hal olmuşdu – müştərim olan firmalardan birinə işə daha öncələri böyük bir firmada işləyən, hadisələri görən amma həll edici rolda olmayan bir danışanı işə alma mərhələsi idi. İnsan konkret danışan tip idi. Sahibkarla görüşdə bəziləri biri-biri ilə əlaqəli olmayan ingiliscə terminlərdən insanın gözləri qamaşırdı, Mən ona olduqca sadə tapşırıq verdim. Etdi. Çox mükəmməl etdi – 40 təklif verdi. Tamaməm boş 40 təklif. Nəzəri, kitab cümlələrindən ibarət 40 təklif. Təkliflərlə əlaqəli praktiki əsaslandırmalar verə bilmədi. Şirkət sahibi onu işə alma qərarını verdi. Nəticə – 3 ay sonra ayrıldılar. İnsan sadəcə danışan tip idi – bütün şirkəti, sahibkarı, komandanı da ittiham edirdi. İncimiş və narazı ayrıldı və getdiyi yerlərdə şirkət haqda mənfi məlumatlar paylaşırdı. Yeni şirkətlərdə fəaliyyəti davam etdi – hər yerdə vəədlər verib öncəki iş yerlərində uğursuzluqların səbəbini gözəl şəkildə başa salaraq.
İkinci kateqorya – sertifikatlaşdırılmış mütəxəssislərdir.
Bu insanlar sənədlərin hər şeyi həll etdiyini düşünürlər. Sertifikat verilən bütün təlimlərdə iştirak edirlər – zamanın idarə olunması, liderlik, marketinq, maliyyə, satış, idarəçilik, vs. Bəzi təlimlərin biri-biri ilə məntiqi və ya peşəkar baxımdan əlaqəsi olmur.
Müsahibələrə bütün sertifikatları gətirirlər – təlimlər, master klaslar, seminarlar, konfranslar. Sertifikat yığmaq üçün daim qaçan bu insanlar aldıqları məlumatları tətbiq etməyə zaman tapa bilmirlər. Əsas məqsəd saydır.
Müsahibə mərhələsində sertifikat sevən insanı necə anlamaq olar? Çox sadə.
Təlim və seminarlarla aldıqları biliklərin real iş həyatında tətbiq edilməsini soruşmaq.
– Zamanın idarə edilməsi təlimində olmusunuz? Gözəl. Təlimdən sonra real iş həyatınızda tətbiq və nəticə əldə etdiyiniz 3 aləti bizimlə paylaşın lütfən.
Üçüncü kateqoriya peşəkarlar : keçmişdən olan insanlar.
Yaş 36 +. 8 il öncə hansısa səbəblərə görə bir sahədə uğurlu olub.
10-12 il işləyib. İnkişaf olmayıb – bütün işləri avtomatik edib. İllərlə, özünü təcrübəli sayıb, lakin əslində zaman, bazar, biznes və iş dünyasından çox geridə qalıb. Bir gün onlarla şirkət yolları ayırıb.
Son 3-5 ildə insan işləmir. Özünü bilikli və təcrübəli qəbul etdiyinə görə yüksək maaş tələb edir, amma daha gənc, müasir biliklərə malik, daha az eqo və maaş tələbi olan enerjili gəncləri görmür.
Bütün müsahibələrdə öncəki uğurları və işdə etdiyi qəhrəmanlıqlar haqda danışır. Bunlar çox öncəki illərdə olub. Hər il bu insan öz uğurlarına əlavələr edir. Bundan sonra özünə qarşı daha da çox ədalətsizliyin olduğunu dşüünür – cəmiyyət məni anlamır, imkan vermirlər işləməyə, rəhbərlər məndən rəqib kimi qorxurlar, vs.
Son 3-5 ildə ona görə işləmirlər ki, iş dünası onların real peşəkar vəziyyətlərini görür və onlara tələbləri altında iş təklifləri edirlər. Onlar isə özlərini daha yaxşı şərtlərə layiq olduqlarını düşündüklərinə görə edilən təklifləri qəbul etmirlər.
Nəticədə isə keçən zaman ərzində peşəkar formlarını daha da itirirlər.
Bu insanlardan bəziləri “son 3 ildə niyə işləmirsiniz?” sualına yaradıcı cavab verirlər : “mən konsultasiya xidmətləri təqdim edirdim”.
Gözəl. Kimlərə? hansı şirkət və ya sahibkarlara? Hansı xidmətləri? Xidmətlərin qiyməti-ödənişi nədir?
Cavab qısa və konkret olur: biznesin inkişafı üzrə konsultasiyalar verirəm. Dostlarıma. Pulsuz.
Absurddur. Keyfiyyətli xidmət əsla pulsuz ola bilməz.
Aydındır. Ən yaxşı halda konsultasiya işadamı dostuna çay içərkən “bəlkə bu işi belə edəsən?” kimi bir fikrin irəli sürülməsidir.
Bu insanların ən pis versiyası “peşəkar cəsədlərdir”. Peşəkar cəsədlərin keçmişdə də ciddi nəticələri olmayıb. Onlar özləri haqda ancaq uğur hekayələri düşünə bilir və ya böyük firmanın kiçik bir parçası olublar. Bəli, uğurlu firmada işləyiblər, amma bilirsiniz necə? Böyük bir gəminin ən alt hissəsində işləyən bir işçinin gəminin gedişi, göstəriciləri, istiqməti, ətraf mühit və idarə edilməsi haqa görə bildiyi qədəriylə.
Dördüncü kateqoriya –şəxsi keyfiyyətlərində problemləri olan peşəkarlar.
Nəzəriyyəni yaxşı bilirlər. praktiki təcrübələri güclüdür. Lakin bu insanların şəxsi keyfiyyətlərində problemlər va.
Dəqiq olmaya bilirlər, daim işə gecikirlər və ya tapşırıqları zamanında çatdırmlarlar. Bu insaların bir alt kateqoriyası “virus” insanlardır – dedi-qodu yayırlar, şirkətdə baş verənləri mənfi aurada müzakirə edirlər, rəhbərliyin qərarlarını kəskin şəkildə tənqid edirlər, və beləliklə şirkət daxilində narazıçılq viusunu yayırb ümumi ab-havanı pozurlar. Bir müddət sonra şirkə rəhbəri anlayır ki, bu insanın işləri nəticəsində şirkətə verdiyi fayda onun komandanın mənəvi-pxisoloji ruhuna verdiyi zərərdən daha azdır. Rəhbərin düşüncəsində növbəti mərhələ – mənə belə insan lazımdır?
Bu kateqoriyanın bir alt növü kobudlardır. Özlərindən aşağı vəzifədə olanlarla qısa və dişləri arasında danışırlar; özləri ilə eyni vəzifədə olanlarla belə kobud danışaraq onları əzə bilirlər. İnsanlara qarşı çox səthi olub bivec davranırlar.
Beşinci kateqoriya – peşəkar ulduzlardır.
Nəzəri və təcrübə baxıdımndan güclüdürlər. Zəhmətkeşlik yüksək səviyyədə. Lakin işi şəxsən özünə bağlamağı sevir. İlk işə başladığı dəvrdə çox işləyir. Rəhbər onun işini və işə bağlılığını çox bəyənir. İşlərində sərbəstlik verilir ona. Zamana qənaət etmək üçün öz şöbəsinə insanları özü almağı istəyir rəhbərdən və buna icazə alır. İnsan Resursları rəhbəri buna etiraz etsə də, rəhbər bildirir ki, peşəkarlara sərbəstlik verilməlidir ki, özünü rahat hiss etsin və nəticə versin. Bu mütəxəssisin bütün əməkdaşları şəxsən ona sadiqdirlər. Bir müddət sonra şirkət daxilində öz qaydaları, mikro mühiti olan müstəqil bir xanlıq sərhədləri görünməyə başlayır. Bu peşəkarın komandası özünü elita kimi qəbul edir və şirkətin digər əməkdaşların yüksəkdən baxırlar.
Bütün iş artıq şəxsən bu peşəkara və onun komandasına bağlıdır.
Peşəkr ulduzun növbəti mərhələri – peşəkar terroristdir. Bu insan şirkət rəhbərinin şantaj etməyə başlayır, şirkət daxilində olan proseslərə kobud şəkildə təsir edir, özünə və komandasında daha yaxşı imkanlar və şərtlər tələb edir. Danışıqlar masasında isə əsas arqumenti özünün və komandasının getməsidir.
Əgər peşəkar ulduzla yolları ayırmaq çətindirsə, peşəkar terroristlə bəzən mümkünsüzlüyə yaxın olur, çünki insan bu mərhələdə artıq tamamən işini özünə bağlamış olur.
Müsahibə mərhələsində ulduzu necə müəyyən etmək olar?
Bu tərz insanlar öz işləri haqda danışanda dəfələrlə “mən mən mən”, “mən etdim”, “ancaq mənim işlərim nəticəsində”, “mənim komandam və onlar”, “mən getdim, ora dağıldı” kimi cümlələri və iddiaları işlədir.
Altıncı kateqoriya peşəkarlar – oğrulardır.
Yenə də – nəzəriyyə və təcrübə əladır. Lakin insan daim əlavə və haqqı olmayan gəlir imkanlarını axtarır. İşini çox yaxşı bilir, çox işləyir və şirkətə fayda da verir, amma ilk fürsətdə oğurluq edir. İllərlə onun qarşısında artıq “mən və ya şirkət” dilemması qalmır – o ancaq öz şəxsi maraqlarını seçir. Belə bir halda o etdiyi seçimi, misal üçün, şirkət üçün daha bahalı olan, ancaq özünə fayda verəcək avadanlığın alınmasını gözəl şəkildə əsaslandıra bilir. Otkat ala biləcəyi və ya oğurluq etmə imkanı olan bütün sxemləri bilir. Bu insanlar tək bir məqamı unudur : hər an partlayış ola biləcəyi mina sahəsində gəzən insan kimidirlər. Şəxsən bir insan tanıyıram : bir dəfə belə tutulmadan 15 il ərzində işlədiyi şirkəti insan soyub – sahibkar ona etibar edib və bu insanın üzərində nəzarət olmayıb. Rahatlayıb diqqətsiz olan bu mütəxəssis yeni ofis üçün mebel alışında mebel şirkətindən özünə də pay istəyəndə bilmirdi ki. mebel fabriki sahibi ilə onun işlədiyi firma sahibi tanışdırlar. Bir zənglə bu insanın karyerası darmadağın oldu. Bu gün hələ də işsizdir.
Ən son – 7ci kateqoriya isə əsl peşakarlardır. Nəziri bilikləri – var. Təcrübə – əladır. Şəxsi keyfiyyətlər və işə yanaşma : məsuliyyət, dəqiqlik, ciddiyət – hamısı yerində. Dürüstlük- insan tam şəffafdır. İnsan ulduz deyil və ulduz olmaq istəmir – komanda oyunçusudur və ya rəhbər olaraq sistem qurur və işi şəxslərə bağlamır. Lakin. Birincisi, bu əsl peşəkarlar yuxarıda qeyd edilənlər arasında itirlər və onları seçmək çətindir. Və, təəssüf ki, bu adamları işə qəbul edən sahibkarlar və rəhbərlər onları layiqincə dəyərləndirmirlər.
Bu məsələylə bağlı mənim məsləhətlərimi iki hissəyə bölmək olar – biznes sahibləri və peşəkarlar üçün ayrı.
– bilik və təcrübə vacibdir, lakin şirkətə mənfi şəxsi keyfiyyətlərinizə görə verəcəyiniz zərər fonunda avtomatik olaraq keçirlər ikinci plana;
– reputasiya və haqqınızda olan fikirlər iş dünyasında yanğın sürəti ilə yayılır. Ciddi, dürüst, sistemli və komanda oyunçusu insan obrazınızı qoruyun. Uzun müddətli perspektivdə sizin karyeranıza birbaşa təsir edəcək. Peşəkarın ən mühim sərmayəsi onun reputasiyasıdır.
Biznes sahiblər və rəhbərlər məsləhətlərim :
– parıldayan hər metal qızıl deyildir. Bəzi insanlar məzmunlarını gizlədə və parıltını göstərə bilir. İnsanın məzmununu kəşf etməyi bacarın;
– “İnsanın məzmununu kəşf etməyi bacarmaq” əslində çox asandır – sadəcə qızıl örtüyü bir az qaşıyın – öncəki iş yerində işləyənlərdən məlumat alıb, tapşırıqlar verin, vs;
– Eşitdikləriniz və gördüklərinizin təsiri altında tələsərək qərar verməyi özünüzə qadağan edin. İlk təəssürat aldacıdı ola bilər. Buna görə də ilk öncə özünüzə bu sualı verin : mən bu insana niyə inanmalıyam? Bu sualı verdikdən sonra insan haqda məumat araşdırmağa başlayın;
– İnsan haqda məlumat axtaranda ancaq bir məlumat mənbəyinə etibar etməyin. Obyektivlik üçün bir neçə mənbələri araşdırın. Misal üçün, işə rəhbər alacaqsınız. Ehtimal var ki, onun haqda mənfi rəy bildirən insan ona qarşı küskündü və ilk fürsətdə ona zərər verməyə çalışır. Başqa bir ehtimal – birbaşa rəhbəri bu insanı özünə rəqib görürdü və məhz buna görə onun işdən çıxarılmasına səbəb olub;
– Peşəkarın işə alınması olduqca ciddi qərardır. Bir insan haqda dəqiq və dolğun məlumatların tapılmasına ayrılan zaman xərc deyil, investisiyadır. Mütəxəssisin işə alınması ilə əlaqəli təcili qərar verməklə özünüzə, şirkət və firmanızda olan mühitə və komandanızda olan digər insanların motivasiya və aurasına mənfi təsir etmə imkanını yaradırsınız.
Biznesə peşəkarlar lazımdır, bəli.
Lakin əsl peşəkarın səsini danışanlar, ulduzlar və keçmişdə qalan insanların səsləri içində seçə bilmək vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.